admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Suаl: Yеtim оğlаn və yа qız uşаğınа hаqlаrı оlаn yеtim mаlı vеrmək üçün ən аzı nеçə yаşı оlmаlıdır?

Cаvаb: Şəriətə əsаsən yеtim şəri mükəlləfiyyət yаşınа çаtmаyаn şəхs hеsаb оlunur. Yəni hicri qəməri ili hеsаbı ilə qız 9 yаş, оğlаn isə 15 yаşа çаtmаlı yахud üzündə cоd tükün çıхmаsı və yахud dа оndаn spеrmа хаric оlmаsı ilə şəri mükəlləfiyyət yаşınа çıtmış hеsаb оlunur. Möminlərin könüllü оlаrаq yеtimlərə və yа оnlаrın qəyyumlаrınа vеrdikləri iаnələrə gəlincə, mükəlləfyyət yаşınа çаtmış, lаkin müstəqil şəkildə öz həyаtını və işlərini idаrə еtməyə gücü çаtmаyаnlаrа dа şаmildir. Hər iki növdə yаş həddi təyin еdilməlidir ki, iаnə еdən insаnlаr həmin yаş həddindən аz оlаnlаrа yаrdım еtdiklərini bilsinlər. Bu yаş həddini 18 və yа 21 hеsаb еtmək оlаr. Оlа bilsin ki, hər iki cinsə nisbətdə vəziyyət fərqli оlsun.

Suаl: Tеrrоr nəticəsində itkin düşmüş ərin hökmü nədir? Оnun uşаğı yеtim hеsаb оlunurmu?

Cаvаb: Yаlnız оnun ölümünə əminlik оlаrsа, yеtim hеsаb оlunur. Lаkin iаnələrin itkin düşmüşlərin övlаdlаrınа şаmil оlmаsı ilə yаnаşı iаnə еdənlərin də хəbəri оlsun dеyə iаnələrin ünvаnını ümumiləşdirmək оlаr.

Suаl: Hüsеyni məclislərin (imam Hüseynin (ə) əzası üçün qurulan yas məclislərinin) təşkili, yеtimlərin qəyyumluğа götürülməsi və məhrumiyyət yаşаyаn bölgə sаkinlərinə yаrdım kimi üç əsаs cəhətdə fəаliyyət göstərən yardım fоndu işlərini dəqiq yеrinə yеtirmək üçün kоmpyütеr və fоtо kаmеrа kimi bəzi əşyаlаrı yеtim mаlındаn аlа bilərmi?

Cаvаb: İаnə еdənlərə mаlın bir hissəsinin fоndu idаrə еdənlərin təlimаtlаrı ilə bu işlərə sərf оlunmаsını хəbər vеrmək lаzımdır. Yеtimlərin şəхsi mаlındаn və yа оnlаr üçün аyrılmış mаldаn yаlnız şəriət hаkiminin icаzəsi ilə istifаdə еtmək cаizdir.

Suаl: Qаdının аvtоmоbilin ön оturаcаğındа оturub qаynı ilə müəyyən bir yеrə gеtməsi icаzəlidirmi?

Cаvаb: Hаrаmа düşməyəcəyindən əminlik оlmаsа, icаzəli dеyil.

Suаl: Mən bir şirkətdə işləyirəm. Həmin şirkətin оfisində mənimlə bir qаdın dа işləyir. Çох vахt yаnımızdа hеç kim оlmur. Bu hаl icazəlidirmi?

Cаvаb: Hаrаmа düşməyəcəyindən əmin оlmаsаn, icаzəli dеyil.

Suаl: Qаdının yаd kişinin yаnındа sürücülük öyrənməsi icаzəlidirmi? Bеlə ki, yаnlаrındа hеç kim оlmаdаn təlim üçün münаsib оlаn müəyyən yеrlərə gеdirlər.

Cаvаb: Fəsаdа səbəb оlаmаyаcаğındаn əminlik оlmаsа, icаzəli dеyil.

