admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sual: Oruc tuta bilmədiyi təqdirdə, yaşlı insanın vəzifəsi nədir?

Cavab: Yaşlı kişi və qadın oruc tuta bilməsələr, yaxud oruc tutmaq onlar üçün sıxıntı və çətinliyə səbəb olarsa, bu zaman onlara, oruc tutmadıqları hər gün üçün fidyə vermələri vacibdir. Fidyənin çəkisi kiloqramın dörddə üçü (750 qr) miqdarında buğdadır. Buğda digərlərindən (digər ərzaq məhsullarından) daha yaxşıdır. Onlara orucun qəzasını yerinə yetirmələri vacib deyildir.

Sual: Susuzluq xəstəliyinə tutulmuş şəxsin hökmü, oruc tuta bilməmək baxımından, yaşlı adamın hökmü ilə eynidirmi?

Cavab: Yaşlı və susuzluq xəstəliyinə tutulmuş şəxs oruc tuta bilməsə, yaxud oruc tutmaq onun üçün sıxıntı və çətinliyə səbəb olarsa, bu zaman oruc tutmadığı hər gün üçün bir mudd (750 qram) fidyə verməlidir. Fidyənin müstəhəb ehtiyata əsasən, buğdadan olması daha yaxşıdır. Sonradan oruc tutmağa imkanı olsa belə, qəzanı yerinə yetirməsi vacib deyil, amma müstəhəb ehtiyatdır.

Sual: Qəsdən orucu pozmağın kəffarəsi, üzrlü halda orucu pozmağın kəffarəsindən nə ilə fərqlənir?

Cavab: Mudd (çəki) baxımıdan heç bir fərqi yoxdur. Amma qəsdən orucu pozan altmış yoxsula, yaşlı şəxs kimi orucu üzrlü olaraq pozan isə, bir yoxsula bir mudd miqdarında yemək verməlidir.

Sual: Yaşlı kişi və qadın kimi oruc tuta bilməyənlərə (sonradan) qəza etmələri vacibdirmi?

Cavab: Əgər yaşlı kişi və qadına oruc tutmaq çətinlik yaradarsa, oruclarını pozmaları caizdir və hər gün üçün bir mudd yemək kəffarə verərlər. Lakin (sonradan) qəza etmələri vacib deyildir. Əgər oruc tuta bilməsələr, (orucun vacib olması hökmü) onların üzərindən götürülər və kəffarənin də üzərilərində götürülməsi uzaq deyildir. Bu hökm susuzluq xəstəliyinə tutulmuş şəxsə də aiddir. Belə ki, susuzluq xəstəliyinə tutulmuş şəxsə oruc tutmaq çətinlik yaradarsa, hər gün üçün bir mudd yemək kəffarə verər. Əgər o, oruc tuta bilməsə, kəffarə üzərindən götürülər.

Yuxu görmək

Sual: Qarışıq yuxunun doğruluğa yozulan röyadan fərqi nədir?

Cavab: Doğru yuxular vasitəsilə bəzi qeyb xəbərlərini müşahidə etmək olur ki, bu da əsasən, mənəvi saflıq əldə etmiş insanlarda baş verir. Qarışıq yuxular görməyin səbəbi isə əksinə, psixoloji sarsıntılar keçirtmək və yaxud tox qarına yatmaq kimi ruhi və cismani hallardır.

Sual: Yuxu yozmalarına etimad etmək olarmı?

Cavab: Yuxu yozmaları mötəbər yol ilə məsumlara (ə) istinad edilmədiyi təqdirdə, səhv olması mümkün olan təxmin və intuisiya sayılır. Çünki insan həm səhv edir, həm də unudur.

Sual: Qəzetlərdə keçirilən ümumu müsabiqədə qalib gələn şəxsin uduş nəticəsində əldə etdiyi məbləğin xümsu çıxarılmalıdırmı?

Cavab: Vacib deyil. Xüms il ərzində əldə olunan qazancdan çıxarılmalıdır.

