Ölmüş heyvan əti

Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir?

Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir.

Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya mübadiləsi icazəli deyil. Lakin “haqqul-ixtisas” hökmünə görə, məsələn, verdiyi sirkə çaxıra çevrilərsə və ya qoyun ölərsə, qarşı tərəfdən müəyyən məbləğ almaq icazəlidirmi? Bu halda “haqqul-ixtisas” sabit olurmu?

Cavab: Bəli, bu halda “haqqul-ixtisas” sabit olur. Həmin məbləği almaq icazəlidir.

Sual: Ölmüş heyvan əti satmaq icazəlidirmi?

Cavab: Ölmüş, habelə, şəriət qaydası ilə kəsilməmiş heyvan ətini və dərisini satmaq haramdır.

Sual: Balıq leşini (suda ölmüş balığı) satmaq icazəlidirmi?

Cavab: Ehtiyata əsasən murdar leşi satmaq icazəli deyil. Lakin balıq kimi sıçrayıcı qanı olmayanlara gəlincə, – balığın sudan diri çıxarılması ətinin yeyilməsinin halal olması üçündür – leşi pakdır. Paklıq tələb olunan yerlərdə istifadəsi icazəlidir. Həmçinin pak olan leşi satmaq icazəli olduğu üçün onun (balığın) da leşini satmaq icazəlidir.