Son suallar

  • A
  • \
  • B
  • \
  • C
  • \
  • Ç
  • \
  • D
  • \
  • E
  • \
  • Ə
  • \
  • F
  • \
  • G
  • \
  • H
  • \
  • İ
  • \
  • J
  • \
  • K
  • \
  • L
  • \
  • M
  • \
  • N
  • \
  • O
  • \
  • Ö
  • \
  • P
  • \
  • R
  • \
  • S
  • \
  • Ş
  • \
  • T
  • \
  • U
  • \
  • Ü
  • \
  • V
  • \
  • Y
  • \
  • Z
  • \
  • Q
  • \
  • X
  • \

And içməyin hökmləri

Sual: Bəzən insanlar, mübahisə zamanı yalan andlar içirlər. Bunun hökmü nədir? Cavab: Yalandan and içmək böyük günahlardandır. Sual: İnsan sözünün döğru olmasını isbat etmək üçün, and içə bilərmi? Cavab: Sözünün doğru ...
  • Ağacların kəsilməsi

    Sual: Sidr ağacını kəsmək və ya budamaq mubah, yaxud məkruhdurmu? Cavab: Haram deyil, hətta məkruh da deyil. Bəli, İslam aləmində Peyğəmbər (s)-in belə buyurduğu nəql olunub: “Kim sidr ağacını kəsərsə, Allah-təala onu başı üstə cəhənnəmə vasil edər”. Lakin burada çöllükdə bitən, yol keçən insanların və ...
  • Аyətullаh Sistаninin inanclı gənclərə nəsihəti

    Bismillаhir-rəhmаnir-rəhim Аli dini mərcəyi-təqlid müctəhid Аyətullаh-Uzmа Sеyid Əli Hüsеyni Sistаni (kögəsi əskik оlmаsın) cənаblаrınа sаlаm оlsun! Biz ictimаi sаhədə fəаliyyət göstərən, univеrsitеtdə təhsil аlаn bir qrup gənclərik. Sizdən bu günlərdə gənclərin vəzifəsini, öz vəzifələrini icrа еtmək ...
  • Ailə hüquqları

    Sual: Qadın ev işlərinin görülməsi müqabilində ərindən müzd ala bilərmi? Cavab: Ala bilər. Sual: Qadın ərinin icazəsi olmadan ata-anasının evinə gedə bilərmi? Cavab: Caiz deyildir, lakin vacib olan sileyi-rəhm (qohumlarla əlaqəni qorumaq) həddində caizdir.

Bankda işləmək

Bank əməliyyatı iki qisimdir:          1. Haram bank əməliyyatı; bu, ribalı alış-verişlərə aiddir. Buna onların icra olunmasında nümayəndəlik, onları qeydə almaq, şəhadət vermək və alanın xeyrinə olaraq artıq ribalı qazanc almağı misal göstərmək olar. Həmçinin ribalı alış-verişlər ...
  • Balıq və ilan əti

    Sual: Balıq kimi sıçrayan qanı olmayan heyvanlar suda ölərsə, yeyilməsi caizdirmi? Cavab: Balıq kimi sıçrayan qanı olmayan heyvanlar suda ölərsə, pakdır. Lakin onun ətini yemək olmaz. Sual: İlan və kərtənkələ kimi ətinin yeyilməsi haram olan və sıçrayan qanı olmayan bir heyvan ölərsə, ...
  • Bazar qiyməti

    Sual: Mənim iş yerimə insanların istehlakı üçün tərkibinin yoxlanması məqsədi ilə qida məhsulları nümunələri gətirilir. Araşdırmadan sonra çoxlu qida məhsulları artıq qalır. Həmin qida məhsullarından yemək, satmaq, sədəqə vermək kimi istifadə etmək şəriət baxımından icazəlidirmi? Məlumdur ki, bunun qida məhsullarını ...
  • Balıq konserviləri

    Sual: Qeyri-İslami ölkələrdən gətirilən qablaşdırılmış “Tuna” balığını yemək, icazəlidirmi? Cavab: “Tuna” pullu balıq - hətta, əsli pullu - olarsa, yeyilməsi icazəlidir. Sual: İslam ölkələrindən gətirilmiş balıq konservilərini pullu olub-olmdığını araşdırmadan yemək olarmı? Cavab: Əgər onu, yalnız pullu ...

Cihad meydanında döyüşənlər üçün nəsihət və

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistaninin dəftərxanasının yayımladığı bəyənat Bismillahir-rəhmanir-rəhim Aləmlərin Rəbbinə həmd, yaranmışların ən xeyirlisi Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam olsun! Allah-təalanın təcavüzkarlara qarşı savaş və cihad meydanlarında döyüşməyi ...
  • Cinsi yaxınlıq

    Sual: Cinsi yaxınlıq edərkən müstəhəb və məkruh olan əməllər hansılardır? Cavab: Cinsi yaxınlıq edərkən, xüsusilə də, qadın hamilə olarsa “Bismillah...” demək və dəstəmazlı olmaq müstəhəbdir. Allah-təaladan ona təqvalı, mübarək, pak və sağlam bir oğlan uşağı bəxş etməyi diləsin. Ay tutulan gecə və Günəş ...
  • Cümə namazı barədə sorğu

    Sual: Dəstamazı yel ayrılması və sidik qaçırması səbəbinə tez-tez pozulan imamın arxasında cümə və camaat namazını qılmaq olarmı? Cavab: Olar. Sual: Cümə xütbəsini ərəb dilindən qeyri dildə etmək düzdürmü? Cavab: Ehtiyata əsasən, həmd-səna və xütbənin salavatı ərəb dilində deyilməlidir. Allaha ...
  • Cərimələrin ödənilməsi

    Sual: Torpaq sahəsinin sahibi ilə bir tacir birincinin ərazisində müəyyən məbləğ müqabilində yaşayış binası tikilməsi razılığına gəlirlər. Belə şərt kəsirlər ki, tikinti mühəndisi bir il ərzində yaşayış binasını təhvil verməlidir.  Əgər tikinti mühəndisi qeyd olunmuş müddətdə təhvil verə bilməsə ev sahibinə hər ay ...

