admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Ali-dini mərcəiyyət İŞİD- ə qarşı mübarizədə bütün səyləri birləşdirməyin və onun qarşısını geniş miqyasda almağın zəruri olduğunu təkidlə vurğuladı. O, daxili mövqeləri İŞİD qruplaşmasına qarşı birləşdirməyə çağırdı.

Mərcəiyyət nümayəndəsi Seyid Əhməd Safi (02.10.2015-ci il tarixində) imam Hüseynin (ə) mübarək hərəmində qılınan “Cümə” namazının xütbəsində deyib: “Terrorçularla savaş bütün iraqlılar üçün taleyüklü və həlledici döyüşdür.” O, sözünü daha da konkretləşdirərək demişdir: “Bu, tək iraqlıların deyil, bütün dünyanın savaşıdır. Çünki terrorçular insanlığı və onun sivilizasiyasını özünə hədəf seçmişdir.”

Seyid Safi bu xəstəliklə mübarizədə bütün səyləri cəmləşdirməyin, onun qarşısını geniş miqyasda və hər tərəfli almağın zəruri olduğunu vurğulamış, sonra sözünə davam edərək demişdir: “İŞİD- ə qarşı mövqelərin, xüsusilə daxili mövqelərin birləşməsi çox mühümdür. Çünki bu işin, cəbhə bölgələrində savaşan döyüşçülərin dəstəklənməsində böyük təsiri var.”

Mərcəyi-təqlid müctəhid Seyid Əli Sistaninin nümayəndəsi eyni zamanda həqiqi reformun, ötən illər ərzində xalqın malını mənimsəyərək milyonları zay edənlərin məsuliyyətə cəlb olunması ilə başlayacağını söyləyib. O, xəbərdarlıq edərək deyib ki, korrupsionerlər etdikləri cinayətlərə görə cəzalanmasalar, korrupsiya davam edəcək.

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Sistani BMT-nin İraqdakı nümayəndəsi Yan Kobişi Nəcəf şəhərində qəbul edib.

İraqın xəbər portallarının verdiyi məlumata əsasən, müctəhid Sistani BMT-nin İraqdakı xüsusi nümayəndəsi Yan Kobişi bazar günü səhər Nəcəf şəhərində yerləşən evində qəbul edib.

Görüş əsnasında ölkədəki siyasi vəziyyət, təhlükəsizlik məsələləri və məcburi köçkünlər barədə müzakirələr aparılıb.

BMT-nin İraqdakı xüsusi nümayəndəsi Yan Kobişin Nəcəf şəhərinə bazar günü səhər gəldiyi bildirilir.

Bismillahir-Rəhmanir-Rəhim

Biz Allahınıq və Ona tərəf qayıdacağıq.

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Rusiya Federasiyası və Azərbaycan Respublikası üzrə nümayəndəliyi “Günəşli” yatağınada baş vermiş faciəli hadisə xəbərindən dərin hüzünlə kədərləndiyini bildirərək, Allahdan dünyasını dəyişmiş insanları Öz sonsuz rəhmət və rizvanına daxil etməsini, onların yaxınlarına səbir və təskinlik əta etməsini, yaralılara isə tezliklə şəfa verməsini diləyir. Həqiqətən də, Allah rəhm edənlərin ən yaxşısıdır. Güc və qüdrət yalnız uca və əzəmətli Allahladır.

23 – Səfər – 1437

6 – Dekabr – 2015.

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistaninin Rusiya Federasiyası və Azərbaycan Respublikası üzrə səlahiyyətli nümayəndəsi Hüccətul-İslam Şeyx Məhəmmədəli Mosuli

Bismillahir-rəhmanir-rəhim

Biz Allahınıq və Ona tərəf qayıdacağıq

Əzizlərimiz, hörmətli Qətif əhalisi (Allah onları qorusun!), əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Məntəqədə bir dəstə mömin qardaşımızın şəhid edilməsi xəbərini dərin hüzn və kədər hissi ilə qarşıladıq. Onların pak qanları - aralarında mərhum alim Şeyx Nimr əl-Nimr olmaqla - zülm və düşmənçiliklə axıdılmışdır.

Biz bunu, qətiyyətlə və kəskin şəkildə pisləyirik. Bu böyük müsibətlə bağlı sizlərə, ələl-xüsus əzizlərini faciəli şəkildə itirmiş ailələrə dərin hüznlə başsağlığı və təsəlli verir, uca və qüdrətli Allahdan şəhidləri Öz rəhmətinə daxil etməsini, onları Məhəmməd (s) və onun pak ailəsi ilə həşr etməsini, yaxınlarına səbir və təskinlik əta etməsini diləyirik.  Güc və qüdrət yalnız uca və əzəmətli Allahladır.

22 – Rəbiul-əvvəl – 1437

3 – Yanvar – 2016

Mərcəyi-təqlid müctəhidlərdən olan Ayətullah Seyid Məhəmməd Səid Həkim Ayətullah Sistanini dəftərxanasında ziyarət edib. (13-Cəmadiul-ula-1437, 22-Fevral-2016) Görüş əsnasında İslam dünyasında, regionda və ələlxüsus İraqda baş verən hadisələr müzakirə mövzusu olub.

Ayətullah Sistaninin səlahiyyətli nümayəndəsi Seyid Cavad Şəhristani Livana etdiyi səfər əsnasında Beyrutda yaşayan görkəmli din alimlərini ziyarət edib. Seyid Şəhristani bu gün (14. 04. 2016) Cəbəli Amil şəhərində yaşayan din alimləri Ayətullah Həsən Tərrad, Ayətullah Seyid Cavad Mürtəza Amuli və Ayətullah Seyid Əli Məkki Dəməşqi Amulini də ziyarət edib. İslam dünyasında baş verən son hadisələr alimlərin görüşündə müzakirə mövzusu olub.

Zülm etmək

Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq məqsədilə zalımın qeybətini etməyə icazə verilirmi?

Cavab: Məzluma zalımın — onun zülmü, istər bir tək şəxsə, istərsə də ona və qeyrilərinə (təbəqəyə) aid olmuş olsun — qeybətini etməyə icazə verilir. Ehtiyat zalıma dair şikayəti yaymaq məqsədilə olunan qeybəti zəfər çalmaq üçün olunan qeybətə görə tərk etməkdir.

Sual: Xahiş edirik, bizim üçün zülmə dair bir hədis qeyd edəsiniz!

Cavab: İmam Cəfər Sadiqdən əleyhissalam nəql olunan bir hədisdə deyilir: “Kim bir zülm edərsə, cəzasını canı ilə, yaxud varı ilə, yaxud da övladları ilə ödəyər!” Habelə, ondan əleyhissalam nəql olunan başqa bir hədisdə deyilir: “Zülmə zəfər çalmaqdan üstün zəfər olmamışdır. Məzlum zalımın dinindən (savablarından) zalım onun (məzlumun) varından götürdüyündən daha artıq götürür.”

Sual: Xahiş edirik ki, mömin qardaşına var-dövlətində zülm edən kəs haqda məsumlardan əleyhimussalam nəql olunan hədisləri bizim üçün qeyd edəsiniz!

Cavab: Uca Allah müqəddəs kitabında buyurmuşdur: “Zülm edənlər isə hansı dönüşə dönəcəklərini (aqibətlərinin necə olacağını) mütləq biləcəklər.” (Şüəra, 227). İmam Əli əleyhissalam buyurmuşdur: “Ən böyük səhv müsəlman bir insanın varını nahaqq yerə mənumsəməkdir.” İmam Məhəmməd Baqirin əleyhissalam belə buyurduğu nəql olunur: “Əli ibn Hüseynin əcəli yetişdikdə məni bağrına basıb dedi: “Oğlum! Atamın əcəli yetişdikdə mənə vəsiyyət etdiyini mən də sənə vəsiyyət edirəm. (Qeyd etdiklərindən biri də atasının ona tövsiyə etdiyi bu sözlər oldu:) “Oğlum! Məbadə sənə qarşı yardımçısı, yalnız Allah olan bir kəsə zülm edəsən!” İmam Cəfər Sadiqdən Əleyhissalam nəql olunur: “Kim bir zülm edərsə, cəzasını canı ilə, yaxud varı ilə, yaxud da övladları ilə ödəyər!” Habelə, ondan əleyhissalam nəql olunur: “Zülm ilə öz qardaşının malından yeyən və bunu ona qaytarmayan kəs Qiyamət günü oddan kösöv yeyər!”

Sual: Bir insanın heyvanı gedib başqasının bağına girib onun əkin sahəsini tələf edərsə, əkin sahəsini yeyərsə heyvan sahibi heyvanın yediyinə zamin olurmu?

Cavab: Əgər heyvan sahibi onunla olubsa, zamindir. Əgər olmayıbsa zamin deyil. Bu halda zamindir ki, sutkanın elə vaxtında olsun ki, adətən həmin vaxtlar bağlar keşikçisiz qalır, məsələn, gecələr.

Sual: Arıçılıqla əlaqədar bu suallarımıza cavab verməyinizi xahiş edirəm:

a) Arıçılıqla məşğul olan şəxsin arıları başqa şəxslərin bağlarına gedib onların bağlarındakı çiçəklərdən istifadə etsə o arıların sahibi buna zamindirmi?

b) Arıçılıqla məşğul olmaq istəyən bir cavan şəxsin cahil valideynləri buna etiraz edərlərsə belə valideynlərə tabe olmaq vacibdirmi?

c) Eştimişik ki, bir yerdə arıçıqlıla məşğul olan şəxs arıların qabağına ayının (heyvan) qanını tökürlər ki, arı bu əti haram olan heyvanın qanından çəksin və o arılar bal verəndə çox fərqli bir bal olur. Xülasə: Haram şeylərdən istifadə edən arının balı halal olarmı?

Cavab:

a) Zamin deyil.

b) Əgər şəfqət üzündən olmasa, itaət etmək vacib deyil.

c) Halaldır.

25 -dən səhifə 93