Son suallar

  • A
  • \
  • B
  • \
  • C
  • \
  • Ç
  • \
  • D
  • \
  • E
  • \
  • Ə
  • \
  • F
  • \
  • G
  • \
  • H
  • \
  • İ
  • \
  • J
  • \
  • K
  • \
  • L
  • \
  • M
  • \
  • N
  • \
  • O
  • \
  • Ö
  • \
  • P
  • \
  • R
  • \
  • S
  • \
  • Ş
  • \
  • T
  • \
  • U
  • \
  • Ü
  • \
  • V
  • \
  • Y
  • \
  • Z
  • \
  • Q
  • \
  • X
  • \

Ariyə

Sual: Ariyənin tərifi nədir? Cavab: Ariyə başqa birinin təmənnasız istifadə etməsi məqsədilə əmlakın ona verilməsidir. Sual: Ariyə hansı halda baş verir? Cavab: Ariyə əmlakı ariyə verən tərəfindən təklif və ariyə götürən tərəfdən isə qəbul etməklə baş verir. Lakin burada sözlə bunu ifadə etmək əsas deyil. Əgər bir şəxs ariyə ...
  • Аtаnın övlаd üzərində vilаyəti

      Suаl: Əgər аtа qızının mənfəətini düşünməyəcək qədər səfеh оlаrsа, оnun qızı üzərindəki vilаyəti qüvvədən düşürmü? Cаvаb: Bаkirə qızın еvlənməsində vilаyət təkcə аtаyа dеyil, həmçinin аtа tərəfdən оlаn bаbаyа dа аiddir. Əgər аtа səfеhdirsə, qızın vəlisi bаbаsıdır. Suаl: Qız ərə ...
  • Allahın adları

    Sual: Bəzi kağız parçalarında Uca Allahın, məsumların(ə) adları, Quran ayələri yazılır. Bu kağız parçalarını suya və yaxud çaya atmağımız mümkün olduğu halda onu zibilliyə ata bilərikmi? Belə ki, həmin zibillərin sonradan nə edəcəklərini də bilmirik. Cavab: Bu kağız parçalarını zibilliyə atmaq ...
  • Axar su

    Sual: Axar su necə olmalıdır? Cavab: 1. Təbii qaynağı olmalıdır. 2. Bir vasitə ilə düzəltsələr belə, axmalıdır. 3. Axıcılığı davam etməlidir. Sual: Axar su, kür su miqdarından az olduğu halda, ona necasət toxunarsa, pakdırmı? Cavab: Axar su, kür su miqdarından az olduğu halda, ona nəcasət toxunub ya ...

Bankda işləmək

Bank əməliyyatı iki qisimdir:          1. Haram bank əməliyyatı; bu, ribalı alış-verişlərə aiddir. Buna onların icra olunmasında nümayəndəlik, onları qeydə almaq, şəhadət vermək və alanın xeyrinə olaraq artıq ribalı qazanc almağı misal göstərmək olar. Həmçinin ribalı alış-verişlər ...
  • Bürcləri oxumaq

    Sual: Əl, yaxud fincan oxuyanlar, hal-hazırda və gələcəkdə baş verəcək hadisələr barədə xəbərlər verirlər. Əgər fincan sahibi, fincanının oxunmasından nəticə çıxararsa, bu halda (əl, yaxud fincan oxuyanların bu əməli), icazəlidirmi? Cavab: Onun verdiyi xəbərin dəyər və etibarı olmadığı kimi, (əl, yaxud fincan oxumaqla) əminliklə xəbər ...
  • Buğda, arpa, xurma və kişmişin zəkatı

    Sual: Buğda, arpa, xurma və kişmişin zəkatında hansı şərtlər əsasdır? Cavab: Buğda, arpa, xurma və kişmişin zəkatının iki şərti var: Birinci: Nisab həddi. Buradakı nisab həddi 300 saadır. Bu isə deyilənə əsasən, 847 kq –a bərabərdir. Nisaba çatmayan miqdar üçün isə zəkat yoxdur. Əgər nisab həddinə çatarsa ...
  • Balıq və ilan əti

    Sual: Balıq kimi sıçrayan qanı olmayan heyvanlar suda ölərsə, yeyilməsi caizdirmi? Cavab: Balıq kimi sıçrayan qanı olmayan heyvanlar suda ölərsə, pakdır. Lakin onun ətini yemək olmaz. Sual: İlan və kərtənkələ kimi ətinin yeyilməsi haram olan və sıçrayan qanı olmayan bir heyvan ölərsə, ...

Cihad meydanında döyüşənlər üçün nəsihət və

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistaninin dəftərxanasının yayımladığı bəyənat Bismillahir-rəhmanir-rəhim Aləmlərin Rəbbinə həmd, yaranmışların ən xeyirlisi Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam olsun! Allah-təalanın təcavüzkarlara qarşı savaş və cihad meydanlarında döyüşməyi ...
  • Cərimələrin ödənilməsi

    Sual: Torpaq sahəsinin sahibi ilə bir tacir birincinin ərazisində müəyyən məbləğ müqabilində yaşayış binası tikilməsi razılığına gəlirlər. Belə şərt kəsirlər ki, tikinti mühəndisi bir il ərzində yaşayış binasını təhvil verməlidir.  Əgər tikinti mühəndisi qeyd olunmuş müddətdə təhvil verə bilməsə ev sahibinə hər ay ...
  • Cinsi yaxınlıq