Çiləyici (sprey) və qidalandırıcı dərman

Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...
  • Çoxarvadlılıq

    Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
  • Çox səfər edən şəxsin orucunun hökmü

    Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...
  • Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?

    Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürü­cü­lü­yü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...

Dövlət əmlakı

Sual: Mən bu ölkənin (İraq nəzərdə tutulur) vətəndaşıyam. Ev tikmək üçün torpaq ərazim yoxdur. Ailə başçısıyam və hal hazırda ailəmlə birlikdə köhnə bir evdə məskunlaşmışam. (Ev tikmək üçün) dövlət mülkiyyətində olan boş bir ərazini mənimsəmişəm. Etdiyim bu işin hökmü ...
  • Dəri kəmər və ya çanta ilə və yaxud cins şalvarda

    Sual: Əgər ölmüş heyvan dərisindən istehsal olunmuş kəmər və ya çanta ilə namaz qılsaq və namaz əsnasında, yaxud sonra namazın vaxtı bitməmiş bunu xatırlasaq, nə etməliyik? Cavab: Qeyd olunmuş dəri çanta ilə namaz qıllınarsa, namaz düzgündür. Həmçinin dəridən hazırlanmış kəmərin pak dəridən ...
  • Dırnaq boyamaq

    Sual: Bəzi qadınlar bəzək məqsədilə dırnaqlarını təbii həddən artıq boyayırlar. Bəzən isə dırnaqıarda sınıq yarandığı üçün müalicə məqsədilə həkim müəyyən boyanın çəkilməsini tövsiyə edir və həmin boya üç gün ərzində dırnaqların üzərində qalır. Məlumdur ki, boya dəztəmaz və ya qüsl ...
  • Dövlət mülkiyyətindən istifadə etmək barədə sorğu

    Bismillahir-rəhmanir-rəhim Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Bir neçə ay bundan əvvəl bizi, hökümət idarələrindən birinə daimi kadr olaraq vəzifəyə təyin ediblər. Sizdən xahiş edirik ki, işimizlə bağlı bəzi problemli məsələlər barədə fətva verəsiniz. 1. Boş ...

Energetik preparatlardan istifadə etmək

Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...
  • Enerji içkiləri

    Sual: Bəzi enerji içkiləri var ki, tərkibində spirt olmasa belə, onlardan istifadə etməyin hökmünü soruşmaq istəyirik. Həmin içkilərin zərərli olması barədə sosial mediada bir çox yazılar var. Ondan istifadə etməyin hökmü nədir? Cavab: Əgər tərkibində haram ya da nəcis maddə olmasa, eybi yoxdur.
  • Energetik preparatlardan istifadə etmək

    Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...
  • Ehram miqatları

    Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi? Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz. Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi? Cavab: Xeyr, caiz ...

Əl verib görüşməyin hökmləri

Sual: Kişinin qadına əl verməsinin hökmü nədir? Cavab: Caiz deyildir. Sual: Kişinin qadına və yaxud qadının kişiyə əl verməsinin hökmü nədir? Cavab: Arada əlcək kimi maneə yoxdursa, caiz deyildir. Sual: Kafirə qadına əl vermək haramdırmı? Cavab: Haramdır. Sual: Bir qız və ya qadın ...
  • Ər-arvad münasibəti

    Sual: Kişi öz həyat yoldaşına əhəmiyyət vermirsə, vaxtının çoxunu dostları ilə keçirirsə və xanımını evdə tək qoyursa, şəriət baxımından bunun hökmü nədir? Belə hallarda qadın nə etməlidir? Cavab: Yaxşı olar ki, kişi həyat yoldaşının hiss və istəklərinə əhəmiyyət versin. Lakin belə hallarda ər-arvadın ...
  • Əldə olunan mənfəətin xüsusiyyətləri

    Sual: Hansı  növ mənfəət müqabilində əmlakı icarəyə vermək olar? Cavab: İcarəyə verilən əmlakdan əldə olunan mənfəətin 4 şərti var: 1. Həmin mənfəət halal olmalıdır. Əgər yalnız haram mənfəət əldə olunması mümkün olarsa və ya haram mənfəət əldə olunması müqabilində əmlakdan istifadə edilməsi şərt ...
  • Əqiqə qurbanı

    Sual: Əqiqə qurbanı vacibdirmi? Cavab: İstər oğlan, istərsə də qız uşağı olsun, doğumunun yeddinci günü əqiqə qurbanı kəsmək müstəhəbdir. Üzürlü və ya üzürsüz səbəbdən əqiqə qurbanının kəsimi təxirə salınarsa, yenə də müstəhəb hökmündən düşməz. Hətta uşaq üçün ...

Fitr və Qurban bayramlarının namazı

Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...
  • Fal

    Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...
  • Fitrə zəkatı

    Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
  • "Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi

    Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...

