Namaz vaxtları

Sual: İnsan namazlarını nə zaman qıla bilər?

Cavab: İnsan yalnız, vaxtın daxil olduğuna əmin olduğu və yaxud iki ədalətli şahidin namazın daxil olduğunu bildirdiyi zaman, namaza başlaya bilər.

Sual: Bir şəxsin, namaz vaxtı barədə verdiyi xəbərə etimad etmək olarmı?

Cavab: Namaz vaxtlarına dəqiq olaraq riayət etdiyinə əmin olduğunuz şəxsin azan, yaxud xəbərinə etimad edə bildiyiniz təqdirdə, bir kişinin verdiyi xəbərlə də kifayətlənmək olar.

Sual: Yalnız bir rəkət namaz qılınacaq qədər vaxt qalarsa, necə niyyət edilməlidir?

Cavab: Namaz əda niyyəti ilə qılınmalıdır. Amma namazı qəsdən bu vaxta qədər gecikdirmək olmaz.

Sual: Müsafir olmayan şəxsin axşama yaxın sadəcə beş rəkət qıla biləcək miqdarda vaxtı qalarsa, zöh və əsr namazlarını necə qılmalıdır?

Cavab: Zöhr və əsr namazlarını ardıcıllıqla qılmalıdır.

Sual: Əgər dörd və ya daha az rəkət qıla biləcək qədər vaxt qalarsa, zöhr və əsr namazlarını necə qılmalıdır?

Cavab: Bu halda, ilk növbədə əsr namazını qılmalı və sonra isə zöhr namazını qəza qılmalıdır.

Sual: Gecə yarısının daxil olmasına beş rəkət qılına biləcək qədər vaxt qalarsa, şam və xiftən namazları necə qılınmalıdır?

Cavab: Şam və xiftən namazları ardıcıllıqla qılınmalıır.

Sual: Gecə yarısının daxil olmasına beç rəkət qılına biləcək miqdardan daha az vaxt qalarsa, şam və xiftən namazları necə qılınmalıdır?

Cavab: Əvvəlcə xiftən namazı və sonra isə şam namazı qılınmalıdır. Amma vacib ehtiyata əsasən, şam namazı nə əda, nə də qəza niyyəti etmədən qılınmalıdır.

Sual: Namazı əvvəl vaxtında qılmaq vacibdirmi?

Cavab: Namazı əvvəl vaxtında qılmaq, müstəhəbdir. Namazı əvvəl vaxtında qılmaq xüsusilə tövsiyə olunmuşdur. Namazı əvvəl vaxtında qılmaq daha yaxşıdır.