Son suallar

  • A
  • \
  • B
  • \
  • C
  • \
  • Ç
  • \
  • D
  • \
  • E
  • \
  • Ə
  • \
  • F
  • \
  • G
  • \
  • H
  • \
  • İ
  • \
  • J
  • \
  • K
  • \
  • L
  • \
  • M
  • \
  • N
  • \
  • O
  • \
  • Ö
  • \
  • P
  • \
  • R
  • \
  • S
  • \
  • Ş
  • \
  • T
  • \
  • U
  • \
  • Ü
  • \
  • V
  • \
  • Y
  • \
  • Z
  • \
  • Q
  • \
  • X
  • \

Allahın adları

Sual: Bəzi kağız parçalarında Uca Allahın, məsumların(ə) adları, Quran ayələri yazılır. Bu kağız parçalarını suya və yaxud çaya atmağımız mümkün olduğu halda onu zibilliyə ata bilərikmi? Belə ki, həmin zibillərin sonradan nə edəcəklərini də bilmirik. Cavab: Bu kağız parçalarını zibilliyə atmaq ...
  • Aktyorluq və teatr

    Sual: Teatr səhnəsində və ya televiziya tamaşasında aktyorluq etmək haramdır, yoxsa halal? Cavab: Öz-özlüyündə halaldır. Lakin başqa cəhətdən haram əməllərin yaranmasına səbəb olarsa, haramdır. Sual: Bir şəxsin dinə müxalif olmadığı halda kinofilm və ya seriallarda rol oynaması icazəlidirmi? Cavab: İcazəlidir. ...
  • Ayat namazı və onun qılınma qaydası

    Məsələ 1: Göstərişi sonradan deyiləcək “ayat” namazı üç səbəblə vacib olur: 1. Günəşin tutulması. 2. Ayın tutulması; azca tutulsa və ondan heç kim qorxmasa da (vacib olur). 3. Vacib ehtiyata əsasən, zəlzələ zamanı; hətta heç kim qorхmasa da (vacib olur). Amma göy gurultusu və ildırım, ...
  • Akkreditivlər

    Akkreditiv iki növdür: 1. İdxalat üçün olan akkreditivlər: Xarici malları ölkəyə daxil etmək istəyən bir şəxs banka müraciət edərək akkreditiv açılmasını istəyir. Nəticədə bank ona iltizam verir ki, öləkəyə gətirilən xarici əmtəələrin sənədlərini akkreditiv sahiblərinə təhvil versin və onun ...

Buğda, arpa, xurma və kişmişin zəkatı

Sual: Buğda, arpa, xurma və kişmişin zəkatında hansı şərtlər əsasdır? Cavab: Buğda, arpa, xurma və kişmişin zəkatının iki şərti var: Birinci: Nisab həddi. Buradakı nisab həddi 300 saadır. Bu isə deyilənə əsasən, 847 kq –a bərabərdir. Nisaba çatmayan miqdar üçün isə zəkat yoxdur. Əgər nisab həddinə çatarsa ...
  • Balıq və ilan əti

    Sual: Balıq kimi sıçrayan qanı olmayan heyvanlar suda ölərsə, yeyilməsi caizdirmi? Cavab: Balıq kimi sıçrayan qanı olmayan heyvanlar suda ölərsə, pakdır. Lakin onun ətini yemək olmaz. Sual: İlan və kərtənkələ kimi ətinin yeyilməsi haram olan və sıçrayan qanı olmayan bir heyvan ölərsə, ...
  • Bankda müdir işləmək olarmı?

    Sual: Bankda verilən kreditlə lombardda verilən kredit arasında kəskin fərq var. Məsələn, lombard 1000 dollar kredit verirsə, borclu hər ay 100 dollar ödəyir. Hər ay 100 dollar ödəməsinə baxmayaraq ana borcdan (1000 dollardan) heç nə azalmır. Hətta borclu aylar ərzində götürdüyü borcdan qat-qat artıq pul (faiz) ...
  • Böyük günаhlаr

    Suаl: Böyük günаhlаr hаnsılаrdır? Cаvаb: Аşаğıdаkılаr böyük günаhlаrdаn hеsаb оlunur: Аllаh-təаlаyа şərik qоşmаq, Аllаh-təаlаnın rəhmətindən ümidsiz оlmаq, Аllаh-təаlаnın məkrindən (sınаğа çəkməyəcəyindən və bəlа vеrməyəcəindən) əmin оlmаq, vаlidеyinlərin üzünə аğ оlmаq yəni, оnlаrа qаrşı ...

Cinsi yaxınlıq

Sual: Cinsi yaxınlıq edərkən müstəhəb və məkruh olan əməllər hansılardır? Cavab: Cinsi yaxınlıq edərkən, xüsusilə də, qadın hamilə olarsa “Bismillah...” demək və dəstəmazlı olmaq müstəhəbdir. Allah-təaladan ona təqvalı, mübarək, pak və sağlam bir oğlan uşağı bəxş etməyi diləsin. Ay tutulan gecə və Günəş ...
  • Cihad meydanında döyüşənlər üçün nəsihət və

    Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistaninin dəftərxanasının yayımladığı bəyənat Bismillahir-rəhmanir-rəhim Aləmlərin Rəbbinə həmd, yaranmışların ən xeyirlisi Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam olsun! Allah-təalanın təcavüzkarlara qarşı savaş və cihad meydanlarında döyüşməyi ...
  • Camaat namazı

    Sual: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq caizdirmi? Cavab: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq müstəhəbdir. Sonradan fərdi qıldığı namazın batil olduğu məlum olarsa, ikinci dəfə qıldığı namaz yetərlidir.
  • Can verən şəxsin hökmləri

    Sual: Can verən şəxsin hökmləri hansılardır? Cavab: Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir. Belə ki, onu arxası üstə yatırmalı və ayaqlarını uzatmalıdırlar. Onu arxası üstə elə uzatmalıdırlar ki, əgər oturmuş olsa idi, üzü ...

