admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

İntihar

Sual: Bir qızın şərəf və ləyaqəti müzakirə mövzusu olarsa, intihar etmək caizdirmi?

Cavab: Caiz deyildir.

Sual: Günahdan qorunmaq məqsədilə intihar etmə caizdirmi?

Cavab: İntihar etmək haramdır və böyük günahlardandır.

Sual: İslam və başqa dinlərdə intihar etməyin hökmünü bilmək istəyirəm.

Cavab: Haramdır.

İmam(ə) malı

Sual: İnsan imam(ə) malının istifadə olunacağı ehtiyac yerini görüb və təqlid etdiyi müctehidin də buna razı olacağına ehtimal verərsə, ondan icazə almadan imam(ə) malını həmin yerdə istifadə edə bilərmi?

Cavab: Xeyr, caiz deyildir. Ələm müctehiddən icazə almadan imam(ə)-ın xümsdəkı haqqını qeyd olunan yerdə istifadə etməsinə razı olacağını anlamaq mümkün deyil. Müctehidin icazəsi, imam(ə)-ın icazəsı hesab olunur.

Sual: Xarici ölkələrdə insanların arasını islah edən müsəlmanın əcr və savabı varmı?

Cavab: İnsanların arasını islah və ixtilaflarını həll etməyin, onları bir-birinə sevdirmək üçün təşəbbüs göstərməyin və aralarında olan ziddiyyətli boşluqları doldurmağın çox böyük və əzəmətli savabı vardır. Lakin qərib ölkədə vətənindən, ailəsindən, tanışlarından və dostlarından uzaq olduğu halda, insanların arasını islah etməyın savabı daha da əzəmətlidir. Möminlərin əmiri imam Əli (ə) xarici İbn Mülcəm əl-Muradi (Allahın lənəti ona olsun!) tərəfindən zərbətlənib ölüm yatağına düşərkən oğlanları imam Həsənə (ə) və imam Hüseynə (ə) Allaha təqvalı olmaq, işləri nizamlamaq və insanların arasını islah etmək kimi vəsiyyətlər edərək buyurmuşdur: “Mən sizə, bütün övladlarıma, ailəmə və vəsiyyətimin ona çatdığı şəxslərə Allahdan qorxub təqvalı olmağı, işlərinizi nızamlamağı və insanların arasını islah etməyinizi vəsiyyət edirəm. Həqiqətən də, mən babanız Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “İnsanların arasını islah etmək – bütün namaz və oruclardan üstündür.” 

İmsak vaxtı

Sual: Biz İsveçdə yaşayırıq. Bir müddətdən sonra Ramazan ayı daxil olacaq. Lakin bizim üçün problem olan budur ki, burada yayda gecə həddindən artıq qısadır. Buradakı İslam mərkəzləri tərəfindən təyin olunan namaz vaxtları cədvəlində imsak vaxtı ehtiyata əsasən, fəcr vaxtından çox qabaq qeyd olunub. Qeyd olunan imsak vaxtlarına riayət etmək şəriət baxımından bizə vacibdirmi?

Cavab: Şəriət baxımından imsak vaxtı fəcrin çıxmasıdır. Yaşadığı yerə uyğun olaraq fəcrin çıxma vaxtını təyin etmək mükəlləfin öz öhdəsindədir. Əgər müəyyən bir vaxtı təyin edərsə, ehtiyat edərək həmin vaxtdan öncə imsak etməsi, hətta fəcrin əvvəl çıxmasını ehtimal etsə belə, vacib deyil.

Suаl: Bizim (ölkəmizdə) bəzi məscidlərin və hüsеyniyələrin pаylаşdığı vахt cədvəllərində “fəcrus-sаdiq” (doğrucu fəcr) və “fəcriul-kаzibin” (yalançı fəcr) təyin оlunmаsı bахımındаn pаrоblеm vаr. Həmin cədvəllərdə yаzılıb ki, “fəcrus-sаdiqin” аrаdаn gеtməsnə nəzərən işıqlıq аrtmаğа bаşlаdıqdа nаmаzın vахtı dахil оlur. Еhtiyаtа əsаsən, günəşin dоğmаsındаn yаrım sааt əvvələ qədər gözləmək lаzımdır. Bеlə оlаn hаldа həll yоlu nədir? Əgər оruc tutmаq istəsək nə vахt imsаk еtməliyik?

Cаvаb: Həmin ölkələrdə gеcə оlduqdаn sоnrа günəşin аrtаn şüаlаrının bаşlаmаsı ilə (üfüq bоyu yаyılаn аğlıq оlduqdа) fəcr bаş vеrir. Bu vахtdаn əvvəl, həttа bаş vеrib vеrməməsində şəkk оlsа bеlə, еhtiyаt еtmək vаcib dеyil. Bахmаyаrаq ki, şəkk məqаmındа еhtiyаt еtmək müstəhəbdir.