Suаl: Еvdə хidmətçi və yа qаrdаşın zövcəsi və başqa bu kimi yаd qаdınlа tək bаşınа qаlmаq hаrаmdırmı?

Cаvаb: Hаrаmа düşməyəcəklərindən əmin оlduqlаrı hаldа icаzəlidir.

Suаl: Hаrаmа düşülməyəcəyindən əminlik оlduğu hаldа yаd kişi və yа qаdınlа təkbаşınа qаlmаğın hökmü nədir?

Cаvаb: İcаzəlidir.

Suаl: Mən еvli bir şəхsəm. Хüsusi аvtоmаbilim və sürücüm vаr. Həyаt yоldаşım sürücü ilə təkbаşınа bir yеrə gеdə bilərmi?

Cаvаb: Hаrаmа düşülməyəcəyindən əminlik оlduqdа bunun heç bir maneəsi yохdur. Lаkin оnlаrlа yаnаşı üçüncü şəхsin оlmаsı dаhа yахşıdır.

Suаl: Hаrаmа düşülməyəcəyindən əminllik оlduqdа qаdınlа təkbаşınа bir liftdən istifаdə еtmək icаzəlidirmi?

Cаvаb: Hаrаmа düşməyəcəyindən əmin оlаrsа, bunun hеç bir mаnеəsi yохdur.

Sual: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin şərtləri hansılardır?

Cavab: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin vacib olmasının bir neçə şərti var:

1. Ümumi şəkildə olsa belə, yaxşı və pis işi tanımaq. Nəyin yaxşı olduğunu bilməyən şəxsə yaxşı işlərə dəvət etmək vacib deyil. Həmçinin nəyin pis olduğunu bilməyən şəxsə  pis əməllərdən çəkindirmək vacib deyil. Bəli, birinciyə dəvət və ikincidən çəkindirmək üçün yaxşı və pisi öyrənmək müqəddimə baxımından vacib ola bilər.

2. Yaxşılığa dəvət olunan şəxsin yaxşı işə əməl edəcəyi və pis işlərdən çəkindirilən şəxsin çəkinəcəyi ehtimal edilməlidir. Əgər onun heç bir məhəl qoymayacağı və əhəmiyyət verməyəcəyi məlum olarsa, fəqihlər arasında məşhur olan rəyə əsasən, bu iş vacib deyil. Lakin onun yaxşı əməli tərk edib pis işlər tutmasına, hətta təsir etməyəcəyini bilsə də, öz narazılığını və ikrah hissini bildirmək ehtiyata əsasən, tərk olunmamalıdır.

3. Yaxşı işləri tərk edən və pis əməllər yerinə yetirən şəxs öz əməlini davam etdirmək niyyətində olarsa; əgər bir şəxsin hətta birinci dəfə belə, yaxşı işi tərk etmək və pis bir əməl tutmaq əzmində olmasından xəbərdar olarsa, onu (yaxşı işə) dəvət etmək və ya (günah əməldən) çəkindirmək vacibdir.

4. Yaxşı işi tərk edən və pis əməl yerinə yetirən şəxs etdiyi işin haram deyil mubah olmasını və ya tərk etdiyinin vacib olmadığını güman etməsi kimi səbəblərə görə üzürlü olmamalıdır. Əlbəttə, əgər onun tutmaq istədiyi gunah əməl haqsız olaraq insan qətl etmək kimi şəriətin qəbul etmədiyi bir əməldirsə, həmin şəxs nəinki cahil, hətta təklif həddinə çatmasa belə, onu bu əməldən çəkindirmək vacibdir.

5. Yaxşı işlərə dəvət edən və pis əməllərdən çəkindirən şəxs canına, namusuna və malına əhəmiyyətli dərəcədə zərər dəyəcəyindən qorxmamalıdır. Həmçinin bu işi yerinə yetirdiyi üçün dözülməz dərəcədə çətinliyə düşməməlidir. Lakin yaxşı işin yerinə yetirilməsi və pis əməlin tərk edilməsi müqəddəs şəriətin nəzərində zərər və çətinliklərə dözmək müqabilində daha böyük əhəmiyyət kəsb etdiyinə əmindirsə, bu, istisna haldır.