Günaha israr etmək

Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının ...
  • Gömrükdə işləmək

    Suаl: Kömrükdə işləyən şəхslərin аldıqlаrı məvаcib bаrədə rəyiniz nədir? Həmçinin, mаl idхаl еdən şəхslərin işlərinin аsаnlаşdırılmаsı və yа kömrük rüsumunun аzаldılmаsı üçün işçilərə istər könül rаzılığı, istərsə də məcburi formada vеrdikləri məbləğ bаrədə rəyiniz nədir? Cаvаb: ...
  • Gеcə nаmаzı

    Suаl: Sizdən gеcə nаmаzının qılınmа tərzini müfəssəl surətdə izаh еtməyinizi хаhiş еdirik. Cаvаb: Gеcə nаmаzı; Vахtı: Gеcənin əvvəlindən sоnrа (gеcənin birinci hissəsindən, yəni yаrısındаn sоnrа) sübh nаmаzının əvvəlinə kimi. Niyyət: «Gеcə nаmаzı qılırаm qurbətən iləllаh». Rükətlər: 11 rükətdir. 8 ...
  • Gen müayinəsi

    Sual: Mömin bir kişi möminə xanımla müvəqqəti nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən müəyyən müddət şəhvani təmasda olmuş sonra müddət tamamlanmadan əvvəl qalan müddəti ona bağışlamış və ya müddət tamam olduğu üçün ayrılmışlar.  Həmin xanım yaxınlıq ...

Həbvə

Sual: Həbvənin hökmü nədir? Cavab: Meyitin əynindəki paltarı, üzüyü, qılıncı və Quranı miras bölgüsünə daxil edilmədən böyük oğula verilir.  Lakin qol saatı, kitabları kimi digər məxsusi əşyaları bu hökmə aid deyil. Zireh, qalxan və nizə kimi digər döyüş lavəzimatlarnının ...
  • Hеykəltərаşlıq

    Suаl: İmаm Hüsеynin (ə) büstünün düzəldilməsi bаrədə rəyiniz nədir? Cаvаb: İcаzəli dеyil. Suаl: İstər kişi, istərsə də qаdının tаmаmilə lüt hеykəllərini аlmаq icazəlidirmi? Hеyvаnlаrın yоnulmuş hеykəllərini аlmаq və zinət məqsədi ilə bir yеrdən аsmаq icаzəlidirmi? Cаvаb: İkincisinin еybi yохdur. Birinciyə ...
  • Həcc üçün naib olmaq

    Sual: Vacib həcdə bir şəxs, bir neçə nəfərin əvəzindən həcc edə bilərmi? Cavab: Vacib həcdə bir şəxsin, bir neçə nəfərin əvəzindən həcc etməsi caiz deyildir. Bir şəxs, yalnız bir nəfərin naibi ola bilər. Sual: Müstəhəb həcdə bir şəxs, bir neçə nəfərin əvəzindən həcc edə bilərmi? Cavab: Bəli, edə ...
  • Heyzli və nifaslı qadının orucu

    Sual: Nifaslı qadından gələn qan on günü keçmiş və qadın qan gələn bütün günlərin nifas olduğunu güman edərək bilmədən Ramazan ayının orucunu tutmamışdır. Adətindən artıq olan günlərdə tutmadığı oruclara görə ona kəffarə vacib olurmu, yoxsa yalnız qəzasını tutmalıdır? Cavab: Əgər qan gəldiyi ...

İmtahan zamanı saxtakarlıq etmək

Sual: İmtahan zamanı hər hansı bir formada saxtakarlıq etmək, icazəlidirmi? Cavab: Məktəb imtahanlarında istər tələbələrin bir-birinə kömək etməsi, istər gizli vərəqlərdən istifadə, istər nəzarətçini aldatmaq, istərsə də nizam-intizama zidd olan qeyri-qanuni yollarla saxtakarlıq etmək, icazəli deyil. Sual: Avropanın rəsmi ...
  • İmam(ə) malı

    Sual: İnsan imam(ə) malının istifadə olunacağı ehtiyac yerini görüb və təqlid etdiyi müctehidin də buna razı olacağına ehtimal verərsə, ondan icazə almadan imam(ə) malını həmin yerdə istifadə edə bilərmi? Cavab: Xeyr, caiz deyildir. Ələm müctehiddən icazə almadan imam(ə)-ın xümsdəkı haqqını qeyd olunan yerdə ...
  • İki vacib arasında seçim etmək məcburiyyəti

    Sual: İki vacib arasında seçim etmək məcburiyyərti yarandıqda hənsının yerinə yetirilməsinin daha vacibdir? Rica edirəm cavabı qayda şəklində izah edin ki, həmişə həmin qaydaya əsasən əməl edim. Cavab: Ən əhəmiyyətli olanı və ya daha əhəmiyyətli olması ehtimal edilən əsasdır.
  • İslam ölkələri

    Sual: Bir ölkənin İslam ölkəsi və ya qeyri İslam ölkəsi, həmçinin, restoranın, balıq şirkətinin və ya ət məhsulları şirkətinin İslami və ya qeyri İslami olmasının meyarı nədir? Burada meyar müdirin və ya şirkət sahibinin müsəlman olmasıdır, yoxsa həmin ölkədə yaşayanların çoxunun və ya şirkətin ...

Jеlаtin

Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...