Sual: Ramazan ayında imsak vaxtından sonra, lakin azan vaxtından əvvəl yemək və içməyin hökmü nədir?

Cavab: İcazəlidir.

Sual: Müəzzin azan verərkən azan əsnasında su içirik. Bu, icazəlidirmi?

Cavab: Əgər fəcrin çıxmasına yəqin varsa, icazəli deyil.

İftar vaxtı

Sual: İftar vaxtını dəqiq olaraq saat və dəqiqə ilə bizə deyə bilərsinizmi? İftar vaxtını təyin etmək bizim üçün çətindir.

Cavab: Bunu təyin olunmasında etimad olunacaq hökm vacib ehtiyata əsasən, günəşin dairəsi itdikdən sonra şərq tərəfdə görünən qırmzılığın aradan getməsidir. Zaman və məkan fərqli olduğu üçün bunun dəqiq təyin olunması mümkün deyil.

Sual: İftar vaxtı nə vaxt daxil olur? Günəşin dairəsinin itməsi, yoxsa şərqdəki qırmızılığın aradan getməsi ilə?

Cavab: Əgər günəş dairəsinin üfüq xəttindən aşağı düşməsini dəqid bilməsə, lakin dağların və ya binaların arxasında itdiyini ehtimal edərsə, şərqdəki qırmızılığın aradan getməsini gözləmək vacibdir. Şəkk olmadıqda da (günəş dairəsi üfüq xəttindən aşağı düşsə də) şərqdəki qırmızılıq aradan getməmiş iftar açamamaqda ehtiyat tərk olunmamalıdır.

Sual: İftarı məğrib və işa namazlarından sonra açmaq müstəhəbdir?

Cavab: Bəli, müstəhəbdir.

Sual: Mənim bir dostum var. Mənim üçün iftar süfrəsi hazırlayacaq. Onunla birlikdə iftar edim, yoxsa şərqdəki qırmızılığın aradan getməsini gözləyim?

Cavab: Vacib ehtiyata əsasən, şərqdəki qırmızılıq aradan getməmiş iftar açmaq icazəli deyil.

Sual: Bizim məzhəbə əsasən iftar nə vaxt olur?

Cavab: Bizm məzhəbə əsasən, iftar vaxtı hətta vacib ehtiyata əsasən, günəş dairəsinin itməsini bilən şəxs üçün də, şərqdəki qırmızılıq aradan getdikdədir.

Sual: İmamiyyə məzhəbində olmayan biri ilə (başqa məzhəbin vaxtına əsasən) iftar etməyimiz icazəlidirmi?

Cavab: İcazəli deyil. Bu məsələdə əsas mükəlləfin özünün şəri qürubun baş verməsinə əmin olmasıdır. Əgər belə edərsə, vacib ehtiyata əsasən, qəzasını tutmalıdır.

Sual: Ramazan ayı yaxınlaşmaqdadır. Bizdə, Skandinaviya ölkələrində, xüsusilə də, İsveçdə günəş gecə saat 11 - də (23:00) batır, fəcr isə saat 3-də (03:00) olur. Oruc vaxtı həddindən artıq çox olur. Biz gün ərzində 8 saat işləyirik və məktəbə gedirik. Sualım bundan ibarətdir; bizə ən yaxın olan müsəlman və ya ərəb ölkələrindən birinin vaxt cədvəlinə əsasən oruc tutub iftar açmağımız icazəlidirmi?

Cavab: Oruc tutmaq hər bir şəxsin yaşadığı coğrafi ərazinin vaxt cədvəlinə əsasən olmalıdır. Əgər oruc tutmağa gücü yetirsə oruc tutması vacibdir. Bacarmadıqda isə oruc vacib hökmündən düşər. Əgər sonradan qəzasını tutmağa imkanı olarsa, qəza vacibdir. Əks təqdirdə isə, fidyə verməlidir.

Sual: Biz İsveçin şimalında yerləşən Boden şəhərində yaşayırıq. Burada gecə bir saat yarımdan artıq olmur. Beləki təqribən saat 23:00 - dan 02:00 - a qədər açıq - aşkar şərqdəki qırmızılıq görsənir və gecənin qaranlıq zülmət çökməsinin heç bir nişanəsi yoxdur. Şam, işa və sübh namazlarının vaxtlarını təyin etməkdə çaşqınlığa düşmüşük. Digər tərəfdən bu günlərdə Ramazan ayı daxil olarsa, oruc necə tutulmalıdır?

