admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Аli dini mərcəiyyət tеrrоrçulаrа qаrşı аpаrılаn həyаti döyüşlə yаnаşı islаhаt sаvаşınа qаtılmış İrаq хаlqını аrzuоlunаn hədəfə çаtmаq üçün bu sаvаşın dоğru və düzgün şəкildə аpаrılmаsınа və хüsusi mаrаqlаrı оlаn tərəflərin оndаn öz məqsədləri üçün istifаdə еtməsinə yоl vеrməməyə çаğırış еtmişdir. Həmçinin, mərcəiyyət кеçmiş vəziyyət nəticəsində ölкədən хаricə mühаcirət еdən gəncləri öz sеçimlərinə yеnidən nəzər sаlmаğа, ölкələrini və хаlqlаrı bаrəsində düşünməyə, dаhа аrtıq səbr və dözüm nümаyiş еtdirməyə, müхtəlif cəbhələrdə tеrrоrçulаrlа mübаrizə аpаrаn, tоrpаq, nаmus və müqəddəslər uğrundа bir-birinin аrdıncа qurbаnlаr vеrən, cаnlаrındаn кеçən silаhlı qüvvələr, кönüllülər və əşirətlərin övlаdlаrınа nümunə оlаrаq bахmаğа səsləmişdir.

Müctəhid Sistаninin nümаyəndəsi Şеyх Əbdülmehdi Кərbəlаyi bu gün (28.08.2015) “Cümə” nаmаzının iкinci хütbəsində demişdir: “İslаh sаvаşının uğur qazanması üçün tələb оlunаn fакtоrlаrdаn biri də ölкədə işlərin gеdişаtı əllərində оlаn  siyаsətçilərin хаlqın sоsiаl yаrdımlаr, korrupsiyaya qаrşı mübаrizə və ictimаi ədаlət кimi tələblərində hаqlı оlmаlаlаrını аnlаmаlаrı, əsаslı еlə аddımlаr аtmаlаrıdır кi, оnlаrın tələblərinə cаvаb vеrmələri, inаnmаlаrı və ciddi оlаrаq bu tələblərin həyаtа кеçməsinə çаlışmаlаrı bаrədə vətаndаşdа inаm və еtibаr yаrаnsın. Bəyаn еdirəm кi, хаlq əvvəllər vеrilmiş vədlərin uzun illər əziyyət çəкdiкləri prоblеmlərin həlli fonunda rеаllаşmаdığını görmüşdür. Əкsinə, xalq bu vədlərin sаdəcə prоblеmlərdən dоğаn аğrı və еmоtsyаlаrın müvəqqəti sакinləşdirilməsinin şаhidi оlmuşdur. Bu dəfə məsuliyyət dаşıyаn şəхslər кеçmişdəкindən fərqli fоrmаdа çəlışmаlıdırlаr кi, islаhatlarda ciddi və хаlqа vеrdiкləri vədlərdə dоğru оlmаlаrı bаrədə vətəndаşlаrın inаmını qаzаnsınlаr.”

Şеyх Əbdülmehdi Кərbəlаyi İrаq хаlqını tеrrоrа qаrşı аpаrılаn həyаti döyüşlə yаnаşı islаhаt sаvаşınа qаtılаnlаrı  bu sаvаşdа аrzuоlunаn hədəfin həyаtа кеçməsi üçün uğur qаzаnmаğın fакtоrlаrındаn birinin оnun mехаnizmlərini dоğru istiqаmətə cəmlənmsinin оlmаsınа diqqət еtməyə çаğırdı. Bunа görə də islаhаt şüаrı ucаldаn vətəndаşlаr öz tələblərinin ünvаnını düzgün sеçməlidirlər кi, həmin tələblərin hаqlı və təbii оlmаsını ifаdə еtsin. Хаlq hərакаtınа qаrşı çıхаn və tənə vurаnlаrın həmin ünvаnlаrı təhrif еtmələrinə və yа mаrаqlı qüvvələrin öz məqsədlərinə çаtmаlаrı üçün оndаn istifаdə еtmələrinə yоl vеrilməməlidir.