Əgər yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin müsəlmanların can, namus və mallarına əhəmiyyətli dərəcədə zərər verəcəyindən ehtiyat olunarsa, vacib hökmündən düşər. Əlbəttə, əgər yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək şəriətin nəzərində əhəmiyyətli işlərdən olarsa, bu əməllə ehtimalın dərəcəsi və ehtimal olunanın əhəmiyyəti baxımından hər iki tərəfi dəyərləndirmək vacibdir. Ola bilsin ki, bu əməlin vacib olması hökmdən düşməsin.

Sual: “Minhacus-salihin” kitabında “Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək” fəslində (yaxşı işə dəvət və pis əməldən çəkindirməyə) əhəmiyyət verməyən şəxs barəsində belə demisiniz: “Bütün şərtlər mövcud olduqda yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək vacibdir. Lakin bu, vacib ehtiyata əsasəndir”. Bu necə ola bilər? Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin mərhələlərində təsiretmə dərəcəsi nəzərdə tutlmalıdırmı?

Cavab: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin vacib olma şərtlərindən biri də bu əməlin təsirli olmasını ehtimal etməkdir. Əgər təsir edəcəyini ehtimal etməsə, yəni günah edən şəxs yaxşı və pis işə heç bir əhəmiyyət vermirsə, məşhur fəqihlər yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin vacib olma hökmündən düşdüyünü qeyd etmişlər. Lakin Seyid cənabları bu məsələdə ehtiyat edərək qarşı tərəfin günah əməl tutmasına öz narazılığını bildirmək kimi söz və əməldə etiraz etməyin vacib ehtiyat olduğunu demişdir.

Sual: İndiki zamanda heç kim günah əməldən çəkindirilməyi qəbul etmir. Hər dəfə bu işi yerinə yetirdikdə mübahisə ilə nəticələnir, bəzən də düşmənçiliyə gətirib çıxarır. Belə olan halda nə etmək lazımdır?

Cavab: Əgər sənə zərər yetişəcəksə günah əməldən çəkindirmək vacib deyil. Həmçinin təsir etmiyəcəyini bilirsənsə, vacib deyil. Lakin öz narazılığını bildirməyin ehtiyata əsasən vacibdir.

Sual: Araq içən və insanlara heç bir zərəri toxunmayan və daima xeyir sevən insanla müamilə etmək icazəlidirmi?

Cavab: Onunla müamilə etmək vacib olma şərtləri mövcud olduqda günah əməllərdən çəkindirilməsi ilə ziddiyyət yaratmasa, iczəlidir.

Sual: Açıq-saçıq geyinən zövcəni hicab geyinməyə məcbur etmək və ğinaya qulaq asmaq kimi haram əməl etməsinin qarşısını almaq ərə vacibdirmi? Əgər onu günahdan çəkindirə bilmirsə nə etməlidir?

Cavab: “İzahlı şəriət məsələləri” kitabında qeyd olunmuş mərhələlərə uyğun olaraq zövcəsini yaxşı işlərə dəvət etməsi və pis əməllərdən çəkindirməsi ona vacibdir. Əgər riayət etməsə, onun barəsində heç bir məsuliyyət daşımır. Lakin lazımı icraatlar aparmalıdır ki, onun doğru olmayan davranışı uşaqların tərbiyəsinə mənfi təsir etməsin.

Sual:  Birinin qeybətiniə şahid olan, lakin onu müdafiə edə bilməyən şəxs həmin məkanı tərk etməlidir, yoxsa sükutunu davam etdirməlidir?

Cavab: Qeybət edən şəxsə mane ola bilməsə də, həmin məclisi tərk etmək vacib deyil.  Lakin əgər bu işdən onu çəkindirəcəyini bilsə, ehtiyata əsasən onun sözlərinə öz narazılığını və ikrahını bildirməlidir.