Sual: Gənclər uduşlu müsabiqələrdə iştirak edirlər. Müsabiqədə iştirak edən insanlara (müəyyən məbləğ müqabilində) suallar yazılmış vərəqələr paylanılır. Suallara cavab verildikdən sonra böyük mükafatı qazanmaq üçün püşk atılır. Bu icazəlidirmi? Həmin malı vərəqənin qiyməti hesab etmək olarmı?

Cavab: Əgər ehtimal olunan mənfəət müqabilində deyil, sadəcə keçirilən müsabiqəyə kömək və ya müsabiqədə iştirak etmək məqsədi ilə pul ödənilərsə, həmin vərəq qiymətli kağız hesab olunursa, (yəni, oyundan sonra öz qiymətini itirmir və geri qaytarıb məbləği almaq olar) heç bir maneəsi yoxdur.

Sual: Lotereya bileti almaq icazəlidirmi? Belə ki, həmin bilet üçün pul ödəyirəm və həmin pul ümumi hesaba daxil edilir. Əgər qazanılan məbləğin bir hissəsi xeyriyyə məqsədi üçün sərf olunarsa, hökm dəyişirmi?

Cavab: Əgər bilet qiymətli kağız hesab olunursa, qazanc əldə olunmasına baxmayaraq almaq icazəlidir. Həmçinin qazanc əldə etmək üçün alınmış olsa da, üzərində elmi suallar yazılmış müsabiqə vərəqləri barəsində də hökm belədir.

Sual: Telefon vasitəsi ilə keçirilən müsabiqələrdə iştirak etmək icazəlidirmi?

Cavab: Heç bir maneəsi yoxdur.

Sual: Rüsum ödəməklə keçirilən müsabiqələrdə iştirak etmək icazəlidirmi?

Cavab: Heç bir maneəsi yoxdur.

Sual: Telefon vasitəsi ilə müsabiqələr keçirilir. Yüzlərlə insanlar belə müsabiqələrdə iştirak edirlər. Belə ki, bəzi suallar verilir və düzgün cavab verənlər arasında püşk atılması yolu ilə  mükafatı qazanan insan təyin olunur. Belə müsabiqələrdə iştirak etməyin hökmü nədir? Mükafat qazanıldığı təqdirdə necə sərf edilməlidir?

Cavab: Heç bir maneəsi yoxdur. Həmçinin mükafatın sərf olunmasının heç bir maneəsi yoxdur.

Sual: Kəbeyi-Müəzzəmənin ətrafında iki mərtəbəli ötürücü körpü salınmışdır. Könüllü və ya məcburi şəkildə ora ilə təvaf etmək olarmı? Bu halda təvaf namazının hökmü necə olacaqdır?

Cavab: Alt mərtəbəyə gəldikdə, ora ilə, könüllü şəkildə də olsa, təvaf etmək düzgündür. Bəli, lazim ehtiyata əsasən, vacib təvafda təvafın yerinə yetirilməsi ilə təvaf namazı arasında ardıcıllığa riayət etmək labüddür. Alt mərtəbədə təvafı icra edən şəxs elə oradaca, məqamın arxa hissəsinə yaxın tərəfdə namazı qıla bilərsə, maneəsi olmaz. Üst mərtəbəyə gəlincə isə, mükəlləf şəxs oranın Kəbeyi-Müşərrəfənin divarından bir qarışadək azacıq hündür olduğuna əmin olarsa, orada təvaf etməyə icazə verilir. Fəqət, vacib təvafda namazı qılmaq üçün ortadan məcsidin sahəsinə enmək, on dəqiqə deyil, daha uzun zaman apardığından təvaf ilə namaz arasındakı ardıcıllığa riayət edə bilməsə, bu halda lazım ehtiyata əsasən, təvafı orada yerinə yetirməyəcəkdir. Bu, könüllü olaraq üst mərtəbəni seçənlərə aiddir. Lakin təvafı əlil arabasında edən xəstə kimi, yalnız üst mərtəbədə təvaf edə biləcək şəxs üçün isə buna icazə verilir və məcburiyyətə görə təvaf ilə namazı arasında olan ardıcıllıqdakı xələlin də ona zərəri yoxdur. Mükəlləf şəxsin oranın Kəbeyi-Müşərrəfə divarından bir qarışadək azacıq hündür olduğunda əminliyi olmasa (yəni, daha hündür olduğunda əmin olarsa), — təvafı əlil arabasında edən xəstə kimi, yalnız üst mərtəbədə təvaf edə biləcək şəxs olsa belə — təvafı orada etməyəcəkdir. (O, məscidin sahəsində və ya alt mərtəbədə özünün əvəzindən təvaf edəcək bir adam tutacaqdır.) Ona məscidin sahəsində və ya alt mərtəbədə özünün əvəzindən edilən təvafı öz təvafı ilə cəm edərək təvaf namazı qılması gərəkəcəkdir.

