admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Namazda qiyam

Sual: Qiyam halında (ayaq üstə) “təkbirətul-ehram” (yəni, Allahu əkbər) dedikdən sonra çətinlik çəkərək oturan, lakin stulda əyləşərsə, ikinci rükət üçün qiyam edə bilən şəxsə stulda əyləşərək namaz qılmaq vacibdirmi?

Cavab: Əgər qiyam halında “təkbir” deməklə oturulu halda “təkbir” deyib ruku üçün qiyam etmək (ayaq üstə durmaq) arasında seçim etmək gərəkərsə, ikincini seçməlidir. (Yəni oturulu halda təkbir deməli, ruku etdikdə isə ayağa qalxıb ruku etməlidir).

Sual: Bir şəxs xəstəlik və ya qocalıq üzündən divara söykənmədən tam ayaqüstə durub namaz qıla bilimirsə, belə namaz qilması düzgündürmü?

Cavab: Bəli, düzgündür.

Sual: Qiyam halında və ya bəzi surələri tilavət edərkən həriflərin məxrəcindən düzgün tələffüz olunmasına həddindən çox əhəmiyyət verdiyi üçün bədənin titrəməsi namazda vacib olan aramlıq halının pozulmasına səbəb olurmu?

Cavab: Qiraət halında yalnız başın titrəməsi namazda etibarlı hesab olunan aramlıq halına zərər gətirməz. Bədəninin digər üzvlərinin titrəməsi isə sükunəti pozur.

Sual: Payız, qış və yaz fəsillərində allergiyası olan şəxs namazda oturub qalxanda bədənin bütün hissəsində geyişmə başlayır və namazını davam etdirə bilməyərək həmin yerləri qaşımağa başlayır. Buna görə də oturulu halda namazını tamamlamağa məcbur olur, yaxud da namazını kəsib bədəninin həmin nahiyələrini su ilə isladır. Belə olan halda o, nə etməlidir? Namazı oturulu halda tamamlamaq yetərlidirmi, yoxsa namazı kəsib yenidən qılmalıdır?

Cavab: Əgər namazını qiyam halında qılmasına yetəcək qədər qeyd olunan halın baş vermədiyi bir müddət varsa və ya həmin hal baş verdikdə namaza müxalif əməl etmədən (şərtlərini  pozmadan) namaz əsnasında bədənin su ilə islatmağa imkanı olarsa, ayaq üstə namaz qılmaq vacibdir. Qiyam və oturulu halda (bir hissəsini ayaqüstə və bir hissəsini oturulu halda qılınan) namaz yetərli deyil. Bundan başqa hallarda isə namazını oturulu halda tamamlamasının heç bir maneəsi yoxdu.

Sual: Namazda qiyamın müstəhəb əməlləri hansılardı?

Cavab: Çiyinləri aşağı salmaq, əlləri – sağ əli sağ diz istiqamətində, sol əli sol dizin istiqamətində –  budların üzərinə qoymaq, əl barmaqlarını bir-birinə sıxmaq, səcdə etdiyi yerə baxmaq, ayaqlarının ucları qiblə istiqamətində olaraq yanbayan qoymaq, bədəninin ağırlığını hər iki ayaqlara eyni dərəcədə salmaq, “xüzu” və “xüşu” (mütilik) halında olmaq. Həqiqətən də bu, uca Allahın qarşısında zəlil bəndə duruşudur.

Sual: Namaz əsnasında ayağa qalxarkən bəzən “bihaulillahi və quvvatihi əqumu və əqudu” deyirəm, bu, icazəlidirmi?

Cavab: “Bihaulillahi və quvvatihi əqumu və əqudu” demək doğrudur. Bu, müstəhəbdir və tərk olunması icazəlidir.

Sual: Namaz əsnasında qalxıb oturarkən divar və bu kimi bir əşyaya söykənmək icazəlidirmi?

Cavab: Tərk etmək daha yaxşıdır.

Sual: Namaz əsnasında oturub qalxarkən deyilən müstəhəb “təkbir” hərəkət edərkən, yoxsa sükunət halında deyilməlidir?

Cavab: Ruku edərkən, səcdəyə əyilərkən və ya iki səcdə arasındakı kimi deyilən məxsusi “təkbir” sükunət halında olmalıdır. Bəli, mütləq zikrdə bu əsas deyil.

Sual: Qiyam halında düz dayanmaq vacibdirmi?

Cavab: Qiyam halında imkan daxilində düz dayanmaq vacibdir. Əgər əyri və ya iki tərəfdən birinə meyilli dayanarsa namaz batil olar. Amma başı aşağı əyməyin maneəsi yoxdu. Baxmayaraq ki, boynu düz tutmaq müstəhəb ehtiyatdır. Həmçinin ürfün nəzərində ayaq üstə dayanmaq sayılmayacaq qədər ayaqlarını həddindən artıq aralı qoymamalıdır. Hətta (ürfün nəzərində qiyam) hesab olunsa belə, vacib ehtiyata əsasən, ayaqlarını aralı qoymasın. Qiyam halında qaçmaq və addımlamaq mənasının əksi olan sabit dayanmaq vacibdir. Aramlıq mənasında sükunətin olması isə vacib ehtiyata əsasəndir. Vacib ehtiyat əsasən, qiyam halında iki ayaq üstə dayanmaq lazımdır. Ayaqlardan birinin, ayaq barmaqlarının və ya dabanların üzərində dayanmmalıdır. Həmçinin vacib ehtiyata əsasən, qiyam halında tərk etmək mümkün olduğu halda əsaya, divara və ya başqa bir insana söykənməməlidir. Əgər bir şeyə söykənərək qiyam halında və ya oturulu halda namaz qılmaq arasında seçim etmək gərəkərsə, birinci hal vacibdir.

Sual: Ruku etmək üçün əyilərkən səhv olaraq səcdə üçün əyilən şəxs nə etməlidir?

Cavab: Əgər qiyam halından ruku etmək üçün əyilərkən səhv olaraq səcdə üçün əyilərsə; əgər ruku deyiləcək haldan sonra səhv edərsə, belə ki, bir qədər ruku halında olub sonra qəflət üzündən səcdəyə əyilib ruku halından çıxarsa, namazı doğrudur. Əgər səcdələri etmədən əvvəl səhvini xatirlayarsa, müstəhəb ehtiyata əsasən, dikəlib sonra səcdələri yerinə yetrimək üçün əyilsin. Əks təqdirdə (səcdə etdikdən sonra xatırlayarsa), namazını davam etdirməlidir. Əlbəttə, ikinci səcdəyə başlamamışdan əvvəl (səhv etdiyini) xatırlayarsa, namazı tamamladıqdan sonra yenidən qılması müstəhəb ehtiyatdır.

Sual: Məslus şəxs murdarın bədəninə sirayət etməsinin qarşısını almaq üçün hansı əməli yerinə yetirməlidir?

Cavab: Məslus və məbtun olan hər kəs kisə və bu kimi mümükün olan istənilən vasitə ilə murdarın bədən və ya libasına sirayət etməsinin qarşısını almalıdır. Həmin kisəni hər namaz üçün dəyişməsi vacib deyil. Lakin vacib ehtiyata əsasən, imkan olduğu təqdirdə hər namaz üçün bədəninin murdar olan hissəsi paklanmalıdır. Həmçinin yuxarıda qeyd etdiyimiz hallarda ikinci hal istisna olmaqla hökm eynidir.

 Sual: Əgər pak halda namaz qıla biləcəyi vaxt olacağını ehtimal edərsə, namazı (qəza etmədən) gec qılması icazəlidirmi?

Cavab:  Əgər pak halda namaz qıla biləcəyi vaxt olacağını ehtimal edərsə, vəziyyətinin düzələcəyi vaxtadək namazı təxirə salmaq vacib deyil. Lakin namazı tələsərək qıldıqdan sonra onun pak olacağı müddət olarsa, vacib ehtiyata əsasən, namazı yenidən qılmalıdır. Həmçinin pak olacağı bir müddətin olmayacağını ehtimal etdikdən sonra bunun əksi məlum olarsa hökm eynidir. Əlbəttə namaz vaxtından  kənar  paklıq müddətinin olması və ya həmin müddətdə sağalmasının namazın düzgünlüyünə heç bir zərəri yoxdur. 

Sual: Daimi hədəs olan (sidiyini saxlaya bilməyən və ya bağırsaq boşluğu olan) şəxsin hökmü  nədir?

Cavab: Məbtun və məslus kimi davamlı hədəsi olan şəxsin üç halı var:

Birinci: Namazı, hətta vaciblərini yerinə yetirməklə kifayətlənmək olsa da  pak halda qılmaq üçün vaxt tapması mümkün olsun. Bu halda namazı həmin müddətə qədər təxirə salmaq, istər vaxtın ortasında, istərsə də sonunda olsun, məhz həmin müddətdə namazı qılmaq vacibdir. Lakin paklıq müddəti vaxtın əvvəlində və ya ortasında olarsa, namazını qılmasa  və paklıq vaxtı bitərsə buna görə günah etmiş olsa belə öz vəzifəsinə əməl  edərərək namazını qılarsa, düzgündür.

İkinci: Pak olacağı bir müddət olmaya və ya pak olacağı müddət  paklıq (dəstəmaz və ya qüsl) və namaz üçün kifayət etməyə. Bu halda vəzifəsinin tələbinə uyğun olaraq dəstəmaz almalı və ya qüsl verməli sonra namaz qılmalıdır. Bundan sonra namazdan əvvəl və ya namaz əsnasında ondan ifraz olana (sidiyə, yelə  və ya nəcisə) heç bir əhəmiyyət verməməlidir. Ondan mübtəla olduğu  hədəsdən başqa bir hədəs baş vermədiyi və ya sağalmadan öncə olsa belə, xəstəliyinə istinad edilməyən hədəs baş verməsə, dəstəmazlı olaraq  qalır. Həmin dəstəmazla digər vacib və ya müstəhəb namazları da qılması  düzgündür. Müstəhəb  ehtiyata əsasən, hər namazdan əvvəl özünü paklasın və paklıqdan sonra birbaşa namazı qılsın.

Üçüncü: Dəstəmaz almaq və ya qüsl yerinə yetirməklə yanaşı namazın bir hissəsini qılmağa yetəcək qədər paklıq müddəti olsun. Bu halda vacib ehtiyata əsasən, dəstəmaz almalı və ya qüsl yerinə yetirməli və həmin müddət ərzində namazı qılmalıdır. Əgər namaz əsnasında və ya sonra qəflətən hədəs baş verərsə, ikinci halda qeyd etdiyimiz kimi  başqa hədəs baş vermədiyi təqdirdə, yenidən dəstəmaz almaq vacib deyil. Əgər hədəs məşəqqətə səbəb  olacaq dərəcədə təkrar olmasa və ya qəflətən baş verən hədəsin təmizlənməsi və dəstəmazın alınması və ya hər ikisi birlikdə namazın əməlləri arasında muvalatın (fasiləsizliyin) pozulmasına gətirib çıxarmaa, müstəhəb ehtiyata əsasən, xüsusilə də,  məbtun olan şəxs namaz əsnasında hər dəfə hədəs baş verdikdə dəstəmazını yenidən alsın və namazını kəsdiyi yerdən davam etdirsin. Həmçinin müstəhəb ehtiyata əsasən, namazdan sonra hədəs baş verərsə, digər namaz üçün yenidən dəstəmaz alsın.

Sual: Məbtun olan şəxs həcc ziyarətində tavaf və namazını yerinə yetirmək üçün hansı hökmə əməl etməlidir?

Cavab: Cəbirəsi olan, məbtun və məslus kimi üzürlü şəxslər üzürlü halda yerinə yetirilən paklıq hökmünə əməl etməlidir. Baxmayaraq ki,  məbtun olan şəxs tavaf və onun iki rükət namazını özü yerinə yetirməklə yanaşı başqasını bu əməlləri yerinə yetirməsi üçün naib tutması müstəhəb ehtiyatdır.

Sual: Məbtun və ya məslus olan pişnamazın arxasında camaat və ya cümə namazı qılmaq icazəlidirmi?

Cavab: İcazəlidir.  

Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir?

Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət  olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır.

Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən də sorğu-suala səbəb olursa, “libasuş-şöhrə” hesab olunduğu üçün onun çıxarılması vacibdirmi?

Cavab: Vacib deyil. Bəli, əgər hər hansı bir ölkədə bütün insanların nəzərində pis hesab olunarsa və qınaq obyektinə çevrilərsə,  həmin ölkədə “libasuş-şöhrə” hesab olunur və orada niqab taxmaq icazəli deyil.

Sual: Mömin şəxsin biabır və xar olmasına səbəb olacaq libas geyinməsi icazəlidirmi?

Cavab: “Libasuş-şöhrə” geyinmək haramdır. “Libasuş-şöhrə” mömin şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət olunmuş surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Çünki möminin özünü rüsvay və zəlil etməsi haramdır.

Sual: Üzünü örtməyən qadının üzünə azacıq təbii kosmetik kremlər sürtməsi icazəlidirmi?

Cavab: Kosmetik kremlərdən istifadə edildikdə üzün örtülməsi vacibdir.

Sual: Qadınlara məxsus məclislərdə nəzər diqqəti cəlb etmək və gözəl görsənmək məqsədi ilə bakirə qızın üzünə  azacıq kosmetik krem sürtməsi icazəlidimi? Əgər bu, ərə getmək məqsədi ilə olarsa, zahiri eybləri gizlətmək hesab olunurmu?

Cavab: Bunu etməsi icazəlidir və bu, eybləri gizlətmək hesab olunmur. Hətta, belə hesab olunsa da, onunla evlənmək istəyən şəxsi aldatmasına səbəbə olmadığı təqdirdə haram deyildir.

Sual: Bədən üzvlərinə çəkilən krem suyun dəriyə yetişməsinin qarşısını alırmı? Dəstəmaz və qüsl alarkən onunu təmizlənməsi vacibdirmi?

Cavab: Zahirə əsasən, sürtdükdən sonra dəri üzərinə çəkilmiş kremin izi yalnız onun yağlılığıdır. Bu yağlılıq suyun dəriyə yetişməsinin qarşısını almır.

Sual: Qadınların yanaqlarına çəkdikləri qırmızı rəng (dəstəmaz və ya qüsldə) suyun qarşısını alırmı?

Cavab: Əgər suyun qarşısını alması ehtimal olunursa, onun təmizlənməsi vacibdir.

Sual: Yağlar, mürəkkəb rəngi (qələm yazısı), kosmetik kremlər və bu kimi şeylər dəstəmaz alarkən suyun (dəriyə yetişməsinin) qarşısını alan maneələrdən hesab olunurmu?

Cavab: Suyun qarşısını alan maneənin təyin olunmasında əsas şərt onunu nəzərəçarpacaq dərəcədə hissələrinin görünməsidir. Əgər bir şeyin (dəstəmaz suyunun dəriyə çatmasının qarşısını alan) maneə olması barədə şəkk yaranarsa, təmizləyib (dəstəmaz alarkən) onun yerini yumaq vacibidir. 

Jеlаtin

Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük üzərində оlаn tохumаlаınrdаn hаzırlаndığını bilmirik. Həmçinin həmin hеyvаnın yеyilməsi hаlаl yахud, hаrаm оlаn hеyvаn olmasını bilmirik.

Cаvаb: Əgər (qidаnın tərkibində оlаn) jеlаtinin hеyvаndаn və yа bitkidən hаzırlаndığı bаrədə şəkk edilərsə, оnu yеmək оlаr. Əgər hеyvаndаn hаzırlаndığı məlum оlаrsа, həmin hеyvаnın şəriət qаydаsınа uyğun оlаrаq kəsilməsinə əmin оlmаdаn оnu yеmək icazəli dеyil. Həttа hеyvаnın sümüyündən hаzırlаnmаsı məlum оlаrsа, еhtiyаtа əsаsən, icazəli dеyil. Bəli, оnun hаzırlаnmаsı prоsеsində ilkin mаddəsinin kimyаvi tərkibinin tаmаmilə istihаlə (zаtının dəyişməsi) məlum оlаrsа, оny yеməyin əsla maneəsi yохdur. Lаkin bu, (ilkin mаddənin tаmаmilə istihаlə оlunmаsı) sübutа yеtməmişdir.

Suаl: Jеlаtin pаkdırmı?

Cаvаb: Hеyvаn mənşəli jеlаtinin murdаr оlmаsı sübutа yеtməsə – əgər şəri qаydа ilə kəsilmiş hеyvаndаn hаzırlаndığı еhtimаl оlunаrsа – pаk hökmündədir. Lаkin şəri qаydа ilə kəsilmiş hеyvаndаn hаzırlаndığı sübutа yеtməyibsə və yа tаmаmilə istihаlə оlunduğu məlum оlаrsа, qidа məhsullаrınа ürfün nəzərində tаmаmilə qаrışıb istеhlаk оlunаcаq miqdаr qədər əlаvə оlunmаlıdır. Оnun qığırdаq kimi hеyvаnın həyаt оlаn hissələrindən və yа sümük kimi həyаt оlmаyаn hissələrindən hаzırlаnmаsının hеç bir fərqi yохdur. Sоnuncu (sümükdən hаzırlаnmış jеlаtin) еhtiyаtа əsаsəndir.

Аmmа оnun murdаr оlduğu sübutа yеtərsə, məsələn, əslən mürdаr оlаn hеyvаndаn və yа şəriət qаydаsı ilə kəsilməmiş hеyvаnın qığırdаğındаn yахud dа pаklаnmаmış sümükdən – həmin sümüklər murdаr cəsədlə rütubət vаsitəsi ilə təmаs еtdikləri üçün mürdаr оlur – hаzırlаndığı məlum оlаrsа, оnun pаk оlmаsının hökmü və qidа məhsullаrındа işlədilməsinin icazəli olması istihаlə оlunmаsının sübutа yеtməsindən аsılıdır. Bu məsələdə isə, ürfə mürаciət еtmək lаzımdır. Bunun qаydаsı əvvəlki cаvаbdа bəyаn еdilmişdir.

Suаl: Tərkibində inək jеlаtini оlаn və qеyri-müsəlmаn ölkəsində istеhsаl оlunmuş qidа məhsulunu yеmək icazəlidirmi?

Cаvаb: Əgər hеyvаndаn hаzırlаndığı məlum оlа, lakin həmin hеyvаnın şəriət qаydаsınа uyğun оlаrаq kəsilməsi bəlli оlmаsа, yеmək оlmаz. Vacib ehtiyata əsаsən, həttа hеyvаnın sümüklərindən hаzırlаnsа belə, hökm eynidir.

Suаl: Burаdа  (qеyri-müsəlmаn ölkələrində) dеyirlər ki, jеlаtinin tərkibində hеyvаn mənşəli mаddələr vаr. Bеlə оlduğu hаldа jеlаtin hаlаldır yохsа, hаrаm?

Cаvаb: Hеyvаn mənşəli jеlаtini yеmək, icazəli dеyil.

Suаl: Dоğrudurmu ki, Sеyid Хоyi – Аllаh оnа rəhmət еləsin – ümumiyyətlə jеlаtinin yеyilməsinin icazəli оlduğunu dеmişdir? Çünki оnun rəyinə əsаsən, jеlаtin istihаlə vаsitəsi ilə pаk оlаnlаrаdаn hеsаb оlunur. Həmçinin, Sеyid Sistаni cənablarının da eyni rəyi dеməsi bаrədə söylənilənlər dоğrudurmu?

Cаvаb: Sеyid Хоyinin sаğlığındа çаp оlunmuş «Munyətus-sаil» kitаbındа yаzılаnlаrа əsаsən  şəriət qаydаsı ilə kəsilməmiş inək və yа dоnuzdаn hаzırlаnmаsı еhtimаl оlunаn jеlаtinlə üzərinə örtük qаtı çəkilmiş dərmаn prеpаrаtlаrının bаrəsində suаl vеrildikdə bеlə cаvаb vеrmişdir: «Zərurət və məşəqqət zаmаnı mаhir həkim tövsiyə еdərsə qəbul еtməyin hеç bir maneəsi yохdur». Möhtərəm Sеyidin (kölgəsi üzərimizdən əskik оlmаsın!) də rəyi bеlədir. (Lаkin qеyd оlunduğu kimi bəzi hаllаrdа еhtiyаtа əsаsən).            

Suаl: Tərkibində, istеhsаl еdən şirkətin mənşəyini qеyd еtmədiyi jеlаtin оlаn qidа məhsullаrının və yа dərmаn prеpаrаtlаrının hökmü nədir? Mükəlləf şəхsin həmin (qidа məhsullаrının tərkibində оlаn) jеlаtinin mənşəyini аrаşdırmаsı vаcibdirmi?

Cаvаb: Əgər hеyvаn və yа bitki mənşəli оlmаsı bаrədə şəkk оlunаrsа, аrаşdırmа аpаrmаq vаcib dеyil və yеyilməsi icazəlidir. Lаkin hеyvаn mənşəli оlmаsı sübutа yеtərsə, həttа vacib ehtiyata əsаsən, hеyvаnın sümüklərindən hаzırlаnsа bеlə, həmin hеyvаnın şəriət qаydаsı ilə kəsilməsi məlum оlmаdığı hаldа yеyilməsi icazəli dеyil. Bəli, əgər оnun istehsalındа ilkin mаddəsinin kimyаvəi tərkibinin istihаlə оlunmаsı məlum оlаrsа, mütləq surətdə yеyilməsinin hеç bir maneəsi yохdur. Lаkin bu, (istihаlənin bаş vеrməsi) sübutа yеtməmişdir.

Suаl: Tərkibində şəriət qаydаsı ilə kəsilməmiş hеyvаndаn hаzırlаnmış jеlаtin оlаn sаç gücləndirən dərmаn pеrаpаrаtlаrının istifаdəsi icazəlidirmi?

Cаvаb: İcazəli dеyil.

Suаl: Əgər istihаlənin bаş vеrməsində şəkk еdəriksə – istihаlə məfhumunun gеniş və məhdud оlmаsındа şəkkə əsаsən – əvvəlki (istihаlə bаş vеrmədən əvvəl mаddənin) murdаrlığını istishаb (hökmünü dаvаm еtdirilməsi) оlunmаsı tətbiq оlunur yа yох?

Cаvаb:

1. Hеyvаn mənşəli jеlаtinin murdаr оlmаsı sübutа yеtməsə – əgər şəriət qаydаsı ilə kəsilmiş hеyvаndаn hаzırlаndığı еhtimаl оlunаrsа – pаk hökmündədir. Lаkin şəriət qаydаsı ilə kəsilmiş hеyvаndаn hаzırlаndığı sübutа yеtməyibsə və yа tаmаmilə istihаlə оlunduğu məlum оlаrsа, qidа məhsullаrınа ürfün nəzərində tаmаmilə qаrışıb istеhlаk оlunаcаq miqdаr qədər əlаvə оlunmаlıdır. Оnun qığırdаq kimi hеyvаnın həyаt оlаn hissələrindən və yа sümük kimi həyаt оlmаyаn hissələrindən hаzırlаnmаsının hеç bir fərqi yохdur. Sоnuncu (sümükdən hаzırlаnmış jеlаtin) еhtiyаtа əsаsəndir.

Аmmа оnun murdаr оlduğu sübutа yеtərsə, məsələn, əslən mürdаr оlаn hеyvаndаn və yа şəriət qаydаsı ilə kəsilməmiş hеyvаnın qığırdаğındаn yахud dа pаklаnmаmış sümükdən – həmin sümüklər murdаr cəsədlə rütubət vаsitəsi ilə təmаs еtdikləri üçün mürdаr оlur – hаzırlаndığı məlum оlаrsа, оnun pаk оlmаsının hökmü və qidа məhsullаrındа işlədilməsinin icazəli olması, istihаlə оlunmаsının sübutа yеtməsindən аsılıdır. Bu məsələdə isə ürfə mürаciət еtmək lаzımdır. Bunun qаydаsı əvvəlki cаvаbdа bəyаn еdilmişdir.

2. “İstishаb” məfhumi şübhələrdə nə mövzunun özündə, nə də оnun mövzu оlmаsı хüsusiyyətnə görə, nə də ki, hökmdə tətbiq оlunmur. Nеcə ki, bu məsələ “Üsul” еlmində təhqiq оlunmuşdur. Lаkin murdаrlığın mövzusu ürf bахımındаn оnun surəti оlduğu üçün (istihаlədən sоnrа) murdаrlığın qаlmаsı аqillərin nəzərində əsаs хüsusiyyətlərinin qаlmаsı ilə təsdiq оlunur. İstihаlənin bаş vеrməsində şəkk еtmək – оnun məfhumunun gеniş və yа məhdud оlmаsı bахımındаn şəkk еtmək – murdаrın əsаs хüsusiyyətlərinin qаldığı hаldа murdаrın fоrmаsının (zаtının) qаlmаsındа оlаn şəkkə qаyıdır. Bu isə murdаrın mövzusundаn хаricdir. Оnа görə də bu kimi məqаmlаrdа istishаb qаydаsının tətbiq оlunmаsının mənеəsi yохdur. Dоğrunu yаlnız Аllаh bilir!

Suаl: Mən Аmеrikа Birləşmiş Ştаtlаrındа yаşаyırаm. Burаdа istеhsаl оlunаn bir çох qidа məhsullаrının tərkibinə “kоshеr gеlаtin” аdlаnаn jеlаtin qаtqısı əlаvə оlunur. Mən bu növ jеlаtinin yəhudi şirkətlərinə məхsus оlduğunu və bаlıqlаrın оnurğа sümüklərindən hаzırlındığını bilirəm. Lаkin hаnsı növ bаlıqlаrın оnurğа sümüyündən hаzırlаndığını bilmirəm. Bilmək istiyirəm ki, tərkibində bu növ jеlаtin оlаn qidа məhsullаrının hаmısı hаlаldır, yохsа bеlə qidа məhsullаrındаn çəkinmək dаhа yахşdır?

Cаvаb: Əgər sümüklərin üzərindəki tохumаlаrdаn hаzırlаnırsа, оndаn çəkinmək vаcibdir. Еhtiyаtа əsаsən, həttа sümüklərdən hаzırlаnаrsа, hökm eynidir. Lаkin bаşqа mаddəyə istihаlə оlunduğu sübutа yеtərsə, istisnаdır (icazəlidir). Bəli, əgər jеlаtinin pullu bаlıqdаn hаzırlаnmаsı məlum оlаrsа, оnun yеyilməsi hаlаldır.

Suаl: Tərkibində şəriət qаydаsı ilə kəsilməmiş inəkdən və ya dоnuzdаn hаzırlаnаn hеyvаn mənşəli jеlаtin оlаn qidа məhsullаrının hökmü nədir?

Cаvаb: Yеyilməsi icazəli dеyil. Еhtiyаt vаcibə əsаsən jеlаtinin həttа ölü hеyvаnın sümüklərindən hаzırlаndığı məlum оlаrsа, yеyilməsi cаiz dеyil.

Suаl: Bir çох qidа məhsullаrının, məsələn cipsi kimi, üzərinə ət və yа tоyuq dаdı ilə yаzılır. Оnlаrı аlmаq və yеmək icazəlidirmi? Bundаn əlаvə оnlаrın tərkibində jеlаtin kimi qаtqılаr vаrdır ki, оnlаrın bəzi hеyvаnlаrdаn hаzırlаndığı dеyilir. Bеlə qаtqılаr hаlаldır, yoxsa hаrаm?

Cаvаb: Həmin qidа məhsullаrının tərkibində hеyvаn hissələrindən оlmаsı məlum оlmаdığı hаldа yеyilməsi hаrаm dеyil. Hеyvаn mənşəli jеlаtinə gəlincə, yеyilməsi icazəli dеyil.

Suаl: Qеyri-müsəlmаn ölkələrində tərkibində bаlıqlаrdаn hаzırlаnmış jеlаtin оlаn qidа məhsullаrının yеyilməsi icazəlidirmi?

Cаvаb: Əgər pullu bаlıqlаrdаn hаzırlаnаrsа icazəlidir.

Məsələ 1: Heyvan qismindən olmayan itmiş malı insan tapsa və sahibi məlum olmaq üçün heç bir nişanəsi olmasa, istər onun qiyməti bir dirhəm – 12,6 sikkəli noxud gümüş – olsun, istərsə olmasın, onu özü üçün götürə bilər. Amma müstəhəb ehtiyata əsasən, onu sahibi tərəfindən fəqirə sədəqə versin. Nişanəsi olmayan pul da bu qəbildəndir. Amma məkan və yaxud zaman xüsusiyyətləri və miqdarı pul üçün bir nişanəsi olsa, onu – 2530-cu məsələdə qeyd edəcəyimiz kimi – elan etməlidir.

Məsələ 2: Əgər tapdığı malda onunla sahibini tapa biləcək bir nişanı olsa, hətta onun sahibi əmlakı toxunulmaz olan kafir olduğunu bilsə də, həmin malın qiyməti bir dirhəmə çatdığı təqdirdə, tapdığı gündən bir ilə qədər camaatın toplandığı yerlərdə elan etməlidir. Əgər qiyməti bir dirhəm­dən az olsa, vacib ehtiyata əsasən, onu sahibi tərəfindən sədəqə versin. Hər vaxt sahibi tapılsa, sədəqə verməyə razı olmadığı təqdirdə, onun əvəzini sa­hi­binə versin.

Məsələ 3: Əgər insan özü elan etmək istəməsə, əmin olduğu bir şəxsə deyə bilər ki, onun tərəfindən elan etsin.

Məsələ 4: Əgər bir ilə qədər elan etsə və mal sahibi tapılmasa, həmin malı Məkkə hərəmindən başqa bir yerdə tapdığı təqdirdə, onu sahibi ta­pı­la­ca­ğı zaman ona vermək üçün saxlaya bilər. Bu müddət ərzində malı özü sax­la­yıb, ondan özü üçün istifadə edə bilər. Eyni zamanda həmin malı sahibi tə­rə­­findən sədəqə verə bilər. Vacib ehtiyata əsasən, onu özü üçün götür­mə­sin. Əgər malı hərəmdən tapsa, vacib ehtiyata əsasən, onu fəqirlərə sədəqə ver­sin.

Məsələ 5: Əgər bir il elan etdikdən sonra mal sahibi tapılmasa, malı sahibi üçün saxlasa və aradan getsə, onu saxlamaqda həddini aşmadığı və səhlənkarlıq etmədiyi təqdirdə, zamin deyil. Amma sahibi tərəfindən sədəqə versə, sahibi sədəqəyə razı olmaqla malının əvəzini tələb etməkdə ixtiyar sahibidir. Sədəqənin savabı isə sədəqə verənə çatır.

Məsələ 6: Malı tapan şəxs bilərəkdən qeyd edilmiş göstərişlərə əsa­sən elan etməsə, günah etməsindən əlavə, faydası olduğunu ehtimal verdiyi təq­dirdə, yenə də elan etməsi vacibdir.

Məsələ 7: Əgər dəli yaxud yetkinlik yaşına çatmayan uşaq nişanəli və qiyməti bir dirhəmə çatan bir mal tapsa, onun qəyyumu elan edə bilər. Hətta həmin malı uşaqdan və yaxud dəlidən almışdırsa, elan etməsi vacibdir. Əgər bir il elan edilsə, malın sahibi tapılmasa, 2531-ci məsələdə qeyd edilən gös­tərişə əməl etməlidir.

Məsələ 8: Əgər insan elan etdiyi ilin içərisində sahibinin tapı­la­ca­ğın­dan ümidi üzülsə, şəriət hakiminin izni ilə vacib ehtiyata əsasən, onu sədəqə ver­məlidir.

Məsələ 9: Əgər elan etdiyi ilin içərisində mal aradan getsə, onu sax­la­maqda səhlənkarlığa yol verdiyi və yaxud ondan istifadə etdiyi təqdirdə, onun əvəzini sahibinə verməkdə zamindir və elanı davam etdirməlidir. Am­ma səhlənkarlığa yol vermədiyi və istifadə də etmədiyi təqdirdə, ona bir şey vacib deyil.

Məsələ 10: Əgər nişanəli və qiyməti bir dirhəmə çatan malı elan et­mək­lə onun sahibinin tapılmayacağı məlum olan bir yerdən tapsa, onu bi­rin­ci gün sahibləri tərəfindən vacib ehtiyata əsasən, şəriət hakiminin icazəsi ilə fəqirlərə sədəqə verə bilər və il tamam olana qədər səbir etməməlidir.

Məsələ 11: Əgər bir mal tapsa və öz malı bilib götürsə, sonra öz malı olmadığını başa düşsə, ötən məsələlərdə deyilmiş hökmlərə əməl etməlidir.

Məsələ 12: Tapılmış malı sahibinin elanı eşitdiyi təqdirdə, onu öz malı olduğuna ehtimal verəcək şəkildə elan etməlidir. Bu isə vəziyyətin müx­­­təlifliyi ilə dəyişir; məsələn, bəzi hallarda, “bir şey tapmışam” – deməsi, ki­­fayət edər. Amma bəzi hallarda isə onun cinsini də müəyyən etməlidir. Mə­­sələn, “bir qızıl parçası tapmışam” – deməlidir. Bəzi hallarda da onun mü­əy­­yən xüsusiyyətlərini də əlavə etməlidir. Məsələn, “bir qızıl sırğa tap­mı­şam” – deməlidir. Amma hər bir halda, onun, bütün xüsusiyyətlərini müəyyən edəcək qədər deməməlidir. Elə bir yerdə elan etməlidir ki, sahibinə xəbər çatmasına ehti­mal versin.

Məsələ 13: Əgər bir şəxs bir mal tapsa və başqası “mənim malımdır” – deyərək onun nişanələrini müəyyən etsə, onun malı olduğuna əmin olduğu halda həmin malı ona verməlidir. Mal sahibinin çox vaxt bilmədiyi nişanə­lə­ri deməsi lazım deyildir.

Məsələ 14: Əgər tapdığı malın qiyməti bir dirhəm olsa, elan etməyib məsciddə və yaxud camaatın toplaşdığı bir yerdə qoyaraq həmin mal aradan getsə və ya onu başqası götürsə, onu tapan şəxs zamindir.

Məsələ 15: Əgər bir ilə qədər qalmayacaq bir mal taparsa, qala bilə­cək son müddətə qədər – əlbəttə, qiymətinə təsir edən bütün xüsusiy­yət­lə­ri ilə bərabər – qoruyub saxlamalıdır. Vacib ehtiyata əsasən, bütün bu müddət ər­zin­də elan etsin. Əgər sahibi tapılmasa, onun qiymətini müəyyən edib özünə gö­türə bilər yaxud da onu satıb pulunu saxlaya bilər. Hər iki halda, elanını da­vam etdirməlidir. Əgər sahibi tapılsa, pulunu ona verməlidir. Əgər bir ilə qə­dər sahibi tapılmasa, 2530-ci məsələdə qeyd edilən hökmlərə əməl et­mə­li­dir.

Məsələ 16: Əgər tapdığı mal dəstəmaz aldığı və namaz qıldığı vaxt onun üzərində olsa, hətta sahibi tapılan halda onu qaytarmaq istəməsə də, dəstəmazı və namazı batil olmur.

Məsələ 17: Əgər bir şəxsin ayaqqabısını aparıb, yerinə başqa ayaq­qa­bı qoysalar, onun yerinə qoyulan ayaqqabının onun ayaqqabısını aparan şəx­sin olduğunu və ayaqqabını aparan həmin şəxsin apardığı ayaqqabının öz ayaq­qabısını götürməyə razı olduğunu bilsə, o ayaqqabını öz ayaqqabısının əvə­zinə götürə bilər. Onun ayaqqabısını haqsız yerə, zülm olaraq götürül­dü­yü­nü bildiyi təqdirdə də, eyni hökmü daşıyır. Amma bu halda, həmin ayaq­qa­bının qiyməti öz ayaqqabısının qiymətindən çox olmamalıdır. Əks təq­dir­də, artıq qiymət, sahibi bilinməyən malın hökmünü daşıyacaq. Bu iki haldan baş­qa halda, həmin ayaqqabı sahibi məlum olmayan malın hökmünü da­şı­ya­caq­dır.

Məsələ 18: Əgər insanın əlində olan mal sahibi məlum olmasa və ona itirilmiş mal deyilməsə, onun sahibinin həmin insanın ondan istifadə et­mə­si­nə razı olduğuna əmin olsa və ondan hansı tərzdə istifadə etməsinə razı oldu­ğu­nu bilsə, ondan elə də istifadə edə bilər. Əks təqdirdə, onun sahibini tap­ma­ğa ehtimal verdiyi vaxta qədər axtarmaq lazımdır və sahibinin tapıl­ma­sın­dan məyus olduqdan sonra onu fəqirə sədəqə verməlidir. Vacib ehtiyata əsa­sən, sədəqə şəriət hakiminin icazəsi ilə verməlidir. Həmçinin onun icazəsi ilə ma­lın qiymətini də sədəqə verə bilər. Əgər sonra sahibi tapılsa, sədəqə veril­di­yinə razı olmadığı təqdirdə, vacib ehtiyata əsasən, malın əvəzini ona ver­sin.

Sual: Qadının ərinin icazəsi və razılığı olmadan hamiləliyin qarşısını alan maneəni tərk etməsi icazəlidirmi?

Cavab: İcazəlidir.

Sual: Qadının ərinin icazəsi olmadan hamiliyin qarşısını alan həb qəbul  etməsi icazəlidirmi? Halbu ki, ər onun uşaq dünyaya gətirməsini istəyir.

Cavab: İcazəlidir.

Sual: Qadının uşaq dünyaya gətirməsi üçün onun kişi həkimə müraciət etməsi icazəlidirmi? Halbu ki, qadın həkim var. Amma bacaraqlı olmadığı üçün uşağın dünyaya gətirilməsini yerinə yetirdiyi təqdirdə, uşağın sağlam doğulmayacağından qorxurlar.

Cavab: İcazəlidir. Hətta sualda qeyd olunan şərtlər əsasında vacibdir.

Sual: Bir qadının altı övladı var. Artıq uşaq dünyaya gətirmək istəmir. Ərinin razılığı ilə uşaqlıq yollarının bağlanması əməliyyatını etdirmək istəyir. Onun belə bir əməliyyat etdirməsi icazəlidirmi?

Cavab: İcazəlidir. Lakin bu əməliyyat baxılması və ya toxunulması haram olan maneə olmadan bədən üzvlərinin aşkar edilməsinə səbəb olarsa, icazəli deyil. Yalnız zərurət halında icazəlidir. Məsələn, uşaq dünyaya gətirəcəyi təqdirdə, adətən dözülməz məşəqqətə düşərsə və hamiləliyin qarşısının alınmasının bşqa bir yolu yoxdursa yaxud həddindən artıq məşəqqətlidirsə, icazəlidir.

Sual: Qadının əkiz uşaq dünyaya gətirmək üçün yumurtalığın fəallığını artıran dərman preparatı qəbul etməsi icazəlidirmi?

Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur.

Sual: Bəzi qadınlar aşağıdakı əməlləri yerinə yetirmək məqsədi ilə heyzin (aybaşının) gec baş verməsi üçün müəyyən həblərdən istifadə edirlər.

1. Həcc və ümrə əməllərini yerinə yetirmək üçün.

2. Ramazan ayında oruc tutmaq üçün.

3. İraqda müqəddəs ziyarəgahlara getmək üçün.

Bunun hökmü nədir? 

Cavab: Əgər böyük zərərə səbəb olmayacaqsa, maneəsi yoxdur.

Sual: Uşaqlığa düzgün formada  və sağlamlığa zərər verməyəcəyi surətdə sprial qoymaq üçün qadın mütəxəssisi olan həkimə ehtiyac var. Lakin bu, qadın həkimin sprialı uşaqlığa yerləşdirməsi üçün adətən baxmadan mümkün olmur. Toxunmağa gəlincə isə tibbi əlcək geyinərək bundan çəkinmək olar. Bu kimi hallarda aşağıdakı suallar meydana çıxır:

1. Qadının  uşaq dünyaya gətirmək istəmədiyinə görə sprial qoymaq üçün qadın həkimin qarşısında özünü aşkar etməsi icazəlidirmi?

2. Əgər ixtiyari halda bu iş icazəli deyisə, qadın məcbur olduğu halda icazəlidirmi?

3. Müqəddəs şəriətin nəzərində bu işi yerinə yetirmək nə vaxt məcburi hesab olunur?

4. Qadın həkim uşaqlığına sprial qoydurmaq üçün müraciət edən qadın passentin övrətinə baxarsa günah etmiş olurmu?

5. Qadın həkim passentin uşaqlığında sprial olduğu üçün müəyyən ağrılardan şikayət etdiyi halda daxili üzvlərini yoxlayarkən və ya sprialın uşaqlıqda düzgün surətdə yerləşdirilməsini, yaxud iltihab baş verib verməməsini müəyyən etmək üçün onun övrətinə baxış keçirərsə, günah etmiş olurmu?

6. Əgər qadının uşaqlığına yerləşdirilmiş sprial onun sağlamlığına zərər verirsə və ya istifadə müddəti sona çatıbsa yaxud qadın yenidən uşaq dünyaya gətirmək istəyirsə, sprialın çıxarılması üçün qadın həkimin passentin övrətinə baxması günahdırmı?

Cavab:

1. İcazəli deyil.

2. Əgər uşaq dünyaya gətirmək sağlamlığına zərərlidirsə və ya adətən dözülməsi çətin olan məşəqqətə səbəb olarsa və hamiləliyin qarşısını almaq üçün  şəriətin icazə verdiyi yollardan istifadə etmək müyəssər deyilsə, yaxud zərərli və ya məşəqqətlidirsə, sprial qoydurmaq üçün həkimin qarşısında özünü aşkar etməsi, icazəlidir.

3-4. Bəli, günah etmiş olur. Lakin müraciət edən passient bu işi görməyə məcburdursa, həkimin müayinə zərurətinin tələb etdiyi miqdarda baxması icazəlidir.

5. Müayinə zərurətinin tələb etdiyi miqdarda baxmağın, maneəsi yoxdur.

6. Birinci və ikinci halda icazəlidir. Üçüncü hala gəlincə, (yəni yenidən uşaq dünyaya gətirmək məsələsinə) buna məcbur olmadığı halda, icazə verilməsi hökmü şübhəlidir.  

Sual: Kişi və ya qadının mütləq surətdə və ya müvəqqəti olara uşaq dünyaya gətirməmək üçün özlərini sonsuz etmələri icazəlidirmi? Məşəqqət və ya başqa müəyyən bir maneə  olduqda bu məqsəd üçün övrətlərini eynicinsin yanında açmaları icazəlidirmi? Belə ki,  çoxuşqlılıq maddi imkan, tərbiyə və sağlamlıq baxımından,  xüsusilə də, hazırkı dövrümüzün reallığında olduğu kimi övladların azğın yollara düşdüyü bir zamanda belə bir qərara gəlirlər. 

Cavab: Uşaq dünyaya gətirməin qarşısını həmişəlik almaq iki qismdir:

1) Kişi və ya qadına zərər verəcək vasitə ilə uşaq dünyaya gətirməyin qarşısını almaq olar. Məsələn, tənasül üzvlərinin kəsilməsi kimi.

2) Kişi və qadına həddindən artıq zərər verməyən vasitə ilə. Məsələn, qadının uşaqlıq yollarının bağlanması və ya kişidə sperma kanalının bağlanması kimi.

Birinci qismə gəlincə, öz-özlüyündə bu iş icazəli deyil. Lakin zərurət olarsa, məsələn, xəstəlik üzündən qadın uşaqlığının kəsilib götürülməsi kimi bəzi tənasül üzvlərinin kəsilməsi  zərurəti yaranarsa, uşaq dünyaya gətirməyin qarşısını almaq üçün deyil, məhz buna görə icazəlidir.

İkinci qismə gəlincə, bu iş öz-özlüyündə icazəlidir. Lakin bu iş adətən övrət kimi bədənin müəyyən üzvlərinin kişi və ya qadın həkimin qarşısında aşkar etməkdən asılı olur. Bu cəhətdən bu iş haramdır. Uşaq sayının çoxluğundan yaranacaq çətinlik adətən dözülməz həddə deyilsə, qeyd olunan haram əməli yerinə yetirməyi icazəli etmir.

Müvəqqəti maneəyə gəlincə isə, ondan istifadə etməyin heç bir eybi yoxdur. Lakin mayalanmış spermanın qarşısını alırsa, belə ki, mayalanmadan sonra sperma hüceyrəsi ölürsə - necə ki, spiral qoyulduqda məhz belə olduğu deyilir – vacib ehtiyata əsasən, icazəli deyil.

Əgər qadının hamiləliyin qarşısını alan vasitələrdən istifadə etməsi ərin onunla yaxınlıq etdiyi zaman ləzzət almasına təsir edirsə, ərin razılığı olmadan ondan istifadə etməsi icazəli deyil. Həmçinin kişinin yaxınlıq zamanı qoruyucudan istifadə etməsi üçün ehtiyata əsasən, qadının razılığı ilə olmalıdır. Çünki bu, onun orqanizminə yad cismin daxil edilməsi ilə nəticələnir. Amma kişinin hamiləliyin qarşısını almaq üçün başqa vasitələrdən istifadə etməsi qadının razılığından asılı deyil.

Sual: Kişinin uşaq dünyaya gəlməməsi üçün müəyyən müddət spremasını uşaqlıqdan kənara tökməsi icazəlidirmi?

Cavab: Bəli, icazəlidir. Lakin qadının razılığı olmasa, məkruhdur.

Sual: Sosial həyatın çətinliyi, doğulacaq uşağın azad həyatla təmin olunmasınn qarşısını alan vəziyyət nəsilartırma məsələsində şəriətin tələbləri ilə ziddiyyət yaradırmı?

Cavab: Əgər uşaq aldırmaq deyil,  şəriətin icazə verdiyi yollarla hamiləliyin qarşısı alınarsa ziddiyyət yaratmır.

Sual: Möhtərəm Seyidin uşaqlıq yollarının bağlatdırılması barədə rəyi nədir?  Bu halda ki, hamilə qalmağın onun sağıamlığına heç bir təsiri yoxdur. Lakin onun kifayət sayda övladları var və hamiləliyin qarşısını almaq üçün həbb kimi digər vasitələrin heç bir faydası yoxdur. Həmiçinin əməliyyat ərinin icazəsi  ilə yerinə yetirilir.

Cavab: Bu əməliyyatın öz-özlüyündə heç bir maneəsi yoxdur. Lakin bu şərtlə ki, haram baxış və təmasdan çəkinməklə yanaşı həddindən çox zərərə səbəb olmasın. Yalnız zərurət halında qeyd olunanlara baxmayaraq icazəlidir. Məsələn, əgər hamiləlik qadına zərər verərsə və ya adətən dözülməsi çətin olan məşəqqətə düşməsinə səbəb olarsa və şəriətin icazə verdiyi yollarla hamiləliyin qarşısını almaq mümkün deyilsə və yaxud həmin vasitələrdən istifadə etmək məşəqqətlidirsə, icazəlidir.

Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz.

Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!” (Ali-İmran 135, 136)

Həzrət Məhəmməd (s) peyğəmbərdən nəql olunan bir hədisdə deyilir: “Bütün bədbəxtliklərin əlaməti, günaha israr etməkdir.”

Möminlərin əmiri imam Əli (ə) buyurub: “Ən böyük günah, sahibinin israr etdiyi günahdır.”

İmam Cəfər Sadiq (ə) buyurub: “Yox, and olsun Allaha ki, Allah Ona qarşı üsyankarlığa israr etməklə yanaşı itaətində edilən heç bir əməli qəbul etməz.”

91 -dən səhifə 93