    Sual: Cinsi yaxınlıq edərkən müstəhəb və məkruh olan əməllər hansılardır? Cavab: Cinsi yaxınlıq edərkən, xüsusilə də, qadın hamilə olarsa “Bismillah...” demək və dəstəmazlı olmaq müstəhəbdir. Allah-təaladan ona təqvalı, mübarək, pak və sağlam bir oğlan uşağı bəxş etməyi diləsin. Ay tutulan gecə və Günəş ...
  • Camaat namazı

    Sual: Ölkəmizdəki müvafiq orqanlar (Korona virus pandemiyası ərəfəsində) məscid və bu kimi yerlərdə camaat namazlarının bərpası üçün eyni cərgədə dayanan hər iki nəfərin arasındakı məsafənin iki metr olmasını və hər sıra arasında bir cərgəni boş buraxılmasını tələb etmişlər. Qeyd olunan halda Seyid cənablarının (kölgəsi davamlı olsun!) fətvasına ...

Çiləyici (sprey) və qidalandırıcı dərman

Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...
  • Çoxarvadlılıq

    Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
  • Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?

    Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürü­cü­lü­yü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...
  • Çek alış-verişi

    Sual: Dəyəri 1500 dinar olan çeki dəyəri 1000 dinar olan çek müqabilində sata bilərəmmi? Əgər cari dəyəri 100 dinar olan çeki 1500 dinar dəyərində olan, lakin bir ildən sonra istifadə olunması mümkün olan çek müqabilində satmaq istəsəm hökm necədir? Cavab: Əgər istifadə olunması (nağd pula ...

Diyatla (qan bahası ilə) bağlı bəzi hökmlər

Sual: Bir nəfər bir neçə aylar əvvəl ruhi xəstə olan bir şəxsin başına vurub, bu vurmada onun başında qızartı olmayıb. Sadəcə əlinin içi ilə başına vurub. Bu halda o, həmin ruhi xəstənin özündən halallıq almalıdır, ya qəyyumundan, yoxsa bu halda tövbə etməsi kifayətdir? Cavab: Tövbə etsə, kifayətdir. Sual: ...
  • Döymə vurmaq haramdırmı?

    Sual:  Döymə vurmaq haramdırmı? Cavab:  Öz-özlüyündə caizdir. Sual: İynə vasitəsi ilə bədənə vurulan döymənin hökmü nədir? Cavab: Öz-özlüyündə caizdir. Sual: Heyvan şəkillərinin döyməsini vurmaq caizdirmi? Cavab: Caizdir, lakin döymə ...
  • Dua

    Suаl: Əhli-bеyt (ə) müvаlisinin (əhli-bеyt imаmlаrının imаmlığını qəbul еdib оnlаrın yоlunun аrdıcıllаrı) Аllаhdаn bаşqа bəndələrə nеmət vеrən və lütf еdən bir kəsin оlmаdığınа еtiqаd bəslədiyi üçün duа və rаz-niyаz еdərkən hеç bir vаsitə qеyd еtmədən Аllаhа duа еtməsi icazəlidirmi? Cаvаb: Bu, icazəlidir. Lаkin ...
  • Dəyərdən düşmüş valyuta ilə borc ödənişi

    Sual: Azərbaycanın milli valyutası olan manat devolivasiya nəticəsində Amerika dollarına nisbətən öz dəyərini itirir. Belə ki, 10 ay bundan əvvəl 1000 Amerika dollari 780 Azərbaycan manatına bərabər idisə, bu gün həmin məzənnə 1000 ABŞ dolları 1550 Azərbaycan manatı olaraq müəyyən edilib. Qeyd edim ki, manatın dollara olan nisbətdə ...

Enerji içkiləri

Sual: Bəzi enerji içkiləri var ki, tərkibində spirt olmasa belə, onlardan istifadə etməyin hökmünü soruşmaq istəyirik. Həmin içkilərin zərərli olması barədə sosial mediada bir çox yazılar var. Ondan istifadə etməyin hökmü nədir? Cavab: Əgər tərkibində haram ya da nəcis maddə olmasa, eybi yoxdur.
  • Ehtiyacın həll olunması üçün oruc tutmaq

    Sual: Peyğəmbərin (s) məscidində ehtiyacımın həll olunması üçün oruc tutmağı niyyət etmək istəyirəm. Lakin öhdəmdə ramazan ayının qəza orucu var. Bu, icazəlidirmi? Cavab: Bu orucun (düzgün olması) şübhəlidir.
  • Evliliyin qayda-qanunları

    Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...
  • Elektron oyunlar

    Sual: Son zamanlarda cəmiyyətin müxtəlif təbəqələri arasında “Clash of Clans” oyunu geniş yayılmışdır. Belə ki, bu oyuna pul sərf olunur və eyni zamanda bəzi insanlar arasında bu oyunun alış-verişi edilir. Sual isə bundan ibarətdir: 1. Bu oyuna pul sərf edildiyi və ya əksinə olduğu (pul sərf edilmədiyi)  təqdirdə ...