Sual: Mükəlləf şəxs yatacağı təqdirdə sübh namazına oyanmayacağını bilsə, namazı qılması üçün oyaq qalması vacibdirmi? Əgər yatsa və namaza da oyanmasa, günah etmiş olurmu?

Cavab: Mükəlləf şəxs onu namaza oyatmasını başqasına tapşırıb vəzifələndirə, yaxud zəngli saat və bu kimi vasitələrdən istifadə edə bilər. Əgər bu mümkün olmasa, yatdığı üçün günah etmiş olmur. Lakin onun yatması ürfün nəzərində namaza qarşı səhlənkarlıq etmək və ona əhəmiyyət verməmək sayılarsa, günah etmiş olur.

Sual: Yatmış şəxsi namaz üçün oyatmaq vacibdirmi?

Cavab: Vacib deyil.

Sual: Yatmış şəxsi (namaz) vaxtının keçəcəyindən qorxduğu üçün namaza oyatmaq vacibdirmi? Bununla bağlı valideynlərin vəzifəsi nədir?

Cavab: Onun (yatmış şəxsin) narazı olmayacağını və əziyyət çəkməyəcəyini bilsə, icazəlidr. Amma namaza qarşı səhlənkarlıq olarsa, (oyatmaq) vacibdir.

Sual: Yalan yəmin etməyin tərifi nədir?

Cavab: Yalan yəmin etmək – (məhkəmədə) iddia barədə qərar qəbul edilərkən içilən yalan anddır.

Sual: Yalan yəmin etmək haram edilibmi?

Cavab: Yalan yəmin etmək haram edilmiş əməllərdən və böyük günahlardandır.

Məsələ 1: Şahin, qartal, qırğı və kərkəs kimi yırtıcı və caynaqlı olan hər bir quşun əti haramdır. Vacib ehtiyata əsasən, bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun əti halaldır. Buna əsasən, quşların əti halal olanların haram olanlardan onların uçma tərzinə baxmaqla ayırmaq mümkündür. Amma bir quşun uçma tərzi məlum olmasa, əgər onun çinədanı yaxud mədə və ya ayağının arxasında caynağı varsa, ha­lal­dır. Əgər onda bunlardan heç biri olmasa, haramdır. Amma – qeyd edi­lən­lər­dən başqa – toyuq, göyərçin, sərçə, hətta dəvəquşu və tovuzquşu kimi di­gər quşlar halaldır. Amma şanapipik və qaranquş kimi bəzi quşları öldürmək mək­­ruhdur. Yarasa kimi uçan halda qanadları olmayan quşların əti isə ha­ram­­dır. Həmçinin vacib ehtiyata əsasən, arı, milçək və digər uçan həşəratlar da eyni hökmü daşıyır.

Məsələ 2: Ruhu olan bir bədən üzvü canlı bir heyvandan qoparılarsa, mə­sələn, canlı bir qoyundan quyruq və ya bir parça ət ayrılarsa, nəcis və ha­ram­dır.

Məsələ 3: Əti halal olan heyvanların bədəninin bəzi üzvləri ha­ramdır:

1. Qan; 2. İfrazat; 3. Erkək heyvanın cinsi orqanı; 4. Dişi heyvanın cinsi or­qanı; 5. Uşaqlıq; 6. Duşul adlanan vəzi (fındığa bənzər yumru vəzi);
7. Don­balan adlanan toxum (yumurta); 8. Başın beyin nahiyəsində noxud for­ma­sında olan kiçik toxum; 9. Fəqərə sütunu arasında olan haram ilik;
10. Vacib ehtiyata əsasən, bel sümüyünün iki tərəfində olan piy; 11. Öd kisəsi; 12. Dalaq; 13. Sidik kisəsi; 14. Göz bəbəyi.

