Son suallar

  • A
  • \
  • B
  • \
  • C
  • \
  • Ç
  • \
  • D
  • \
  • E
  • \
  • Ə
  • \
  • F
  • \
  • G
  • \
  • H
  • \
  • İ
  • \
  • J
  • \
  • K
  • \
  • L
  • \
  • M
  • \
  • N
  • \
  • O
  • \
  • Ö
  • \
  • P
  • \
  • R
  • \
  • S
  • \
  • Ş
  • \
  • T
  • \
  • U
  • \
  • Ü
  • \
  • V
  • \
  • Y
  • \
  • Z
  • \
  • Q
  • \
  • X
  • \

Atılmış uşağın hökmü

Suаl: Küçəyə аtılmış uşаğın hökmü nədir? Cаvаb: Аtılmış uşаğа sаhib çıхmаq müstəhəbdir. Əgər оnu qоrumаq оnа sаhib çıхmаqdаn аsılıdırsа, bu, kifаyi оlаrаq vаcibdir. İstər həmin uşаq аiləsi tərəfindən – хərclərini ödəməkdə аciz оlduqlаrı üçün və yа (zinаdа) ittihаm оlunmаmаq ...
  • Ana bətnində olan uşağın diyəsi (qanbahası)

    Sual: Cənab Seyidin (kölgəsi əskik olmasın!) “Müntəxəb məsələlər” kitabında ana bətnində olan uşağın diyəsi misqal ilə təyin olunmuşdur. Misqaldan məqsəd Seyidin nəzərində 2,436 qram gümüşə bərabər olan dirhəmdir, yoxsa başqa bir ölçü vahidi? Cavab: Qeyd olunan diyəni gümüş ilə ...
  • Ayat namazı və onun qılınma qaydası

    Məsələ 1: Göstərişi sonradan deyiləcək “ayat” namazı üç səbəblə vacib olur: 1. Günəşin tutulması. 2. Ayın tutulması; azca tutulsa və ondan heç kim qorxmasa da (vacib olur). 3. Vacib ehtiyata əsasən, zəlzələ zamanı; hətta heç kim qorхmasa da (vacib olur). Amma göy gurultusu və ildırım, ...
  • Ailə hüquqları

    Sual: Qadın ev işlərinin görülməsi müqabilində ərindən müzd ala bilərmi? Cavab: Ala bilər. Sual: Qadın ərinin icazəsi olmadan ata-anasının evinə gedə bilərmi? Cavab: Caiz deyildir, lakin vacib olan sileyi-rəhm (qohumlarla əlaqəni qorumaq) həddində caizdir.

Bоrc

Suаl: Rеjim süqut еtməmişdən əvvəl (söhbət İrаqdan gеdir) bəzi еhtiyаclı insаnlаr mənə təqribən bir milyоn dinаr bоrculu idilər. Sоnrаdаn оnlаrın bir qismi öhdəsində оlаn bоrclаrı ödəməyə bаşlаdılаr. Həmin məbləğin оğurluq mаldаn оlduğunu bilirəm. İndi mən nə еtməliyəm? Cаvаb: Əgər həmin məbləğin özü оğurluq оlаrsа ...
  • Birja

    Sual: Möhtərəm Seyidin (kölgəsi əskik olmasın!) rəyinə görə birja fəaliyyəti ilə məşğul olmaq icazəlidirmi? Cavab: Öz-özlüyündə birja fəaliyyəti ilə məşğul olmağın heç bir maneəsi yoxdur. Əlbəttə, alış-verişin şərtləri və doğru olması hökmlərinə riayət etmək vacibdir. Aşağıda qeyd ...
  • Bazar qiyməti

    Sual: Mənim iş yerimə insanların istehlakı üçün tərkibinin yoxlanması məqsədi ilə qida məhsulları nümunələri gətirilir. Araşdırmadan sonra çoxlu qida məhsulları artıq qalır. Həmin qida məhsullarından yemək, satmaq, sədəqə vermək kimi istifadə etmək şəriət baxımından icazəlidirmi? Məlumdur ki, bunun qida məhsullarını ...
  • Balıq konserviləri

    Sual: Qeyri-İslami ölkələrdən gətirilən qablaşdırılmış “Tuna” balığını yemək, icazəlidirmi? Cavab: “Tuna” pullu balıq - hətta, əsli pullu - olarsa, yeyilməsi icazəlidir. Sual: İslam ölkələrindən gətirilmiş balıq konservilərini pullu olub-olmdığını araşdırmadan yemək olarmı? Cavab: Əgər onu, yalnız pullu ...

Cihad meydanında döyüşənlər üçün nəsihət və

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistaninin dəftərxanasının yayımladığı bəyənat Bismillahir-rəhmanir-rəhim Aləmlərin Rəbbinə həmd, yaranmışların ən xeyirlisi Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam olsun! Allah-təalanın təcavüzkarlara qarşı savaş və cihad meydanlarında döyüşməyi ...
  • Cinsi yaxınlıq

    Sual: Cinsi yaxınlıq edərkən müstəhəb və məkruh olan əməllər hansılardır? Cavab: Cinsi yaxınlıq edərkən, xüsusilə də, qadın hamilə olarsa “Bismillah...” demək və dəstəmazlı olmaq müstəhəbdir. Allah-təaladan ona təqvalı, mübarək, pak və sağlam bir oğlan uşağı bəxş etməyi diləsin. Ay tutulan gecə və Günəş ...
  • Camaat namazı

    Sual: Ölkəmizdəki müvafiq orqanlar (Korona virus pandemiyası ərəfəsində) məscid və bu kimi yerlərdə camaat namazlarının bərpası üçün eyni cərgədə dayanan hər iki nəfərin arasındakı məsafənin iki metr olmasını və hər sıra arasında bir cərgəni boş buraxılmasını tələb etmişlər. Qeyd olunan halda Seyid cənablarının (kölgəsi davamlı olsun!) fətvasına ...
  • “Cəfər – Təyyar” namazı

    Sual: “Cəfər – Təyyar” namazı necə qılınır? Cavab: “Cəfər – Təyyar” namazı dörd rəkətdir; iki rəkət halında qılınır. Hər rəkətdə Fatihə və surə oxunduqdan sonar rukuya getməmişdən əvvəl on beş dəfə “Təsbihati-ərbəə” (Subhanəllahi vəl-həmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər) ...

Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?

Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürü­cü­lü­yü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...
  • Çoxarvadlılıq

    Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
  • Çox səfər edən şəxsin orucunun hökmü

    Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...
  • Çiləyici (sprey) və qidalandırıcı dərman

    Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...

Dövlət əmlakı

Sual: Mən bu ölkənin (İraq nəzərdə tutulur) vətəndaşıyam. Ev tikmək üçün torpaq ərazim yoxdur. Ailə başçısıyam və hal hazırda ailəmlə birlikdə köhnə bir evdə məskunlaşmışam. (Ev tikmək üçün) dövlət mülkiyyətində olan boş bir ərazini mənimsəmişəm. Etdiyim bu işin hökmü ...
  • Dövlət müəssisələrində işləmək

    Sual: Dövlət müəssisində işləyib aylıq əmək haqqı alan şəxsin heç bir səbəb olmadan iltizamsızlıq edərək işə gəlməməsi və əmək haqqını da tam şəkildə alması, icazəlidirmi? Cavab: İcazəli deyil. Sual: İş maraqlarına zidd olmadığı təqdirdə, işdə yatmaq icazəlidirmi? Cavab: İş maraqlarına zidd olmasa belə, əmək ...
  • Dövlət mülkiyyətindən istifadə etmək barədə sorğu

    Bismillahir-rəhmanir-rəhim Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Bir neçə ay bundan əvvəl bizi, hökümət idarələrindən birinə daimi kadr olaraq vəzifəyə təyin ediblər. Sizdən xahiş edirik ki, işimizlə bağlı bəzi problemli məsələlər barədə fətva verəsiniz. 1. Boş ...
  • Dua yazdırmaq

    Sual: Donuz tükündən hazırlanmış diş fırçalarının alqı-satqısı və istifadəsi caizdirmi? Ondan istifadə etdiyimiz təqdirdə, ağzımız nəcis olarmı? Cavab: ...

Enerji içkiləri

Sual: Bəzi enerji içkiləri var ki, tərkibində spirt olmasa belə, onlardan istifadə etməyin hökmünü soruşmaq istəyirik. Həmin içkilərin zərərli olması barədə sosial mediada bir çox yazılar var. Ondan istifadə etməyin hökmü nədir? Cavab: Əgər tərkibində haram ya da nəcis maddə olmasa, eybi yoxdur.
  • Energetik preparatlardan istifadə etmək

    Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...
  • Elektron oyunlar

    Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir: 1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi)  təqdirdə ...
  • Evliliyin qayda-qanunları

    Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...

Əhalinin artımına nəzarətin hökmləri

Sual: Qadınların hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdirmi? Cavab: Sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vermədiyi təqdirdə, qadının hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdir. Sual: Qadının, ərinin razı olmadığı təqdirdə hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsinin ...
  • Əxlaqi gözəlliklər

    Sual: Müsəlmanın əxlaqi gözəlliklərlə zinətlənməsinin əlamətləri nədir? Cavab: Əməlisaleh möminlərin xüsusiyyətlərindən biri də onların, möhtərəm peyğəmbərimiz həzrət Məhəmməddən (s) nümunə götürərək, əxlaqi gözəlliklərlə zinətlənmələridir. Hansı ki, Allah-təala o Həzrəti müqəddəs kitabında bu ...
  • Əhd bağlamaq

    Sual: Bir şəxs Allah ilə əhd bağlayıb ki, müəyyən bir əməli etməyəcək. Əgər edərsə iki ay ardıcıl oruc tutacaq. Həmin əməli etdikdən sonra yenə Allah ilə əhd bağlayıb ki, əgər həmin əməli bir daha edərsə beş ay ardıcıl oruc tutacaq. Lakin yenə həmin əməli yerinə yetirmişdir. Bu şəxsin hökmü nədir? Ona hansı əməl vacibdir? ...
  • Əzаdarlıq məclisləri və nаmаzın vахtı

    Suаl: Аz sаydа insаnlа əzаdarlıq karvаnınа çıхmаq  və vаcib nаmаzın vахtındаn əvvəl məclisi tаmаmlаmаq yахşıdır, yохsа çох sаydа əzаdаrlаrın gəlməsini gözləyib mərəsimi tаmаmlаmаmış nаmаzın vахtının təsаdüf еtməsi? Cаvаb: Çох sаydа əzаldаrlаrın tоplаşmаsını gözləmək оlаr, lаkin nаmаzın vахtı dахil оlduqdа ...

Fitrə zəkatı

Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
  • Fatimeyi-Zəhra (ə) mehriyəsi

    Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur. 
  • Fal

    Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...
  • Fitr və Qurban bayramlarının namazı

    Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...