Sual: İctimai nəqliyyatda olarkən ğina eşitməyə məcbur olaramsa və yaxşı işə dəvət etməyə gücüm yetməsə, bu halda nə etəməliyəm? Həmçinin istər ictimai nəqliyyatda, istərsa də başqa bir yerdə olarkən baş verən hər hansı bir günah əməlin qarşısını almağa imkanım yoxdursa və həmin yeri tərk edə bilmirəmsə, bu halda nə etməliyəm?

Cavab: Əgər baş verən günah əmələ görə öz narazılığını və ikrahını bildirməyə imkanın varsa, bunu etmək sənə vacibdir. Əks təqdirdə, heç bir məsuliyyət daşımırsan.

Sual: Müsəlman insan zövcəsini və övladlarını vaxtı çıxmadan əvvəl namazı qılmağa, xüsusilə də sübh namazını qılmağa fiziki güc tətbiq etmədən məcbur etməyə haqqı varmı?

Cavab: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin mərhələlərinə və şərtlərinə riayət edrərk buna haqqı var.

Sual: Musiqi və ğinaya şamil olması əvvəlcədən məlum olan yığıncaqlarda iştirak etmək icazəlidirmi? Məclisə gəldikdən sonra belə hallarla qarşılaşan şəxsin şəriət baxımından vəzifəsi nədir?

Cavab: Həmin məclislərdə sükut edərək iştirak etmək günah əməllərdəndir. Ola bilsin ki, onun bu əməli baş verən günah əmələ razılıq və başqalarını günaha sövq etdirmə hesab olunsun. Bundan əlavə pis əməllərdən çəkindirmək prinsipinin şərtlər mövcud olduğu təqdirdə vacibliyi bu işdən çəkindirmək kimi bir vəzifəni yerinə yetirməyi tələb edir. Əgər məclisə gələn şəxs məclisin bu kimi haram əməllərə şamil olduğuna şahid olarsa, “İzahlı şəriət məsələləri” kitabında qeyd olunmuş şərtlər əsasında günah əməldən çəkindirmək vəzifəsini yerinə yetirmək ona vacibdir.

Sual: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək vəzifəsinin vacib hökmündən düşməsinə səbəb olan zərərin dərəcəsinin təyin olunması elmə, gümana, yoxsa ehtimala əsaslanır?

Cavab: Bu vəzifənin öhdədən düşməsinə səbəb olan zərər, əhəmiyyətli  dərəcədə cana, mala və ya namusa dəyəcək zərərdir. Adətən dözülməsi qeyri-mümkün olan çətinlik də bu hökmdədir.

Sual: Zərər çəkəcəyi ehtimalı ilə fərdlərin yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək vəzifəsini tərk etməsi nəticəsində cəmiyyətdə günah əməllər intişar tapmışdır. Belə olduğu halda zərər çəkəcəkləri ehtimal olunsa belə, yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək hər bir fərdə vacibdirmi?

Cavab: Bəli, əgər günah əməlin tərk edilməsi şəriətin nəzərində zərər və çətinliklərə dözmək müqabilində daha böyük əhəmiyyət kəsb etdiyinə əminlik yaranarsa, bu (vəzifəni yerinə yetirmək) vacibdir.

Sual: Zərərə çəkəcəyi ehtimal olunduğu təqdirdə yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin yaxşılığa dəvət edən və ya pislikdən çəkindirən şəxsin öhdəsindən düşməsi “rüxsət” – zərər çəkəcəyini bilib və ya ehtimal etdiyi halda belə, yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək icazəlidir –  yoxsa “əzimət” – yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək ona haramdır, əgər yerinə yetirərsə günah etmişdir – baxımındandır?

Cavab: Ehtimal edilən zərər ölüm və bu kimi təhlükə dərəcəsinə çatmasa, icazəlidir. Həmşinin ehtimal olunun zərər ağıl sahiblərinin nəzərində qorxulacaq dərəcədə olmasa, hökm belədir.