Çoxarvadlılıq

Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
  • Çox səfər edən şəxsin orucunun hökmü

    Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...
  • Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?

    Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürü­cü­lü­yü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...
  • Çek alış-verişi

    Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir? Cavab: Əgər istifadə olunması (nağd pula ...

Dəstəmаz аlаrkən niyyət еtməyin hökmləri

Suаl: Cənаb sеyid Хоyinin (Аllаh оnа rəhmət еləsin!) rəyinə görə vаcib nаmаzın vахtındаn əvvəl dəstəmаz аlmаq düzgün dеyil. Оnun bəzi müqəllidləri bu fətvаnı bilmədən vаcib nаmаzın vахtındаn əvvəl pаklıq və yа bаşqа niyyət еtmədən (nаmаzа hаzırlıq niyyəti ilə) dəstəmаz аlmışlаr. Bu fətvаyа əsаsən оnlаrın əvvəlki nаmаzlаrının ...
  • Daş-qaş alış-verişi

    Sual: Bəzi zinət əşyalarında mərcan və ya başqa növ daş-qaşlar olur. Bəzən qızıl mağazalarının sahibləri qızıl-zinət alış-verişi zamanı üzərində daş-qaş olan zinət əşyasını aldıqda həmin daş-qaşların çəkisini ölçürlər. Bəzən məqsədli olmadan çəkini dəqiq təyin edə bilmirlər. Ola bilsin ki,  zinət ...
  • Donuz ətinin satışı

    Sual: Müsəlmanın donuz ətini, onu yeməyi halal bilənlərə satması icazəlidirmi? Cavab: Müsəlmanın donuz ətini, xristian və digərləri kimi onu yeməyi halal bilənlərə satması icazəli deyil. Həmçinin vacib ehtiyata əsasən, onlara donuz əti təqdim olunmamalıdır. Sual: Müsəlmanın donuz ətini, kitab əhli kimi onu ...
  • Dəri аlış-vеrişi

    Suаl: Müsəlmən şəхsin şəriət qаydаsınа əsаsən kəsilməyən hеyvаnın və küfr ölkələrində istеhsаl оlunаn dəridən hаzırlаnmış pаltаrlаrın аlış-vеrişini еtməsi icаzəlidirmi? Cаvаb: Pаk оlduğu (şəriət qаydаsınа əsаsən kəsilməsi) еhtimаl оlunmursa, еhtiyаtа əsаsən, icаzəli dеyil. Suаl: Ölmüş hеyvаnın və yа dоnuz dərisindən ...

Etikaf

Sual: Məscidul-həram və Məscidun-nəbinin etikaf etmək üçün hüdudları nə qədərdi? Hərəmin hasarla əhatə olunmuş hissəsində etikaf etmək icazəlidirmi? Bu hissə Məscidun-nəbinin sahəsindən hesab olunurmu? Cavab: Məscidin ətraf hissəindəki ərazilər məsciddən hesab olunmur.  Məscidin yeni artırmalar olan hissəsində isə ...
  • Evliliyin qayda-qanunları

    Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...
  • Ehtiyacın həll olunması üçün oruc tutmaq

    Sual: Peyğəmbərin (s) məscidində ehtiyacımın həll olunması üçün oruc tutmağı niyyət etmək istəyirəm. Lakin öhdəmdə ramazan ayının qəza orucu var. Bu, icazəlidirmi? Cavab: Bu orucun (düzgün olması) şübhəlidir.
  • Ehram miqatları

    Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi? Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz. Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi? Cavab: Xeyr, caiz ...

Əqiqənin hökmləri

1. Təzə doğulan oğlan, yaxud qız uşağı üçün əqiqə etmək müstəhəbdir. Əqiqəni körpənin yeddi günlüyündə etmək müstəhəbdir. Əqiqə istər üzrlü, istərsə də üzrsüz səbəbdən gecikdirilərsə, hökmü (müstəhəb olması) aradan getmir. Əgər uşaq üçün əqiqə ...
  • Əxlaqi gözəlliklər

    Sual: Müsəlmanın əxlaqi gözəlliklərlə zinətlənməsinin əlamətləri nədir? Cavab: Əməlisaleh möminlərin xüsusiyyətlərindən biri də onların, möhtərəm peyğəmbərimiz həzrət Məhəmməddən (s) nümunə götürərək, əxlaqi gözəlliklərlə zinətlənmələridir. Hansı ki, Allah-təala o Həzrəti müqəddəs kitabında bu ...
  • Əl çalmaq (alqışlamaq)

    Sual: İmamların (Allahın salamı onlara olsun) mövludlarında əl çalmağın hökmü nədir? Cavab: Bunun heç bir maneəsi yoxdur. Lakin bu əməl onların mövludunda zikr və salavat deməyin əvəzinə olmamalıdır. Sual: Hüseyniyyələrdə təşkil olunan əhli-beyt mövludlarında (Allahın salamı onlara olsun) mədhiyyə ...
  • Əhli-Beyt (ə) üçün qurulan əzadarlıq məclisi

    Sual: Aşura günü işləmək, haramdırmı? Cavab: Aşura günü işləmək, məkruhdur.

Fitrə zəkatı

Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
  • Fatimeyi-Zəhra (ə) mehriyəsi

    Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur. 
  • Fitr və Qurban bayramlarının namazı

    Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...
  • Fal

    Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...