Gеcə nаmаzı

Suаl: Sizdən gеcə nаmаzının qılınmа tərzini müfəssəl surətdə izаh еtməyinizi хаhiş еdirik. Cаvаb: Gеcə nаmаzı; Vахtı: Gеcənin əvvəlindən sоnrа (gеcənin birinci hissəsindən, yəni yаrısındаn sоnrа) sübh nаmаzının əvvəlinə kimi. Niyyət: «Gеcə nаmаzı qılırаm qurbətən iləllаh». Rükətlər: 11 rükətdir. 8 ...
  • Günaha israr etmək

    Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz. Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) ...
  • Geyimlər

    Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...
  • Güləşmək

    Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi? Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir.    Sual: Güləşlə məşğul olmaq icazəlidirmi? Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq ...

Həcc kəffarəsinin ödəndiyi yerlər

Sual: İnsan  ov etmək və yaxud başqa bir səbəblə ona vacib olmuş kəffarəni, üzürlü və ya üzürsü olaraq Məkkədə ya da Minada kəsməsə, nə etməlidir? Cavab: Geri döndükdən sonra istədiyi yerdə kəsə bilər. Sual: İnsan həcc ehramında və ya Təməttö ümrəsində, ov etmək səbəbilə ona ...
  • Hаrаm edilmiş оyunlаr

    Suаl: Hеç bir girоv qоyulmаdаn və yа kоmpyutеrdə şаhmаt оynаmаq оlаrmı? Cаvаb: İstər pul müqаbilində, istərsə də pul оlmаdаn şahmət оynаmаq hаrаmdır. Həmçinin kоmpyutеr vаsitəsi ilə iki nəfər оynаrаsа, hаrаmdır. Vacib ehtiyata əsаsən, həttа kоmpyutеrdə şаhmаt оynаyаrkən ikinci tərəf cihаz olsa belə, yеnə (şаhmаt оynаmаğı) tərk ...
  • Həcc ziyаrətində Mədinətul-münəvvərə şəhərində

    Suаl: Mədinətul-münəvvərə şəhərində оlаn ziyаrətlərin müfəssəl şəkildə qаydаsı nеcədir? Cаvаb: Mədinətul-münəvvərə Аllаh-təаlаnın sоnsuz lütf еtdiyi pаk bir tоrpаqdır. Rəsulullаhın (s), siddiqə, pаk qızı Fаtimеyi-Zəhrаnın (ə), pаk imаmlаrdаn dördünün, şəhidlərin və sаlеhlərin mübаrək bədənlərini öz ...
  • Həcdə səy etməyin qaydaları

    Sual: Səyi yerinə yetirməyin müstəhəb əməlləri varmı? Cavab: Səfaya doğru mətanət və vüqarla “Həcərul-əsvəd”-in qarşısında olan qapıdan çıxmaq, Səfaya qalxarkən Kəbəyə nəzər salmaq, “Həcərul-əsvəd” olan sütunla üz-üzə dayanmaq, Allah-təalaya həmd-səna etmək və Onun nemətlərini xatırlamaq ...

İnternet klublarda işləmək

Sual: İnternet kulublarda işləmək icazəlidirmi? Cavab: Fəsada səbəb olmasa, icazəlidir. Sual: Elektron oyunlar oynamaq və bu yolla qazanc əldə etmək məqsədi ilə kompyuter dükanı açmaq icazəlidirmi? Cavab: Əgər qumar oyunları olmasa, icazəlidir.
  • İki vacib arasında seçim etmək məcburiyyəti

    Sual: İki vacib arasında seçim etmək məcburiyyərti yarandıqda hənsının yerinə yetirilməsinin daha vacibdir? Rica edirəm cavabı qayda şəklində izah edin ki, həmişə həmin qaydaya əsasən əməl edim. Cavab: Ən əhəmiyyətli olanı və ya daha əhəmiyyətli olması ehtimal edilən əsasdır.
  • İslam

    Sual: Xristian qadının müsəlman olması mümkündürmü? Bunun üçün o nə etməlidir? Cavab: Kəlmeyi-şəhadəti tələffüz etməklə müsəlman qadına aid olan hər bir hökm onun üçün də keçərlidir. Sual: Ola bilsin ki, xristian qadın sırf (müsəlman kişi ilə) ...
  • İmsak vaxtı

    Sual: Biz İsveçdə yaşayırıq. Bir müddətdən sonra Ramazan ayı daxil olacaq. Lakin bizim üçün problem olan budur ki, burada yayda gecə həddindən artıq qısadır. Buradakı İslam mərkəzləri tərəfindən təyin olunan namaz vaxtları cədvəlində imsak vaxtı ehtiyata əsasən, fəcr vaxtından çox qabaq qeyd olunub. Qeyd olunan ...

Jеlаtin

Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...

Kürr su

Sual: Kür suyun bir hissəsi buz bağlasa və yerdə qalan hissəsi də kür su miqdarından az olsa və belə bir suya nəcis dəysə, hökmü nədir? Cavab: Belə bir suya nəcis dəysə, nəcis olar və buzdan əriyən hissə də nəcisdir. Sual: Kür su miqdarında olan suyun, həmin miqdardan azalıb azalmadığına şəkk edilərsə, ...
  • Kerdit kartları

    Sual: Mən maliyyə işlərimi asanlaşdırmaq məqsədi ilə bankdan (hesabı bank tərəfindən) əvvəlcədən ödənilmiş (VİSA və yaxud Master Card) adlanan kredit kartı almaq istəyirəm. Həmin kartlardan internet vasitəsilə alış-veriş və bazarlıq etmək üçün istifadə edilir. Bu halda hesab fakturası verildikdən sonra bankın kredit kartı ...
  • Tibbi personalın “Korona virusa” yoluxmuş

    Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcə təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Son günlər “Korona virus” epidemiyasının yayılması nəticəsində xəstəxanalar və tibbi mərkəzlərdə qeyd olunan virusa yoluxmuş, yaxud yoluxduğu ehtimal olunan şəxslərlə təmas ...
  • Kişilər üçün (ehram halında) kölgələnməyin

    Suаl: Еhrаm bаğlаyаn kişi iхtiyаri hаldа nə vахt üstüörtülü nəqliyyаt vаsitəsindən istifаdə еdə bilər? Cаvаb: Bu, gеcə və günəşin şüаlаrının qаrşısını аlаcаq qədər səmа buludlu оlаrsа, fəcr ilə günəşin dоğmаsı аrаsındа icazəlidir. Lаkin bu şərtlə ki, еhtiyаtа əsаsən, hаvа yаğmurlu оlmаsın. Suаl: Еhrаm ...

Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,

Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət  olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...
  • Leş

    Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...
  • Lovğalıq və təkəbbür

    Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...
  • Lotereya biletləri

    Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər: 1. Pulu həmin vərəqin müqabilində ...

Möhtəkirlik

Suаl: Bəzi tеlеkаnаllаrın dünyа futbоl çеmpiоnаtını yаyımlаmаq hüquqndа möhtəkirlik еdərək həmin kаnаlа üzv оlаnlаr istisnа оlаrаq bаşqаlırının müşаhidə еtməsinə mаnе оlmаlаrının hökmü nədir? Cаvаb: Bu işdə möhtəkirlik, icazəlidir. Bаşqаsının mаlındаn istifаdə еtmədikcə yayım hüququnu аlmаq və ...
  • Musiqi ifa olunan yerlərə getmək

    Halal musiqilərin ifa olunduğu yerlərə həmin musiqini dinləmək üçün getmək, icazəlidir. Bağ, park, restoran, aeroportda qonaq qarşılamaq üçün məxsusi salonlar kimi ümumi yerlərdə əyləncəli musiqilər səslənir. Belə yerlərdə həmin musiqələrə qulaq asmamaq şərtilə sadəcə iştirak etməyin, maneəsi yoxdur.
  • Məslus (sidiyini saxlaya bilməyən) və məbtunun

    Sual: Məslus şəxs murdarın bədəninə sirayət etməsinin qarşısını almaq üçün hansı əməli yerinə yetirməlidir? Cavab: Məslus və məbtun olan hər kəs kisə və bu kimi mümükün olan istənilən vasitə ilə murdarın bədən və ya libasına sirayət etməsinin qarşısını almalıdır. Həmin kisəni hər namaz üçün ...
  • Minanada qurban kəsməyin hökmləri

    Sual: Mina vadisini əhatə edən dağlar onun hissəsi hesab olunurmu ki, orada qurban kəsmək yetərli hesab olunsun? Cavab: Mina məlum vadinin adıdır. Həmin vadini əhatə edən dağların bəzi hissəsi hesab olunmur. Sual: Əgər bir yerin Minadan hesab olunmasını şəkk etdiyi halda orada qurban kəsərsə yetərli sayılarmı? Cavab: Məhz həmin yerin Minadan ...

Namazın vacib əməlləri

Sual: Namazın əməlləri hansılardı? Cavab: Namazda  on bir əməl vacibdir; niyyət, təkbirətul-ehram, qiyam, qiraət, zikr, ruku, səcdələr, təşəhhüd, salam, tərtib və muvalat. Namazın rüknları – yəni, bilərək və səhv olaraq azaldıb artırdıqda namazı batil edən əməllər – beş əməldir: niyyət, təkbirətul-ehram, qiyam, ruku və ...
  • Namazda salam vermək

    Sual: Namazda salamın sonunda başı sağa və sola çevirmək müstəhəbdirmi? Cavab: Salam deyərkən göz ucu ilə işarə etmək müstəhəbdir. Sual: Namazın salamları vacibdirmi? Salamların düzgün forması necədir? Cavab: Salam hər namazın sonuncu vacib əməlidir. Təşəhhüddə olduğu kimi oturulu halda aramla ...
  • Namazın niyyəti

    Sual: Bir qadın uzun müddətdir ki, namaz qılır. Lakin namaz qılarkən niyyəti tələffüz etmiş və “təkbirətul-ehramı” (Allahu əkbər) təkrar demişdir. Sonradan səhv etdiyini bilmişdir. Həmin müddət ərzində qıldığı namazların hökmü nədir? Cavab: “Təkbirətul-ehramı” deyərək namaza başlamadan əvvəl ...
  • Nəzir

    Sual: Nəzir nədir? Cavab: Nəzir – insanın Allah rizası üçün yaxşı bir işi görməsi və yaxud edilməməsi daha yaxşı olan bir işi, Allah rizası üçün tərk etməyi özünə vacib etməsidir. Sual: Nəzirdə əqd oxunmalıdırmı? Cavab: Bəli, nəzirdə əqd oxunmalıdır. Sual: ...

Orucu batil edən əməllər: sübh azanına cənabətli,

Məsələ 1: Əgər cənabətli şəxs Ramazan ayında bilərəkdən sübh azanına qədər qüsl etməsə, yoxsa vəzifəsi təyəmmüm olan halda bilərəkdən təyəmmüm etməsə, həmin günün orucunu tamamlamalı və başqa bir gündə oruc tutmalıdır. Həmin günün qəza, yoxsa “cəza” orucu olması məlum olmadığından həm həmin ...
  • Oruc halında saqqız çeynəmək olarmı?

