Oruc tutan şəxsin qusmağının, gəyirməyinin və ağzını qarqara etməyinin hökmü

Sual: Oruc halında gəyirməyin hökmü nədir?

Cavab: Gəyirərkən bir şey xaric olub yenidən qeyri-ixtiyari (mədəyə) getsə, oruc batil olmaz. Gəyirərkən ağız boşluğuna bir şey gəlsə və oruc tutan onu ixtiyarı halda udsa, lazim ehtiyata əsasən, orucu batil olar və kəffarə də verməlidir.

Sual: Oruc halında qeyri-ixtayari qusmağın hökmü nədir?

Cavab: Əgər bilərəkdən qusmasa, orucu düzgündür.

Sual: Oruc tutana boğazını qarqara etdikdən sonra ağzının suyunu udması caizdirmi? Qeyd edək ki, (qarqaradan sonra) ağız suyunun nə dadı, nə də qoxusu var idi.

Cavab: Suyu tamamilə boşaltmadıqca, caiz deyildir.

Sual: Oruc tutan şəxs gəyirdikdən sonra ağız boşluğuna az miqdarda qusmaq gələrsə, orucu batil olarmı?

Cavab: Əgər onu bilərəkdən ikinci dəfə udarsa, lazim ehtiyata əsasən, orucu batil olar.