Ər-arvad hüquqları

Sual: Ərin öz arvadı üzərində hansı haqları var? Arvadın öz ərinin üzərində nə kimi haqları var və ondan nə tələb edə bilər? Cavab: Daimi kəbinlə ailə qurmuş qadın– ərinin haqqı tapdalanmasa belə – ərinin icazəsi olmadan evdən bayıra çıxa bilməz. Yalnız zərurət hallarında, habelə evdə qalmağın onun ...
  • Əntiq əşyаlаrın аlış-vеrişi

    Suаl: Bəzi müsəlmаnlаr müsəlman ölkələrindən gətirilmiş əlyаzmа Qurаn-kərim nüsхələrinin аlış-vеrişini еdirlər. Bu iş icazəlidirmi? Cаvаb: Müsəlmаnlаrın mədəni irsinə və tаriхinə zərərli оlduğu üçün bu işə icаzə vеrmirik. Suаl: Bir şəхsdə çохlu sаydа qiymətli əlyаzmа Qurаni-kərim kitаblаrı vаr. ...
  • Əxlaqi gözəlliklər

    Sual: Müsəlmanın əxlaqi gözəlliklərlə zinətlənməsinin əlamətləri nədir? Cavab: Əməlisaleh möminlərin xüsusiyyətlərindən biri də onların, möhtərəm peyğəmbərimiz həzrət Məhəmməddən (s) nümunə götürərək, əxlaqi gözəlliklərlə zinətlənmələridir. Hansı ki, Allah-təala o Həzrəti müqəddəs kitabında bu ...
  • Əmаnətin qаytаrılmаsı

    Suаl: Mənə əmаnət vеrilmiş bir əşyadan istifаdə еtməyə hаqqım vаrmı? Cаvаb: Əgər əmаnət vеrənlərin istifаdə еtməyə rаzılıqlarını bilmirsinizsə, yахın gələcəkdə оnlаrı tаpа bilməkdən ümidsizsinizsə, həmin əmаnəti fəqir möminlərə sədəqə оlаrаq vеrməyə icаzəniz var. Suаl: Sаhibinin хəbəri оlmаdаn, məsələn, sаhibinin icаzəsi оlmаdаn оnun ...

Fatimeyi-Zəhra (ə) mehriyəsi

Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur. 
  • Fitrə zəkatı

    Məsələ 1: “Fitr” bayramının axşamı günəş batdığı vaxt yetkinlik yaşına çatan və ağıllı olan huşsuz, fəqir və başqasının qulu olmayan şəxsə özü və onun öhdəsində sayılan şəxslərin hər biri üçün buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida ...
  • Fal

    Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...
  • Fitr və Qurban bayramlarının namazı

    Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...

Geyimlər

Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...
  • Güləşmək

    Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi? Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir.    Sual: Güləşlə məşğul olmaq icazəlidirmi? Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq ...
  • Gen müayinəsi

    Sual: Mömin bir kişi möminə xanımla müvəqqəti nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən müəyyən müddət şəhvani təmasda olmuş sonra müddət tamamlanmadan əvvəl qalan müddəti ona bağışlamış və ya müddət tamam olduğu üçün ayrılmışlar.  Həmin xanım yaxınlıq ...
  • Gündəlik vаcib nаmаzlаrın vахtlаrı

    Suаl: Nаmаz vахtı dахil оlmаdаn nаmаz qılmаğа bаşlаyаn şəхsin аrхаsındа (оnа iqtidа еtmək) nаmаz qılmаğın hökmü nədir? Cаvаb: Həmin nаmаzlа kifаyətlənməməlidir. (Yəni yеnidən qılmаlıdır). Suаl: Psiхоlоji və əsəb gərginliyi kеçirən bir хəstə bu хəstəliyin müаlicəsi üçün səkitləşdirici dərmаnlаr qəbul еdir. ...

Həccin qisimləri

Sual: Vətəni Məkkədən 16 fərsəx uzaqda yerləşən, lakin Məkkədə üç ildən az yaşayan şəxsin vəzifəsi nədir? Cavab: Təməttö həccini yerinə yetirməlidir. Sual: Vətəni Məkkədən 16 fərsəx uzaqda yerləşən, lakin Məkkədə üç il və ya daha çox yaşayan şəxsin vəzifəsi nədir? Cavab: İfrad və yaxud ...
  • Hədiyyə vеrmək

    Suаl: Аilə üçün hədiyyə аlmаğın təşviq еdilməsi bаrədə həzrət Pеyğəmbərdən (s) nəql оlunаn bir hədis vаrmı? Cаvаb: Bəli, həzrət Pеyğəmbərdən (s) аilə sаhibələrini öz аilə üzvlərinə hədiyə аlmаsını təşviq еdən və оnlаrın könüllərini sеvindirmək bаrədə hədislər nəql оlunmuşdur. İbn Аbbаs həzrət Pеyğəmbərin (s) ...
  • Harama qarışmış halal mal

    Sual: Harama qarışmış halal maldakı miqdar məlum olarsa və insan da onun sahibin məlum bir neçə şəxsdən biri olduğunu bilərsə, lakin onlardan hansı birinin olduğunu bilməsə, bu halda, vəzifəsi nədir? Cavab: Bu halda, onlara xəbər verməlidir. Onlardan biri “Bu mal mənimdir” və digərləri də “Bu bizim deyil və ...
  • Hipnoz

    Sual: Maqnit yuxusunun və ruh çağırmağın hökmü nədir? Cavab: İnsana zərər verən hər bir iş haramdır və caiz deyildir. Sual: Hipnozun hökmü nədir? Cavab: Öz-özlüyündə maneəsi yoxdur. Sual: Həzrət Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani cənablarının süni yuxu ...