Kinoya baxmaq

Sual: Ehtiras yaratmayacağına əminlik olduğu halda filimlərdə çılğın epizodlara tamaşa etmək icazəlidirmi? Cavab: Əgər seksual xarakterli epizodlarıdırsa, ehtiyata əsasən, baxılmamalıdır. Sual: Ləzzət məqsədi olmadan seksual epizodlar olan filimlərə baxmaq icazəlidirmi? Cavab: Ehtiyata əsasən, mütləq surətdə icazəli deyil. ...
  • Kürr su

    Sual: Kür suyun bir hissəsi buz bağlasa və yerdə qalan hissəsi də kür su miqdarından az olsa və belə bir suya nəcis dəysə, hökmü nədir? Cavab: Belə bir suya nəcis dəysə, nəcis olar və buzdan əriyən hissə də nəcisdir. Sual: Kür su miqdarında olan suyun, həmin miqdardan azalıb azalmadığına şəkk edilərsə, ...
  • Tibbi personalın “Korona virusa” yoluxmuş

    Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcə təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Son günlər “Korona virus” epidemiyasının yayılması nəticəsində xəstəxanalar və tibbi mərkəzlərdə qeyd olunan virusa yoluxmuş, yaxud yoluxduğu ehtimal olunan şəxslərlə təmas ...
  • Kəniz hökmü

    Sual:Kəniz nə deməkdir və bizim zamanımızda və ya vəziyyətimizdə kəniz etmək mümkündürmü? Cavab: Bizim indiki zamanımızda insanı qul etmək mümkün deyildir. Çünki şərtlər mövcud deyil. 

Lovğalıq və təkəbbür

Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...
  • Lаzеr epilyasiyası

    Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...
  • Lal-kar şəxsin namaz və orucunun hökmü

    Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40  yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...
  • Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,

    Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət  olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...

Möhtəkirlik

Suаl: Bəzi tеlеkаnаllаrın dünyа futbоl çеmpiоnаtını yаyımlаmаq hüquqndа möhtəkirlik еdərək həmin kаnаlа üzv оlаnlаr istisnа оlаrаq bаşqаlırının müşаhidə еtməsinə mаnе оlmаlаrının hökmü nədir? Cаvаb: Bu işdə möhtəkirlik, icazəlidir. Bаşqаsının mаlındаn istifаdə еtmədikcə yayım hüququnu аlmаq və ...
  • Müəllim şagirdi vura bilərmi?

    Sual: Müəllim şagirdi vura bilərmi? Cavab: Məktəbdə şagirdi qəyyumunun, yaxud qəyyumu tərəfindən məsul təyin edilmiş şəxsin icazəsi olmadan vurmaq, mütləq şəkildə icazəli deyil. Sual: Şagirdi – müəllim kimi – qəyyumundan qeyrisinin vurması icazəlidirmi? Cavab: Uşağın qəyyumundan, yaxud qəyyumu tərəfindən təyin ...
  • Müvəqqəti nikah

    Sual: Müvəqqəti nikah necə oxunur? Hansı qadınlarla müvəqqəti nikah oxumaq olar? Cavab: Əgər kişi və qadın özləri qeyri-daimi əqd oxumaq istəsələr, müddət və mehriyyəni təyin edəndən sonra, qadın desin: زَوَّجْتُكَ نَفْسِى فِى الْمُدَّةِ الْمَعْلُومَةِ عَلَى الْمَهْرِ الْمَعْلُومِ «Zəvvəctukə nəfsi ...
  • Müsafir namazı ilə bağlı hökm

    Sual: Bakı kiçik şəhər hesab olunur. Bak­ıya tabe olan bir çox qəsəbə və rayonlar ­var. Həmin qəsəbə və ya rayonların eləsi vardır­ ki, biri ilə digəri arasındakı məsafə 22 km.-­dən çoxdur. Məsələn, onlardan biri Əhmədli­ digəri isə Nardarandır. Həmin iki məntəqə arasın­dakı məsafə 23 km.-dən ...

Niqab taxmaq

Sual: Ehram halında olan qadının həcdə niqab taxması icazəlidirmi? Cavab: Ehram halında olan qadının üzünü niqabla və ya əba ilə bağlaması icazəli deyil. Sual: Əgər qadının (ehram halında) başörtüyünün bir hissəsini başından aşağı sallayaraq boğazına qədər üzünü örtməsi, hətta bir vasitə ...
  • Naməhrəm

    Sual: Gənclər arasında evlilikdən əvvəl, qeyri-qanuni bir durum yaşanmayan münasibətin hökmü nədir? Cavab: Caiz deyildir. Çünki harama düşmək qorxusu vardır. Sual: Universitetlərdə naməhrəm qızlarla deyib gülməyin hökmü nədir? Cavab: Caiz deyildir. Sual: İnternetdə ...
  • Nişanlanmaq

    Sual: Nişanlılıq günlərində oğlan nişanlısı ilə gəzintiyə çıxa bilərmi? Cavab: Kəbindən öncə o, naməhrəm hökmündədir, olmaz. Sual: Elçilik və nişanda qız öz nişanlısına zinətindən nələri nümayiş etdirə bilər? Cavab: Qız onunla evlənmək istəyən şəxsə saçını, boğazını, biləklərini və ...
  • Nisa təvafı

    Sual: Nisa təvafını düzgün şəkil yerinə yetirməyən, yaxud unudan şəxs, bir neçə gündən sonra xatırlayarsa, nə etməlidir? Cavab: Geri qayıdaraq yerinə yetirsə, kifayət edər. Lakin geri dönmək onun üçün çox əziyyət olarsa, naib tuta bilər. Sual: Başqasının əvəzindən həccə getmək ...

Oruc halında saqqız çeynəmək olarmı?

