Oruc tutması vacib olmayan şəxslər

Sual: Uşağa süd verən qadının südü az olarsa və oruc tutmaq süd verdiyi uşağa zərər yetirərsə, qadının vəzifəsi nədir?

Cavab: Oruc tutmaq ona vacib deyil; istər bu qadın uşağın öz anası olsun, istər baxıcısı olsun, istər də müzd müqabilində süd vermiş olsun. Lakin oruc tutmadığı günlərin müqabilində hər gün üçün bir fəqirə 750 qram yemək verməlidir. Əlbəttə, vacib ehtiyata əsasən, bu hökm, uşağa süd vermək yalnız həmin yolla mümkün olduğu haldadır. Amma uşağa əmzik kimi başqa yollarla süd vermək mümkün olarsa, qeyd edilən hökmün keçərli olması, mübahisəlidir.

Sual: Doğuş vaxtı yaxınlaşmış hamilə qadının oruc tutması vacibdirmi?

Cavab: Oruc tutmaq, özünə və uşağına zərər yetirərsə, oruc ona vacib olmaz. Lakin oruc tutmadığı hər günün müqabilində, bir fəqirə 750 qram yemək verməlidir. Hər iki halda, tutmadığı orucları sonradan qəza etməlidir.

Sual: Qocalıq üzündən oruc tutmayan şəxs, Ramazan ayından sonra oruc tutmağa özündə güvvə hiss edərsə, nə etməlidir?

Cavab: Müstəhəb ehtiyata əsasən, tutmadığı günlərin orucunu qəza etməlidir.

Sual: Oruc tutması məşəqqətli olan şəxsin vəzifəsi nədir?

Cavab: Oruc ona vacib deyildir. Amma oruc tutmadığı hər günün müqabilində fəqirə 750 qram buğda, arpa, çörək və bu kimi ərzaq məhsullarından fəqirə verməlidir.