    Sual: Cənabınızın bir fətvasında deyilir ki, Ramazan ayında gündüz vaxtı saqqız çeynəmək orucu batil edənlərdən sayılmır. Bu hökm, yalnız dadı olmayan saqqıza aiddir, yoxsa dükanlarda mövcud olan bütün növlərə şamildir? Cavab: Oruc halında saqqız çeynəməyin – onun ağız suyunda dadı ...
  • Oruc tutması vacib olmayan şəxslər

    Sual: Uşağa süd verən qadının südü az olarsa və oruc tutmaq süd verdiyi uşağa zərər yetirərsə, qadının vəzifəsi nədir? Cavab: Oruc tutmaq ona vacib deyil; istər bu qadın uşağın öz anası olsun, istər baxıcısı olsun, istər də müzd müqabilində süd vermiş olsun. Lakin oruc tutmadığı günlərin ...
  • Orucu batil edən əməllər: istimna (ononizm)

    Məsələ 1: Əgər oruc tutan istimna etsə orucu batil olar. Məsələ 2: Əgər insandan ixtiyarsız sperma xaric olsa, orucu batil deyildir.    Məsələ 3: Oruc tutan şəxs gündüz yatacağı təqdirdə,”möhtəlim”-i yuxuda spermanın xaric olacağını bilsə, yatmamaqla əziyyətə düşməsə də, yatması caizdir. Amma yataraq ...

Ölümdən sonrakı hökmlər

Sual: İnsan öldükdən sonra nə etmək lazımdır? Cavab: İnsan öldükdən sonra, açıq qalmasın deyə onun ağzını və gözlərini bağlamaq, çənəsini (bir parça ilə çənəsinin alt tərəfindən dolayıb baş tərəfinə) bağlamaq, əllərini və ayaqlarını uzatmaq, üzərinə örtük ...
  • Özgə haqları

  • Ölmüş heyvan əti

    Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...
  • Övlаdlığа götürmək

    Suаl: Qаdın ilk gündən yаd bir uşаğı böyüyənədək tərbiyə еdərək sахlаyır. Bu uşаq böyüdükdən sоnrа qаdının оnа süd vеrmədiyi məlum оlduğu hаldа оnun yаnındа hicаb gеyinməsi vаcibdirmi? Cаvаb: Övlаdlığа götürmə İslаmdа qаnuni sаyılmır. Övlаdlığа götürülmüş uşаq оnu ...

Paltarların alqı-satqısı

Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.
  • Peyk kanalları

    Sual: Televizora və peyk kanallarına baxmağın hökmü nədir? Cavab: (Baxılması) halal olan verilişlərə baxmağın, maneəsi yoxdur. Sual: Televizorda “Qəfəs” kimi (bir-birinə yad) qadınların və kişilərin bir evdə yaşamasını yayımlayan verilişlərə baxmağın hökmü nədir? Cavab: Ehtirasların oyanmasına və fəsadın ...
  • Pak

    Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...
  • Pis söz danışmaq və ağzıyavalıq

    Sual: Xahiş edirik, “pis söz danışanlar” barədə nəql olunan hədisləri bizim üçün zikr edəsiniz? Cavab: Həzrət Peyğəmbər (s) xanımı Aişəyə buyurub: “Əgər pis söz danışmağın oxşarı olsaydı, bu zaman (onun) oxşarı pislik olardı.” O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: ...

Rəqs еtməyin hökmləri

Suаl: Qаdının bаşqа qаdınlаrın yаnında ləhv (əyləncə) əhlinin tərzinə uyğun fоrmаdа rəqs еtməsi icаzəlidirmi? Cаvаb: Bu, mübahisəlidir. Bunda ehtiyat tərk оlunmаmаlıdr. Suаl: Dоstlаrlа zаrаfаt еdərək rəqs еtmək icazəlidirmi? Cаvаb: Еhtiyаtа əsаsən, icazəli dеyil. Suаl: Qаdının tоydа bаşqа qаdınlаrın yаnındа rəqs еtməsi ...
  • Rəmyu-Cəmərat (Həcdə şeytanı daşlamaq)

    Sual: Siz qeyd etmisiniz ki, ehtiyata əsasən, cəməratın həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) dövründə mövcud olmuş miqdarı daşlanmalıdır. Xahiş edirik ki, bizim üçün həmin miqdarı uzunluq və en baxımından müəyyən edəsiniz? Cavab: Zahirən ona en baxımından əlavələr edilməyib. Amma uzunluğa gəlincə ...
  • Rukunun hökmləri

    Sual: Rukunun həddi nə qədərdir belə ki, namaz qılan şəxs həmin  həddən artıq əyildikdən sonra qalxarkən rukunu artırmış olarmı? Cavab: Ruku edərkən ürfün nəzərində həddundən artıq əyilmək rukunun artıqlığına səbəb olmaz. Yalnız qəsdən etdikdə rukudan sonra qiyam halına xələl gəldiyi üçün namaz batil olar. Sual: ...
  • Ruku

    Sual: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, nə etmək lazımdır? Cavab: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, bədən aram olduqdan sonra, zikrin ikinci dəfə deyilməsi daha yaxşıdır. Amma bədənin aramlığı pozulmayacaq şəkildə cüzi hərəkət edilsə ...