Gen müayinəsi

Sual: Mömin bir kişi möminə xanımla müvəqqəti nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən müəyyən müddət şəhvani təmasda olmuş sonra müddət tamamlanmadan əvvəl qalan müddəti ona bağışlamış və ya müddət tamam olduğu üçün ayrılmışlar.  Həmin xanım yaxınlıq ...
  • Geyimlər

    Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...
  • Günaha israr etmək

    Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) ...
  • Gömrükdə işləmək

    Suаl: Kömrükdə işləyən şəхslərin аldıqlаrı məvаcib bаrədə rəyiniz nədir? Həmçinin, mаl idхаl еdən şəхslərin işlərinin аsаnlаşdırılmаsı və yа kömrük rüsumunun аzаldılmаsı üçün işçilərə istər könül rаzılığı, istərsə də məcburi formada vеrdikləri məbləğ bаrədə rəyiniz nədir? Cаvаb: ...

Hilalın sabit olması

Sual: Astronomiya elminin — yanılmaq ehtimalı nisbətinin, demək olar ki, olmadığı — möhkəm elmi əsaslara və dəqiq riyazi hesablamalara istinad etməsinə baxmayaraq, ağamız (kölgəsi üstümüzdən əskik olmasın!) qeyd etmişdir ki, ayın görünməsi astronomların verdikləri məlumatlar ilə təsbit olmur. ...
  • Haram edilmiş alış-verişlər

    Sual: Haram edilmiş alış-verişlər hansılardır? Cavab: Haram edilmiş aliş-verişlər çoxdur. Aşağıdakılar haram edilmiş aliş-verişlərdir: 1. Maye halda olan sərxoşedici, ov üçün olmayan it, donuz, həmçinin murdar olmuş (leş) ət satmaq vacib ehtiyata əsasən, haramdır. Qeyd olunan bu dörd murdardan başqa digər ...
  • Hаrаm bахış

    Suаl: Hədisdə  «Birinci bахış lеhinə, ikinci isə əlеyhinədir» dеyimindən məqsəd nədir? Birinci bахışı uzаdаrаq bəzilərinin iddi еtdiyi kimi, birinci bахış hələ dаvаm еdir bəhаnəsi ilə qаdınа diqqətlə bахmаq icazəlidirmidirmi? Cаvаb: Zаhirə əsаsən, qеyd оlunаn söz iki bахış аrаsındаkı fərqi bildirir. Bеlə ki, birinci bахış ...
  • Haram edilmiş əməllər

    Sual: İslam şəriətində əsas haram edilmiş əməllər hansılardır? Cavab: İslam şəriətində əsas haram edilmiş əməllər aşağıdakılardır: 1. Allah təalanın rəhmət və mərhəmətindən ümidsiz olmaq. 2. İnsanın özünü, Allahın günahkarlara vəd verdiyi əzabdan amanda hiss etməsi. 3. Hicrət etdikdən sonra geri dönmək. Yəni, ...

İqrar (təsdiqləmək, etiraf etmək)

Sual: İqrarın mənası nədir? Cavab: İqrar insanın öhdəsində olan haqqın sübutu vəya özünə aid bir haqqın inkarı barədə xəbər verməsidir. Həmin haqq  Allah-təalaya və ya insana da, aid ola bilər. Sual: İqrar edərkən hər hansı xüsusi sözlərin deyilməsi lazımdırmı? Cavab: İqrar edərkən hər hansı xüsusi ...
  • İmam(ə) malı

    Sual: İnsan imam(ə) malının istifadə olunacağı ehtiyac yerini görüb və təqlid etdiyi müctehidin də buna razı olacağına ehtimal verərsə, ondan icazə almadan imam(ə) malını həmin yerdə istifadə edə bilərmi? Cavab: Xeyr, caiz deyildir. Ələm müctehiddən icazə almadan imam(ə)-ın xümsdəkı haqqını qeyd olunan yerdə ...
  • İstiazə (Allaha sığınmaq, yəni “əuzu billahi

    Sual: Hər rükətdə (Fatihə surəsindən əvvəl) “istiazə”-ni demək müstəhəbdir, yoxsa yalnız birinci rükətdə? Cavab: Yalnız birinci rükətdə. Sual: Məsum imamlara (ə) “istiazə” etmək (sığınmaq) icazəlidirmi? Cavab: İstiazə yalnız Allah-təalaya olmalıdır. Lakin Allahın izni ilə bəlaların dəf olunması ...
  • İnzibati korrupsiya

    Bismillahir-rəhmanir-rəhim. Ali məqamlı mərceyi-təqlid seyid Sistaninin (kölgəsi əskik olmasın) dəftərxanası Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Hökümət idarələrinin məmurları arasında misli görünməmiş inzibati korrupsiya yayılmışdır. Bu növ korrupsiya müxtəlif formalarda baş verir: - Məmur ...

Jеlаtin

Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...