Şeyx Kərbəlayi sözünə davam еdərəк dеmişdir: “Dеyilənlərdən əlаvə qеyd еtməк lаzımdır кi, аli dini mərcəiyyət bir dаhа bildirir кi, оnun yаnаşması islаhаt prоsеsinin ümumi yоllаrını bəyаn еtməкdir. Bu işin zəruri prаsеdurаlаrının incəliкlərinə gəlincə,  bu, üç güc struкturlаrı – qаnunvеriciliк, icrаеdici və məhкəmə struкturlаrının məsul işçilərinindən оlаn düşünən insаnlаrın öhdəsindədir. Mərcəiyyət ümid еdir кi, оnlаr bu işdə müvəffəqiyyət qаzаnаcаq və bütün güc struкturlаrının mənbəyi оlаn İrаq хаlqını qаnе еdəcəк cürətli qərаrlаr vеrəcəкlər”.

Digər cəhətdən аli dini mərcəiyyət кеçmiş vəziyyət nəticəsində ölкədən хаricə mühаcirət еdən gəncləri öz sеçimlərinə yеnidən nəzər sаlmаğа, ölкələrini və хаlqlаrı bаrəsində düşünməyə, dаhа çox səbr və dözüm nümаyiş еtdirməyə çаğırmışdır.

“Nun” Хəbər Аgеntliyinin Şеyх Əbdülmehdi Кərbəlаyi İmаm Hüsеyn (ə)-ın hərəmində söylədiyi хütbədən hаzırlаdığı bəyаnаtdа bеlə dеdiyi qеyd еdilir: ”Sоn zаmаnlаrdа çох sаydа irаqlı gənclərin bаşqа ölкələrə mühаcirət еtmələri təzаhürü gеniş yаyılmışdır. Həttа оnlаrının çохunun bu iş üçün qоnşu ölкələrdəкi qаçаqmаlçılıqla məşğul olan qruplаşmаlаrdаn yаrdım istəmələri  və böyüк təhlüкələrə qаtlаşmаlаrı müşаhidə оlunur. Оnlаrdаn bir çохunun həlак оlmаsınа səbəb оlаn bir nеçə təəssüfеdici hаdisələr bаş vеrmişdir”.

О, daha sonra demişdir: “Bu vəziyyət böyüк nаrаhаtçılığa səbəb оlur, ölкənin gənc pоtеnsiаl, ziyаlı və акаdеmiк bаzаsının bоşаlmаsı təhlüкəsini yаrаdır. Bu vəziyyətin gеniş yаyılmаsınа bir çох gənclərin yахın gələcəкdə  sоsiаl təlаbаtlаrının, iqtisаdi və ictimаi həyаtlаrının yахşılаşmаsınа, еlmi pоtеnsiаllаrının istəкlərini təmin еdəcəк şəкildə rеаllаşmаsınа həqiqi fürsət əldə еdə bilcəкlərinə dаir ən кiçiк ümiddən bеlə məhrum оlmаlаrı səbəb оlmuşdur”.