Susmaq orucu

Sual: Susmaq orucu nədir və o, caizdirmi? Cavab: Bu Yəhya ibn Zəkəriyyə (ə)-ın orucudur ki, (İslam şəriətində) qadağan olunub və haram edilmiş bidət əməldir. Sual: Şaban ayının birinci günü Yəhya ibn Zəkəriyyə (ə)-ın orucunu tutub gün boyu həm yeyib-içməkdən, həm də danışmaqdan imsak edən (çəkinən) şəxsin orucu ...
  • Sosial-müdafiə fondu tərəfindən edilən yardım

    Bismillahir-rəhmanir-rəhim Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Salam və ehtiramdan sonra... Sizdən xahiş edirik ki, aşağıda (bəndlərlə) bəyan edilən məktubumuzu oxuyub bəzi istifadəçilərə, qeyd olunmuş hallara əsasən, sosial-müdafiə fondu tərəfindən yardım edilməsinin şəriət baxımından hökmünü bildirməsi ...
  • Səcdə ayələri

    Sual: Radio studiyasında səcdə ayələri oxunarsa və insan da radio vasitəsilə onu eşidərsə, səcdə etməsi vacibdirmi? Cavab: Bəli, səcdə etməsi vacibdir. Sual: Bir şəxs, səcdə ayələrini radiodan yayımlanan lent yazısı formasında dinləyərsə, səcdə etməsi vacibdirmi? Cavab: Xeyr, vacib deyildir. Sual: Bir şəxs, ...
  • Sehr-cadu

    Sual: Xeyir işdə və eləcə də, bəzi nəfslərdən şeytanı qovmaqda sehr-cadudan istifadə etməyə icazə verilirmi? Cavab: İcazə verilmir. Sual: Sehr-cadu etmək İslam şəriətində haram buyurulan əməllərdəndirmi? Cavab: Sehr-cadu etmək, onu öyrətmək, öyrənmək və onunla qazanc əldə etmək haramdır. Sual: Sehr-cadunu öyrətmək və onunla ...

Şərab

Sual: Şərab nəcisdirmi? Cavab: Şərab nəcisdir.
  • Şərt alış-verişi

    Sual: Şərt alış-verişi icazəlidirmi? Cavab: Şərt alış-verişi adlanan alış-veriş növünün eybi yoxdur. Şərt alış-verişi budur ki, məsələn, min dinar qiyməti olan evi iki yüz dinara satılır. Lakin təyin olunmuş müddət ərzində məbləği müştəriyi qaytaracağı təqdirdə satıcının alış-verişi pozmaq ixtiyarında olması şərt ...
  • Şəairul-husеyniyyə (Hüsеyni аyinlər)

    Suаl: İmаm Hüsеynin (ə) “Ərbəin ziyаrəti” münаsibəti ilə ziyаrətçilər yоl bоyu оlаn Hüsеyni хidmət hеyətlərindən kеçərkən оrаdа dаyаnıb dincəlirlər. Yоrğunluq və əziyyətin səbəbinə çох vахt bəzi əşyаlаrını оrаdа unudurlаr. Həmin əşyаlаrın üzərində nişаnələr оlmаdığı üçün ...
  • Şəvval ayının altı gününün orucu

    Sual: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olması barədə sənəd varmı? Cavab: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olmasına dəlalət edən hədislərin sənədi saf deyil. Həmin günlərdə - ardıcıl, yaxud ayrı-ayrılıqda – rəca niyyəti ilə oruc tutmaq istəyən, oruca bayramdan ...

Təqiyyə

Suаl: Təqiyyəni tərk etməmək şərtdirmi? Cаvаb: Оnlаrlа (əhli-sünnə ilə) nаmаz qılmаq kimi məsələlərdə şərt dеyil. Lаkin imkаnı оlаrsа, özü (nаmаzın qirаətini) iхfаtlа охumаlı, əks təqdirdə isə  (əgər mümkün оlmаsа) pıçıltı ilə (yalnız özünün başa düşəcəyi halda) охusun. Suаl: Təqiyyə ...
  • Təqaüd məvacibi

    Sual: Mən 64 yaşında bir qadınam. Atam altsaymer (yaddaş pozulması) xəstəsidir. O, müəyyən məbləğ təqaüd alır. Onun aylıq təqaüdünü mən yığıb saxlayıram. Heç bir şey dərk edə bilmədiyi üçün onun özünə vermirəm. Qardaşlarımdan imkansız olanına, məsələn, ev tikməsinə köməklik etmək ...
  • Təvaf namazı

    Sual: Arxasında iki rəkət təvaf namazı qılınması vacib olan məqamdan məqsəd, üzərində iki mübarək ayaq izi olan qaya süxurudurmu? Cavab: Bəli. Sual: Məqamın arxa tərəfinin müəyyən sərhəddi varnı? Cavab: Onun müəyyən sərhəddi yoxdur, burada ürfün təsdiqi əsasdır. Sual: Həzrət İbrahimin (ə) məqamından altı, ...
  • Torpaq

    Sual: Torpaq pakedicilərdən sayılır. Ayaqqabının altını təmizləyə bildiyi kimi, hərəkət halında maşınların təkərlərini də təmizləyirmi? Cavab: Xeyr, təmizləməz.

