Valideynə itaətlə bağlı bəzi hökmlər

Sual: Yaşadığımız yerdə bəzi (namazı, orucu olmayan) valideynlər övladlarını Məşhəd, Kərbəla kimi ziyarətlərə getməyə qoymurlar, dini dərslərə getməyə icazə vermirlər. Belə valideynlər istəmirlər ki, övladları dini biliklərini genişləndirsinlər, çünki övlad dində dərinləşsə valideynin dinə zidd olan sözünü qəbul etməyəcək, buna görə də valideyn icazə vermir ki, belə yerlərə getsinlər. Belə valideynlərə itaət etmək vacibdirmi?

Cavab: Bu məsələdə onlara itaət etmək nəinki vacib deyil, əksinə haramdır. Gənclər dini hökmləri və dini maarifi öyrənmək üçün çalışmalıdır. Bütün bunlarla imamların (ə) və s. ziyarətinə getməkdə valideynin qadağası şəfqət üzündən olsa onun ziddinə hərəkət etmək bu cəhətdən onların inciməsinə səbəb olsa, icazəli deyil.

Sual: Siz valideynə itaət məsələsində "şəfqət" şərtini qoyursunuz. Yəni, məsələn valideyinin övladından tələbi şəfqət üzündən olarsa ona itaət vacibdir. Bu "şəfqət" hansı mənadadır? Xahiş edirik ki, bunu bir qədər geniş açıqlayasınız. Bu kəliməni dəqiq başa düşsək tətbiqatda çətinlik çəkmərik, inşallah.

Cavab: Şəfqət yəni, qorxu. Məqsəd o hallardır ki, valideyn öz övladının canı üçün qorxur. Amma onları dindən uzaq saxlamaq üçün olsa itaət etmək icazəli deyil.