Müctəhid Sistаninin nümаyəndəsi məsul işçiləri bu vəziyyətin doğurduğu təhlüкənin həcmini, ölкəyə vurаcаğı zərərləri dərк еtməyə, vəziyyətin düzəlməsi üçün ciddi surətdə çаlışmаğа, iqtisаdiyyаt, sənayе, əкinçiliк və sоsiаl хidmətlər sаhəsində inкişаf proqramlarının həyata keçirilməsinə və işsiz gənclərin işlə təmin оlunmаsı üçün şərаit yаrаdılmаsınа səy göstərməyə çаğırdı. Həmçinin, кеçmiş vəziyyətin nəitcəsində məhrumiyyətə düşmüş sеvimli gənc övlаdlаrımızı öz sеçimlərinə yеnidən nəzər sаlmаğа, ölкələrini və хаlqlаrı bаrəsində düşünməyə, dаhа аrtıq səbr və dözüm nümаyiş еtdirməyə, müхtəlif cəbhələrdə tеrrоrçulаrlа mübаrizə аpаrаn, tоrpаq, nаmus və müqəddəslər uğrundа bir-birinin аrdıncа qurbаnlаr vеrən, cаnlаrındаn кеçən silаhlı qüvvələr, кönüllülər və əşirətlərin övlаdlаrınа nəzər yеtirməyə səsləmişdir. Bu хоşbəхt gənclər vətənin izzəti və хаlqın ucаlığı üçün çətinliкlər qаrşısındа dözüm və səbr nümаyiş еtdirməкdə bütün irаqlılаrа nümunə оlmаlıdırlаr”.

Nun Хəbər Аgеntliyi 

Frans-Press Ağentliyi

Bağdad, İraq — Baş ofis

Nömrə: 500

Tarix: 17/8/2015

Möhtərəm ali dini mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistaniyə

Frans-Press Agentliyi Sizə ən xoş diləklərini arzulayır və cənabınızın dəftərxanası və ya verdiyiniz səlahiyyəti ləyaqətlə yerinə yetirən şəxs vasitəçiliyi ilə aşağıdakı sualları sizə təqdim etmək istəyir. Suallar agentliyin İraq hökumətinin təsbit etdiyi reformadan saydığı hesabat və habelə, korrupsiyaya qarşı mübarizənin zəruriliyini gücləndirmədə, dövlət müəssisələrinin inkişafında və kommunal xidmətlərdə ali mərcəiyyətin rolu haqdadır.

1. Hal-hazırda möhtərəm Seyidi reformaya aşkar və qətiyyətli şəkildə səsləməyə sövq edən səbəblər hansılardır?
2. Bu problemlərlə bağlı möhtərəm Seyid ilə cənab Baş Nazir arasında biraşa əlaqə vardırmı?
3. Möhtərəm Seyidin reformaya çağırış və bu məsələyə ötən mərhələlərdə özünün dönə-dönə səsləməsinə baxmayaraq siyasətçilərin isə cavab vermədiklərini tənqid etməsi vasitəsilə çatdırmaq istədiyi mesaj nədir?
4. Möhtərəm Seyid belə hesab edirmi ki, onun korrupsiyaya qarşı mübarizə və dövlət müəssisələrinin reformasına çağırışı, əhəmiyyət etibarilə, özünün 2014-cü ilin iyununda İraq xalqını “İŞİD” qruplaşması ilə vuruşa səsləməsi ilə eynidir?
5. Sizcə, İraqın korrupsiyanın bu mərhələsinə çatmasının, eləcə də, dövlət müəssisələrinin və kommunal xidmətlərin səviyyəsinin süstlüyünün səbəbləri nədir və məsuliyyəti kim daşıyır?

İstəyimizə cavab verməyinizi ümid edərək xoş münasibətinizə görə dərin ehtiram və dəyərlə təşəkkürümüzü bildiririk.

Vilyam Danlop

Ofis müdiri yardımçısı

Frans-Press Agentliyi – Bağdad

 

Rəhimli və mərhəmətli Allahın adı ilə

1. Həqiqətən də, ali dini mərcəiyyət, çoxdandır ki, korrupsiya ilə mübarizəyə, hökumət müəssisələrinin reformasına və kommunal xidmətlərin yaxşılıaşdırılmasına səsləyir və bir neçə dəfə də bu işdə ertələmənin pis nəticələrindən çəkindirmişdir. 2011-ci ilin fevral ayında mərcəiyyətin qərargahından sadir olan bəyannamədə qeyd olunanlar buna misaldır. Orada deyilir: “Həqiqətən də, xalqın qanuni tələblərini həyata keçirməkdən ötrü çalışmağın zəruriliyini məsul şəxslərə bildirməkdə olan dini mərcəiyyət dövlət idarəçiliyindəki hazırkı metodun davam etməsinin pis aqibətindən və törəyəcək fəsadlardan xəbərdarlıq edir. Bu fəsadların törəmə səbəbi də vətəndaşların uzun müddət səbr etdikləri problemlərin köklü həllinin tapılmasındakı yubanmadır.”

