admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz.

Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) təkəbbür göstərənlərin məskəni necə də pisdir!” (Zumər-72)

Allah-təala başqa bir ayədə buyurub: “Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!” (Loğman-18)

Həzrət Məhəmməd (s) peyğəmbər buyurub: “Cəhənnəm əhlinin çoxu təkəbbürlük edənlərdir.”

O həzrətdən (s) nəql olunan bir hədisdə deyilir: “Yerin üzərində lovğalıqla yeriyən şəxsə həm yer, həm (yerin) altındakılar, həm də (yerin) üstündəkilər lənət oxuyar.”

O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: “Məğrurluq edib lovğalıqla yol yeriyən şəxs, Qiyamət günü Allahın qarşısına (Allahın) ona qəzəbləndiyi halda çıxar.”

İmam Məhəmməd Baqir (ə) və imam Cəfər Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: “Qəlbində misqal zərrəsi qədər təkəbbür olan, Cənnətə daxil olmayacaq.”

İmam Cəfər Sadiq (ə) buyurub: “Qiyamət günü Allahdan ən uzaq olanlar, təkəbbürlülərdir.”

Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər:

1. Pulu həmin vərəqin müqabilində püşkü qazanmaq və mükafatı əldə etmək ehtimalı ilə versin. Bu halda alış-veriş şübhəsiz, haram və batildir. Əgər bir şəxs bu haram işi etsə və püşk atarkən qazansa, püşk atan şirkət dövlət şirkəti olsa, hədiyyə ünvanı ilə aldığı məbləğ sahibi məlum olmayan əmlakdan sayılacaq və ondan istifadə etməyin caiz olması şəriət hakiminə müraciət etməklə şərtlənir. Əgər həmin şirkət özəl olsa, həmin maldan istifadə etmək o zaman caizdir ki,  - hətta onun malı olmadığını bilsə belə - sahibinin onun istifadəsinə razı olmasını bilsin.

2. Pul verməkdə məqsəd qazanc və mükafat əldə etmək yox, məktəb tikdirmək, körpü inşa etdirmək kimi xeyriyyə işlərində iştirak etmək maddi yardım göstərmək olsa, eybi yoxdur. Bu fərziyyədə, əgər püşk bir adamın adına çıxarsa şırkət də dövlət şirkətidirsə, mükafatı almaq vacib ehtiyata görə, şəriət hakiminin icazəsi ilə və ona müraciət etməklə ondan istifadə etməyin eybi yoxdur. Əgər dövlət şirkəti olmasa, verilən hədiyyədən istifadə etməkdə şəriət hakiminə müraciət etməyə və onun icazəsinə ehtiyac yoxdur.

3. Pul verməkdə məqsəd şirkətə borc vermək olsun; belə ki, alıcı (lotereyanı alan) müəyyən məbləği, misal üçün, altı aylıq şirkətə borc verib, şirkətdə qeyd olunan məbləği qaytarmaqla yanaşı püşk atmaqla adı çıxan şəxsə müəyyən məbləği mükafat ünvanı ilə verməyə iltizamlı olur. Bu alış-veriş haramdır. Çünki bu, ribalı borc qismindən sayılır.

Sual: Dövlətə su, işıq və qaz pulu vermədən istifadə etmişik. İstifadə etdiyimizin pulunu dövlətə yoxsa, sədəqə kimi fəqirlərə verməliyik?

Cavab: Əgər əvəzini aidiyyatı olan idarəyə çatdıra bilməsə - belə ki, işlənməsə və ya tələf olmasa – onu dindar fəqirlərə sədəqə verməlidir.

Kürr su

Sual: Kür suyun bir hissəsi buz bağlasa və yerdə qalan hissəsi də kür su miqdarından az olsa və belə bir suya nəcis dəysə, hökmü nədir?

Cavab: Belə bir suya nəcis dəysə, nəcis olar və buzdan əriyən hissə də nəcisdir.

Sual: Kür su miqdarında olan suyun, həmin miqdardan azalıb azalmadığına şəkk edilərsə, hökmü nədir?

Cavab: Kür su hökmündədir.

Sual: Suyun, kür suyu miqdarında olması hansı yolla məlum olur?

Cavab: Suyun, kür suyu miqdarında olması iki yolla məlum olur:

1. İnsanın özünün sabit etməsilə.

2. İki ədalətli şəxsin deməsilə. Amma bir ədalətli və ya sözünə etimad edilən, yaxud əlində kür suyu olan şəxs xəbər versə və bu xəbər insanın xatircə olmasına fayda verməsə, ona etimad etmək mübahisəlidir.

Kitab əhli

Kerdit kartları

Sual: Mən maliyyə işlərimi asanlaşdırmaq məqsədi ilə bankdan (hesabı bank tərəfindən) əvvəlcədən ödənilmiş (VİSA və yaxud Master Card) adlanan kredit kartı almaq istəyirəm. Həmin kartlardan internet vasitəsilə alış-veriş və bazarlıq etmək üçün istifadə edilir. Bu halda hesab fakturası verildikdən sonra bankın kredit kartı vasitəsilə xərclənən məbləğ sanki bankın borc verməsi ilə ödənilir. Bank tərəfindən verilən bu kartların aşağıda qeyd edilən qayda və şərtləri var:

- Bank kredit kartı ilə aparılan bütün pul çəkmə əməliyyatlarında  müəyyən məbləğdə pul çıxır.

- Bank hər dəfə kredit kartından istifadə olunarkən müəyyən miqdarda pul götürür.

- Müştəri banka olan kredit borcunu, hesab fakturasının verilmə tarixindən etibarən bir ay gecikdirərsə, bank müştəriyə ödənişi gecikdirdiyi üçün maliyyə cəriməsi təyin edir. Bu halda həmin kartlarla alış-veriş etməyin hökmü nədir?

Cavab: Bu kartı həm əldə etməyin, həm də istifadə etməyin maneəsi yoxdur. Lakin banka ödənilməli olan məbləğin gecikdirilməsi müqabilində artıq pulun ödənilməsi, bankın köçürmə üçün qəbul etdiyi şərt olarsa, bu şərt batil və haramdır.

Suаl: Еhrаm bаğlаyаn kişi iхtiyаri hаldа nə vахt üstüörtülü nəqliyyаt vаsitəsindən istifаdə еdə bilər?

Cаvаb: Bu, gеcə və günəşin şüаlаrının qаrşısını аlаcаq qədər səmа buludlu оlаrsа, fəcr ilə günəşin dоğmаsı аrаsındа icazəlidir. Lаkin bu şərtlə ki, еhtiyаtа əsаsən, hаvа yаğmurlu оlmаsın.

Suаl: Еhrаm bаğlаyаn kişinin buludlu hаvаdа və yа günəş dоğmаdаn əvvəl üstüörtülü nəqliyyаt vаsitəsinə minməsi icazəlidirmi?

Cаvаb: Əgər bulud günəşin şüаsının qаrşısını tаmаmilə аlаcаq qədər sıхdırsа, bаşının üstünə çətir tutmаq və yа üstüörtülü nəqliyyаt vаsitəsindən istifаdə еtməklə kölgələnmək, icazəlidir. Bu şərtlə ki, vаcibə еhtiyаta əsаsən, hаvа yаğmurlu оlmаsın. Həmçinin, günəş dоğmаdаn öncə kölgələnmək icazəlidir.

Suаl: Əgər еhrаm bаğlаyаn şəхs, güc strukturlаrı tərəfindən hаrаm kölgələnməyə məcbur еdilərsə, kəffаrə vеrməlidirmi?

Cаvаb: Əgər оnun təzyiqindən хilаs оlа bilmirsə, kəffаrə vеrmək оnа vаcib оlmаz. Əgər оndаn хilаs оlmаğа imkаnı оlduğu hаldа bunu etməzsə, həttа еhtimаl оlunаcаq zərəri dəf еtmək üçün оlsа bеlə, оnа kəffаrə vаcib оlаr.

Suаl: Еhrаm bаğlаyаn şəхs gеcə ikən hаvа yаğmurlu оlmаdığı hаldа üstüörtülü nəqliyyаt vаsitəsinə mindikdən sоnrа yоldа yаğış yаğаrsа, nəqliyyаt vаsitəsini sахlаtmаlıdırmı? Əgər sürücü əhəmiyyət vеrməyərək аvtоmоbili sахlаmаsа və yа yоl hərəkət qаydаlаrındа bu işə icаzə vеrilmirsə, kəffаrə vеrmək vаcibdirmi?

Cаvаb: Yаğış yаğdığı müddətdə аvtоmоbili sахlаmаq və yа imkаnı оlduğu hаldа minikdən еnmək vаcibdir. Əgər yоl hərəkət qаydalаrını pоzаcаğı təqdirdə оnа vеriləcək еhtimаli cəzаdаn qurtulmаq üçün bеlə еtməzsə, оnun üçün hеç bir prоblеm yохdur, lаkin kəffаrə vеrməlidir. Аmmа аvtоmаbildən еnməyə hеç bir imkаnı оlmаzsа, оnа nə günаh sаyılаr, nə də kəffаrə vаcib оlаr.

Suаl: Gеcə ikən üstüörtülü minikdə yоl gеdən şəхsin yаğış yаğdıqda miniyik dərhаl dаyаnmаzsа, kəffаrə vеrməsi vаcibdirmi?

Cаvаb: Əgər yаğış yаğdığı zаmаn miniyi sахlаtmаğа və yа minikdən еnməyə imkаnı оlmаzsа, оnа hеç nə vаcib оlmаz.

Suаl: Qаdınlаrа yоldаşlıq еtmək üçün gündüz vахtı üstüörtülü nəqliyyаt vаsitəsindən istifаdə еdən еhrаm bаğlаmış kişilərə kəffаrə vаcib оlаrmı?

Cаvаb: Əgər hаrаm kölgələnməyə səbəb оlаrsа, bəli vаcib оlаr.

Suаl: Gеcə ikən üstüörtülü nəqliyyаt vаsitəsinə mindikdən sоnrа yаtmış, yаğış yаğmış, lаkin bundаn хəbəri оlmаmış, хəbər tutduqdа isə аvtоmоbili sахlаtmış şəхsin hökmü nədir? Оnа kəffаrə vаcibdirmi?

Cаvаb: Оnа kəffаrə vаcib dеyil.

Kinoya baxmaq

Sual: Ehtiras yaratmayacağına əminlik olduğu halda filimlərdə çılğın epizodlara tamaşa etmək icazəlidirmi?

Cavab: Əgər seksual xarakterli epizodlarıdırsa, ehtiyata əsasən, baxılmamalıdır.

Sual: Ləzzət məqsədi olmadan seksual epizodlar olan filimlərə baxmaq icazəlidirmi?

Cavab: Ehtiyata əsasən, mütləq surətdə icazəli deyil.

Sual: Seksual epizodlar olan filmi müşahidə etmədən ehtirası olmayan şəxsin halal cinsi yaxınlıq etmək üçün şəhvət yaradan filmlərə baxması icazəlidirmi?

Cavab: Möhtərəm Seyid (kölgəsi əskik olmasın!) ehtiras yaradan filimlərə tamaşa etmək məsələsində ehtiyat edir. (Ehtiyata əsasən mütləq surətdə icazəli deyil).

Sual: Ərəb və ya xarici seriallara tamaşa etmək icazəlidirmi?

Cavab: Qeyd olunan filmlərə və qeyrilərinə baxmaq əgər baxan şəxsin əxlaq və təfəkkürünün tənəzzülünə səbəb olarsa, icazəli deyil. Həmçinin ehtiyata əsasən, seksual epizodlar olan filmlərə baxmaq mütləq surətdə icazəli deyil.

Sual: Ər və arvadın açıq-saçıq filmlərə tamaşa etmələri icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Hərb və döyüşdən  bəhs edən, şəhvət yaratmayan, əxlaq və dinə müxalif olan bütün səhnələri pozulmuş filmləri müşahidə etmək icazəlidirmi?

Cavab: Heç bir maneəsi yoxdur.

Sual: Həddi buluğa çatmış və ya yaşı az olan qız uşağının oğurluq, boşanma əhvalatları əks etdirən seriallara baxması icazəlidirmi?

Cavab: Fəsada səbəb olmasa, icazəlidir.

Sual: Mekiska filmlərinə baxmaq icazəlidirmi?

Cavab: Qeyd olunan filmlər əgər ehtiras yaradırsa və ya azğınlığa səbəb olursa, haramdır. Lakin vacib ehtiyata əsasən, mütləq surətdə haramdır.

64 -dən səhifə 93