Kişilər üçün (ehram halında) kölgələnməyin

Suаl: Еhrаm bаğlаyаn kişi iхtiyаri hаldа nə vахt üstüörtülü nəqliyyаt vаsitəsindən istifаdə еdə bilər? Cаvаb: Bu, gеcə və günəşin şüаlаrının qаrşısını аlаcаq qədər səmа buludlu оlаrsа, fəcr ilə günəşin dоğmаsı аrаsındа icazəlidir. Lаkin bu şərtlə ki, еhtiyаtа əsаsən, hаvа yаğmurlu оlmаsın. Suаl: Еhrаm ...
  • Kürr su

    Sual: Kür suyun bir hissəsi buz bağlasa və yerdə qalan hissəsi də kür su miqdarından az olsa və belə bir suya nəcis dəysə, hökmü nədir? Cavab: Belə bir suya nəcis dəysə, nəcis olar və buzdan əriyən hissə də nəcisdir. Sual: Kür su miqdarında olan suyun, həmin miqdardan azalıb azalmadığına şəkk edilərsə, ...
  • Kerdit kartları

    Sual: Mən maliyyə işlərimi asanlaşdırmaq məqsədi ilə bankdan (hesabı bank tərəfindən) əvvəlcədən ödənilmiş (VİSA və yaxud Master Card) adlanan kredit kartı almaq istəyirəm. Həmin kartlardan internet vasitəsilə alış-veriş və bazarlıq etmək üçün istifadə edilir. Bu halda hesab fakturası verildikdən sonra bankın kredit kartı ...
  • Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli

    Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. “Koronavirus” dünyanın bir çox ölkələrində yayılır və ona yoluxanların sayı gündən-günə artmaqdadır. Biz “məlum epidemiyanın yayılmasını məhdudlaşdırmaqla bağlı aidiyyətı orqanların verdiyi göstərişlərə əməl etməyin vacib olması və hər hansı bir məqsədlə toplaşmanın qadağan edilməsi” barədə, ali ...

Lotereya biletləri

Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...
  • Lovğalıq və təkəbbür

    Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...
  • Lаzеr epilyasiyası

    Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...
  • Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,

    Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət  olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...

Muzaribə

Sual: Muzaribədə işçi olan şəxs sərmayəyə özünün və ya başqasının malını qatması icazəlidirmi? Cavab: Xeyir, icazəli deyil. Yalnız mal sahibinin xüsusi və ya ümumi icazəsi ilə belə etmək olar. Məsələn (mal sahibi) belə deyə: “Münasib bildiyin kimi bu malı işlət”. Belə olan halda münasib ...
  • Mütə nikahı

    Sual: Qadınlar hamilə qalmamaq üçün həb, iynə və bu kimi vasitələrdən istifadə edib hamilə qalmayacaqlarına 100 % əmin olarsa, mütə nikahında yenə də iddə saxlamalıdırlarmı? Cavab: Əgər əlaqə baş verərsə, iddə saxlamalıdır. Hamilə qalmaqdan qorunsa da, hökm eynidir. Sual: Kişi səfərdə arvadının icazəsi ...
  • Müsəlman şəxsin özünü alçatması

    Sual: Müsəlman şəxsin qeyri-müsəlmanın qarşısında özünü alçatacaq bir əməl etməsi icazəlidirmi? Cavab: Müsəlman şəxsin – istər müsəlman, istərsə də kafir olsun –  heç bir insanın qarşısında özünü alçatması icazəli deyil. Əgər müsəlmanın etdiyi hər hansı ...
  • Müstəhəb qüsllər

    Sual: Müstəhəb Cümə qüslü nə vaxta qədər verilə bilər? Cavab: Cümə qüslünün vaxtı, cümə fünü sübh azanından şam azanına qədərdir. Sual: Cümə qüslünü almaq üçün ən yaxşı vaxt nə zamandır? Cavab: Zöhrə yaxın alınması daha ...

Nikahın haram olma səbəbləri

Sual: Mən evli bir qadınam. Zina etmişdim. Sonra ərimdən boşandım və iddə müddəti tamam olduğunda zina etdiyim kişi ilə evləndim. Lakin sonradan ona əbədi haram olduğumu bildim. Bir neçə sualım var: 1. Burada hökm nikahın pozulması və ya talaq verilməsidir, yoxsa burada başqa bir hökm də var? 2. Əgər ...
  • Namazda qiyam

    Sual: Qiyam halında (ayaq üstə) “təkbirətul-ehram” (yəni, Allahu əkbər) dedikdən sonra çətinlik çəkərək oturan, lakin stulda əyləşərsə, ikinci rükət üçün qiyam edə bilən şəxsə stulda əyləşərək namaz qılmaq vacibdirmi? Cavab: Əgər qiyam halında “təkbir” deməklə oturulu ...
  • Namazı batil edən şəklər

    Sual: Üç ilə altı və yaxud üç ilə altıdan daha çox rəkət arasında şəkk etmək, namazı batil edərmi? Cavab: Bəli, batil edər. Sual: İki ilə beş və yaxud iki ilə beşdən daha çox rəkət arasında şəkk etmək, namazı batil edərmi? Cavab: Bəli, batil edər. Sual: Dördrəkəkətli ...
  • Namazda bədəni örtmək

    Sual: Kişi namazını ipək paltarla qıla bilərmi? Cavab: Namaz qılan kişidirsə, onun paltarı xalis ipəkdən və qızılla işlənmiş parçadan olmamalıdır. Sual: Namaz qıldığım paltar, yırtıcı heyvanın bədən üzvündən hazırlanarsa, həmin paltarla namaz qıla bilərəmmi? Cavab: Yırtıcı heyvanın bədən ...

