Ümumi küçə və səkilərdə alış-veriş etməyin hökmü

Sual: Bəzi market sahibləri mağazalarının qarşısında yerin üzərinə mal töküb dolanışığını təmin etmək istəyən şəxslərdən, alış-veriş etmələrinə icazə vermələri üçün pul tələb edirlər. Belə bir tələb etmə, icazəlidirmi?

Cavab: Onların (mağaza sahiblərinin) buna haqqı yoxdur.

Sual: Ümumi küçə, yaxud səkilərin üzərinə alış-veriş məqsədilə mal düzməyin hökmü nədir?

Cavab: Əgər qanunla qadağan olunmayıbsa, icazəlidir.