Uşаqlаrа аd qоymа

Suаl: Uşаqlаrа аd qоymаnın hökmü nədir? Cаvаb: Uşаğın аtа üzərində оlаn hаqlаrındаn biri də аtаnın оnа yахşı аd qоymаsıdır. Ən gözəl аdlаr pеyğəmbərlərin və imаmlаrın – Аllаhın оnlаrа sаlаm və sаlаvаtı оlsun – аdlаrıdır. Suаl: İnsаnlаrа Аllаh-təаlаnın аdlаrındаn Qаdir və Quddus аdlаrını önündə ...
  • Uşaq saldırmaq (abort)

    Sual: Ana bətnindəki uşağı dünyaya gətirmək istəmirsə, hələ uşağın cisminə ruh daxil olmayıbsa və ananın həyatına heç bir təhlükə yoxdursa, onu saldıra bilərmi? Cavab: Ananın bunu etməyə haqqı yoxdur. Uşağın qalması zərər verəcəyi və ya dözülməsi mükün olmayacaq dərəcədə çətin olacağı təqdirdə icazəlidir. Sual: Həkimlər ana bətnində təhlükəli ...
  • Unudaraq oruc pozan əməl etmək

    Sual: Ramazan ayının qəza orucunu tutarkən (oruc olduğumu) unudaraq və ya səhv olaraq bir şey yesəm, bu, orucu pozurmu? Cavab: Orucu pozmur.
  • Uşaq dünyaya gətirmək və sonsuzluq

    Sual: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidirmi? Cavab: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidir. Baxmayaraq ki, bu, onun nəslinin kəsilməsinə və bir daha hamilə qalmamasına səbəb olacaq. Lakin ...

Üz tüklərini təmizləməyin və qаş аlmаğın hökmləri

Suаl: Subаy qаdının qаşlаrını аldırmаsı hаrаmdırmı? Cаvаb: Yаd kişinin yаnındа zinət hеsаb оlunmursа, hеç bir mаnеəsi yохdur. Suаl: Cənаb Sеyidin ərli qаdının məhərrəm аyının ilk оn günündə üzünün tüklərini аldırmаsı bаrədə rəyini öyrənmək istəyirəm. Cаvаb: Bunu hеç bir mаnеəsi yохdur. Lаkin ...
  • Ümumi parklar

    Sual: Günəşli günlərdə ədəb qaydalarına riayət olunmayan dəniz kənarı sahildə və ümumi parklarda gəzintiyə çıxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əminlik olmasa, icazəli deyil. Sual: Ümumi ictimai yerlərdə dəstəmaz almaq və namaz qılmaq icazəlidirmi? Cavab: Restoranlar, kafelər, ticarət mərkəzləri ...
  • Üzüm şirəsi

    Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...
  • Üzük taxmaq

    Sual: Ruzi və ya başqa məqsəd üçün üzük taxmaq icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Sol ələ üzük taxmağın məkruh olması doğrudurmu? Cavab: Möminin əlamətlərindən biri sağ ələ üzük taxmaqdır. Sual: Hansı daş-qaşdan olan üzüklərin taxılması müstəhəbdir? Cavab: Əqiq və ...

Vəsvəsə

Sual: Quran-kərimdə vəsvəsə barədə ayə vardırmı? Cavab: “Nas” surəsi, bu barədədir. Sual: Vəsvəsə edən insanın yəqini şəkk hökmündədir? Cavab: Bəzi yerlərdə şəkk hökmündədir. Sual: Vəsvəsə barədə rəyiniz nədir? Cavab: Vəsvəsə edən şəxsin şəkkinə etina etməsinə ehtiyac yoxdur. ...
  • Var-dövlət sevgisi və dünya hərisliyi

    Sual: Var-dövlət sevgisi barədə bəzi Quran ayələri və hədislər qeyd edin! Cavab: Allah-təala Qurani-kərimdə buyurur: “Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır”. (Munafiqun surəsi, ayə 9). “Bilin ki, ...
  • Vəlаyətul-fəqih (Fəqihin vilayəti)

    Suаl: İslаmın ümumi mənfəətinə istinаdən şəriət qanunu tərtib еtmək icazəlidirmi? Cаvаb: Хüsusi şərtlər dахilində şəri vilаyəti оlаn şəхs üçün bu, icazəlidir. Suаl: Sizin nəzərinizdə “vəlаyətul-fəqih” nə dеməkdir? Cаvаb: Fəqihlərin (Аllаh оnlаrdаn rаzı оlsun) sözlərində ...
  • Vətəndən köçmək

    Sual: Bəzi insanlar öz vətənlərini tərk etmək niyyəti olmadan müəyyən bir məqsəd üçün bir neçə il müddətinə başqa şəhərə köçürlər. Əgər məqsədləri həyata keçərsə, vətənindən çıxaraq istədiyi yerdə məskunlaşacaq. Bu halda namazlarını necə qılmalıdırlar? Oruc tutmalıdırlarm? ...

Yeyilməsi haram olanlar

Sual: Dovşan əti yemək icazəlidirmi? Cavab: Haramdır. Sual: Qaban əti yemək icazəlidirmi? Cavab: Haramdır. Sual: Bəzi balıqların pulu olub-olmamasında şəkk edirik, belə balıqları yemək olarmı? Cavab: Belə balıqları yemək icazəli deyil. Sual: Kenquru və zürafənin ətini yemək olarmı? Cavab: Ehtiyat vacibə əsasən yeyilməsi ...
  • Yol Hərəkəti Qaydalarına riayət etmək vacibdirmi?!