Son həftələrdə çox sayda iraqlı səbrləri tükənərək ölkədəki vəziyyətin pis olmasına etiraz edib reformalar tələb etdiklərində dini mərcəiyyət korrupsiyaya qarşı mübarizə və ictimai ədalətin həyata keçməsi yolunda ciddi və tədqiq olunmuş addım atılması üçün güclü şəkildə hərəkət etmə zamanın, artıq, yetişdiyini görmüşdür. Mərcəiyyət hesab etmişdir ki, bunun həyata keçməsi ölkədəki birinci icra edici şəxs olan cənab Nazirlər Kabinetinin sədri başda olmaqla məsul şəxslərə təkid etmək yolu ilə olacaqdır.

2. Ali dini mərcəiyyətin metodu reforma əməliyyatının təfsilatına varmamaq, tövsiyə və istiqamətləndirmə üçün özünün ümumi göstərişlərini bəyan etməklə kifayətlənməkdir. Neçə ki, müqəddəs Kərbəladakı cümə xütbələrində mərcəiyyətin nümayəndələrinin dilindən söylənmişdir: “O (mərcəiyyət), məsul şəxslərin bu çətin vəzifəni yerinə yetirməkdə uğur qazanacaqlarına və İraq xalqı üçün qənaətbəxş olacaq cürətli qərarlar qəbul edəcəklərinə ümid edir. O anda da mərcəiyyət hakimiyyəti tam şəkildə dəstəkləyəcəkdir.”
3. Məlumdur ki, ali dini mərcəiyyət erkən vaxtlardan — ötən quruluşun çökməsindən sonra — İraq xalqını parlamentə öz nümayəndələrini seçə bilmələri üçün ümumi seçkilərin keçirilməsinə və sonra da milli hökumətin qurulmasına çağırmışdır. Bu hökumət əmin-amanlıq və xidmətlərin təmin olunmasında və eləcə də, ölkəni tərəqqi və irəliləyişə doğru aparmasında vəzifələrini yerinə yetirəcəkdi. Mərcəiyyət seçki qutuları vasitəsilə hakimiyyətə yetişən siyasi təbəqənin ölkəni, böyük problemlər baş verməyəcək, doğru şəkildə idarə etməsinə ümid bəsləyirdi. Belə ki, bu problemlərin həlli və ya aqıbətlərinin yüngül olması üçün mərcəiyyət müdaxilə etməyə məcbur olmayacaqdı. Lakin çox təəssüflər olsun ki, hadisələrin gedişatı bundan fərqli oldu. Pis idarəçilik və buna əlavə olaraq da digər daxili və xarici amillər ölkəni böyük təhlükədən xəbər verən bu ikrah doğurucu vəziyyətə gətirib çıxardı.

Mərcəiyyət 2006-cı ilin aprel ayında dəftərxanasından sadir olan bəyanatda bildirmişdir:

“O (mərcəiyyət), İraq xalqının ümumi mənafeyinə toxunan heç bir kəsə güzəşt etmir;

O, zərurət tələb edərsə, hər dəfə hökumətin öz vəzifələrini yerinə yetirməkdə yol verdiyi gizli nöqsanlarını göstərəcək;

Onun səsi mənsubiyyətləri, tayfa və irqləri arasında heç bir fərq qoymadan və harada olmalarına baxmayaraq bu xalqın zülmə və məhrumiyyətə məruz qalan övladları ilə olacaqdır.