Cavab: Əgər şərqdəki qırmızılıq tamamilə aradan getmirsə məğrib vaxtı günəşin dairəsinin tamamilə görsənmədikdə daxil olur. Sübh namazının vaxtı isə günəş çıxmadan bir az əvvəldir. İmkan daxilində bütün gündüz boyu oruc tutulmalıdır. Əgər oruc tutan şəxs həddindən artıq məşəqqətə düşərsə, yemək yeyib sonradan qəzasını tuta bilər.

Sual: Doğrudurmu ki, Seyid Sistani cənabları Skandinaviyə ölkələri üçün iftar vaxtının günəşin dairəsinin itməsi, imsak vaxtının isə günəşin doğmasından bir az əvvəl olması barədə fətva vermişdir?

Cavab: Əgər şərqdəki qırmızılıq aradan getmirsə, günəş dairəsinin itməsindən sonra iftar açmaq icazəlidir. İmsaka gəlincə isə, üfüqdə sabit olan nur (parlaqlıq) artmağa başladıqda olmalıdır.

Sual: Skandinaviya ölkələri barədə olan sualları cavablandırarkən günəş dairəsi tamamilə itdikdə iftar etməyin icazəli olduğunu demisiniz. Bu hökm Almaniya kimi Avropa ölkələrinə də şamildirmi?

Cavab: Biz şərqdəki qırmızılıq tamamilə aradan getmirsə, günəşin dairəsi üfüq xəttindən aşağı düşdükdə iftar etməyin icazəli  olmasını qeyd etmişik. Bu hökm günəş dairəsi batdıqdan bir müddət sonra şərqdəki qırmızılıq aradan gedən ölkələrə şamil deyil.

Sual: Doğrudurmu ki, oruc müddəti 18 saatdan artıq olan ölkələrdə müqəddəs Kərbəla şəhərinin vaxtına əsasən iftar etməyin icazəli olması barədə fətva vardır? Yenicə həddi-buluğa çatmış gənc həddindən artıq yorularsa, orucunu açması icazəlidirmi?

Cavab: Hər bir kəsin yaşadığı ərazinin vaxtına əsasən oruc tutması vacibdir. Əgər oruc tutmağa güçü yetməsə, oruc onun öhdəsindən götürülər. Sonrdan imkanı olarsa, qəzalarını tutmalıdır. Əks təqdirdə (qəzanı da tutmağa gücü yetməzsə), fidyə verməlidir. Əgər oruc tutmaq aclıq və susuzluq baxımından həddindən artıq məşəqqətlidirsə, zərurət miqdarında iftar etməsi (bir şey yeyib içməsi) icazəlidir, lakin vacib ehtiyata əsasən, yenidən orucu davam etdirməlidir.

Sual: Həcc xərclərini ödəyəcək mala sahib olan şəxs, əgər onu “Həcc və ziyarət” idarəsinə verərək adını oranın siyahısında yazdırıb bir neçə il gözləməli olsa, - belə ki, həcc etmək bundan başqa yolla mümkün olmasa, - bu halda, malı həmin idarəyə verməyə və adını yazdırmağa tələsməlidirmi? Əgər bundan sonra heç zaman müstəti olmasa belə, onun həmin malda təsərrüf etməsi, icazəlidirmi?

Cavab: Əgər növbəsi çatacaq il həcc etmək üçün başqa bir maneənin ortaya çıxmasını gözləməsə vacib ehtiyata əsasən, adını (həcc etmək üçün siyahıya) yazdırmalıdır.

Sual: Əgər mükəlləf şəxs həcc etmək üçün maddi və fiziki baxımdan müstəti olsa, amma “Həcc və ziyarət” idarəsi növbəsinin çatmadığına görə ona həcc etməyə icazə verməsə, bu zaman o, həmin ili həccə getmək imkanı əldə etməsi üçün aşağıda qeyd olunan yollardan birini seçə bilərmi, yaxud bunu etməsi ona vacibdirmi?

a) Növbəsi çatmış şəxslərin birindən pul müqabilində - hətta böyük məbləğ müqabilində olsa belə, - onun üçün öz haqqını güzəştə getməsini (həcc növbəsini ona verməsini) tələb etsin.

b) Yalan danışmaq, yaxud tövriyə etməklə ümumi qaydalara əsasən istisna hallarında həccə getməyə icazə verilən şəxsin sahib olduğu şərtlərdən bəzisinin onda olmasını, iddia etsin.

c) Həmin il həcc növbəsi çatmış, lakin bundan (həcc etməmişdən) əvvəl vəfat etmiş, yaxud həccə getməyə gücü çatmayan şəxsi tapıb ondan bir yolla naiblik icazəsi alsın, amma sonda öz həccini yerinə yetirsin.