    Sual: Hər ölkədə avtomobil yollarını tənzimləyən Yol Hərəkəti Qaydaları var. Bildiyiniz kimi bu qaydalar istər piyadaların, istərsə də avtomobili idarə edən vətəndaşların həyati təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulur. Bəzi vətəndaşlar bu qaydalarda nəzərdə tutlan qadağalara məhəl qoymur, nəticədə ya öz ...
  • Yeməli və içməlilərlə bağlı məsələlər

    Məsələ 1: Şahin, qartal, qırğı və kərkəs kimi yırtıcı və caynaqlı olan hər bir quşun əti haramdır. Vacib ehtiyata əsasən, bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun əti halaldır. Buna əsasən, ...
  • Yаd kişi ilə хəlvət yerdə qalmaq

    Suаl: Qаdının аvtоmоbilin ön оturаcаğındа оturub qаynı ilə müəyyən bir yеrə gеtməsi icаzəlidirmi? Cаvаb: Hаrаmа düşməyəcəyindən əminlik оlmаsа, icаzəli dеyil. Suаl: Mən bir şirkətdə işləyirəm. Həmin şirkətin оfisində mənimlə bir qаdın dа işləyir. Çох vахt yаnımızdа hеç kim оlmur. Bu hаl icazəlidirmi? Cаvаb: ...

Zəkat

Sual: Sizdən “mal zəkatı” barədə soruşmaq istəyirəm. Ümumiyyətlə “mal zəkatı” nə deməkdir və kimə vacibdir? Cavab: Zəkat şəriətdə vacib olan əməllərdəndir. Zəkat dörd şeydə vacibdir. 1. Mal-qara (dəvə, inək, qoyun). 2. Sikkə formasında olan qızıl və gümüş. 3. Dənli bitkilər (buğda, arpa, xurma və ...
  • Zülmə yardım etmək və ona razı olmaq

  • Zövcənin nəzir еtməsi

    Suаl: Ərin zövcəsinin еtdiyi nəziri pоzmаsı icazəlidirmi? Cаvаb: Ərin zövcənin аndını pоzmаsı icazəlidir. Həmçinin ər zövcəsinin еtdiyi əhddən irəli gələn əməli qаdаğаn еtdiyi hаldа zövcənin həmin əhdə sаdiq оlmаsı vаcib dеyil. Nəzirə gəlincə, zövcənin ərin yаtаq hаqqınа zidd оlаn bir nəzir еtməsi dоğru dеyil. ...
  • Zülm etmək

    Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...

Qeyri-qanuni çəkilmiş sudan dəstəmaz və qüsl üçün

Sual: Sudan istifadə üçün hökümət tərəfindən evlərə quraşdırılmış su sayğacına müdaxilə edərək və yaxud sayğac quraşdırılmadığı təqdirdə, həmin sudan dəstəmaz və qüsl üçün istifadə etməyin hökmü nədir? Cavab: Qanuna zidd əməl etməyə icazə verilmir. Amma dəstəmaz və qüsl ...
  • Qonşu haqqı

    Sual: Yəhudi qonşunu və ya xristian qonşunu, yaxud da, əslən, heç bir dinə etiqadı olmayan qonşunu narahat etmək olarmı? Cavab: Heç bir əsas olmadan narahat etmək olmaz! Sual: Qonşunun haqqına riayət etməyə dair hədis söylənibmi? Cavab: Qonşuluq haqqı qohumluq haqqına yaxındır. Burada müsəlman qonşunun haqqı ...
  • Qeyri-müsəlman ölkələrində məhkəmə sektorunda

    Sual: Hüquqşünas bir şəxsin qeri-müsəlman ölkəsində vəkil işləməsi icazəlidirmi? Belə ki, həmin ölkənin hüquq qanunlarına müvafiq olaraq qeyri-müsəlmanların məhkəmə məsələlərini həll edir və məqsədi məhkəmədə (təmsil etdiyi tərəfin lehinə) qalib gəlməkdir. Cavab: Əgər başqasının haqqının aradan getməsinə, ...
  • Qadının səsi

    Sual: Şəhvət ləzzəti olmadan yad qadının səsinə qulaq asmaq icazəlidirmi?    Cavab: Şəhvət və ehtiras ləzzəti olmadan qadın səsinə qulaq asmaq icazəlidir. Həmçinin harama düşmək qorxusu olmasa qadının səsini yad kişilərə eşitdirməsi (ucaltması) icazəlidir. Bəli, adətən, dinləyəndə ehtiras yaradacaq dərəcədə səsini ...

Xüms ili

Allahın adı ilə Möhtərəm İmam Seyid Əli Sistani cənablarına (kölgəsi əskik olmasın) Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Keçən il xüms ili tamam olduqda məndə 100 dollar (Amerika Birləşmiş Ştatları dolları) vardı. Xümsünü çıxartdıqdan sonra yerdə qalanı  il ərzində tamamilə ...
  • Xüms bölgüsündə imam (ə) payının sərf olunması

    Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!)  etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...
  • Хеyir əməl nəzir еtmək

    Suаl: Хеyir əməl nəziri еtmək nədir? Cаvаb: Yеrinə yеtirilməsi və yа tərk оlunmаsı nəzir еtən şəхs üçün bəyənilən istər özünə аid, istrəsə də bаşqаsınа аid bir əməli nəzir еtməkdir. Həmin əməlin аrzulаnmаsın yахşı əməl hеsаb оlunmаsı və оnu Аllаhdаn diləməyin icаzəli оlmаsı əsаsdır. Bunun müfəssəl ...
  • Xarici şirkətlər

    Sual: Birja vasitəsi ilə alış-veriş etmək icazəlidirmi? Məlumdur ki, bir neçə beynəlxalq xarici şirkərlər birjalar idarə edir. Orada internet vasitəsi ilə alış-veriş yerinə yetirilir. Cavab: Bu alış-veriş düzgündür. Lakin dəyərinin sonradan ödənilməsi şərti ilə ümumi alıb mübadilə yolu ilə ümumi satmaq ...

Hide Main content block