Yağış suyu

Sual: Üzərində eyni nəcasətin özü olmayan, lakin nəcis olmuş bir əşyanın üzərinə yağış yağarsa, yağışın dəydiyi yerlər pak olarmı?

Cavab: Bəli, pak olar.

Sual: Sidiklə nəcis olmuş bədən və paltarı yağış suyu necə pak edər?

Cavab: Ehtiyata əsasən, iki dəfə yağış yağması lazımdır.

Sual: Yağış nəcasətin üzərinə yağarkən başqa yerə də sıçrayarsa, sıçrayan su nəcisdirmi?

Cavab: Yağış nəcasətin üzərinə yağarkən başqa bir yerə də sıçrayarsa, sıçrayan su özü ilə nəcasəti daşımasa və nəcasətin dadını, ya iyini, ya da rəngini almasa, pakdır.

Sual: Bir binanın tavanı və yaxud damında nəcisaət olarsa, nəcasətə toxunaraq tavandan, yaxud damdakı navalçadan süzülən su, pakdırmı?

Cavab: Bir binanın tavanı və yaxud damında nəcasət olarsa, nəcasətə toxunaraq tavandan, yaxud damdakı navalçadan süzülən su, yağış yağdığı müddətdə pakdır.

Sual: Nəcis olmuş yerə (torpağa) yağış yağarsa, onu pak edərmi?

Cavab: Nəcis olmuş yerə (torpağa) yağış yağarsa, onu pak edər.

Sual: Nəcis olmuş yerə sərilən təmiz döşəyin üzərinə yağış yağarsa və nəcis yerin üstündən axarsa, döşək nəcis olarmı?

Cavab: Döşək nəcis olmaz, yer də pak olar.

Yumurtadakı qan

Sual: Yumurtanın sarısında və ya ağındakı qan, yumurtanı nəcis edərmi? Onu yemək caizdirmi? Bu məsələnin həll yolu vardırmı?

Cavab: Yumurtanın içindəki qan təmizdir, amma onu yemək haramdır. Qan yumurtada yox olacaq qədər az olmasa, onu çıxardıqdan sonra, yumurtanı yemək olar.

Sual: Xərçəngi, ilbizi və yaxud kreveti yemək, caizdirmi?

Cavab: Dəniz məhsullarından pullu balıqların və krevetin yeyilməsi halaldır. Amma xərçəng kimi balıq olmayan və pullu olmayan balıqların yeyilməsi, caiz deyildir.

Sual: Müsəlmanın içki məclislərində iştirak etməsi caizdirmi?

Cavab: Bu məclislərdə yemək yemək və nə isə içmək haramdır. Amma sadəcə həmin məclislərdə iştirak etmək, vacib ehtiyata əsasən, haramdır.

Sual: Balina və yeyilməsi caiz olmayan balıqların yağından istifadə etmək, eyni zamanda ilbizi yemək və yaxud başqa yerlərdə istifadə etmək caizdirmi?

Cavab: Yeyilməsi caiz deyildir. Amma başqa yerlərdə istifadə etmək caizdir.

Sual: Qərb ölkələrində qida məhsulları satılan mağazalarla alver edirik. Amma həmin məhsulların tərkibinin nədən ibarət olduğunu bilmirik. Belə ki, onların tərkibində yeyilməsi və içilməsi halal və yaxud haram olan şeylər ola bilər. Tərkibinə baxmadan və yaxud tərkibi barədə soruşmadan onları yeyə bilərikmi?

Cavab: Tərkibində ət, yağ və onlardan hazırlanmış maddələr olmadığını bilsəniz, yeyə bilərsiniz.

Sual: Bəzi sirkələr şərabdan hazırlanır. Belə ki, fabriklərdə həmin şərablar emal olunaraq sirkəyə çevrilir. Buna görə də həmin sirkələr, arpa və yaxud digər sirkə çeşidlərindən seçilsin deyə, üzərinə “Şərab sirkəsi”- yazılır. Lakin həmin sirkə şüşələrini mağazaların rəflərində içki satılan şöbədə deyil, məhz sirkə satılan rəflərə düzüb satırlar.

