admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sual: Namazları cəm etməyimiz icazəlidirmi?

Cavab: Bunun maneəsi yoxdur.

Sual: İki namazı cəm etmək üstündür, yoxsa hər vacib namazı ayrı qılmaq?

Cavab: Daha yaxşı olar ki, hər bir vacib namaz öz fəzilətli vaxtının əvvəlində qılınsın.

Sual: Zöhr namazı ilə əsr namazının bir-birindən ayırmaq lazımdırmı?

Cavab: Ayırmaq lazım deyil, baxmayaraq ki, hər bir vacib namazı öz fəzilətli vaxtının əvvəlində qılmaq daha yaxşıdır. Necə ki, həzrət Peyğəmbər (s) zöhrlə əsri bir azan və iki iqamə ilə, şamla xiftəni səfərdə olmadan heç bir üzrsüz cəm etmişdir.

Sual: Zöhr namazını qılan şəxs, bir az vaxt keçəndən sonra, amma əsr namazının azanı verilməmişdən əvvəl əsri qıla bilərmi, yoxsa namazları cəm etmək onların arasında fasilə verməməyi gərəkdirir?

Cavab: Fasilə vermək gərəkli deyil, baxmayaraq ki, hər bir vacib namazı öz fəzilətli vaxtının əvvəlində qılmaq daha yaxşıdır. Lakin bu, lazım (vacib) deyil. Həzrət Peyğəmbər (s) zöhrlə əsri bir azan və iki iqamə ilə, şamla xiftəni səfərdə olmadan heç bir üzrsüz, bir azan və iki iqamə ilə cəm etmişdir.

Suаl: Müsəlmаn şəхs Avrоpа və Amеrikаda sаhibinin əlаmətləri məlum оlаn pаltаr çаntаsı tаpаrsа, nə еtməlidir?

Cаvаb: Pаltаr çаntаsının аdətən еlə əlаmətləri оlur ki, оnun sаyəsində sаhibini tаpmаq mümkün оlur. Əgər (tаpdığı çаntаnın) müsəlmаnlаrа, yахud müsəlmаn kimi mаlı toxunulmaz hеsаb оlunаn şəхslərə məхsus оlduğunu bilərsə və yа əhəmiyyət veriləcək dərəcədə еhtimаl еdərsə, sаhibini tаpmаq üçün bir il ərzində еlаn еtməlidir. Sаhibinin tаpılmаsınа ümidsiz оlduqdа isə, vаcib еhtiyаta əsаsən, оnun аdındаn həmin tаpıntını (fəqirlərə) sədəqə оlаrаq vеrməlidir. Lаkin (tаpdığı) çаntаnın qеyri-müsəlmаnlаrа və yа оnlаrın hökmündə оlаn birilərinə аid оlduğunu bilərsə, yаşаdığı ölkədə tаpаcаğı əşyаlаrı еlаn vеrərək bildirməyi yахud müəyyən оrqаnlаrа təhvil vеrəcəyini öhdəsinə – оnunu bаrəsində icrа оlunаn şəri şərt оlаrаq – götürməyibsə, оnu mənimsəməsi icazəlidir. Bеlə bir şərti öhdəsinə götürübsə, həmin tаpıntını mənimsəməsi icazəli dеyil və öhdəsinə götürüdüyü şərtə vəfаlı оlmаsı vаcibdir.

Suаl: Qərb ölkələrində bəzi insаnlаr bаhаlı əşyаlаrı həddindən аrtıq еlə ucuz qiymətə təklif еdirlər ki, müştəri həmin əşyаlаrın оğurluq оlmаsını düşünür. Həmin əşyаnın müsəlmаn və yа kаfirdən оğurlаnmаsı məlum оlduğu və yа gümаn еdildiyi hаldа оnu  istər müsəlmаn, istərsə də kаfir sаtıcıdаn sаtın аlmаq icazəlidirmi?

Cаvаb: Əgər həmin əşyаnın mаlının toxunulmazlığı vаcib оlаn istər müsəlmаn, istərsə də qеyri-müsəlmаndаn оğurlаnmаsını bilərsə və yа bunа əmin оlаrsа, аlmаq və sаhiblənmək icazəli dеyil.