Bütün bunlar, əti halal olan heyvanlar içərisində quşlardan, balıq və çə­yirt­kədən qeyrilərinə aiddir; quşlara gəldikdə isə, onların qan və ifrazatı mü­ba­hisəsiz haramdır. Amma bu ikisindən başqa, yuxarıda qeyd edilənlərdən biri onlarda olsa, onun haramlığı vacib ehtiyata əsasəndir. Həmçinin vacib eh­tiyata əsasən, balığın, qan və ifrazatı, çəyirtkənin ifrazatı da eyni hökmü da­şıyır. Bunlardan başqası onlarda haram deyil.

Məsələ 4: Əti haram olan heyvanın sidiyini içmək haramdır. Həm­çi­nin əti halal olan heyvanların, hətta vacib ehtiyata əsasən, dəvənin də sidiyi eyni hökmü daşıyır. Amma müalicə məqsədilə dəvə, inək və qoyunun si­di­yi­ni içməyin eybi yoxdur.

Məsələ 5: Palçığı yemək haramdır. Vacib ehtiyata əsasən, torpaq və qum da, həmin hökmü daşıyır. Müalicə məqsədilə çarəsiz qaldığı halda Da­ğıs­tan, erməni və bu kimi gili yeməyin eybi yoxdur. Şəfa tapmaq məq­sə­di­lə şə­hid­lər ağası imam Hüseyn(ə)-ın türbətindən orta həcmli noxud qədər ye­mək caiz­dir. Əgər onu müqəddəs qəbrin özündən və yaxud ətrafından gö­tür­məsələr, hətta imam Hüseyn(ə)-ın türbətinə aid edilsə də, vacib ehtiyata əsa­sən, bir miqdar suda və bu kimi şeydə həll edib, qarışdırdıqdan sonra su­yu içsinlər. Həmçinin tür­bətin imam Hüseyn(ə)-ın müqəddəs qəbrindən ol­du­ğuna əmin olmadıqda, bu halda bir dəlil də olmasa, ehtiyata riayət etmək la­zımdır.

Məsələ 6: Burun suyu və ağıza gəlmiş sinə bəlğəmini udmaq haram deyil və həmçinin dişləri təmizləyərkən onun dibindən çıxan yemək qalığını udmağın eybi yoxdur.

Məsələ 7: Ölümə səbəb olan və ya insana mühüm bir zərəri olan qidanı yemək haramdır.

Məsələ 8: At, qatır və ulaq ətini yemək məkruhdur. Əgər bir şəxs on­larla cinsi yaxınlıq etsə (bu işdən Allaha pənah aparırıq!), əti haram olar və cinsi yaxınlıqdan sonra onların nəsli və südü – vacib ehtiyata əsasən – eləcə də sidik və peyini də nəcis olar və onları şəhərdən çıxarıb, başqa yerdə sat­maq lazımdır. Əgər yaxınlıq edən onun sahibi deyilsə, heyvanın qiymətini sa­­hibinə verməlidir və satılmasından əldə edilən pul yaxınlıq edənindir. Əgər dəvə, inək və qoyun kimi adətən, əti istifadə olunan heyvanla yaxınlıq etsə, on­ların sidik və peyini nəcis olar və onların ətini yemək haramdır. Vacib eh­ti­yata əsasən, onların südünü içmək və cinsi yaxınlıqdan sonra onlardan törə­nən nəsil də, eyni hökmü daşıyır. Həmin heyvanı dərhal öldürüb yandırmaq la­zımdır. Onunla yaxınlıq edən şəxs onun sahibi deyilsə, pulunu sahibinə ver­sin.