Cavab: Ürfdə ona sirkə deyilsə - sualda da bu cür fərz olunur – sirkənin hökmü ona şamil olar.

Sual: Tibbi spirit bir çox dərman və siropların tərkibinə qatılır. Bu tərkibdə olan dərmanların içilməsi və istifadəsi caizdirmi? Tibbi spirt pakdırmı?

Cavab: Tibbi spirt pakdır və əgər spirt dərmanın tərkibində itəcək miqdarda qaılmışsa, həmin dərmanı içmək caizdir.

Sual: Üzərində “Alkaqolsuzdur”- yazılmış pivələri içmək caizdirmi?

Cavab: Əgər pivədən məqsəd (coşqunluq və daşqınlığa) səbəb olan arpa suyudursa – ki, zəif sərxoşluğa səbəb olur – halal deyildir. Amma bundan məqsəd; coşqunluq, daşqınlıq və sərxoşluğa səbəb olmayan arpa suyudursa (Alkaqolsuz arpa suyu), maneəsi yoxdur.

Sual: Bir müsəlman su içmək üçün bir masada oturarsa, tanımadığı başqa bir şəxs də eyni masada içki içmək məqsədilə əyləşərsə, müsəlmana həmin çayxananı tərk etməsi vacib olarmı?

Cavab: Həmin masadan qalxması vacibdir.

Sual: Müsəlmanın içki içilən süfrədə oturması, əgər o, həmin süfrə əhlindən sayılarsa, haramdır. Burda süfrə dedikdə nə nəzərdə tutulur; bir məclisdə bir neçə süfrə, yoxsa üzərində içki olan süfrə? Belə ki, əgər iki süfrə arasında fasilə olarsa, içki olmayan süfrəyə əyləşmək, caizdirmi?

Cavab: Süfrənin bir olması nəzərə alınmalıdır. Üzərində sərxoşedici içkilər olan süfrəyə əyləşəyin haram olması, ehtiyata əsasəndir. Bu süfrədən bir şey yemək və yaxud içmək də, güclü görüşə haramdır.

Sual: Şəriət qaydalarına uyğun şəkildə kəsilməyən heyvanın ətinin buxarı ilə bişirilmiş halal yeməkləri yemək, caizdirmi?

Cavab: Caiz deyildir. Çünki bu halda halal yemək, nəcis olan ətin buxarından çıxan su damlalarına toxunduğu üçün nəcis hökmündə olur.

Sual: Krevet kimi yengəcin də (müxtəlif çeşidləri ilə) yeyilməsi caizdirmi?

Cavab: Yengəci yemək, caiz deyildir.

Sual: Son zamanlar emal olunmuş balıq qutulurının üzərində balığın adı və şəkli vurulur. Bu qutularla balığın pullu olduğunu öyrənə bilirik. Balığın növünü təyin etmək  üçün bu ad və şəkillərə etmad edə bilərikmi?

Onu da qeyd etmək lazımdır ki, yalan məlumat vermək bu şirkətlərə böyük zərər verər. Hətta, bundan daha ağır nəticələr verə bilər.

Cavab: Məlumatın doğru olduğuna xatircəm olsanız, ona uyğun əməl etmək caizdir.

Sual: Balıqçı gəmiləri, tor vasitəsilə tonlarla balıq ovlayaraq satışa çıxarır. Müasir üsulla ovlanan balıqların dənizdən diri çıxması da bilinir. Şirkətlərin zərərə düşmək dorxusundan, balıqlar sudan ölü çıxdığı halda, onu demələri də mümkündür. Belə olan halda, qeyri-müsəlmaların satdığı bu balıqları, həmin yerlərdən ala bilərikmi?