Bismillahir-rəhmanir-rəhim.

Ali məqamlı mərceyi-təqlid seyid Sistaninin (kölgəsi əskik olmasın) dəftərxanası

Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh.

Hökümət idarələrinin məmurları arasında misli görünməmiş inzibati korrupsiya yayılmışdır. Bu növ korrupsiya müxtəlif formalarda baş verir:

- Məmur qanunun öhdəliyindən yayınaraq müraciət edən vətəndaşdan müəyyən məbləğ miqdarında pul almadan vəzifəsini icra etmir.

- Vətəndaşın verdiyi rüşvət müqabilində məmur, rəsmi qanunları pozaraq onun xeyirinə qərar çıxarır.

- Tender layihələrinin müqavilələrini yerinə yetirilməsinə tələb olunan məbləğdən daha çox göstərərək həmin məbləğin bir hissəsini onlara verməyə razı olanlarla iş birliyi quraraq əməkdaşlıq edir.

- Bir neçə nəfərdən ibarət məmurun hər hansı bir layihəni yerinə yetirərkən bir-biri ilə iş birliyinə girib külli miqdarda dövlət büddcəsini mənimsəyirlər. Halbuki, onlar yerinə yetirdikləri iş müqabilində dövlətdən məvacib alırlar.

Bundan başqa bir çox korrupsiya halları da var. Bu barədə şəriətin hökmünü bəyan etmənizi xahiş edirik.

Allah-təala mərcəyi-təqlid Seyidimizin ömrünü uzun eləsin! Onu həmişə pənah və müraciət edəcəyimiz yer qərar versin!

Bir qrup məmur

10 Səfər 1426 h.

 

Allahın adı ilə

Məmurların əmək müqaviləsinin tələblərinə uyğun olaraq öhdələrinə düşən vəzifələri yerinə yetirməmələri şəriətə əsasən, haramdır. Həmçinin onların riayət etməsi gərəkən rəsmi qanun və qərarlardan yayınmaları, haramdır. Məmurun qanunu pozaraq müraciət edən vətəndaşdan rüşvət alması, haramdır. Ümumi malı (dövlət büdcəsini) talan etmək, mənimsəmək və ya istənilən qeyri-qanuni yolla istifadə etmək, haramdır. Bu işi edən hər kəs zəmanət və öhdəçilik daşıyır. Allah doğru yola yönəldəndir.

15 səfər 1426 h.

Seyid Sistani cənablarının dəftərxanası

Nəcəf şəhəri.

İslam

Sual: Xristian qadının müsəlman olması mümkündürmü? Bunun üçün o nə etməlidir?

Cavab: Kəlmeyi-şəhadəti tələffüz etməklə müsəlman qadına aid olan hər bir hökm onun üçün də keçərlidir.

Sual: Ola bilsin ki, xristian qadın sırf (müsəlman kişi ilə) evlənmək üçün kəlmyi-şəhadəti deyir. Buna şahid olan insanda həqiqətən də onun İslamı qəbul etməsinə əminlik yaranmır. (Onun şəhadət kəlməsini tələffüz etməsinə) şahid olan şəxs onunla bir müsəlman qadın kimi davranmalıdırmı?

Cavab: Bəli, (müsəman qadının hökmlərini) ona aid etməlidir.

Sual: Müsəlman bir şəxsə görə onun oturmuş hesab ediləcəyi (bir təqdirdə) içki olan masa arxasında əyləşməsi haramdır. Burada “Masa” dedikdə nə nəzərdə tutulur? Çox sayda masalardan ibarət olan bir məclis? Yoxsa ki, sadəcə bir masa, hansı ki, iki masa arasında məsafə olduqda, (içki qoyulmayan) arxasında oturmaqa icazə verilirmi?

Cavab: Nəzərdə tutulan, süfrənin vəhdətidir. Bilirik ki, şərab və sair məstedici içkilər içilən süfrə arxasında oturmağın haramlığı ehtiyata əsasəndir. Bəli, həmin süfrədən yemək və içmək, ən güclü rəyə əsasən, haramdır.