Sual: Cənabınızın bir fətvasında deyilir ki, Ramazan ayında gündüz vaxtı saqqız çeynəmək orucu batil edənlərdən sayılmır. Bu hökm, yalnız dadı olmayan saqqıza aiddir, yoxsa dükanlarda mövcud olan bütün növlərə şamildir? Cavab: Oruc halında saqqız çeynəməyin – onun ağız suyunda dadı ...
  • Orucu batil edən əməllər: cima (cinsi yaxınlıq)

    Məsələ 1: Cinsi yaxınlıq orucu batil edir; hətta yalnız dəllək kəsən qədər daxil olsa və sperma gəlməsə belə! Məsələ 2: Əgər dəllək kəsən yerdən az miqdar daxil olsa və sperma da gəlməsə, oruc batil olmaz. Amma sünnət yeri olmayan şəxsdə sünnət yerindən az miqdarı daxil olsa belə, orucu batil olur. Məsələ 3: Əgər bilərəkdən cinsi ...
  • Oruc və iş

    Sual: Mən işləyirəm. Orucluqda oruc tutub işləmək mənim üçün çətindir. Bəzən zəiflikdən halım pisləşir. İşləməsəm də ailəmin tələbatını ödəyə bilmirəm. Vəzifəm nədir? Cavab: Əgər oruc tutmaq insanın dolanışığının asılı olduğu işə mane olursa, məsələn, işləməyin mümkün olmayacağı dərəcədə zəifliyə səbəb ...
  • Oruc tutanın Quran oxuması

    Sual: Quranı səhv oxuyan şəxsin, oruc tutarkən onu oxumasına icazə verilirmi? Cavab: Səhv oxuduğu yerlərindən danışmamaq (nəql etməmək) niyyətilə olduqda, eybi yoxdur.

Öhdədə оlаn hаqqın ödənilməsi (ibrаu zimmə)

Suаl: İki il bundən əvvəl аtаm vəfаt еtmişdir. Həmin vахtdаn еtibаrən, yəni, iki il ərzində оnа məхsus оlаn sоsiаl muаvinаt kаrtı ilə оnun üçün аyrılаn yаrdım pаyını аlırаm. Bunun hökmü nədir? Öhdəmdə оlаn bu hаqqı nеcə ödəyim? Cаvаb: Оnun pаyındаn istifаdə еtdiyin məbləği sədəqə vеrməlisən. Suаl: Hаcı ...
  • Övlad

    Suаl: Аilə üzvlərinin ən kiçik övlаdlа еvin еn kiçik üzvü оlduğu üçün öz hаqqındаn məsləhət оlmаdаn istifаdə еdə bilməz prinsipi əsаsındа rəftаr еtmələri icazəlidirmi? Cаvаb: Оnlаrın bunа hаqqı çаtmır. Lаkin kiçik övlаd dа öz rəyində müstəbid оlmаmаlıdır. ...
  • Öyüd-nəsihətin savabı

    Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...
  • Özgə haqları

Pak

Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...
  • Pivə

    Sual: Məlumdur ki, Seyid Sistani cənabları pivənin nəcis olması məsələsində ehtiyat edir. İçərisinə bir qətrə pivə qarışmış sudan, başqa bir su olmadıqda, dəztəmaz almaq istəyən şəxsin vəzifəsi nədir? Cavab: Bu halda pivənin nəcis olması məsələsində başqa bir fəqihə müraciət etmək lazımdır. Əgər həmin fəqih pivənin pak ...
  • Paltarların alqı-satqısı

    Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.
  • Peyk kanalları

    Sual: Televizora və peyk kanallarına baxmağın hökmü nədir? Cavab: (Baxılması) halal olan verilişlərə baxmağın, maneəsi yoxdur. Sual: Televizorda “Qəfəs” kimi (bir-birinə yad) qadınların və kişilərin bir evdə yaşamasını yayımlayan verilişlərə baxmağın hökmü nədir? Cavab: Ehtirasların oyanmasına və fəsadın ...

Rəsm və rəssamlıq

Sual: Rəsm əsərlərinə və heykəllərə şəhvətlə baxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əmin olsa belə, vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Rəsm əsəri çəkib onu məsumlardan (ə) birinə nisbət vermək icazəlidirmi?  Həmçinin insan təxəyyülünə və tarix kitablarınada qeyd olunan vəsflərə əsasən, ...
  • Rüşvət İslam şəriətində haram edilmiş əməllərdən

    Sual: Mən ali məktəb məzunuyam. Təyinat üçün beş dəfədən artıq sənədlərimi təqdim etmişəm. Lakin təyinatı yalnız, saxtakarlıq və rüşvət kimi qeyri-qanuni yollarla əldə etmək mümkündür. Bu iş caizdirmi? Cavab: Məmurun (bu cür işlərin müqabilində) pul alması caiz deyildir və (aldığı pul) ona haramdır. ...
  • “Rəğaib” gecəsinin namazı

    Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanası Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!   Sizin nəzərinizə görə, “Rəğaib” gecəsinin namazının müstəhəb olması mötəbərdirmi?   Allahın adı ilə! ...
  • Rəqs еtməyin hökmləri

    Suаl: Qаdının bаşqа qаdınlаrın yаnında ləhv (əyləncə) əhlinin tərzinə uyğun fоrmаdа rəqs еtməsi icаzəlidirmi? Cаvаb: Bu, mübahisəlidir. Bunda ehtiyat tərk оlunmаmаlıdr. Suаl: Dоstlаrlа zаrаfаt еdərək rəqs еtmək icazəlidirmi? Cаvаb: Еhtiyаtа əsаsən, icazəli dеyil. Suаl: Qаdının tоydа bаşqа qаdınlаrın yаnındа rəqs еtməsi ...