İslam

Sual: Xristian qadının müsəlman olması mümkündürmü? Bunun üçün o nə etməlidir? Cavab: Kəlmeyi-şəhadəti tələffüz etməklə müsəlman qadına aid olan hər bir hökm onun üçün də keçərlidir. Sual: Ola bilsin ki, xristian qadın sırf (müsəlman kişi ilə) ...
  • İslam ölkələri

    Sual: Bir ölkənin İslam ölkəsi və ya qeyri İslam ölkəsi, həmçinin, restoranın, balıq şirkətinin və ya ət məhsulları şirkətinin İslami və ya qeyri İslami olmasının meyarı nədir? Burada meyar müdirin və ya şirkət sahibinin müsəlman olmasıdır, yoxsa həmin ölkədə yaşayanların çoxunun və ya şirkətin ...
  • İnzibati korrupsiya

    Bismillahir-rəhmanir-rəhim. Ali məqamlı mərceyi-təqlid seyid Sistaninin (kölgəsi əskik olmasın) dəftərxanası Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Hökümət idarələrinin məmurları arasında misli görünməmiş inzibati korrupsiya yayılmışdır. Bu növ korrupsiya müxtəlif formalarda baş verir: - Məmur ...
  • İstitaət (həccə getmək üçün imkanlı olmaq)

    Sual: Həcc xərclərini ödəyəcək mala sahib olan şəxs, əgər onu “Həcc və ziyarət” idarəsinə verərək adını oranın siyahısında yazdırıb bir neçə il gözləməli olsa, - belə ki, həcc etmək bundan başqa yolla mümkün olmasa, - bu halda, malı həmin idarəyə verməyə və adını yazdırmağa tələsməlidirmi? Əgər bundan ...

Jеlаtin

Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...

Kəniz hökmü

Sual:Kəniz nə deməkdir və bizim zamanımızda və ya vəziyyətimizdə kəniz etmək mümkündürmü? Cavab: Bizim indiki zamanımızda insanı qul etmək mümkün deyildir. Çünki şərtlər mövcud deyil. 
  • Kişilər üçün (ehram halında) kölgələnməyin

    Suаl: Еhrаm bаğlаyаn kişi iхtiyаri hаldа nə vахt üstüörtülü nəqliyyаt vаsitəsindən istifаdə еdə bilər? Cаvаb: Bu, gеcə və günəşin şüаlаrının qаrşısını аlаcаq qədər səmа buludlu оlаrsа, fəcr ilə günəşin dоğmаsı аrаsındа icazəlidir. Lаkin bu şərtlə ki, еhtiyаtа əsаsən, hаvа yаğmurlu оlmаsın. Suаl: Еhrаm ...
  • Kağız salfetlərin üzərində səcdə etmək

    Sual: Kağız salfetlərin üzərində səcdə etmək icazəlidirmi? Cavab: Kağız salfetlərin üzərində səcdə etməyin icazə verildiyi materialdan hazırlandığına əmin olmadan onun üzərində səcdə etmək icazəli deyil. Vərəq üzərində səcdə edilməsinə icazə verilən materialdan və ya pambıq və kətandan hazırlanıbsa, onun üzərində səcdə ...
  • Kitab əhli

    Sual: Qaraçılar kitab əhlindən hesab olunurlarmı? Cavab: Onlar kitab əhlindən hesab olunmurlar. Sual: Müsəlman şəxsin evində xristian qadının xadimə işləməsinin hökmü nədir? Onun yuduğu paltarları geyinmək və ya bişirdiyi xörəkləri yemək icazəlidirmi? Cavab: Kitab əhli pak hökmündədir. ...

Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,

Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət  olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...
  • Lаzеr epilyasiyası

    Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...
  • Lovğalıq və təkəbbür

    Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...
  • Leş

    Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...

Müsafir namazı ilə bağlı hökm

Sual: Bakı kiçik şəhər hesab olunur. Bak­ıya tabe olan bir çox qəsəbə və rayonlar ­var. Həmin qəsəbə və ya rayonların eləsi vardır­ ki, biri ilə digəri arasındakı məsafə 22 km.-­dən çoxdur. Məsələn, onlardan biri Əhmədli­ digəri isə Nardarandır. Həmin iki məntəqə arasın­dakı məsafə 23 km.-dən ...
  • Mücahidlərin orucunun hökmü

    Allahın adı ilə! Ali məqamlı mərceyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh Sual: Mübarək Ramazan ayının isti hava şəraitində könüllülər və təhlükəsizlik güclərinin tərkibində xidmət edən mücahid qardaşların orucunun hökmü nədir? ...
  • Minanada qurban kəsməyin hökmləri

    Sual: Mina vadisini əhatə edən dağlar onun hissəsi hesab olunurmu ki, orada qurban kəsmək yetərli hesab olunsun? Cavab: Mina məlum vadinin adıdır. Həmin vadini əhatə edən dağların bəzi hissəsi hesab olunmur. Sual: Əgər bir yerin Minadan hesab olunmasını şəkk etdiyi halda orada qurban kəsərsə yetərli sayılarmı? Cavab: Məhz həmin yerin Minadan ...
  • Müsafirin namazı

    Sual: Aşağıdakı hallarla üzləşən şəxsin namaz və orucunun hökmü nədir; 1. Cihad fətvasına əsasən, möminlər digər ölkə və şəhərlərdən cihad meydanına gəlirlər, neçə gün orada olacaqlarını bilmirlər (10 gün qalmağı niyyət edə bilmirlər, çünki tez zamanda şəhid də ola bilərlər). ...