Sual: Müsəlman bir şəxs bir kafeyə daxil olaraq oturub çay içir. Tanımadığı bir şəxs gəlib onun oturduğu masada əyləşərək şərab içərsə, ona çayını yarımçıq qoyub çıxması gərəkirmi?

Cavab: Bəli. Bundan öncə də qeyd etdiyimiz kimi ona həmin masadan qalxması gərəkir.

Sual: (Spirtli) içki içilən süfrədən yemək yeyilməsinə içazə varmı?

Cavab: (Spirtli) içki növlərindən və ya məstedicilərdən biri içilən masadan, nəinki, yemək yemə, həmçinin bu masa arxasında əyləşmək belə ehtiyata əsasən haramdır.

Sual: Yığıncaqlarda adətən qonaqlara spirtli içkilər təqdim olunur. Bu qəbil yığıcaqlarda iştirak etməyin bir qəbahəti varmı?

Cavab: Spirtli içki içilən masa arxasında yemək yeyilməsi, nəinki, olmaz, habelə, vacib ehtiyata əsasən, bu qəbil masalar arxasında əyləşilməməlidir.

Sual: Müsəlman bir şəxs yemək ilə birgə (spirtli) içki də verilən yerlərə vaxtaşırı gedə bilərmi?

Cavab: Müsəlman bir şəxs yemək ilə birgə (spirtli) içki də verilən yerlərə vaxtaşı gedə bilər. Bir şərt ilə ki, onun gedişi həmin yeməkxanaların işinin reklamı xarakteri daşımasın. Lakin içki içilən masadan yemək yeməməli və vacib ehtiyata əsasən, belə masalar arxasında əyləşməməlidir. Onun içki içənin masasına qonşu masalarda əyləşməsinin qəbahəti yoxdur.

Sual: Müsəlman bir şəxs spirtli içkilər təqdim olunan məclislərdə iştirak edə bilərmi?

Cavab: Həmin məclislərdə yemək və içmək haramdır. Sadəcə iştirak etməyə gəlincə, bunun haramlığı lazim ehtiyata əsasəndir. Belə ki, əgər onun pisliklərdən çəkindirmək (nəhy əz münkər) bacarığı varsa, bu məqsədlə elə məclislərə getməsinin qəbahəti yoxdur.

Sual: Spirtli içki içilən masadan yemək yemək haramdırmı?

Cavab: Spirtli içki və ya məstedici içkilər içilən masadan yemək yeyilməsi haramdır. Həmçinin, belə masa arxasında əyləşmək vacib ehtiyata əsasən, haramdır.

İdman

Sual: Qadınların güləşin müxtəlif növləri ilə məşğul olmaları, caizdirmi?

Cavab: İnsanın özünə və başqasına haram olan həddə zərər verəcək işlərlə məşğul olması, caiz deyildir.

Sual: Qadının, qarışıq kütlə qarşısında idmanla məşğul olması caizdirmi?

Cavab: Caiz deyildir.

Sual: Qızların və qadınların parklarda velosiped sürmələri, caizdirmi?

Cavab: Əgər məhrəm olmayan insanlar görərsə və bu iş təhrikedici olarsa, caiz deyildir.

Sual: Sağlamlıq məqsədi ilə idman zallarından qadınların musiqi sədaları altında idmanla məşğul olmalarının hökmü nədir?

Cavab: İdmanla məşğul olmalarının maneəsi yoxdur. Lakin musiqi ləhv olarsa, dinlənməsi caiz deyildir.

İnternet

Sual: İnternetdə kişi ilə qadının bir-birilə söhbət etməsinin hökmü nədir?

Cavab: Əgər günaha düşməkdən amanda qalmağını hiss etmirsə və insanı günaha sövq edirsə, haramdır.

Sual: Oruc tutmuş bir şəxsin, normal olmayan internet səhifələrinə baxmağın hökmü nədir?

Cavab: Orucu batil etməz. Lakin şəriət baxımından bəzi şeylərə baxmamalıdır.

Sual: İnternetdə olduğumuz zaman bəzən, şəriətdə qadağan olunmuş şəkillər rastımıza çıxır, bu halda, vəzifəmiz nədir?