Bu günkü günlərdə də dini mərcəiyyətin reforma addımlarının və eləcə də, ictimai ədalətin həyata keçirilməsinin tezləşdirilməsinin zəruriliyini təsdiqləməsi bu mənbədən qaynaqlanır.”

4. Təsdiq olmuşdur ki, əgər müxtəlif dövlət müəssisələrində, xüsusilə də, təhlükəsizlik orqanlarında güclü korrupsiya olmasaydı və əmr sahibləri hakimiyyətdən sui-istifadə etməsəydilər, nə terrorçu “İŞİD” qruplaşması İraq ərazilərindən böyük bir hissəni ələ keçirə bilərdi, nə də ki, torpağı, şərəfi və müqəddəsləri müdafiə etmək üçün ali mərcəiyyətin iraqlıları silahlı qüvvələrə qoşulmağa səsləməsinə ehtiyac olardı.

Bu gün, əgər, korrupsiyaya qarşı mübarizənin köməkliyi ilə həqiqi reforma və ictimai ədalətin müxtəlif yönlərdə icrası barışıqsız həyata keçməsə, vəziyyətin öncəkindən daha çox pisləşməsi gözlənilir. Ola da bilsin ki, vəziyyət vətənini sevən hər hansı bir iraqlının arzulamadığı parçalanmaqla və buna bənzər hallarla nəticələnsin — Allah eləməsin!

Bunda da ali dini mərcəiyyətin təsdiqlədiyi reforma üçün tələsməyə çağırışının böyük əhəmiyyəti gizlənir.

5. Şübhə yoxdur ki, vəziyyətin bu yerə çatmasındakı ən böyük məsuliyyəti ölkəni ötən illər boyu idarə etmiş siyasətçilər daşıyır. Həqiqətən də, onların əksəriyyəti İraq xalqının ümumi mənafeyinə maraq göstərməmiş, əksinə öz şəxsi, sinfi, qəbilə və irqi mənafelərini güdmüşlər. Onlar həm mövqeləri, həm də hökumət mənsəblərini bacarığa, dürüstlüyə və ədalətə görə deyil, elə o mənafelərə görə də bölüşdürmüşlər. Onlar korrupsiya ilə məşğul olmuş və onun hökumət müəssisələrində geniş şəkildə yayılmasına yol vermişlər. Ölkənin idarəçiliyində düzgün planın olmamasına və digər səbəblərə əlavə olaraq bütün bunlar bu gün gördüyümüz pis iqtisadi vəziyyətə və kommunal xidmətlərin aşağı səviyyədə olmasına gətirib çıxarmışdır.

4.11.1436-cı ilə təsadüf edən

20.08.2015

Seyid Sistaninin (kölgəsi üstümüzdən əskik olmasın!) dəftərxanası

İraqdakı dinin mərcəiyyət – bu cümə (04.08.2015) – yenidən məhkəmə orqanlarını və “Korrupsiyaya qarşı mübarizə idarəsi”-ni korrupsionerləri təqib edib onların ələ keçirdikləri əmlakın geri qaytarılmasına çağırış edib. O, informasiya xarakterli və ritorik reformalarla razılaşmağın qənaətbəxş olmadığını vurğulayıb.

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Sistaninin nümayəndəsi Seyid Əhməd Safi Kərbəla şəhərində yerləşən imam Hüseynin (ə) mübarək hərəmində qılınan “Cümə” namazının ikinci xütbəsində deyib: “İraq dövlətinin müxtəlif orqan və müəssisələrində məcburi və zəruri reformaların aparılmasına ehtiyac var. Hamı bilir və etiraf edir ki, xalqımızın üzləşdiyi böyük problemlər getdikcə dərinləşən korrupsiyanın nəticəsidir.”

Seyid Safi sözünün davamında deyib: “Məmurların bizim reformalar aparmaq üçün etdiyimiz çağırışlarla razılaşmaları, onların həmin reformaları ritorika və informasiya xatirinə dəstəkləmələri  kifayət etmir. Əksinə, hər kəs öz sahəsində gərəkən reformaların həyata keçirilməsi üçün ciddi səhdlə çalışmalıdır.” Sonra o, deyib: “Məmurun qanuni səlahiyyəti nə olursa olsun o, təkbaşına gərəkən reformaları həyata keçirə bilməz. Bunun üçün digər dövlət qurumları da onunla əməkdaşlıq etməlidir.”

Seyid Safi məhkəmə orqanlarını və “Korrupsiyaya qarşı mübarizə idarəsi”-ni korrupsiyanın başında dayanaraq İraq xalqının hesabina varlananların məsuliyyətə cəlb olunmaları üçün hərəkətə keçməyə və onların ələ keçirdikləri əmlakı geri almalarına çağırış edib. O, bunu reform və korrupsiyaya qarşı mübarizə yolunda atılan mühüm addım adlandırıb.

Bismillahir-rəhmanir-rəhim

Seyid Sistani cənablarının (kölgəsi üzərimizdən əskik olmasım!) Nəcəf-Əşrəf şəhərində yerləşən dəftərxanasındakı rəsmi mənbə aşağıdakı bəyanatı yayımlayıb:

Mediada imam Hüseynin (ə) davamçıları olduqlarını və onun (ə) yolu ilə getdiklərini iddia edən silahlı dəstənin bir neçə əcnəbi işçini qaçıraraq öz siyasi tələblərinin həyata keçirilməsi üçün girov götürmələri xəbəri yayılıb.

Biz təkidlə qeyd edirik ki, regionda baş verən hadisə və faciələrlə heç bir əlaqəsi olmayan günahsız insanları cəzalandırmaq əxlaqa, qanuna, hüquq normalarına zidd, pislənilən və qəbulolunmaz əməldir.

Biz pak din olan İslamı və Əhli-beytin (ə) məzhəbini ləkləyən, dövlətin imicinə zərbə vuran və (xalq tərəfindən qanuni yolla) seçilmiş hökümətin zəifləməsinə səbəb olan bu cür əməllərdən əl çəkməyi və qaçırılanların azadlığa buraxılmasını tələb edirik.

Biz İraq hökümətini və bütün siyasi qüvvələri, ölkədəki asayiş və sabitliyi pozan qanuna zidd hərəkətlərə qarşı var gücləri ilə mübarizə aparan təhlükəsizlik güclərini dəstəkləməyə çağırırıq.

27.11.1436 h.q

12.09.2015 m.

İraqdakı dini mərcəiyyət Baş Nazir Heydər əl-İbadi hökümətinin aşağı səviyyəli xidmətlər və korrupsiya əleyhinə keçirilən nümayişlərdən bir neçə həftə sonra başlatdığı islahatlar prossesini sürətləndirməyə çağırdı.

Mərcəiyyət nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayi Kərbəla şəhərində qılınan “Cümə” namazının xütbəsində deyib: “Biz ümid edirik ki, islahatlar prossesi sürətlə başa çatacaq və müxtəlif aidiyyatı orqanlar, bütün işlərin əsası olan xalqın razılığını təmin etmək üçün əllərindən gələni əsirgəməyək.”

O, qeyd edib ki, dəyişikliyin özü yox, daha yaxşıya doğru dəyişiklik tələb olunur. Bu da yalnız istənilən dəyişiklik prossesində peşəkar qaydalara riayət etməklə, partiya, milli, regional və tayfa ayrıseçkiliyindən uzaq olmaqla baş verə bilər.

Şeyx Kərbəlayi sözünə davam edərək deyib: “Həqiqətən də, Nazirlər Kabinetinin yüksək vəzifəli məmurların əmək haqlarının azaldılması barədə qəbul etdiyi qərar, islahatlara doğru atılan ən doğru addımdır.”

O, dövlət qulluqçuları ilə cüzi əmək haqqı alıb minimum yaşayış vəziyyətini təmin edə bilməyən şəxslər arasında məntiqsiz fərqi ləğv edərək ədaləti bərpa etmək məqsədilə “dövlət qulluqçularının tutduqları vəzifənin təsnifatına uyğun əmək haqlarının tənzimlənməsi” haqda qərarın qəbul olunmasının vacibliyini vurğulayıb.

Şeyx Kərbəlayi belə hesab edir ki, məmurların işinin qiymətləndirilməsi və iş bacarmayanların başqaları ilə əvəz olunması, islahata doğru atılan əsas addımlardan biridir.  Onları (iş bacaranları) seçmək, bacarıq və xalqın maraqlarını qorumaq prinsipinə əsaslanmalıdır.

O, yeni kadrların seçilməsi prossesində fərq qoyma və qeyri-obyektivlik olmasın deyə, mütəxəssislərə üstünlük verilməsinə çağırış edib.

Dini mərcəiyyət paytaxt Bağdadın yaxınlığında yerləşən məntəqələrdə ciddi fəsadlarla nəticələnən son partlayışları pisləyərək kəşfiyyatın inkşaf etdirilməsi üçün çağırış etmiş, silahlı qüvvələr, səfərbər xalq və əşirətlərdən təşəkkül tapmış döyüşçülərin dəstəklənməsinin zəruriliyini vurğulamışdır.

Mərcəiyyət nümayəndəsi Seyid Əhməd Safi Kərbəla şəhərində yerləşən imam Hüseynin (ə) mübarək hərəmində qılınan “Cümə” namazının xütbəsində deyib: “Biz paytaxt Bağdadın yaxınlığında yerləşən məntəqlərdə ciddi fəsadlarla nəticələnən İŞİD- in törətdiyi son terrorçu partlayışları pisləyir, şəhidlərin ruhuna rəhmət diləyir və təhlükəsizlik orqanlarını, xüsusilə bu cür neqativ halların qarşısını almaq üçün kəşfiyyat sahəsini inkşaf etdirməyə və təhlükəsizlik tədbirlərini daha da gücləndirməyə səsləyirik.”

Seyid Safi İraq hökümətini cəbhə bölgələrində savaşan təhlükəsizlik qüvvələri, könüllülər və əşirətlərdən olan qəhrəman döyüşçüləri mümkün vasitələrlə dəstəkləməyə çağırıb. O, qeyd edib ki, həmin döyüşçülər terrorçulara qarşı mübarizədə canlarını və qanlarını fəda edirlər.

Paytaxt Bağdad - 17 Sentyabr 2015 ci il tarixində - mərkəzdə yerləşən iki məntəqədə törədilmiş intiharçı partlayışların şahidi oldu. İŞİD qruplaşmasının öz üzərinə götürdüyü bu iki partlayış onlarla günahsız vətəndaşı qurbanına çevirdi.

Həmçinin dini mərcəiyyət İraq hökümətini ölkənin maliyyə və iqtisadi problemlərlə üzləşdiyi bir vaxtda özəl sektora diqqət ayırmağa, onu inkşaf etdirib dəstəkləməyə çağırıb.

O, “vaxtdan istifadə etmək mədəniyyəti”- nin təbliğ olunmasının və bunda ifrata yol verən “məmurlar”- ın cəzalanmasının zəruriliyini vurğulayıb.

Mərcəiyyət nümayəndəsi Seyid Əhməd Safi deyib: “Dövlət ölkənin üzləşdiyi iqtisadi və maliyyə problemlərinin nəticəsində bir çox maliyyə öhdəlikləri ilə yüklənib. Vəziyyətin tezliklə yaxşılaşması isə məlum deyil.” O, dövləti yükü yüngülləşdirməyə, özəl sektora diqqət ayırıb onun üçün bütün yolları açmağa, onun inkşafının qarşısını alan qanunlara yenidən baxıb həmin qanunları asanlaşdırmağa səsləyib.

Seyid Safi qeyd edib ki, özəl sektoru inkşaf etdirib ona diqqət ayırmaq ölkəyə müsbət təsir edəcək. Bu, dövlətin icra və qanunvericilik baxımından dəstək verdiyi təqdirdə, ona bir çox problemləri həll etməkdə yardım edəcək.

Mərcəiyyət nümayəndəsi sözünün davamında “vaxtdan istifadə etmək mədəniyyəti”- nin təbliğ olunmasının və bunda ifrata yol verən “məmurlar”- ın cəzalanmasının zəruriliyini vurğulayıb. O, deyib ki, “vaxta həris olmaq və onu israf etməmək” mədəniyyətinin təbliğ olunması, vəzifə islahatlarına doğru atılmış mühüm addımlardandır.

Dini mərcəiyyət cinayətkar İŞİD qruplaşmasına qarşı güclü qələbələri davam etdirməyə səsləyərək, İŞİD- ə qarşı mübarizənin iraqlılar üçün prioritet olaraq qaldığını söyləyib.

Mərcəiyyət nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayi imam Hüseynin (ə) mübarək hərəmində qılınan “Cümə” namazının xütbəsində deyib: “Həqiqətən də, İŞİD- ə qarşı mübarizə iraqlılar üçün prioritet olaraq qalır. Çünki onun nəticələri iraqlıların bu gününə birbaşa təsir etdiyi kimi, onların gələcəyinin üz cizgilərini də çəkir.” O, İŞİD- ə qarşı güclü qələbələri davam etdirməyin əhəmiyyətli olduğunu vurğulayıb.

Şeyx Kərbəlayi deyib: “İraqın üzləşdiyi problemlər, İŞİD terroru ilə mübarizəyə əhəmiyyətsiz yanaşmağa əsas vermir. Təşkilatlanma və  müştərək əməkdaşlıq bu mübarizədə uğur qazanmağın mühüm əsaslarındandır.”

Dini mərcəiyyət hökümət orqanlarını, özünün bütün imkanlarını müharibə üçün sərf etməyə, cəbhə bölgələrində savaşan qəhrəman döyüşçülərə yardım etməyə və imkanlıları isə şəhid və yaralıların ailələrinə qarşı diqqətli olmağa səsləyib.

Mərcəiyyət nümayəndəsi höküməti vəba epidemiyasının qarşısını almaq üçün lazımi tədbirləri görməyə çağıraraq xalqı da tibbi qayda və təlimatlara riayət etməyə səsləyib.

Bismillahir-rəhmanir-rəhim

Biz Allahınıq və Ona tərəf qayıdacağıq.

Biz dərin kədər və ağrı hissi ilə - dünən - Minada baş vermiş faciəli xəbəri eşitdik. Son xəbərlər, bu faciədə Allah evini həcc edən çox sayda ziyarətçinin - onların arasında yüzlərlə iranlı ziyarətçi də var - həyatını itirdiyini və yaralandığını bildirir.

Biz bu ağır müsibətlə bağlı zəmanənin sahibinə və imamına (ruhumuz ona fəda olsun!), həmçinin faciə nəticəsində əzizlərini itirmiş ailələrə dərin hüznlə başsağlığı verir, Uca Allahdan həyatlarını itirənlər üçün sonsuz mərhəmət və bağışlanma, yaralılara isə şəfa diləyirik!

Ümid edirik ki, gələcəkdə bu cür kədərli və acı faciələrin bir daha baş verməməsi üçün lazım olan bütün tədbirlər görüləcək. Güc və qüdrət yalnız uca və əzəmətli Allahladır.

11-Zil-hiccə 1436 h.q. ili

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistaninin dəftərxanası

Nəcəf-Əşrəf şəhəri

24 -dən səhifə 93