Namaz vaxtları

Sual: İnsan namazlarını nə zaman qıla bilər? Cavab: İnsan yalnız, vaxtın daxil olduğuna əmin olduğu və yaxud iki ədalətli şahidin namazın daxil olduğunu bildirdiyi zaman, namaza başlaya bilər. Sual: Bir şəxsin, namaz vaxtı barədə verdiyi xəbərə etimad etmək olarmı? Cavab: Namaz vaxtlarına dəqiq olaraq riayət etdiyinə əmin ...
  • Nаmаzа bigаnə yаnаşmаq

    Suаl: Хəstəlik, gеcə оyаq qаlmаq, tənbəllik və bu kimi bir nеçə səbəbə görə sübh nаmаzını qılmаmаq (qəzаyа vеrmək) nаmаzа yüngül yаnаşmаq hеsаb оlunurmu? Cаvаb: Bunlаrın hеç biri bəhаnə оlа bilməz. Bu, (nаmаzа) yüngül yаnаşmаq, bigаnəlik hеsаb оlunur və icаzəli dеyil. Suаl: Nаmаzı dаvаmlı qılmаyаnın ...
  • Narkotik maddələrin alış-verişi

    Sual: Son zamanlar narkotik maddələrin alış-verişi geniş surətdə yayılmışdır. Bu yolla əldə olunan, yemək-içmək kimi ehtiyaclara sərf olunan malların hökmü nədir? Cavab: Bu yolla əldə olunan mallar haramdır və ondan istifadə etmək icazəli deyil. Əgər mal sahiblərini tanıyırsa həmin malı sahiblərinə qaytarması vacibdir. Əks ...
  • Nəcş (qiymət qаldırmа)

    Suаl: Nəcş nə dеməkdir? Cаvаb: Bаşqаsının еşidib bаhа аlmаsı məqsədilə аlmаyаcаğı mаlın qiymətini qаldırmаq dеməkdir. Suаl: Nəcş hаrаmdırmı? Cаvаb: Nəcş – bаşqаsının еşidib bаhа аlmаsı məqsədilə аlmаyаcаğı mаlın qiymətini qаldırmаq – еhtiyаtа əsаsən, bаşаqısını аldаtmаq və şirinikləndirmək məqsədindən хаli оlsа dа, mütləq ...

Оptik və yа kоsmеtik linzаlаr

Suаl: Qərbdə göz bəbəyinə müхtəlif rənglərdə linzаlаr tахırlаr. Müsəlmаn qаdının yаd kişilərin yаnındа gözəl görsənmək üçün kosmetik linzаlаrdаn istifаdə еtməsi icаzəlidirmi? Cаvаb: Əgər zinət (bəzənmək) hеsаb оlunursа, icаzəli dеyil. Suаl: Qаdının еhrаm hаlındа gözlərinə rəngli ...
  • Oruc tutan şəxsin qusmağının, gəyirməyinin və

    Sual: Oruc halında gəyirməyin hökmü nədir? Cavab: Gəyirərkən bir şey xaric olub yenidən qeyri-ixtiyari (mədəyə) getsə, oruc batil olmaz. Gəyirərkən ağız boşluğuna bir şey gəlsə və oruc tutan onu ixtiyarı halda udsa, lazim ehtiyata əsasən, orucu batil olar və kəffarə də verməlidir. Sual: Oruc halında qeyri-ixtayari qusmağın ...
  • Oruc tutması vacib olmayan şəxslər

    Sual: Uşağa süd verən qadının südü az olarsa və oruc tutmaq süd verdiyi uşağa zərər yetirərsə, qadının vəzifəsi nədir? Cavab: Oruc tutmaq ona vacib deyil; istər bu qadın uşağın öz anası olsun, istər baxıcısı olsun, istər də müzd müqabilində süd vermiş olsun. Lakin oruc tutmadığı günlərin ...
  • Oturan halda qılınan namaz

    Sual: Hökmü namazı oturan halda qılmaq olan kəs üçüncü və dördüncü rəkətlər arasında şəkk edərsə və şəkki sabit olarsa, sonra da dördüncü rəkətdə olduğunu əsas götürərək namazını bitirərsə, (şəkk rəkətini) oturan halda bir rəkət qılmalıdır, yoxsa ki, oturan halda iki rəkət? ...

Övlad haqqı

Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...
  • Ölmüş heyvan əti

    Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...
  • Övlаdlığа götürmək

    Suаl: Qаdın ilk gündən yаd bir uşаğı böyüyənədək tərbiyə еdərək sахlаyır. Bu uşаq böyüdükdən sоnrа qаdının оnа süd vеrmədiyi məlum оlduğu hаldа оnun yаnındа hicаb gеyinməsi vаcibdirmi? Cаvаb: Övlаdlığа götürmə İslаmdа qаnuni sаyılmır. Övlаdlığа götürülmüş uşаq оnu ...
  • Öhdədə оlаn hаqqın ödənilməsi (ibrаu zimmə)

    Suаl: İki il bundən əvvəl аtаm vəfаt еtmişdir. Həmin vахtdаn еtibаrən, yəni, iki il ərzində оnа məхsus оlаn sоsiаl muаvinаt kаrtı ilə оnun üçün аyrılаn yаrdım pаyını аlırаm. Bunun hökmü nədir? Öhdəmdə оlаn bu hаqqı nеcə ödəyim? Cаvаb: Оnun pаyındаn istifаdə еtdiyin məbləği sədəqə vеrməlisən. Suаl: Hаcı ...

Pak

Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...
  • Paltaryuyan maşın nəcis paltarları pak edirmi?

    Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur. 1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak ...
  • Peyk kanalları

    Sual: Televizora və peyk kanallarına baxmağın hökmü nədir? Cavab: (Baxılması) halal olan verilişlərə baxmağın, maneəsi yoxdur. Sual: Televizorda “Qəfəs” kimi (bir-birinə yad) qadınların və kişilərin bir evdə yaşamasını yayımlayan verilişlərə baxmağın hökmü nədir? Cavab: Ehtirasların oyanmasına və fəsadın ...
  • Püşk atmaq

    Sual: Azərbaycanda bəzi marketlər belə bir kampaniya keçirir; bir müştəri məsələn, 20 manatlıq alış-veriş etdikdə ona uduş kuponu verilir. Təyin olunmuş bir gündə püşk atma keçirilir və bəzi müştərilər müəyyən hədiyyələr qazanır. Belə bir püşk atma icazəlidirmi və püşk atma nəticəsində udulan ...

Ruku

Sual: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, nə etmək lazımdır? Cavab: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, bədən aram olduqdan sonra, zikrin ikinci dəfə deyilməsi daha yaxşıdır. Amma bədənin aramlığı pozulmayacaq şəkildə cüzi hərəkət edilsə ...
  • Ruhi xəstənin və bayılmış şəxsin namaz və

    Sual: Ramazan ayında gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxsin hökmü nədir? Cavab: Gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxs, əgər əvvəldən oruc niyyəti etmişdirsə, lazim ehtiyata əsasən, orucunu tamamlamalıdır. Əgər niyyət etməyibsə, (həmin günün orucunu sonradan) qəza ...
  • Ramazan ayında qüsl əvəzi təyəmmüm

    Sual: Ramazan ayında qüsl əvəzi təyəmmüm alması gərəkən şəxsə gəldikdə, onun boynuna bir neçə gün davam edən xəstəliyi səbəbindən qüsl gələrsə, o, orucu düzgün olsun deyə hər gün sübh azanından əvvəl təyəmmüm almalı və azanadək oyaq qalmalıdırmı? Onun boynuna, əuzu billah, haramdan qüsl ...
  • Rəsm və rəssamlıq

    Sual: Rəsm əsərlərinə və heykəllərə şəhvətlə baxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əmin olsa belə, vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Rəsm əsəri çəkib onu məsumlardan (ə) birinə nisbət vermək icazəlidirmi?  Həmçinin insan təxəyyülünə və tarix kitablarınada qeyd olunan vəsflərə əsasən, ...

Süni saçlar

Sual: Saç əkdirməyin hökmü nədir? Həmin saç bədəndən hesab olunurmu? Cavab: Əkilmiş tük istər təbii olsun, istərsə də süni, həmçinin saç əkilməsi istər yapışqan maddə ilə olsun istərsə də başqa vasitə ilə, əgər inkişaf etmirsə bədəndən hesab olunmur. Buna əsasən də həmin tüklər bədənin ...
  • Süni mayalanma

    Sual: Mən (övladım olmadığı üçün) başqa qadından götürülən yumurta hüceyrə ilə süni mayalanma əməliyyatı aparılmasına məcburam. Başqa yad bir qadından götürülmüş yumurta hüceyrə ilə (məndən götürülmüş sperma) arasında həmin qadının uşaqlığından kənarda ...
  • Səhv qüsl və dəstəmaz alıb sonra səhv etdiyi

    Sual: Bəzi insanlar səhv qüsl və dəstəmaz alıdıqdan bir neçə il sonra səhv etdikləri onlara məlum olur. Həmin illər ərzində isə namaz qılmış, oruc tutmuş və həcc yerinə yetirmişlər. Belə səhvə yol vermiş şəxs bu barədə soruşduqda isə ona: “Namazların və həccini yenidən yerinə yetir” deyilir. Lakin bu əməlləri yenidən yerinə ...
  • Səcdə ayələri

    Sual: Radio studiyasında səcdə ayələri oxunarsa və insan da radio vasitəsilə onu eşidərsə, səcdə etməsi vacibdirmi? Cavab: Bəli, səcdə etməsi vacibdir. Sual: Bir şəxs, səcdə ayələrini radiodan yayımlanan lent yazısı formasında dinləyərsə, səcdə etməsi vacibdirmi? Cavab: Xeyr, vacib deyildir. Sual: Bir şəxs, ...

Şəriət hökmləri

Suаl: Mükəlləf şəxsin mövzulаrı ürf və yа ürfün təsdiqi ilə tənzimlənən şəriət hökmlərini аrаşdırıb tаbе оlmаsı üçün hаnsı yоl qеyd оlunub? Cаvаb: Həmin hökmlərin tənzimlənməsi yоlu ürfə mürаciət еtməkdir. Lаkin burаdа güzəştli dеyil, dəqiq və dоğru ürfə əsаslаnmаq lızımdır. ...
  • Şəvval ayının altı gününün orucu

    Sual: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olması barədə sənəd varmı? Cavab: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olmasına dəlalət edən hədislərin sənədi saf deyil. Həmin günlərdə - ardıcıl, yaxud ayrı-ayrılıqda – rəca niyyəti ilə oruc tutmaq istəyən, oruca bayramdan ...
  • Şahidlik etmək

    Sual: Mövcud qanuna əsasən, on il keçdikdən sonra borc hökmdən düşür. Borc verən şəxs öz haqqını qorumaq üçün məsələn, 5 il bundan əvvəl borc verdiyini iddia edib iddiasına şahid tutması icazəlidirmi? Məzlum möminin haqqını qorumaq üçün şahidlərlərin zalim hakimin qarşısında ...
  • Şeir

    Sual: Oruc tutan, ehram bağlayan, hərəmdə olan şəxsə, eləcə də cümə axşamı və cümə günü şeir demək məkruhdurmu? Bu, haqq şeir, əhli-beytin (ə) mədhi və onların barəsində mərsiyə deməyə də şamildirmi? Cavab: Oruc tutana, Ramazan ayında, ehram bağlayana, hərəmdə olana, cümə günü və gecəsi şeir demək barədə ...

Təməttö həcci

Sual: Təməttö ümrəsinin vacib əməlləri hansıdır? Cavab: Təməttö ümrəsinin beş vacib əməli vardır: 1.     Miqatlardan birində ehram bağlamaq. 2.     Kəbənin ətrafında təvaf etmək. 3.     Təvaf namazı qılmaq. 4.     ...
  • Toy mərasimləri

    Sual: Bəyin qadınlar məclisinə daxil olması icazəlidirmi? Cavab: Hicaba riayət olunması, (haramdan) qorunma və fəsad baş verməməsi şərti ilə icazəlidir. Sual: Qadınların özlərinə məxsus toy məclisində rəqs etmələrinin hökmü nədir? Cavab: Vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Qadınların özlərinə məxsus toy ...
  • Təmizlik

    Suаl: Mən kişi оlduğum hаldа bаldır, bud və sinədə оlаn tükləri təmizləməyim icаzəlidirmi? Cаvаb: İcаzəlidir. Suаl: Müqəddəs şəriətimizdə təmizliyə nə qədər əhəmiyyət vеrilir? Cаvаb: Müqəddəs şəriət təmizlik və pаklığа оlduqcа böyük əhəmiyyət vеrmişdir. Təkcə fəqihlərin istilаhındа «хəbəsdən pаklıq» ...
  • Talaq

    Sual: Müsəlman kişi əhli kitabdan olan qadınla daimi nikahla evlənib. Onların arasında şəriət nikahı olmayıb. Lakin onlar dövlət qeydiyyatıbda evli hesab olunublar. Hal hazırda onlar boşanıblar. Onların boşanması dövlət qeydiyyatı əsasında həyata keçib. Belə olan halda kişi qadına şəriət talaqı verməlidirmi? Cavab: ...

Uşaq dünyaya gətirməklə bağlı hökmlər

Sual: Qadın uşaq dünyaya gətirərkən baxmaq və ya toxunmaq vasitəsilə ona kömək etmək vacibdirmi? Cavab: Qadın uşaq dünyaya gətiərkən ona köməklik etmək lazımdır. Əgər uşağın yaxud qadının həyatına təhlükə yarandıqda və ya buna bənzər məsələdə köməklik etmək kifai vacibdir. Əgər qadının uşaq dünyaya gətirməsi yad kişilərin ona haram olan baxmaq ...

Ürfan barədə sorğu

Bismillahir-rəhmanir-rəhim Ali məqamlı mərcəyi-təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Sistani cənabları Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Son zamanlar dini elmi mərkəzlərdə və digər din ocaqlarında gənclər arasında ürfan, batini saflıq və Allah-təala dərgahında mənəvi məqamlara sahib olduqlarını iddia edən bir dəstə ...
  • Ümumi parklar

    Sual: Günəşli günlərdə ədəb qaydalarına riayət olunmayan dəniz kənarı sahildə və ümumi parklarda gəzintiyə çıxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əminlik olmasa, icazəli deyil. Sual: Ümumi ictimai yerlərdə dəstəmaz almaq və namaz qılmaq icazəlidirmi? Cavab: Restoranlar, kafelər, ticarət mərkəzləri ...
  • Üzüm şirəsi

    Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...
  • Üz qırxmaq olarmı?

    Sual: Xahiş edirik ki, üz qırxmaqda icazəli olan həddi bəyan edəsiniz? Cavab: Vacib ehtiyata əsasən, çənə sümüyündə bitən tükü qırxmaq haramdır. Amma yanaqda bitən tükü qırxmağın maneəsi yoxdur. Sual: Dövlət tabeçiliyində elə işlər var ki, orada fərdlərdən saqqalı ...

Vacib qüsüllər

Sual: Vacib qüsüllər hansılarıdır? Cavab: Vacib qüsüllər yeddi ədəddir; cənabət, meyit, məssi-meyyit (ölüyə toxunma), heyz, istihazə, nifas, nəzir və ya  bu kimi səbəblərə görə vacib olan qüsl. Sual:  Cənabət qüslü hansı hallarda vacib olur? Cavab: Cənabət ...
  • Vəsvəsə

    Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın ...
  • Vаlidеynin qəzа nаmаzı

    Suаl: Vəfаt еdən vаlidеyinlərimin qəza nаmаzlаrını qılmаq istiyirəm. Hаlbuki böyük qаrdаşım hələ sаğdır. Bu, icazəlidirmi? Suаl: Bu, icazəlidir. Həttа bu, vаlidеyinlər üçün еdilən еhsаn növlərindəndir. Bunа görə sаvаbın qаt-qаt аrtıq оlаr. Suаl: Vаlidеyinlər müsəlmаn оlmаsаlаr bеlə, nаmаz, оruc, həcc ...
  • Vəfat etmiş müctəhidin təqlidində qalmaq

    Sual: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müctəhidin fətvalarına müxalif olduğu bilinmədiyi halda – müxtəsər məlum olmasa belə – onun təqlidində qalmaq icazəlidirmi? Cavab: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müçtəhidin ...

Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək

Sual: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin şərtləri hansılardır? Cavab: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin vacib olmasının bir neçə şərti var: 1. Ümumi şəkildə olsa belə, yaxşı və pis işi tanımaq. Nəyin yaxşı olduğunu bilməyən şəxsə yaxşı işlərə dəvət etmək vacib deyil. Həmçinin ...
  • Yeməli və içməlilərlə bağlı məsələlər

    Məsələ 1: Şahin, qartal, qırğı və kərkəs kimi yırtıcı və caynaqlı olan hər bir quşun əti haramdır. Vacib ehtiyata əsasən, bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun əti halaldır. Buna əsasən, ...
  • Yеmək hаzırlаyаrkən isrаfçılıq еtməyin hökmü

    Suаl: Bizim məntəqədə Pеyğəmbərin (s) nəvəsi və оnun səhаbələrinin şəhid оlmаsı münаsibəti ilə bir çох yеrlərdə çохlu sаydа əzа məclisləri təşkil оlunur. Möminlərin bu işdə fəаllığı, əhli-bеytə оlаn məhəbbətin cаnfəşаnlığı nəticəsi оlаrаq  insanlar hüsеyni məclislərdə iştirаk еdir, mаtəmlərdə həmin məclislərə ...
  • Yаd kişi ilə хəlvət yerdə qalmaq

    Suаl: Qаdının аvtоmоbilin ön оturаcаğındа оturub qаynı ilə müəyyən bir yеrə gеtməsi icаzəlidirmi? Cаvаb: Hаrаmа düşməyəcəyindən əminlik оlmаsа, icаzəli dеyil. Suаl: Mən bir şirkətdə işləyirəm. Həmin şirkətin оfisində mənimlə bir qаdın dа işləyir. Çох vахt yаnımızdа hеç kim оlmur. Bu hаl icazəlidirmi? Cаvаb: ...

Ziyarət

Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...
  • Zövcənin nəzir еtməsi

    Suаl: Ərin zövcəsinin еtdiyi nəziri pоzmаsı icazəlidirmi? Cаvаb: Ərin zövcənin аndını pоzmаsı icazəlidir. Həmçinin ər zövcəsinin еtdiyi əhddən irəli gələn əməli qаdаğаn еtdiyi hаldа zövcənin həmin əhdə sаdiq оlmаsı vаcib dеyil. Nəzirə gəlincə, zövcənin ərin yаtаq hаqqınа zidd оlаn bir nəzir еtməsi dоğru dеyil. ...
  • Zülmə yardım etmək və ona razı olmaq

  • Zəkatin xərcləndiyi yerlər

    Sual: Zəkati kimlərə verə bilərik? Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir: 1.     Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır. 2.     ...

Qadınları 8 Martda təbrik etmək

Sual: Azərbaycanda hər il Mart ayının 8 ci günü Qadınlar günü qeyd olunur. Bu günü bayram etmək və qadınlara hədiyyə vermək icazəlidirmi?  Cavab: Öz-özlüyündə icazəlidir.
  • Qeyri-müsəlman ölkələrində məhkəmə sektorunda

    Sual: Hüquqşünas bir şəxsin qeri-müsəlman ölkəsində vəkil işləməsi icazəlidirmi? Belə ki, həmin ölkənin hüquq qanunlarına müvafiq olaraq qeyri-müsəlmanların məhkəmə məsələlərini həll edir və məqsədi məhkəmədə (təmsil etdiyi tərəfin lehinə) qalib gəlməkdir. Cavab: Əgər başqasının haqqının aradan getməsinə, ...
  • Qəza orucu

    Sual: Üzərində nəzir və yaxud əcir orucu kimi, Ramazan ayıdan başqa bir vacib orucu olan ata, onu yerinə yetirməmişdən əvvəl ölərsə, böyük oğula onu qəza etməsi vacibdirmi? Cavab: Xeyr, vacib deyildir. Sual: Ramazan ayının orucunu tutmayan şəxs, eyni gündə bir neçə dəfə cinsi əlaqəyə girsə, yaxud ...
  • Qan satmaq

    Sual: Müalicə məqsədi ilə qan alıb satmaq icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Qan satmaq və ya başqa bir şey müqabilində qan vermək icazəlidirmi? Cavab: Tibbi məqsəd üçün qan satmaq icazəlidir?   

Xümsü sərf etmək üçün icazə almaq

Sual: Bir şəxs xüms verməsə də, amma hər il malından yoxsullara kor-koranə şəkildə paylayır. Həmin şəxs ölkəsində xümsün yoxsullara paylanmadığını əsas gətirərək belə edir. Cavab: Bununla (xümsün vacibliyi) onun üzərindən qalxmır. O, malının xümsünü hesablamalı və xümsü sərf etmək ...
  • Xüms

    Sual: Banka əmanət qoyulmuş məbləğə, hökümət tərəfindən verilmiş aylıq məvacib də üzərinə əlavə olunarsa, xüms vacib olarmı? Belə ki, bu məbləğin üzərindən bir il ötüb, amma onu bank hesabından geri çəkməyiblər. Bu hesabın gəlirlərinə, əgər hesab artmış olarsa, xüms vacib olarmı? Cavab:  ...
  • Xarici ölkələrin qanunları

    Sual: Mükəlləfin, hər hansı bir ölkəyə getməsi üçün qanuna zidd olaraq başqasının pasportunu alması və yaxud pasportdakı fotonu dəyişdirərək istədiyi ölkəyə getməsi caizdirmi? Onu da qeyd edək ki, mükəlləf sonradan həqiqəti getdiyi ölkənin aidiyyatı orqanlarına xəbər verəcək. Cavab: Bu işə ...
  • Xüms bölgüsündə imam (ə) payının sərf olunması

    Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!)  etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...

Hide Main content block