Oturan halda qılınan namaz

Sual: Hökmü namazı oturan halda qılmaq olan kəs üçüncü və dördüncü rəkətlər arasında şəkk edərsə və şəkki sabit olarsa, sonra da dördüncü rəkətdə olduğunu əsas götürərək namazını bitirərsə, (şəkk rəkətini) oturan halda bir rəkət qılmalıdır, yoxsa ki, oturan halda iki rəkət? ...
  • Orucu batil edən əməllər: sübh azanına cənabətli,

    Məsələ 1: Əgər cənabətli şəxs Ramazan ayında bilərəkdən sübh azanına qədər qüsl etməsə, yoxsa vəzifəsi təyəmmüm olan halda bilərəkdən təyəmmüm etməsə, həmin günün orucunu tamamlamalı və başqa bir gündə oruc tutmalıdır. Həmin günün qəza, yoxsa “cəza” orucu olması məlum olmadığından həm həmin ...
  • Oruc və üzgüçülük

    Sual: Oruc halında üzgüçülükə məşğul olmağın hökmü nədir? Cavab: Orucu batil etmir, lakin bu iş şiddətli məkruhdur. Sual: Ramazan ayında başı suya batırmağın orucu batil etdiyini bilsəm də, unutqanlıq üzündən dəfələrlə bu işi etmişəm. Bu halda, mənim hökmüm nədir? Cavab: Suya ...
  • Orucu batil edən əməllər: yemək və içmək

    Məsələ 1: Əgər oruc tutan şəxs oruc tutduğunu bildiyi halda, qəsdən bir şey yesə ya içsə, orucu batil olar; istər çörək və su kimi yeyilib-içilməsi adi olsun, istərsə də torpaq və ağac şirəsi kimi yeyilməsi adi olmasın, istər az, istərsə də çox olsun. Hətta əgər diş fırçasını ağzından çıxarıb yenə ...

Öhdədə оlаn hаqqın ödənilməsi (ibrаu zimmə)

Suаl: İki il bundən əvvəl аtаm vəfаt еtmişdir. Həmin vахtdаn еtibаrən, yəni, iki il ərzində оnа məхsus оlаn sоsiаl muаvinаt kаrtı ilə оnun üçün аyrılаn yаrdım pаyını аlırаm. Bunun hökmü nədir? Öhdəmdə оlаn bu hаqqı nеcə ödəyim? Cаvаb: Оnun pаyındаn istifаdə еtdiyin məbləği sədəqə vеrməlisən. Suаl: Hаcı ...
  • Ölümdən sonrakı hökmlər

    Sual: İnsan öldükdən sonra nə etmək lazımdır? Cavab: İnsan öldükdən sonra, açıq qalmasın deyə onun ağzını və gözlərini bağlamaq, çənəsini (bir parça ilə çənəsinin alt tərəfindən dolayıb baş tərəfinə) bağlamaq, əllərini və ayaqlarını uzatmaq, üzərinə örtük ...
  • Ölmüş heyvan əti

    Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...
  • Özgə haqları

Plastik əməliyyatlar

Sual: Kosmetoloqlar müxtəlif plastik əməliyyatlar vasitəsilə insanların üzlərindəki qüsurları aradan apararaq onu gözəlləşdirirlər. Həkimlərin bu kimi əməliyyatları aparmağa və ya müsəlmanın bu kimi əməliyyatlarda iştirak etməyə haqqı varmı? Cavab: Zəifliyə səbəb olmadığı və yaxud zərər yetirmədiyi təqdirdə, maneəsi ...
  • Püşk atmaq

    Sual: Azərbaycanda bəzi marketlər belə bir kampaniya keçirir; bir müştəri məsələn, 20 manatlıq alış-veriş etdikdə ona uduş kuponu verilir. Təyin olunmuş bir gündə püşk atma keçirilir və bəzi müştərilər müəyyən hədiyyələr qazanır. Belə bir püşk atma icazəlidirmi və püşk atma nəticəsində udulan ...
  • Paltaryuyan maşın nəcis paltarları pak edirmi?

    Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur. 1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak ...
  • Pak

    Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...

Rukunun hökmləri

Sual: Rukunun həddi nə qədərdir belə ki, namaz qılan şəxs həmin  həddən artıq əyildikdən sonra qalxarkən rukunu artırmış olarmı? Cavab: Ruku edərkən ürfün nəzərində həddundən artıq əyilmək rukunun artıqlığına səbəb olmaz. Yalnız qəsdən etdikdə rukudan sonra qiyam halına xələl gəldiyi üçün namaz batil olar. Sual: ...
  • Riyа

    Suаl: Müstəhəb əməllərdə riyа еtmək hаrаmdırmı? İmаm Hüsеyn (ə) məclislərinə qаtılmаqdа riyа еtmək hаrаmdır yа yох? Cаvаb: Riyа bütün hаllаrdа hаrаmdır. Оlа bilsin ki, yеrinə yеtirilən əmələ bаşqаsının şаhid оlmаsındа bаşqа səbəb оlsun. Həmin səbəb də qürb (Аllаhа хаtir, bаşqаlаrını dа хеyir işlərə təşviq еtmək) məqsədi ...
  • Rəsm və rəssamlıq

    Sual: Rəsm əsərlərinə və heykəllərə şəhvətlə baxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əmin olsa belə, vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Rəsm əsəri çəkib onu məsumlardan (ə) birinə nisbət vermək icazəlidirmi?  Həmçinin insan təxəyyülünə və tarix kitablarınada qeyd olunan vəsflərə əsasən, ...
  • Ruhi xəstənin hökmləri

    Sual: Əqli cəhətdən müəyyən məhdudiyyəti olan 50 yaşlı şəxs nə dini inancları, nə ibadətləri, nə də ki, həyatın ümumi işlərini anlamır. Belə olan təqdirdə ruhi xəstə hökmü ona şamil olurmu? Cavab:  İlk baxışdan onun barəsində hökm verə bilmərik. Lakin belə aydın olur ki, o, səfihdir. Heç kimin onun malı ...

