Təqaüd məvacibi

Sual: Mən 64 yaşında bir qadınam. Atam altsaymer (yaddaş pozulması) xəstəsidir. O, müəyyən məbləğ təqaüd alır. Onun aylıq təqaüdünü mən yığıb saxlayıram. Heç bir şey dərk edə bilmədiyi üçün onun özünə vermirəm. Qardaşlarımdan imkansız olanına, məsələn, ev tikməsinə köməklik etmək üçün həmin məbləğdən sərf etməyə haqqım varmı? Bütün qardaş və bacılarım bu məsələdə razıdırlar.

Cavab: Bu icazəli deyil. Bu kimi hallarda şəri vəlinin (qəyyumun) vəzifəsi qəyyumluğa götürülən şəxsin malını onun özünə və şəxsi ehtiyaclarına sərf etməkdir. Bəli, əgər övlad fəqir olarsa, ataya onunu xərcəlirni ödəmək vacibdir. Ata qüsurlu olarsa, şəri vəlisi onun (atanın) malından sərf etməlidir. Həmçinin ataya qulluq edən şəxs onun şəri vəlisindən öz əməli müqabilində muzd tələb edə bilər.