Spirtli içkilər verilən toy mərasimlərində iştirak etmək olarmı?

Sual: Azərbaycanda bəzi toy mərasimlərində içki verilir. Mömin şəxslərin həmin toy məclislərində, süfrələrində içki olmamaq şərti ilə, iştirak etmələri icazəlidirmi? 

Cavab: Əgər iştirak etmək zəruridirsə və heç bir vəchlə onları təsdiq etmək sayılmırsa, eybi yoxdur. Amma şərab və sərxoş edici içkilər içilən süfrədə yemək-yemək haramdır. Hətta ehtiyat vacibə əsasən, belə bir süfrə başına əyləşmək də haramdır.

Belə bir halda - risalədə qeyd olunmuş şərtləri gözləməklə - iştirak edənləri günahdan çəkindirmək və yaxşı işlərə dəvət etmək lazımdır. Bəlkə, təsir edəcəyinə də ehtimal etmirsə - vacib ehtiyata əsasən - günahkarların qarşısında üzünü turşutmaqla onların işinə etirazını və nifrətini göstərməlidir.