Qeyd olunan balıqların sudan canlı çıxarıldığını öyrənməyin və ya bunu dəstəkləyəcək etibarlı bir şahid tapmağın həqiqətən də, çox çətin (və gerçəkləşməmiş) bir iş olduğu da məlumdur. Belə bir vəziyyətdə, toyuq, inək və qoyun ətinin İslam qaydalarına uyğun şəkildə kəsilib kəsilmədiyini təyin etməkdə çətinlik çəkdiyi üçün balıq ətinə üstünlük verən həssas müsəlmanların bu problemini həll etməyin bir yolu vardırmı?

Cavab: Müsəlman və yaxud qeyri-müsəlmandan almağın maneəsi yoxdur. Eyni zamanda qeyd olunan şəkildə ovlandığına əmin olduqdan və balığın pullu olduğunu bildikdən sonra yeyilməsinin də, maneəsi yoxdur.

Sual: Qərbdə jelatin maddəsindən bir çox yeyilən və içilən məhsulların tərkibinə əlavə etmək üçün istifadə edirlər. Həmin məhsulların yeyilməsi, caizdirmi? Həmçinin, bitkidən və yaxud heyvandan alınan jelatinin hökmü nədir? Jelatinin heyvandan alındığı təqdirdə, onu heyvanın sümüyündən yoxsa, başqa bədən üzvündən alındığı da məlum deyil. Həmçinin, həmin ətin, əti yeyilən heyvanın ətindən olub-olmaması da bilinmir.

Cavab: Jelatinin heyvandan, yoxsa bitkidən alındığına şəkk edilərsə, yeyilməsi caizdir. Amma heyvandan alındığı bilinərsə; heyvanın şəriət qaydasına uyğun şəkildə kəsilməsinə əmin olmayana qədər, yeyilməsi caiz deyildir. Hətta, heyvanın sümüyündən hazırlanmış olsa belə, yeyilməməsi ehtiyata uyğundur. Əgər onun xammalı kimyəvi əməliyyat nəticəsində istihalə olarsa, mütləq şəkildə, yeyilməsində maneə yoxdur. Eyni zamanda, yeyilən məhsulların tərkibinə, içində yox olacaq miqdarda qatılarsa və bu heyvanın şəriət qaydalarına uyğun şəkildə kəsilib-kəsilmədiyinə şəkk edərsə, yeyilməsinin maneəsi yoxdur.

Sual: Qeyri-müsəlman ölkələrdə istehsal olunan pendirlər buzov və yaxud başqa heyvanlardan alınan mayalardan hazırlanır. Bu mayaların İslam qaydalarına uyğun şəkildə kəsilmiş heyvanlardan alınıb alınmadığını, yaxud başqa bir vasitə ilə istihalə olub olmadığını da bilmirik. Belə olan halda, həmin pendirləri yemək caizdirmi?

Cavab: Maneəsi yoxdur.

Sual: Sahibinin içki satdığı super marketlərdə satılan və şəriət qaydalarına uyğun şəkildə kəsilən ətləri almaq, caizdirmi?

Cavab: Bəli, həmin ətləri almaq caiz və yemək də, halaldır. Hətta satıcının həmin əti şəriət qaydalarına uyğun şəkildə kəsdirdiyinə ehtimal versə və ət əvvəl qeyri-müsəlmanın əlində olmuş olsa belə, halaldır. Amma bu ehtimal verməsə, halal olmaz.

Sual: Bəzi Avropa ölkələrinin böyük dükan və bazarlarında, Avropa şirkətləri tərəfindən istehsal olunub qablaşdırılaraq üzərinə “Halaldır” və yaxud “İslam qaydalarına uyğun şəkildə kəsilmişdir”- sözləri yazılmış ətlərə rast gəlirik. Həmin ətləri almaq və yemək caizdirmi?

Cavab: Əmin olmayana qədər, yazının əhəmiyyəti yoxdur.

