Səhv səcdəsi

Sual: Səhvən “Təsbihati-ərbəə”-ni oxumamaq, namazı batil edərmi?

Cavab: Müstəhəb ehtiyata əsasən, namazdan sonra səhv səcdəsi edilməlidir.

Sual: Namaz əsnasında səhv oxunan bir şeyin ikinci dəfə düzgün oxunması üçün səhv səcdəsi etmək lazımdırmı?

Cavab: Lazım deyil.

Sual: Namaz əsnasında səhvən ah çəkmək və yaxud “oh”- demək, namazı batil edərmi?

Cavab: Vacib ehtiyata əsasən, səhv səcdəsi etməlidir.

Sual: Öskürmək nəticəsində insandan çıxan səs üçün səhv səcdəsi etmək lazımdırmı?

Cavab: Lazım deyil.

Sual: Namaz əsnasında səhvən və yaxud namazın bittiyini zənn edib danışarsa, vəzifəsi nədir?

Cavab: Vacib ehtiyata əsasən, səhv səcdəsi etməlidir.