Məsələ 9: Əgər çəpiş ət və sümüyü bərkiyən miqdarda donuzdan süd əmsə, onun özü, nəsli və südü də haram olar. Amma bundan az miqdarda süd əmsə, vacib ehtiyata əsasən, “istibra” edilməlidir və bundan sonra halal olar. Onun istibrası isə yeddi gün pak süd əmməkdir. Əgər süd əmməyə ehtiyacı yoxdursa, yeddi gün ot yeməlidir. Vacib ehtiyata əsasən, dana, südəmər quzu və digər əti halal heyvanların balaları da, eyni hökmü daşıyır. Nəcis yeyən heyvanın ətini yemək haramdır. İstibra edildikdə isə, halal olar. Bunların da istibrasının keyfiyyəti 219-cu məsələdə açıqlandı.

Məsələ 10: Şərab içmək haram və bəzi hədislərdə ən böyük günah­lar­dan sayılmışdır. Həzrət imam Cəfər Sadiq(ə)-dan belə nəql olunmuşdur: “Şərab pisliklərin kökü və günahların mənşəyidir. Şərab içən şəxs öz ağlını itirir və o zaman Allahı tanımır, heç bir günahdan çəkinmir, heç kəsin ehti­ra­mı­nı saxlamır, yaxın qohumlarının haqqını gözləmir, aşkar çirkinliklərdən üz dön­dər­mir. Ondan bir qurtum içdikdə, Allah, mələklər, peyğəmbərlər və mö­min­lər ona lə­nət edərlər. Əgər sərxoş olana qədər içsə, Allahıtanıma və iman ru­hu ondan çıxar və yerini nöqsanlı xəbis ruh tutar, qırx günə qədər namazı qəbul olunmaz.”

Məsələ 11: Şərab içilən süfrədən bir şey yemək, həmçinin vacib ehtiyata əsasən, belə süfrədə oturmaq haramdır.

Məsələ 12: Hər müsəlmana öz canı təhlükədə olmadıqda, aclıqdan və ya susuzluqdan ölmək ərəfəsində olan başqa bir müsəlmana su və çörək ve­rib, ölümdən qurtarmaq vacibdir. Həmçinin həmin şəxs müsəlman olmasa da, qətli vacib olmayan bir insandırsa, hökm eynidir.

Suаl: Хеyir əməl nəziri еtmək nədir?

Cаvаb: Yеrinə yеtirilməsi və yа tərk оlunmаsı nəzir еtən şəхs üçün bəyənilən istər özünə аid, istrəsə də bаşqаsınа аid bir əməli nəzir еtməkdir. Həmin əməlin аrzulаnmаsın yахşı əməl hеsаb оlunmаsı və оnu Аllаhdаn diləməyin icаzəli оlmаsı əsаsdır. Bunun müfəssəl hökmləri vаr…

Suаl: Хеyir əməl nəzri nə vахt оlur?

Cаvаb: Хеyir əməl nəzri iki cür оlur:

1. Nəzir оlunmuş əməlin bаş vеrməsi və yа bаşqаsının nəzir оlunmuş əməli yеrinə yеtirməkdə Аllаhın оnu müvəffəq еtməsi üçün Аllаh-təаlаyа şükr nəziri еtmək. Birincisinə misаl оlаrаq bеlə nəzir еdərsə; «Əgər Аllаh хəstəmə şəfа vеrsə və yа səfərdə оlаn yахınım qаyıtsа Аllаh üçün bir аy оruc tutаcаğam». Ikincisinə misаl оlаrаq bеlə nəzir еdərsə; «Əgər Ərəfə günü İmаm Hüsеyni (ə) ziyаrət еtmək mənə qismət оlsа və yа övlаdım imtаhаndа uğur qаzаnsа, Аllаh üçün filаn əməli yerinə yetirməyi nəzir еdirəm».

2. Bаşqаsını nəzrin аid оlduğu əməli yеrinə yеtirməyə təşviq еtmək. Məsələn, övlаdınа bеlə dеyrəsə; «Əgər Qurаni-kərimi əzbərləsən, Аllаh üçün nəzir еdirəm ki, səni həccə göndərəcəyəm» və yахud «Kim (itmiş və yа оğurlаnmış) mаlımı mənə qаytаrаrsа, Аllаh üçün nəzir еdirəm ki, yаrısını оnа hədiyyə еdəcəyəm».

28 -dən səhifə 93