Cavab: Şəriətdə qadağan olmuş şəkillərə ehtirasla baxılmamalıdır. Vacib ehtiyata əsasən, ehtiras olmadan belə, baxmaq caiz deyildir.

Sual: Evli kişinin, internetdə açıq-saçıq qadınların şəkillərinə, harama düşməmək şərtilə, baxmasının hökmü nədir?

Cavab: Ehtirasla baxmaq haramdır və vacib ehtiyata əsasən, ehtiras olmadan baxmaq da, haramdır.

Sual: Kişi və ya qadın olduğunu bilmədiyimiz birilə internetdə söhbət etməyin hökmü nədir? Əgər kişi və ya qadın olduğu bilinsə, hökmü nədir?

Cavab: Hər iki halda, harama düşmək təhlükəsi olarsa, caiz deyildir.

Sual: Evli insanların internetdə normal bir şəkildə söhbət etmələrinin hökmü nədir?

Cavab: Ləzzət və günaha düşmək ehtimalı yoxdursa, maeəsi yoxdur.

Sual: Müsəlman olmayan qadınlarla internetdə təhrik edici söhbət etməyin hökmü nədir? Eyni zamanda müsəlman olmadıqlarına görə, onlardan pis məqsədlər üçün istifadə etməyin hökmü nədir?

Cavab: Haramdır.

Sual: Qohumlarımdan biri məndən internetdən istifadə etmək üçün e-mail ünvan açmasını istəyib. Lakin bilirəm ki, həmin şəxs bundan günah işlər üçün istifadə edəcək. Bu halda, mən həmin ünvanı onun üçün aça bilərəmmi?

Cavab: Əgər nəhy əz münkərə (“pis işlərdən çəkindirmək” prinsipinə) zidd olsa, icazəli deyil.

İstihazə

Sual: İstihazə nə deməkdir?

Cavab: Qadından gələn qanlardan biri “iztihazə” qanıdır və bu qanə görən qadın “müstəhazə” – deyilir.

Sual: İstihazə qanının hansı xüsusiyyətləri var?

Cavab: İstihazə qanı əsasən, sarı rəngdə və soyuq olur, xaric olarkən təzyiqsiz, yandırıcı olmadan və yumşaq gəlir. Lakin bəzən qara və ya qırmızı, isti, qatı, təzyiqli və yandırıcı da olur.

Sual: İstihazə qanı neçə qisimdir?

Cavab: İstihazə qanı üç qisimdir; az, orta və çox.

Sual: Az istihazə necə olur?

Cavab: Az istihazə, qadının özü ilə gəzdirdiyi pambığa bulaşan, amma onun daxilinə keçməyən qandır.

Sual: Orta istihazə necə müəyyən olunur?

Cavab: Orta istihazədə qan, pambığın daxilinə keçsə də, əsasən qadınların, gələn qanın qarşısını almaq üçün özlərilə gəzdirdikləri dəsmala bulaşmaz.

Sual: Çox istihazə nədir?

Sual: Çox istihazədə qan, pambıqdan dəsmala keçib onu qana bulayar.

Sual: Az istihazədə qadın necə namaz qılmalıdır?

Cavab: Az istihazədə qadın, hər namaz üçün dəstəmaz almalıdır. Pambığı yumaq və ya dəyişdirmək, müstəhəb ehtiyatdır. Amma fərcin kənarı qana bulaşıbsa, həmin yeri yumalıdır.

Sual: Orta istihazə də qadın namaz qılmalıdırmı?

Cavab: Orta istihazədə, vacib ehtiyata əsasən qadın, gündəlik namazlar üçün bir qüsl etməli və əlavə olaraq az istihazənin də əməllərini yerinə yetirməlidir.

Sual: Çox istihazənin hökmü nədir?

Cavab: Çox istihazə olan qadına pambıq və parçanı dəyişməklə yanaşı, gün ərzində üç dəfə qüsl etməsi – sübh, zöhrlə əsr, məğriblə işa namazları - üçün qüsl etməsi vacibdir.

66 -dən səhifə 93