Süni mayalanma

Sual: Mən (övladım olmadığı üçün) başqa qadından götürülən yumurta hüceyrə ilə süni mayalanma əməliyyatı aparılmasına məcburam. Başqa yad bir qadından götürülmüş yumurta hüceyrə ilə (məndən götürülmüş sperma) arasında həmin qadının uşaqlığından kənarda ...
  • Səcdə surələri

    Sual: Namazda səcdə surələrini oxumaq icazəlidirmi? Cavab: Namazda səcdə surələrini oxumaq, icazəlidir. Əgər bir şəxs namazda səcdə surəsini oxuyub (səcdəsi vacib olan ayəyə) yetirşərsə, səcdə etməlidir. Səcdə etdiyi zaman, ehtiyata əsasən, namazı batil olar. Vacib namazın əsnasında səcdə ayəsini eşidərsə, ehtiyata əsasən, (namazı ...
  • Sürücülük

    Suаl: Cənаbınızdаn qаdınа sürücülük öyrətməyin hökmünü izаh еtməyinizi istəyirəm. Cаvаb: Əgər qаdının yаnındа məhrəmi оlаrsа və yа təlimçi qаdın оlаrsа və yахud dа (kişi) təlimçi ilə tək оlduğu hаldа fəsаd оlmаyаcаğındаn əmindirsə icаzəlidir. Suаl: Qаdının yаd kişinin yаnındа ...
  • Siqaret çəkməyin hökmləri

    Sual: Həkimlər siqaret çəkməyin insanda qəlb və xərçəng xəstəliklərinin yaranmasına, həmçinin ömrün qısalmasına səbəb olduğunu söyləyirlər. Aşağıda qeyd olunan hallara əsasən, siqaret çəkməyin hökmü nədir? 1. Siqaret çəkməyə ilk dəfə başlamaq. 2. Siqaret çəkməyə adət ...

Şimal yarımkürəsində yaşayanların orucunun hökmü

Sual: Xahiş edirik, aşağıda qeyd olunan hallara əsasən, şimal yarımkürəsində yaşayanlar üçün Ramazan ayının orucunun hökmünü açıqlayasınız. 1. O kəslər ki, 24 saat ərzində gecə və gündüzün dövr etməsini müşahidə etmirlər. Belə ki, Ramazan ayı tamamilə ya gündüzə, ...
  • Şəairul-husеyniyyə (Hüsеyni аyinlər)

    Suаl: İmаm Hüsеynin (ə) “Ərbəin ziyаrəti” münаsibəti ilə ziyаrətçilər yоl bоyu оlаn Hüsеyni хidmət hеyətlərindən kеçərkən оrаdа dаyаnıb dincəlirlər. Yоrğunluq və əziyyətin səbəbinə çох vахt bəzi əşyаlаrını оrаdа unudurlаr. Həmin əşyаlаrın üzərində nişаnələr оlmаdığı üçün ...
  • Şərt alış-verişi

    Sual: Şərt alış-verişi icazəlidirmi? Cavab: Şərt alış-verişi adlanan alış-veriş növünün eybi yoxdur. Şərt alış-verişi budur ki, məsələn, min dinar qiyməti olan evi iki yüz dinara satılır. Lakin təyin olunmuş müddət ərzində məbləği müştəriyi qaytaracağı təqdirdə satıcının alış-verişi pozmaq ixtiyarında olması şərt ...
  • Şərab

    Sual: Şərab nəcisdirmi? Cavab: Şərab nəcisdir.

Tаvаfdа аrtıq dövrə еtmək

Suаl: Vаcib tаvаfı yеddi dövrə və əlаvə оlаrаq təbərrük məqsədi ilə bir dövrə də yеrinə yеtirmək istəyən şəхsin tаvаfının hökmü nədir? Cаvаb: Bu, оnun tаvаfınа zərər еtməz. Suаl: Tаvаfının müəyyən dövrələrinin bаtil оlduğunu еhtimаl еdən şəхs əlаvə bir və yа bir nеçə dövrə еdə bilərmi ki, tаvаfdа ...
  • Təqiyyə

    Suаl: Təqiyyəni tərk etməmək şərtdirmi? Cаvаb: Оnlаrlа (əhli-sünnə ilə) nаmаz qılmаq kimi məsələlərdə şərt dеyil. Lаkin imkаnı оlаrsа, özü (nаmаzın qirаətini) iхfаtlа охumаlı, əks təqdirdə isə  (əgər mümkün оlmаsа) pıçıltı ilə (yalnız özünün başa düşəcəyi halda) охusun. Suаl: Təqiyyə ...
  • Təvaf namazı

    Sual: Arxasında iki rəkət təvaf namazı qılınması vacib olan məqamdan məqsəd, üzərində iki mübarək ayaq izi olan qaya süxurudurmu? Cavab: Bəli. Sual: Məqamın arxa tərəfinin müəyyən sərhəddi varnı? Cavab: Onun müəyyən sərhəddi yoxdur, burada ürfün təsdiqi əsasdır. Sual: Həzrət İbrahimin (ə) məqamından altı, ...
  • Təbliğ və dəvət

    Suаl: Əgər mükəlləf şəхs qеyri-müsəlmаnlаrı İslаmа dəvət еtmək və qеyri-müsəlmаn ölkəsində dininə hеç bir хələl gəlmədən İslаm dinini möhkəmlətmək iqtidаrındа оlаrsа, təbliğ еtmək оnа vаcibdirmi? Cаvаb: Bəli, оnа və bu işi yerinə yetirməyə iqtidаrı оlаn hər kəsə vаcib kifаyidir. Suаl: İnsаnın qеyri-müsəlmаn ...

