Namazda geyilən libas

ual: Qadının ayaqlarının (qədəminin) üstünü açıq saxlaması icazəlidirmi? 

Cavab: Qdının ayaqlarını üzərini məhrəm olmayan şəxsin yanında açması icazəli deyil. Namaz qılarkən isə ayağının alt və üstünün açıq olması icazəlidir. 

Sual: Namazda kişi və qadın üçün hansı həddə örtünmək vacibdir? 

Cavab: Namazda kişinin örtünməsi vacib olan yalnız ön və arxa (ayıb yerləri) tərəfdir. Qadın namazda başını, saçını, başörtüyünü yaxasına çəkməklə adətən açıq qalan üz istisna olmaqla bütün bədənini örtməlidir. Baxmayaraq ki, müstəhəb ehtiyata əsasən, dəstəmaz alarkən üzün yuyulan miqdarından əlavə, əllər biləklərə qədər, ayaqlar topuğa qədər üstü və altı istisna olmaqla bütün bədəni örtməlidir. Qeyd olunan yerlərdən (örtünməsi vacib olan bədən üzvlərindən) bir az artıq örtmək lazımdır. 

Sual: İxtyari halda namazda geyilən libas necə olmalıdır? 

Cavab: İxtiyari halda namazda geyilən libasın namaz qılan şəxsin (kişinin) lüt olmadığına dəlalət edən hətta yarpaq, ot, xam pambıq, yun kimi mütləq geyim yetərlidir. Hətta ayıb yerlərini örtmək üçün istifadə etdiyi palçıq həddindən artıq çox olarsa, belə ki, namaz qılan şəxs lüt hesab olunmazsa yetərlidir. Qeyri-ixtiyari halda isə palçıq və bu kimi bir şeylə (lüt olduğu nəzərə çarpmasın deyə ayıb yerlərini) boyaması yetərlidir. 

Sual: Namaz vaxtı geyiləcək heç bir libası olmayan şəxsin hökmü nədir? 

Cavab: Əgər namaz qılan şəxs heç bir libas tapa bilməsə, ruku və səcdələri yerinə yetirməklə ayaq üstə namaz qıla bilərsə, belə ki, ayıb yerləri müməyyiz olan birinə aşkar olmasın - yanında heç kim olmadığı və ya qaranlıq zülmət olduğu kimi hallarda - namazını lüt halda qılmalıdır. Əgər ayıb yerlərinin başqası tərəfindən görsənməməsi üçün qiyam, ruku və səcdələri tərk etməkdən asılı olarsa, namazını oturulu halda (ruku və səcdələri) işarə etməklə qılmalıdır. Əgər bu üç əməldən yalnız birini tərk etmək məcburiyyətində qalarsa, həmin əməli işarə ilə yerinə yetirməlidir. Məsələn, ruku və səcdələrin başını əyməklə yerinə yetirməli, qiyamın əvəzinə isə oturmalıdır. Vacib ehtiyata əsasən, lüt namaz qılan şəxs ayıb yerlərini qiyam halında əlləri ilə, oturulu halda isə budları ilə örtməlidir. 

Sual: Namazın son vaxtlarında libas əldə edəcəyini ehtimal etdiyinə görə namazı əvvəl vaxtından sonraya təxirə salmaq icazəlidirmi? 

Cavab: Vacib ehtiyata əsasən, namazın son vaxtlarında libas əldə edəcəyini ehtimal edən şəxs namazını əvvəl vaxtından sonraya təxirə salmalıdır. Amma libas tapacağından ümidsiz olarsa, namazını lüt qıla bilər. Hətta vaxt daxilində libas tapsa belə, həmin namazı yenidən qılmaq vacib deyil. 

Sual: İki libasından birinin murdar digəri isə pak olarsa, namaz üçün nə etməlidir? 

Cavab: Əgər sahib olduğu iki libasdan birinin murdar digərinin pak olduğunu, lakin hansının murdar, hansının isə pak olduğunu bilimirsə, hər iki libasda namaz qılmalıdır. Həmçinin libaslardan birinin əti yeyilən heyvanın dərisindən, digərinin isə yırtıcı kimi əti yeyilməyən heyvanın dərisindən hazırlandığını bilərsə, hökm eynidir. 

Sual: Namaz qılarkən bir qadının saçları başötüyündən çıxarsa və onun bundan xəbəri olmasa, namaz əsnasında və ya namazdan sonra ona bu barədə xəbər vermək mənə vacibdirmi? 

Cavab: Xeyir, sənə bu barədə ona xəbər vermək vacib deyil. Əgər o, namazı qılıb qurtaranadək bundan xəbər tutmasa, qıldığı namaz düzgündür. 

Sual: Qadının ayaqlarının üstü açıq halda namaz qılmasının hökmü nədir? 

Cavab: Bu onun üçün icazəlidir. Namazda ayaqların üstünün və altının açıq qalması qadın üçün icazəlidir. 

Sual: Namaz qılarkən qadının ayaqlarından birinin üzəri qeyri-ixtiyari olaraq açılmışdı və o, bunu gördükdə dərhal üzərini örtmüşdür. Bu halda namaz batil olurmu və namazı yenidən qılmaq vacibdirmi? 

Cavab: Buna görə namaz batil olmaz.