Qeyri-ixtiyari müsiqi dinləmək

Sual: Biz bilirik ki, bir çox musiqiləri dinləmək haramdır. Biz küçədə yol gedərkən və ya evdə oturanda qeyri-ixtiyari qulağımıza haram musiqilər dəyir, belə olan təqdirdə, bizim şəri vəzifəmiz nədir?
Əgər biz küçədə özümüz istəmədən haram müsiqi eşitsək bu zaman nə etməliyik, qulaqlarımızı əllərimizlə qapatmalıyıq yoxsa, buna görə üzürlüyük?

Cavab: Avtobuslarda, parklarda, bazarlarda, vağzallarda və digər ümumi mərkəzlərdə ola bilər ki, ləhv və günah məclislərinə münasib mahnılar səsləndirilsin, amma günah məclisi sayılmasın, bu halda gediş-gəliş icazəlidir. Amma bilərəkdən ona qulaq asmaqdan çəkinmək lazımdır. Əgər musiqi sədaları qəsd və ixtiyari olmadan insanın qulağına yetişərsə, eybi yoxdur.