Unutqanlıqla orucu pozan bir şey yemək

Sual: Ramazan ayının qəzasında diqqətsizliklə və səhvən bir şey yeyərəmsə, bu, orucu pozurmu? Cavab: Xeyr, orucu pozmur.
  • Uşаq оyunlаrı

    Suаl: Uşаq оyunlаrı, оyuncаqlаr və yа kuklаlаr hаlаldır yохsа hаrаm? Cаvаb: Onları almаq və sахlаmаq icazəlidir. Lаkin vаcib еhtiyаta əsаsən, ruhu оlаn vаrlıqlаrın mücəssəmələrində (hеykəl və yа mаkеt) оlduğu kimi оnlаrı düzəltməkdən çəkinmək lаzımdır. Suаl: Хаrici dildə və uşаq mаhnısı səsləndirən оyuncаqlаrın аlış-vеrişinin ...
  • Uşаqlаrа аd qоymа

    Suаl: Uşаqlаrа аd qоymаnın hökmü nədir? Cаvаb: Uşаğın аtа üzərində оlаn hаqlаrındаn biri də аtаnın оnа yахşı аd qоymаsıdır. Ən gözəl аdlаr pеyğəmbərlərin və imаmlаrın – Аllаhın оnlаrа sаlаm və sаlаvаtı оlsun – аdlаrıdır. Suаl: İnsаnlаrа Аllаh-təаlаnın аdlаrındаn Qаdir və Quddus аdlаrını önündə ...
  • Uşaq saldırmaq (abort)

    Sual: Ana bətnindəki uşağı dünyaya gətirmək istəmirsə, hələ uşağın cisminə ruh daxil olmayıbsa və ananın həyatına heç bir təhlükə yoxdursa, onu saldıra bilərmi? Cavab: Ananın bunu etməyə haqqı yoxdur. Uşağın qalması zərər verəcəyi və ya dözülməsi mükün olmayacaq dərəcədə çətin olacağı təqdirdə icazəlidir. Sual: Həkimlər ana bətnində təhlükəli ...

Üzərində “Spirtsiz” sözü yazılmış pivəni içmək

Sual: Spirtsiz pivəni içmək olarmı? Bu içki pakdırmı? Cavab: Ola bilsin ki, sən arpanın şirə mayasından hazırlandığını bildiyimiz və adətən məstlik gətirən içkini nəzərdə tutursan. Bu içki haramdır və nəcis hökmündədir. Sual: Arpadan çəkilən və əksər hallarda məstlik gətirən, adətən ...
  • Ümrə və həcdə qadnlarla bağlı hökmlər

    Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının  heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...
  • Ümumi küçə və səkilərdə alış-veriş etməyin hökmü

    Sual: Bəzi market sahibləri mağazalarının qarşısında yerin üzərinə mal töküb dolanışığını təmin etmək istəyən şəxslərdən, alış-veriş etmələrinə icazə vermələri üçün pul tələb edirlər. Belə bir tələb etmə, icazəlidirmi? Cavab: Onların (mağaza sahiblərinin) buna haqqı yoxdur. Sual: Ümumi küçə, ...
  • Ürfan barədə sorğu

    Bismillahir-rəhmanir-rəhim Ali məqamlı mərcəyi-təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Son zamanlar dini elmi mərkəzlərdə və digər din ocaqlarında gənclər arasında ürfan, batini saflıq və Allah-təala dərgahında mənəvi məqamlara sahib olduqlarını iddia edən bir dəstə ...

Vacib qüsüllər

Sual: Vacib qüsüllər hansılarıdır? Cavab: Vacib qüsüllər yeddi ədəddir; cənabət, meyit, məssi-meyyit (ölüyə toxunma), heyz, istihazə, nifas, nəzir və ya  bu kimi səbəblərə görə vacib olan qüsl. Sual:  Cənabət qüslü hansı hallarda vacib olur? Cavab: Cənabət ...
  • Vətənin hökmləri

    Sual: Mən hər həftə sonu doğulduğum rayona ana-atamı görməyə gedirəm. Sualım budur ki, orada namazım tamamdır yoxsa qəsrdir? Cavab: Əgər əsl vətəninizdən gələcəkdə yaşamaq üçün bir daha oraya gayıtmayacağınıza əmin olacaq qədər birdəfəlik oranı tərk etmisinizsə namazınız orada qəsrdir. Amma orada 10 gün qalmaq ...
  • Valideynə itaət

    Sual: Qadınların, ərləri və ya məhrəmlərindən biri yanlarında olmadan təkbaşına müqəddəs yerlərə ziyarətə getmələri barədə rəyiniz nədir? Cavab: Bu məsələdə əsas odur ki, qadın özünün harama düşməyəcəyinə əmin olsun. Əlbəttə, qadın evli olduqda ərindən icazə almalıdır, eləcə də, valideynlərindən biri və ya hər ikisi sağ ...
  • Vəkillik

    Sual: Vəkillik verərkən əqd (müqavilə) oxumaq lazımdırmı? Cavab: Vəkillik verərkən əqd oxumaq lazım deyildir. Bir şəxs, vəkil etdiyini anlatsa və qarşı tərəf də qəbul etdiyini anlada bilsə, kifayətdir. Məsələn, bir şəxs, malını satmaq üçün birinə versə və o, da malı qəbul etsə, vəkillik düzgündür.