Cavab:

a) Əgər tələb olunan məbləği ödəmək onun üçün zərərli olsa, həmin məbləği ödəmək ona vacib deyil. Əks təqdirdə, vacibdir.

b) Əgər həmin idarə hacıları (həccə) göndərərkən ədalətə riayət edirsə, bu halda qanunları yuxarıda qeyd olunan, yaxud digər formada pozmaq, icazəli deyil.

c) Bu yolla gücü olmayan şəxsi, yaxud meyitin vəlisini aldatması, icazəli deyil.

Sual: Əgər hökümət həcc üçün püşk atmada iştirakçının əvvəllər həccə getməmiş olmasını şərt qoysa, - bundan məqsəd, daha çox insanın həccə getməsi üçün şərait yaratmaqdır - bu halda, əvvəllər həccə getmiş insanın hökümətin xəbəri olmadan həmin püşk atmada iştirak etməsi, icazəlidirmi?

Cavab: Əgər aidiyyatı orqan hacıları göndərərkən ədalətə riayət edərsə, bu halda (həmin orqan tərəfindən) qəbul olunmuş qanunlara riayət olunmalıdır.

Sual: Son illər Səudiyyə Ərəbistanı höküməti ölkə daxilində hacılarla bağlı yeni qərar qəbul edilib. Həmin qərar, beş ildə yalnız bir dəfə həcc etməyə icazə verir. Möminlərə həmin qərara riayət etmələri vacibdirmi? Həmin qərara riayət olunmasa, edilən həcc düzgündürmü?

Cavab: Əgər qeyd olunan qərar, hacıların sayının azalması ilə onların mühafizəsi və müsəlmanların bərabər şəkildə həcc etmələrinə şərait yaratmaq məqsədilə qəbul edilibsə, ona riayət etmək lazımdır. Amma həmin qərara riayət etməmək, edilən həccin düzgünlüyünə zərər yetirməz.

Sual: Mükəlləf şəxs həcc xərclərini “Həcc və ziyarət” idarəsinə ödədikdən sonra növbəsi çatana qədər bir neçə il gözləyib. Lakin növbəsi çatanda ölümcül xəstəliyə düçar olub və övladlarından birinə onun əvəzindən həcc etməsini vəsiyyət edib. Övladı maddi baxımından müstəti olsa da, ona həcc növbəsi çatmadığına görə, həccə getməyə icazə verilmir. Belə olan halda, övladın vəzifəsi nədir; o, atasının vəsiyyətinə əməl edib onun əvəzindən həcc etməlidir, yoxsa atasının haqqından istifadə edib öz həccini yerinə yetirməlidir?

Cavab: Atasının vəsiyyətinə əməl edib, onun əvəzindən həcci yerinə yetirməlidir. Çünki o, öz həccini icra etməsi üçün yolun açıq olması baxımından müstəti deyil.

Sual: Bəzi hökümət və qeyri hökümət müəssisələri öz işçilərini işlə bağlı həm ölkə xaricinə, həm də ölkənin daxilində yerləşən bölgələrə ezam edirlər. Həmin müəssisələr bu zaman işçilərinə nəqliyyat, yaşayış yeri, yemək və bu kimi ehtiyacları təmin etmək üçün pul verir və onlardan xərclədikləri vəsaitin qəbzini tələb edirlər.

Xahiş edirik, aşağıda qeyd olunan halların şəriət baxımından hökmünü açıqlayasınız:

1. Əgər işçi pulun bir hissəsini aidiyyatı yerlərə xərcləyərsə?

2. Əgər yaşayış yeri və yeməyi pulsuz əldə etdiyi üçün həmin puldan bir şey xərcləməsə?

3. Əgər ezamiyyət məhdud bir zaman, yaxud daha az vaxt çərçivəsində olarsa?

Cavab: Yuxarıda qeyd olunan bütün hallarda: əgər ezam edən müəssisə, daxili nizam-intizam qaydalarına uyğun olaraq, işçisi ilə verdiyi pulun müəyyən yerlərdə xərclənməsini şərtləşərsə, bu halda onu pozmaq icazəli deyil. Hətta, işçi şəriət baxımından artıq qalan pula sahib olmur. Əks təqdirdə, maneəsi yoxdur. Bəli, bunun üçün sənəd saxtalaşdırmaq, yaxud yalan məlumat vermək, icazəli deyil.

Sual: İnternet kulublarda işləmək icazəlidirmi?

Cavab: Fəsada səbəb olmasa, icazəlidir.

Sual: Elektron oyunlar oynamaq və bu yolla qazanc əldə etmək məqsədi ilə kompyuter dükanı açmaq icazəlidirmi?

Cavab: Əgər qumar oyunları olmasa, icazəlidir.

67 -dən səhifə 93