Sirkə istehsalı

Sual: Adətən sirkə şərabdan hazırlanır. Belə ki, o, ilkin mərhələdə şərab olur və sonra fabrikdə onu (xüsusi emal nəticəsində) sirkəyə çevirirlər. Məhz buna görə də, onun üzərinə, arpa və digər məhsullardan alınma sirkələrdən seçilməsi üçün “şərab sirkəsi”- yazılır. Ərzaq mağazalarında ...
  • Siqaret çəkməyin hökmləri

    Sual: Həkimlər siqaret çəkməyin insanda qəlb və xərçəng xəstəliklərinin yaranmasına, həmçinin ömrün qısalmasına səbəb olduğunu söyləyirlər. Aşağıda qeyd olunan hallara əsasən, siqaret çəkməyin hökmü nədir? 1. Siqaret çəkməyə ilk dəfə başlamaq. 2. Siqaret çəkməyə adət ...
  • Süfrənin ədəb-ərkanı

    Sual: Şəriət baxımından yanmış qidanı yemək icazəlidirmi? Cavab: Əgər zərərli deyisə və kül olmayıbsa, heç bir maneəsi yoxdur. Sual: Lütfən, yemək və içməyin ədəb-ərkanını qeyd edin! Cavab: Bu barədə hədis və rivayətlərdə çox sayda qaydalar nəql olunmuşdur. Aşağıda onlardan bəzisini qeyd edirik: Yeməkdən ...
  • Səfəri çox olanlar

    Sual: Hansı hallarda insana "kəsirus-səfər" (səfəri çox olan insan) deyilir. Səfəri çox olanların namaz və orucları necədir? Cavab: Əgər hər ay ən azından 10 gün səfərə gedirsinizsə, yaxud səfərdəsinizsə və 6 ay və yaxud daha çox bu gedişatı davam etmək istəyirsinizsə, “kəsirus-səfər” sayılırsınız. Belə ...

Şəri çəkilər

Sual: (Keçmişdə işlədilən) “bir noxud dənəsi qızıl”-ın çəkisi müasir dövrümüzdəki misqal və qram çəkiləri ilə müqayisədə nə qədərdir? Cavab: “Bir noxud dənəsi” sərraf misqalının iyirmi dörd payından biridir. Sərraf misqalı da qramın 4⁄64-ə bərabərdir. Demək, noxud ...
  • Şahidlik etmək

    Sual: Mövcud qanuna əsasən, on il keçdikdən sonra borc hökmdən düşür. Borc verən şəxs öz haqqını qorumaq üçün məsələn, 5 il bundan əvvəl borc verdiyini iddia edib iddiasına şahid tutması icazəlidirmi? Məzlum möminin haqqını qorumaq üçün şahidlərlərin zalim hakimin qarşısında ...
  • Şeir

    Sual: Oruc tutan, ehram bağlayan, hərəmdə olan şəxsə, eləcə də cümə axşamı və cümə günü şeir demək məkruhdurmu? Bu, haqq şeir, əhli-beytin (ə) mədhi və onların barəsində mərsiyə deməyə də şamildirmi? Cavab: Oruc tutana, Ramazan ayında, ehram bağlayana, hərəmdə olana, cümə günü və gecəsi şeir demək barədə ...
  • Şəriət hökmləri

    Suаl: Mükəlləf şəxsin mövzulаrı ürf və yа ürfün təsdiqi ilə tənzimlənən şəriət hökmlərini аrаşdırıb tаbе оlmаsı üçün hаnsı yоl qеyd оlunub? Cаvаb: Həmin hökmlərin tənzimlənməsi yоlu ürfə mürаciət еtməkdir. Lаkin burаdа güzəştli dеyil, dəqiq və dоğru ürfə əsаslаnmаq lızımdır. ...

Torpaq

Sual: Torpaq pakedicilərdən sayılır. Ayaqqabının altını təmizləyə bildiyi kimi, hərəkət halında maşınların təkərlərini də təmizləyirmi? Cavab: Xeyr, təmizləməz.
  • Təməttö həcci

    Sual: Təməttö ümrəsinin vacib əməlləri hansıdır? Cavab: Təməttö ümrəsinin beş vacib əməli vardır: 1.     Miqatlardan birində ehram bağlamaq. 2.     Kəbənin ətrafında təvaf etmək. 3.     Təvaf namazı qılmaq. 4.     ...
  • Talaq iddəsi

    Sual: Xahiş edirəm, aşağıdakı hallarda iddənin hökmlərini bəyan edəsiniz: 1. Bir xanım ərindən uzun müddətdir ki, məsələn beş ildir ki, ayrılıb, lakın şəri talaq oxunmayıb. Həmin müddətdən sonra şəri talaq oxunarsa, xanım iddə gözləməlidirmi? Əgər gözləməlidirsə, iddənin miqdarı nə qədərdir?2. Uzun müddətdən ...
  • Talaq

    Sual: Müsəlman kişi əhli kitabdan olan qadınla daimi nikahla evlənib. Onların arasında şəriət nikahı olmayıb. Lakin onlar dövlət qeydiyyatıbda evli hesab olunublar. Hal hazırda onlar boşanıblar. Onların boşanması dövlət qeydiyyatı əsasında həyata keçib. Belə olan halda kişi qadına şəriət talaqı verməlidirmi? Cavab: ...

