admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sual: İmtahan zamanı hər hansı bir formada saxtakarlıq etmək, icazəlidirmi?

Cavab: Məktəb imtahanlarında istər tələbələrin bir-birinə kömək etməsi, istər gizli vərəqlərdən istifadə, istər nəzarətçini aldatmaq, istərsə də nizam-intizama zidd olan qeyri-qanuni yollarla saxtakarlıq etmək, icazəli deyil.

Sual: Avropanın rəsmi məktəblərində saxtakarlıq etmək, icazəlidirmi? Yerli islami və qeyri-islami məktəblərdə saxtakarlıq etmək, icazəlidirmi?

Cavab: Bunların heç birində saxtakarlıq etmək, icazəli deyil.

Sual: Əgər məktəb imtahanlarında bəzi müəllimlər tələbələrə kömək edərlərsə, bu cür saxtakarlıq icazəlidirmi?

Cavab: Bu, icazəli deyil.

Sual: Qərb ölkələrində it alış-verişi  bazarları var. Əyləncə məqsədi ilə it alıb satmaq icazəlidirmi?

Cavab: Bu iş icazəli deyil.

Sual: Bəzi qadınlar qorunmaq və əyləncə məqsədi ilə özləri ilə it gəzdirir. Qorunmaq məqsədi ilə it almaq icazəlidirmi? Bu növ itlərin alış-verişi və ya kirayəsi icazəlidirmi?

Cavab: Alış-verişi düzgün deyil. Lakin it kimin ixtiyarındadırsa, onun üçün bu icazəlidir.  Belə ki, sahibiniə iti tərk etməsi üçün müəyyən miqdarda pul verməyin heç bir maneəsi yoxdur.  O, itdən əl çəkdikdən sonra pul verən şəxs onu özü üçün götürə bilər. Bununla da pul verən şəxs itə sahib çıxmış olur. (Şəriət hökmlərinə əsasən murdar və haram olan heç bir şey müsəlmanın mülkiyyətinə daxil olmur).  İti halal olan mənfəət növlərində istifadə etmək üçün kirayə etməyin heç bir maneəsi yoxdur.        

Sual: Qərb ölkələrində gözdən əlil olanların yolda rahat gəzmələri üçün xüsusi öyrədilmiş itlər var. Belə itləri almaq və ya alış-verişini etmək icazəlidirmi?

Cavab: Bu sualın hökmü də əvvəlki sualın cavabında qeyd olunduğu kimidir.

Sual: Mən it xoşlayıram. Bilmək istiyirəm; it alıb həyətimdə saxlamağım icazəlidirmi?

Cavab: İt alıb satmaq icazəli deyil. Həyətdə it saxlamaq icazəlidir. Lakin it murdar olduğu üçün rütübətlə təmas etdiyi hər bir şeyi murdar edər.

Sual: Mənim zoomağazam var. İt alış-verişi ilə də məşğul olamq istəyirəm. Bu icazəlidirmi?

Cavab: Şəriətdə it və donuz üçün dəyər qəbul olunmur. