admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Suаl: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоnsеrviləşdirilmiş ət məhsullаrının hökmü nəddir?

Cаvаb: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоsеrviləşdirilmiş ət məhsullаrı, kəmər və аyаqqаbılаrın istеhsаlındа istifаdə оlunаn hеyvаn dəriləri аrаşdırılmаğа еhtiyаc оlmаdаn zahirə əsаsən pаk hökmündədir.

Suаl: Аvrоpаnın böyük bаzаrlаrındа оlаrkən üzərində “hаlаl” və “İslаm qаydаsınа uyğun kəsilmişdir” sözləri yаzılаn ət kоnsеrvilərinə rаst gəlirik. Оnlаrı аlıb yеmək icazəlidirmi?

Cаvаb: Əminlik оlmаsа, üzərindəki yаzının hеç bir əhəmiyyəti yохdur.

Suаl: Хаrici ölkələrdən idхаl оlunаn üzərinə “hаlаl” yаzılаn ət məhsullаrını və kоsеrvilərinı yеmək оlаrmı?

Cаvаb: Ət məhsullаrının üzərində yаzılаn “hаlаl” yаzısının hеç bir əsаsı yохdur. Ət məhsullаrını müsəlmаn sаtıcıdаn аlmаğınız lаzımdır. Ən аzındаn оnun pаklığа riаyət еtməsi еhtimаl оlunur.

Suаl: Müsəlmаnın ət və ət məhsullаrı istisna olmaqla bütün qida məhsullarından hazırlanmış kоnsеrviləri yеməsi icаzəlidir. Həttə həmin kоnsеrvilərin dахilində yеyilməsi hаrаm оlаn kоmpеnеntlərin оlmаsı və yа istеhsаl еdənin kimliyindən аsılı оlmаyаrаq оnа (qidаyа) tохunduğu gümаn еdilsə bеlə, yеyilməsi icаzəlidir. Həmin qidаlаrın içərisində yеyilməsi hаrаm оlа biləcək kоpmеnеntlərin аrаşdırılmаsı isə vаcib dеyil.

Suаl: Qurudulmuş ət, hоllаnd pеndiri və üzərində “İslаm qаydаsınа uyğun kəsilmişdir” yаzısı оlаn tоyuq ətinin hökmü nədir?

Cаvаb: Əgər qеyri-müsəlmаn ölkələrindən idхаl еdilərsə, yеyilməsi hаrаmdır və üzərindəki yаzının hеç bir əsаsı yохdur. Pеndirlərə gəlincə isə, hеç bir еybi yохdur.

Suаl: Аvrоpаdа bir çох qidа məhsullаrının qutulаrının üzərində müəyyən rəqəmlər yаzılır. Həmin rəqəmlər bеlə qidа məhsullаrınа dоnuz sümüyündən hаzırlаnmış jеlаtin qаtıldığını bildirir. Məsələn, 470-dən 483-ə qədər rəqəmlər dоnuz sümüyündən hаzırlаnmış jеlаtini bildirir. Bunun icazəli оlmаsı və yа оlmаmаsı bаrədə fərqli fətvаlаr vаrdır. Bəziləri isə аrtıq həmin jеlətinin istihаlə оlunmаsını və bаşqа rəylər dеyirlər. Bu bаrədə şəriətin hökmü nədir?

Cаvаb: Murdаrlаrın istihаlə оlunmаsındаn məqsəd murdаr mаddənin pаk bir mаddəyə çеvrilməsidir. Məsələn, duzluğа düşmüş it lеşinin uzun müddətdən sоnrа tаmаmilə duzа çеvrilməsi kimi. Lаkin murdаr mаddənin qidаnın tərkibinə qаrışаrаq tаmаmilə аrаdаn gеtməsi оnun yеyilməsinin icazəli оlmаsınа səbəb оlа bilməz.       

Kitab əhli

Sual: Qaraçılar kitab əhlindən hesab olunurlarmı?

Cavab: Onlar kitab əhlindən hesab olunmurlar.

Sual: Müsəlman şəxsin evində xristian qadının xadimə işləməsinin hökmü nədir? Onun yuduğu paltarları geyinmək və ya bişirdiyi xörəkləri yemək icazəlidirmi?

Cavab: Kitab əhli pak hökmündədir.

Sual: Kitab əhlindən olan şəxsin evində namaz qılmaq icazəlidirmi?

Cavab: İcazəlidir.

Sual: Əgər bir restoranda (aşpaz) işləyən şəxsin dini mənsubiyyəti məlum deyilsə, sadəcə onun kitab əhli olmadığı güman edilirsə, (orada yemək yeməyin) hökmü nədir?

Cavab: Həmin şəxsin kitab əhlindən olmayan kafir biri olmasına və hazırladığı qidaya toxunmasına yəqinlik və əminlik yoxdursa, hazırladığı qida murdar hökmü daşımaz. Lakin orada ət xörəkləri yeyilməməlidir. Yalnız həmin ətin şəriət qaydası ilə kəsilməsinə, hətta restoranın sahibinin müsəlman olmasına görə ehtimal olunsa belə, əminlik yaranarsa icazəlidir.

Sual: Kitab əhli ilə əl tutaraq salamlaşmaq icazəlidirmi?

Cavab: Onlarla əl tutuşmaq icazəlidir.

Sual: İnsan bir çox hallarda kitab əhli ilə qarşılaşır. Mən seyid Xoyinin (Allah ona rəhmət eləsin) təqlidində qalmışam. Belə halda nə etməliyəm?

Cavab: Mərhum seyid Xoyi (Allah-təala ona rəhmət eləsin) kitab əhlinin pak olması məsələsində ehtiyat edirdi. Bu məsələdə onların pak olmasına fətva verən cənab Seyidə təqlid edə bilərsiniz.

Sual: Kitab əhlinin təri və rütubəti pakdırmı?

Cavab: Bəli, pakdır.

Sual: Kitab əhli və ya qeyrilərindən olan kafiri məscidə daxil etmək icazəlidirmi?

Cavab: Kitab əhli olmayan kafiri, hətta ehtiyata əsasən kitab əhli olanı belə, məscidə daxil etmək icazəli deyil.

Sual: Kilsəyə daxil olmaq icazəlidirmi?

Cavab: Bunu heç bir maneəsi yoxdur.

Sual: Öz ölkələrində (küfr diyarında) yaşayan kitab əhlindən olan qadınları kəniz hesab etmək olarmı?

Cavab: Onlar kəniz deyil.

Sual: Kitab əhlinin öz şəriətlərinə və ürflərinə müvafiq olaraq bir-biri ilə izdivacı və boşanması (İslam şəriətinə əsasən) etibarlı hesab edilirmi?

Cavab: Onların ürfündə etibarlı sayılan hər bir izdivac və boşanma bizim nəzərimizdə də öz hökmünü daşıyır.

Sual: Kitab əhlindən olan qadınla öz dininə etiqad bəsləməsinə davam etdiyi halda evlənmək icazəlidirmi? Belə bir izdivaca şahidlik edən iki şəxsin hər ikisinin müsəlman olması şərtdirmi?

Cavab: Vacib ehtiyata əsasən, onlarla daimi evlilik icazəli deyil. Ümumiyyətlə, evlilikdə şahidlərin olması şərt deyil.

Sual: Universitet tələbəsi, tacir, turist və ya bu qəbildən olan şəxslər Avropa kimi qeyri-müsəlman ölkələrinə səfər etdikdə gündəlik həyatın tələblərinə müvafiq olaraq kafedə, bərbərxanada, klinikaqda, ictimai məişət yerlərində, ümumiyyətlə, sadalanması qeyri-mümkün olan bir çox yerlərdə xristian və yəhudi əhali ilə sirayətedici rütubət vasitəsilə təmasda olurlar. Bu halda nə etmək olar?

Cavab: Onların bədəni kənardan bulaşmış nəcasətlə murdar olması məlum olmasa, pak hesab olunur.

Sual: Kitab əhlindən olan bütün insanlar pak hökmündədir?

Cavab: Kitab əhlindən olan yəhudilər, xristianlar və zərdüştlər (bədənlərinin kənardan bulaşmış nəcasətlə) murdar olmaları bilmirsənsə, pak hökmündədirlər. Onlarla birgə yaşayış və təmasda bu qaydaya əməl edə bilərsən.

Sual: Qərbdə yaşayan müsəlman şəxs bütün ləvazimatları ilə təmin olunmuş ev kirayə edir. Ondan əvvəl bu evdə yəhudi və ya xristianın yaşadığını bildiyi halda üzərində nəcasət əlamətlərinə rast gəlmədiyi hər bir əşyanı pak hesab edə bilərmi? Bəs bu evdə ondan əvvəl buddist və ya Allah-təalanı və peyğəmbərlərini inkar edən birinin yaşadığını bilərsə, nə etməlidir?

Cavab: Bəli, murdar olduğunu bilmədiyi və ya buna əmin olmadığı hər bir ev əşyasını pak hesab edə bilər. Murdarlığı güman etməyin isə heç bir əsası yoxdur.

Sual: Kağız salfetlərin üzərində səcdə etmək icazəlidirmi?

Cavab: Kağız salfetlərin üzərində səcdə etməyin icazə verildiyi materialdan hazırlandığına əmin olmadan onun üzərində səcdə etmək icazəli deyil. Vərəq üzərində səcdə edilməsinə icazə verilən materialdan və ya pambıq və kətandan hazırlanıbsa, onun üzərində səcdə etmək icazəlidir.

Sual: Namaz qılmaq istədikdə bəzən cibimdə olan ağ vərəqlərdən istifadə edərək üzərində səcdə edə bilərmmi?

Cavab: Əgər pakdırsa, ağacdan yaxud üzərində səcdə edilməsi düzgün hesab olunan bu kimi materialdan hazırlanıbsa, onun üzərinə səcdə etmək icazəlidir. Həmçinin pambıq və ya kətandan hazırlanıbsa, hökm eynidir.

Sual: Salfet üzərinə səcdə etmək namazı batil edirmi?

Cavab: Bəli, edir. Lakin onun üzərində səcdə edilməsi düzgün hesab olunan materialdan hazırlandığına əminlik olarsa, batil etməz.

Sual: Bəzən hüseyni türbə (möhür) üzərinəə səcdə etmək mümkün olmur. Xüsusilə də iş yerlərində. Bu kimi hallarda kağız salfetlərin üzərində səcdə edirik. Bunun hökmü nədir?

Cavab: Onun ağac, ağac yarpağı, ağac liflərindən və bu kimi üzərində səcdə edilməsi düzgün hesab olunan materiallardan hazırlandığına əmin olmadan səcdə etmək icazəli deyil. Bu kimi hallarda ağacdan və ya daşdan düzəldilmiş təsbih, yaxud həsir palaz üzərində səcdə edə bilərlər.

Sual: Salfet üzərinə səcdə edənin hökmü nədir?

Cavab: Əgər üzərində səcdə edilməsi düzgün hesab olunan materialdan hazırlanıbsa, namaz düzgündür. Əks təqdirdə isə namaz batildir. Lakin qüsurlu cahil olarsa, namaz batil hesab olunmur.

Sual: Nədən hazırlandığını bilmədiyim halda ağ və ya rəngli kağız üzərinə səcdə etməyim icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Türbə (möhür) olmadıqda ətirli salfetlərin üzərində səcdə etmək icazəlidirmi?

Cavab: Səcdə yer və yerin bitirdiyi, yeyilməyən və geyinilməyən hər bir şeyin üzərinə olmalıdır. Qızıl, gümüş və bu kimi yer hesab olunmayan yeraltı resurusların və bitki adlanmayan yanmış ağac külünün və yaxud su üzərində olan bitkilərin üzərində səcdə etmək icazəli deyil. Daş-qaşların, gilin, əhəngin, kəcin, bişdikdən sonra nurənin üzərində səcdə etmək icazəlidir. Həmçinin meyvə dənələrinin (xurma və bu kimi meyvələrinin dənələrinin), qabığı yeyilməyən (qoz kimi) meyvələrin qabıqları, xurma yarpağı, lifi və taxta üzərində üzərində səcdə etmək icazəlidir. Doğruya ən yaxın olan rəyə əsasən taxta, pambıq və ya kətan kimi materiallardan hazırlanan kağızların üzərində səcdə etmək icazəlidir. Amma kağız ipək və ya yundan hazırlanıbsa, onun üzərində səcdə etmək icazəli deyil. Kağızın üzərindəki yazı onun üzərində əlavə qat yaratmayan rəngdirsə (yəni, səcdə edərkən alın ilə kağız arasında maneə yaratmırsa), onun heç bir eybi yoxdur. Bu şərtlə ki, kağız üzərində səcdə edilməsi düzgün hesab olunan materialdan hazırlanmış olsun və kağızın yazı olmayan hissəsi səcdə etmək üçün yetərli miqdarda olsun. Bu halda onun üzərinə səcdə etmək icazəlidir.

Sual: Salfet üzərinə səcdə etməyin hökmü nədir?

Cavab: Onun üzərində səcdə edilməsi düzgün sayılan materialdan hazırlandığına əminlik olmasa, icazəli deyil.

İstiqraz vərəqələrini əlaqədar qanuni mərkəzlər müəyyən rəsmi qiymətə və müəyyən müddətə çıxarır və onu rəsmi qiymətindən ucuz satır. Məsələn, rəsmi qiyməti min manat olan bir sənədi doqquz yüz əlli manata nağd olaraq satır, bu şərtlə ki, onu sonrakı il min manata alsın. Bəzən bank müəyyən muzd almaq müqabilində bu vərəqələrin satışını öhdəsinə götürür.

Məsələ 1: Bu alver iki mümkün halda baş verə bilər:

1. Sənədi çıxaran şəxs həqiqətdə onun alıcısından doqquz yüz əlli manatı (yuxarıdakı misaldakı kimi) borc alıb müəyyən müddət başa çatdıqdan sonra sənədi alan şəxsə min manat qaytarır. Doqquz yüz əlli manat malın əsli, əlli manat isə ona əlavə olunan. Bu iş riba və haramdır.

2. Sənədi çıxaran şəxs min manatlıq bir sənədi (müəyyən müddətdən sonra ödənilə bilər) nağd olaraq doqquz yüz əlli manata satır.

Bu hal baxmayaraq ki, həqiqətdə ribalı borc deyil, lakin qeyd olunduğu kimi, alverin düzgünlüyü mübahisəlidir.

Nəticədə, rəsmi mərkəzlərin alver etdiyi bu kimi vərəqlərin satışı düzgün hesab etmək olmaz.

Məsələ 2: Bankların bu kimi vərəqləri alıb-satması caiz deyildir. Həmçinin bu iş üçün əmək haqqı almaq da, caiz deyildir.

Sual: Sizin rəyinizə görə bir şey bir ildən artıq istifadə olunmazsa onun xümsü vacibdir. Sual budur ki, özümə məxsus olan bir şeyi (məsələn, kitab və s.) mən özüm yox başqası istifadə etsə yenə də mənə onun xümsünü çıxartmaq vacib olar? Məsələn, bir qardaş məndən oxumaq üçün kitab istəyir və mən də ona oxuyub qaytarması niyyətilə verirəm, bir ildən çoxdur ki, o kitab ondadır.Bu halda bu kitabın xümsü vacib olarmı?

Cavab: Əgər birinci ildə ondan istifadə olunubsa və birinci il boyu ona ehtiyacı olubsa xüms düşmür. Hətta sonradan ona ehtiyacı olmasa və ya bir neçə il istifadəsiz qalsa da xüms düşmür. Amma əvvəlcədən ondan istifadə etməsə və başqasına versə, əgər bu iş onun şənindən sayılsa xüms düşmür.

Sual: Boks idman növündə rəqibin burnunu qanatmaq, nokauta salmaq (boksda belə vəziyyətlər olur) əgər bu insanın narazılığına səbəb olarsa, hökmü nədir?
Cavab: Əgər zərbə bu idman oyununun adi (normal) qaydasına uyğun olubsa, diyəsi (qan bahası) yoxdur. Amma belə oyunlarda iştirak etmək, oyunçular üçün can təhlükəsi yaradarsa, icazəli deyil.

Sual: İnsanın klonlaşdırılması barədə cənabınızın rəyi nədir?

Cavab: DNT tərkibli hüceyrə, qadının nüvəsi çıxarılmış yumurta hüceyrəsinə yerləşdirilir. Sonra onu uşaqlıqda mayalandırırlar. Bu prosesdən insanın əmələ gəlməsi, öz-özlüyündə haram deyildir. Lakin potensial təhlükələr nəzərə alınarsa, şəriət baxımından qəyyumluq hüququ olan şəxsin qadağası olduğu təqdirdə, icazəli deyil.

Sual: Klonlaşdırmaqla bağlı rəyiniz nədir?

Cavab: Qeyd olunan proses haram olmasa da, amma onun törətdiyi təhlükə və mənfi nəticələrə görə müsəlmanların rəhbəri (müctəhid) bunu qadağan edərsə, haramdır.

Sual: Heyvaları və bitkiləri klonlaşdırmaq, icazəlidirmi?

Cavab: Öz-özlüyündə icazəlidir. Əgər bəzi ictimai maraqları nəzərə alaraq şəriət baxımından qəyyumluq hüququ olan şəxsin qadağası olarsa, bu zaman onun qadağasına tabe olmaq lazımdır. İnsanı klonlaşdırmaq məsələsi də, eyni hökmü daşıyır.

Sual: İki pak edicidən məhrum olan şəxsin oruc tutması üçün hədəsin aradan qalxması şərti qüvvədən düşürmü?

Cavab: İki pak edicidən məhrum olan şəxsin orucu üçün hədəsin aradan qalxması şərti qüvvədən düşür. Onun orucu, (sübh azanına qədər) cənabətli halda qaldığı təqdirdə, düzgündür.

Sual: Namazın icra olunması baxımından iki pak edicidən məhrum olan şəxsin hökmü nədir?

Cavab: İki pak edicidən – su və torpaqdan – məhrum olan şəxsə, namazı qəza etməsi vacibdir və onun (vaxtında) icra olunması boynundan düşür. Baxmayaraq ki, onların hər ikisini cəm etmək (yəni, həm qəza, həm də vaxtında icra etmək), müstəhəb ehtiyatdır.

Sual: İki pak edicidən məhrum olan şəxsin namazının iki hökmü vardır. Onlardan hansı birinə əməl etmək ehtiyata uyğundur?

Birinci: Namazı icra etməsi vacibdir və üzrü aradan qalxdığı zaman onu qəza etməsi müstəhəbdir.

İkinci: Namazı icra etməsi vacib deyil və üzrü aradan qalxdığı zaman qəza etməlidir.

Cavab: İkinci hökm.

65 -dən səhifə 93