Salamlaşmaq

Sual: Başqa dinə mənsub olan şəxslə salamlaşmaq icazəlidirmi?

Cavab: Söz, yaxud əməl ilə İslam və müsəlmanlara qarşı düşmənçilik bəsləmədiyi təqdirdə, ona sevgi və məhəbbət sərgiləyərək yaxşılıq etməyin maneəsi yoxdur.

Sual: Namaz qılan şəxsin namaz əsnasında başqasına salam verməsi icazəlidirmi?

Cavab: Namaz qılanın namaz əsnasında başqasına - hətta, salamlaşmanın hər hansı bir növü ilə olsa belə - salam verməsi icazəli deyil. Bəli, (namaz əsnasında verilən) salama cavab vermək nəyinki icazəlidir, hətta vacibdir. Əgər salamın cavabını verməsə, günah etmiş olsa da, namazı düzgündür. Amma verilən salam “salam” sözündən qeyrisi ilə ifadə olunsa, məsələn; “Sabbəhəkəl-lahu bil-xeyr” (Yəni, Allah səhərini xeyirli etsin!) - deyilsə, bu halda onun cavabını vermək vacib deyil. Baxmayaraq ki, həmin salamın cavabını vermək, müstəhəb ehtiyatdır. Əgər namaz əsnasında həmin salamın cavabını vermək istəsə, vacib ehtiyata əsasən, dua etmək məqsədilə cavab verməlidir. Belə ki, salam verənin cavabında belə deməlidir: “Allahummə sabbihhu bil-xeyr” (Yəni, Allahım, onun səhərini xeyirli et!)

Sual: Gənc qadına salam vermək məkruhdurmu və bu hökm iş sahəsinə də şamil olurmu?

Cavab: Bəli. Amma salam verməkdə bərabər, yaxud üstün cəhət olarsa, istisnadır.