Oruc və üzgüçülük
Sual: Oruc halında üzgüçülükə məşğul olmağın hökmü nədir?
Cavab: Orucu batil etmir, lakin bu iş şiddətli məkruhdur.
Sual: Ramazan ayında başı suya batırmağın orucu batil etdiyini bilsəm də, unutqanlıq üzündən dəfələrlə bu işi etmişəm. Bu halda, mənim hökmüm nədir?
Cavab: Suya dalmaq orucu batil etmir.
Sual: Bəzi müsəlman alimlərinin fətvasına əsasən, oruc olan şəxs üzgüçülük hovuzuna daxil olarsa, orucu batil olar. Bu barədə Seyid Sistani cənablarının rəyi nədir?
Cavab: Seyid Sistani cənablarının rəyinə əsasən, suya dalmaq orucu batil edən əməllərdən deyildir.