Uşaq dünyaya gətirməklə bağlı hökmlər

Sual: Qadın uşaq dünyaya gətirərkən baxmaq və ya toxunmaq vasitəsilə ona kömək etmək vacibdirmi? Cavab: Qadın uşaq dünyaya gətiərkən ona köməklik etmək lazımdır. Əgər uşağın yaxud qadının həyatına təhlükə yarandıqda və ya buna bənzər məsələdə köməklik etmək kifai vacibdir. Əgər qadının uşaq dünyaya gətirməsi yad kişilərin ona haram olan baxmaq ...
  • Uşаq sаldırmаq

    Suаl: Qаdının bətnindəki uşаğа ruh dахil оlduqdаn sоnrа onu sаldırmаsı icаzəlidirmi? Cаvаb: Səbəb nə оlur оlsun, ruh dахil оlduqdаn sоnrа qаdının uşаq sаldırmаsı icаzəli dеyil. Lаkin ruh dахil оlmаyıbsа, uşаğın qаlmаsı аnаyа dözülməz dərəcədə zərər vеrirsə və yа оnun üçün çətinlik törədirsə, uşаğı sаldırmаq ...
  • Unudaraq oruc pozan əməl etmək

    Sual: Ramazan ayının qəza orucunu tutarkən (oruc olduğumu) unudaraq və ya səhv olaraq bir şey yesəm, bu, orucu pozurmu? Cavab: Orucu pozmur.
  • Unla çörək mübadiləsi

    Sual: Hal-hazırda bizim yerinə yetirdiyimiz unla çörək mübadiləsi barədə möhtərəm Seyidin (kölgəsi əski olmasın) nəzərində şəriətin mövqei nədir? Cavab: Bu mübadilənin düzgünlüyü iraddan xali deyildir. Bundan xilas olmaq üçün müəyyən məbləğ müqabilində bir kisə ...

Üzgüçülük

Sual: Ata, həddi-buluğa çatmış bacı və qardaşların bir yerdə hovuzda çimmələri icazəlidirmi? Cavab: Lazımi örtük olarsa, icazəlidir. Sual: Həzrət Rəsulullah (s) üzgüçülük, at çapmaq və qılınc oynatmağa təşviq etmişdir. Yalnız bu idman  oyunları icazəlidir? Cavab: ...
  • Üzüm şirəsi

    Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...
  • Üzük taxmaq

    Sual: Ruzi və ya başqa məqsəd üçün üzük taxmaq icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Sol ələ üzük taxmağın məkruh olması doğrudurmu? Cavab: Möminin əlamətlərindən biri sağ ələ üzük taxmaqdır. Sual: Hansı daş-qaşdan olan üzüklərin taxılması müstəhəbdir? Cavab: Əqiq və ...
  • Üz qırxmaq olarmı?

    Sual: Xahiş edirik ki, üz qırxmaqda icazəli olan həddi bəyan edəsiniz? Cavab: Vacib ehtiyata əsasən, çənə sümüyündə bitən tükü qırxmaq haramdır. Amma yanaqda bitən tükü qırxmağın maneəsi yoxdur. Sual: Dövlət tabeçiliyində elə işlər var ki, orada fərdlərdən saqqalı ...

Var-dövlət sevgisi və dünya hərisliyi

Sual: Var-dövlət sevgisi barədə bəzi Quran ayələri və hədislər qeyd edin! Cavab: Allah-təala Qurani-kərimdə buyurur: “Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır”. (Munafiqun surəsi, ayə 9). “Bilin ki, ...
  • Valideynə itaətsizlik

    Sual: Xahiş edirik, övladlarımıza valideynə itaətsizlik mövzusunda öyüd-nəsihət verəsiniz. Cavab: Qohumluq əlaqələrini kəsməyin ən şiddətli forması, valideynə itaətsizlik etməkdir. Allah təala onlara yaxşılıq və ehsan etməyi tövsiyə edir. (“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara ...
  • Vəfat etmiş müctəhidin təqlidində qalmaq

    Sual: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müctəhidin fətvalarına müxalif olduğu bilinmədiyi halda – müxtəsər məlum olmasa belə – onun təqlidində qalmaq icazəlidirmi? Cavab: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müçtəhidin ...
  • Vəsvəsə

    Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...

Yeməli və içməlilərin hökmləri

Sual: Xərçəngi, ilbizi və yaxud kreveti yemək, caizdirmi? Cavab: Dəniz məhsullarından pullu balıqların və krevetin yeyilməsi halaldır. Amma xərçəng kimi balıq olmayan və pullu olmayan balıqların yeyilməsi, caiz deyildir. Sual: Müsəlmanın içki məclislərində iştirak etməsi caizdirmi? Cavab: Bu ...
  • Yatmış şəxsi namaz üçün oyatmağın hökmü

    Sual: Mükəlləf şəxs yatacağı təqdirdə sübh namazına oyanmayacağını bilsə, namazı qılması üçün oyaq qalması vacibdirmi? Əgər yatsa və namaza da oyanmasa, günah etmiş olurmu? Cavab: Mükəlləf şəxs onu namaza oyatmasını başqasına tapşırıb vəzifələndirə, yaxud zəngli saat və bu kimi vasitələrdən istifadə edə ...
  • Yerləşdiyi daşınmaz əmlakın mülkiyyəti məlum

    Sual: Qərb ölkələrində böyük şirkətlər və müəssisələrdə işləyən insanlar ofislərdə gündəlik işlərinə gedib gəlirlər və onlar iş yerinin mülkiyyəti barədə heç bir şey bilmirlər. Həmin yerlərdə namaz qılmağın və syuy ilə dəstəmaz almağın hökmü nədir? Cavab: Mülkiyyət ...
  • Yuxu görmək

    Sual: Qarışıq yuxunun doğruluğa yozulan röyadan fərqi nədir? Cavab: Doğru yuxular vasitəsilə bəzi qeyb xəbərlərini müşahidə etmək olur ki, bu da əsasən, mənəvi saflıq əldə etmiş insanlarda baş verir. Qarışıq yuxular görməyin səbəbi isə əksinə, psixoloji sarsıntılar keçirtmək və yaxud tox qarına yatmaq kimi ruhi və cismani ...