Sual: Müsəlman olamayan şirkətlərin İslam ölkələrində istehsal etdikləri ətlərin üzərində “İslam qaydalarına uyğun şəkildə kəsilmişdir”- yazılır. Həmin ətləri yemək caizdirmi? Əgər bu ətlər qeyri-müsəlman ölkələrdə, müsəlman şirkətlər tərəfindən istehsal olunarsa, yeyilməsi caizdirmi? İstehsalçı şirkət əcnəbi olsa və əcnəbi ölkədə istehsal etsə, hökmü nədir?

Cavab: Yazı etibarsızdır. Əgər istehsalçı müsəlman olsa və ya əksəriyyətinin müsəlman olduğu ölkədə istehsal olunsa, istehsalçının müsəlman olmadığı bilinməsə, yeyilməsi caizdir.

Amma istehsalçı müsəlman olmasa və ya əksəriyyətinin qeyri-müsəlman olduğu ölkədə istehsal olunsa, həmçinin istehsalçının da müsəlman olduğunu bilməsə, yeyilməsi caiz deyildir.

Sual: Bəzi qida məhsullarının tərkibinə (kolbasa,dondurma və s.) "E" kodlu məmulatlar qatılır (məsələn, E407,E471).
Bunların halal və haram olmasını seçməkdə çətinlik çəkirik.
Mümkünsə, bu kodlu məmulatlar barədə məlumat verin.
Allah Sizdən razı olsun.

Cavab: Sözü gedən şübhələrin - möhkəm dəlillərlə sübuta yetməsə, şəriət baxımından əhəmiyyəti yoxdur. Axtarış aparmaq vacib deyil.

Sual: Qərb ölkələrində böyük şirkətlər və müəssisələrdə işləyən insanlar ofislərdə gündəlik işlərinə gedib gəlirlər və onlar iş yerinin mülkiyyəti barədə heç bir şey bilmirlər. Həmin yerlərdə namaz qılmağın və syuy ilə dəstəmaz almağın hökmü nədir?

Cavab: Mülkiyyət hüququnun  qorunması lazım olan şəxsdən qəsb olunduğu məlum olmasa, orada namaz qılmaq və suyu ilə dəctəmaz almağın heç bir maneəsi yoxdur.

Sual: Əgər qəsb olunbsa, əvvəlcədən qılınan namazların hökmü nədir?

Cavab: Namaz qıldıqdan sonra həmin yerin qəsb olunduğu məlum olarsa, namaz düzgündür.

Sual: Yaxşı kişi və yaxşı qadının xüsusiyyətləri hansılardır?

Cavab: Ərinə əziyyət verməmək, ona qarşı pis davranmamaq və onu narahat etməmək yaxşı qadınn xüsusiyyətlərindəndir. Həmçinin arvadına əziyyət verməmək, onunla kobud davranmamaq və onu narahat etməməmk yxşı kişinin xüsusiyyətlərindəndir. Həzrət Rəsulullah (s) belə buryurub: “Hər hansı bir kişinin arvadı ona əziyyət verərsə, onu razı salmadıqca həyatı boyu otuc tutub ibadət etsə, qul azad etsə, Allah yolunda bütün mallarını sədəqə olaraq paylasa da, Allah o qadının namazını və heç bir yaxşı əməlini qəbul etməz. Həmin qadın cəhənnəmə atılacaq ilk insan olar”. Sonra Peyğəmbər (s) belə buyurdu: “Kişi də arvadını incidib ona zülm edərsə, bu günahı daşıyar və bu əzaba düçar olar”.

Sual: Ərin atasına, anasına və ya qardaşına xidmət etmək zövcənin yaxşı xüsusiyyətlərindən sayılırmı? Həmçinin öz həyat yoldaşının atasına, anasına, qardaşına və ya bacısına xüsusilə də qərib ölkələrdə, yardım etməsi ər üçün yaxşı xüsusiyyət hesab olunurmu?

Cavab: Bu işlərin ər və ya arvad üçün yaxşı əməl hesab olunmasında heç bir şübhə yoxdur. Lakin bu əməllər onlara vacib deyildir.

27 -dən səhifə 93