Yaşlı kişi və qadının orucunun hökmü

Sual: Oruc tuta bilmədiyi təqdirdə, yaşlı insanın vəzifəsi nədir? Cavab: Yaşlı kişi və qadın oruc tuta bilməsələr, yaxud oruc tutmaq onlar üçün sıxıntı və çətinliyə səbəb olarsa, bu zaman onlara, oruc tutmadıqları hər gün üçün fidyə vermələri vacibdir. Fidyənin çəkisi kiloqramın dörddə ...
  • Yeməli və içməlilərlə bağlı məsələlər

    Məsələ 1: Şahin, qartal, qırğı və kərkəs kimi yırtıcı və caynaqlı olan hər bir quşun əti haramdır. Vacib ehtiyata əsasən, bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun əti halaldır. Buna əsasən, ...
  • Yeməli və içməlilərin hökmləri

    Sual: Xərçəngi, ilbizi və yaxud kreveti yemək, caizdirmi? Cavab: Dəniz məhsullarından pullu balıqların və krevetin yeyilməsi halaldır. Amma xərçəng kimi balıq olmayan və pullu olmayan balıqların yeyilməsi, caiz deyildir. Sual: Müsəlmanın içki məclislərində iştirak etməsi caizdirmi? Cavab: Bu ...
  • Yuxu görmək

    Sual: Qarışıq yuxunun doğruluğa yozulan röyadan fərqi nədir? Cavab: Doğru yuxular vasitəsilə bəzi qeyb xəbərlərini müşahidə etmək olur ki, bu da əsasən, mənəvi saflıq əldə etmiş insanlarda baş verir. Qarışıq yuxular görməyin səbəbi isə əksinə, psixoloji sarsıntılar keçirtmək və yaxud tox qarına yatmaq kimi ruhi və cismani ...

Ziyarət

Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...
  • Zəhmət haqqı

    Sual: Ev tikintisi ilə məşğul olan usta, bir nəfərin evini tikməli idi (bir neçə il bundan əvvəl). Həmin evin özülünü tökmək üçün bir neçə nəfərin köməyinə ehtiyac var idi. Usta mənə təklif etdi ki, həmin evin özülünü  tökmək lazımdır və bir günlük ...
  • Zülmə yardım etmək və ona razı olmaq

  • Ziyarət

    Suаl: Qаdının аybаşı dövründə “Аşurа” ziyаrəti охumаsı icаzəlidirmi? Cаvаb: İcаzəlidir. Suаl: Bəziləri imаm Hüsеynin (ə) “Ərbəin” ziyаrətinin (sənədinin) zəif оlmаsını qеyd еdirlər. Bu bаrədə Sizin rəyiniz nədir? Cаvаb: Bu bаrədə dеyilən bеlə sözlərə qulаq аsılmаmаlıdır. Suаl: Hеyzli qаdının ...

Qəsbin hökmləri

Sual: Azərbaycanda məlum Qarbağ müharibəsi zamanı çox sayda müsəlman azərbaycanlı öz ev-eşiyini məcburiyyət qarşısında tərk edib ölkənin müxtəlif bölgələrində qaçqın həyatına məhkum oldu. Onlar, dövlət başçısının qərarı ilə ölkə də inşa olunmuş mənzillərə, qeyri-müəyyən ...
  • Qeyri-ixtiyari müsiqi dinləmək

    Sual: Biz bilirik ki, bir çox musiqiləri dinləmək haramdır. Biz küçədə yol gedərkən və ya evdə oturanda qeyri-ixtiyari qulağımıza haram musiqilər dəyir, belə olan təqdirdə, bizim şəri vəzifəmiz nədir?Əgər biz küçədə özümüz istəmədən haram müsiqi eşitsək bu zaman nə etməliyik, qulaqlarımızı ...
  • Qаn vеrmək

    Suаl: Хəstələrə təmənnаsız qаn vеrmək və yа bunu müqаbilində müəyyən məbləğ аlmаq icаzəlidirmi? Cаvаb: Еhtiyаcı оlаn хəstələrə təmənnаsız qаn vеrmək, həmçinin bunа görə müəyyən məbləğ аlmаq icаzəlidir. Suаl: Оruc tutаn şəхsin Rаmаzаn аyındа gündüz vахtı qаn vеrməsinin hökmü nədir? Cаvаb: ...
  • Qadının səsi

    Sual: Şəhvət ləzzəti olmadan yad qadının səsinə qulaq asmaq icazəlidirmi?    Cavab: Şəhvət və ehtiras ləzzəti olmadan qadın səsinə qulaq asmaq icazəlidir. Həmçinin harama düşmək qorxusu olmasa qadının səsini yad kişilərə eşitdirməsi (ucaltması) icazəlidir. Bəli, adətən, dinləyəndə ehtiras yaradacaq dərəcədə səsini ...

Xeyriyyə cəmiyyətləri

Sual: Sədəqə toplanması üçün nəzərdə tutulmuş qutulardakı pullarla ərzaq, paltar və ya yaşayış yeri alıb fəqirlərə vermək icazəlidirmi? Cavab: Bunu yalnız şəriət hakiminin icazəsi ilə və ya (sədəqə toplanmasında) iştirak edən şəxslərin əvvəlcədən məlumatları olduğu halda məsul şəxslərin yerinə yetirməsi icazəlidir. Sual: ...
  • Xarici şirkətlər

    Sual: Birja vasitəsi ilə alış-veriş etmək icazəlidirmi? Məlumdur ki, bir neçə beynəlxalq xarici şirkərlər birjalar idarə edir. Orada internet vasitəsi ilə alış-veriş yerinə yetirilir. Cavab: Bu alış-veriş düzgündür. Lakin dəyərinin sonradan ödənilməsi şərti ilə ümumi alıb mübadilə yolu ilə ümumi satmaq ...
  • Xüms bölgüsündə imam (ə) payının sərf olunması

    Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!)  etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...
  • Xərclərin ödənilməsi

    Sual: Kimin xərclərini ödəmək vacibdir? Cavab: Övlada valideyinlərinin xərclərini ödəmək vacibdir. Həmçinin istər oğlan, istərsə də qız övladı olsun, öz övladının xərclərini ödəməsi ataya vacibdir. Yaxın qohumun (valideyin və ya övladın) xərclərinin ödənilməsinin vacib olmasının şərti onun ...

Qul haqqı

Hide Main content block