Zamin olmaqla bağlı bəzi hökmlər

Sual: Bir insanın heyvanı gedib başqasının bağına girib onun əkin sahəsini tələf edərsə, əkin sahəsini yeyərsə heyvan sahibi heyvanın yediyinə zamin olurmu? Cavab: Əgər heyvan sahibi onunla olubsa, zamindir. Əgər olmayıbsa zamin deyil. Bu halda zamindir ki, sutkanın elə vaxtında olsun ki, adətən həmin vaxtlar bağlar keşikçisiz qalır, ...
  • Ziyarət

    Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...
  • Zövcənin nəzir еtməsi

    Suаl: Ərin zövcəsinin еtdiyi nəziri pоzmаsı icazəlidirmi? Cаvаb: Ərin zövcənin аndını pоzmаsı icazəlidir. Həmçinin ər zövcəsinin еtdiyi əhddən irəli gələn əməli qаdаğаn еtdiyi hаldа zövcənin həmin əhdə sаdiq оlmаsı vаcib dеyil. Nəzirə gəlincə, zövcənin ərin yаtаq hаqqınа zidd оlаn bir nəzir еtməsi dоğru dеyil. ...
  • Zəkat

    Sual: Sizdən “mal zəkatı” barədə soruşmaq istəyirəm. Ümumiyyətlə “mal zəkatı” nə deməkdir və kimə vacibdir? Cavab: Zəkat şəriətdə vacib olan əməllərdəndir. Zəkat dörd şeydə vacibdir. 1. Mal-qara (dəvə, inək, qoyun). 2. Sikkə formasında olan qızıl və gümüş. 3. Dənli bitkilər (buğda, arpa, xurma və ...

Qadın və kişi münasibətləri

Sual: Kişinin qadına münasibəti necə olmalıdır? Qadın əlindən gəldiyi qədər ərinə xidmət edirsə və bunun qarşılığında lazım olan şəfqəti görmürsə, buna baxmayaraq ona xidmət etməkdə davam edirsə, Allah dərgahında bunun mükafatı varmı? Nə üçün qadın ərindən sirr saxlayarsa günah sayılır, amma əksinə, ...
  • Qiblə

    Səhv səcdəsi istisna olmaqla bütün vacib namazlarda və onun unudulmş hissəlləri kimi, ona aid olan əməlləri və ehtiyat namazı qılarkən imkan daxilində üzü qibləyə olmaq vacibdir. Müstəhəb namazlara gəlinncə, piyada və minikdə olarkən, hətta nəzr edilmiş olsa da, üzü qiblə istiqamətinə olmaq şərt deyil. Vacib ...
  • Quran xətmi

    Sual: Bir nəfər, başqa bir şəxsdən Quran-kərim xətm edib onun savabını ölənlərinin ruhuna hədiyyə etməyi xahiş edib. Həmin şəxs öz ölənlərini də həmin Quran kərimin xətminin savabına şərik edə bilərmi? Bu hökmdə xətmin pul müqabilində və yaxud ücrətsiz yerinə yetirilməsi arasında fərq varmı? Cavab: Zəhmət ...
  • Qəsbin hökmləri

    Sual: Azərbaycanda məlum Qarbağ müharibəsi zamanı çox sayda müsəlman azərbaycanlı öz ev-eşiyini məcburiyyət qarşısında tərk edib ölkənin müxtəlif bölgələrində qaçqın həyatına məhkum oldu. Onlar, dövlət başçısının qərarı ilə ölkə də inşa olunmuş mənzillərə, qeyri-müəyyən ...

Xarici ölkələrin qanunları

Sual: Mükəlləfin, hər hansı bir ölkəyə getməsi üçün qanuna zidd olaraq başqasının pasportunu alması və yaxud pasportdakı fotonu dəyişdirərək istədiyi ölkəyə getməsi caizdirmi? Onu da qeyd edək ki, mükəlləf sonradan həqiqəti getdiyi ölkənin aidiyyatı orqanlarına xəbər verəcək. Cavab: Bu işə ...
  • Xeyriyyə cəmiyyətləri

    Sual: Sədəqə toplanması üçün nəzərdə tutulmuş qutulardakı pullarla ərzaq, paltar və ya yaşayış yeri alıb fəqirlərə vermək icazəlidirmi? Cavab: Bunu yalnız şəriət hakiminin icazəsi ilə və ya (sədəqə toplanmasında) iştirak edən şəxslərin əvvəlcədən məlumatları olduğu halda məsul şəxslərin yerinə yetirməsi icazəlidir. Sual: ...
  • Xəstə şəxsin orucunun hökmləri

    Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi? Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir. Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun ...
  • Xüms ili

    Allahın adı ilə Möhtərəm İmam Seyid Əli Sistani cənablarına (kölgəsi əskik olmasın) Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Keçən il xüms ili tamam olduqda məndə 100 dollar (Amerika Birləşmiş Ştatları dolları) vardı. Xümsünü çıxartdıqdan sonra yerdə qalanı  il ərzində tamamilə ...

Hide Main content block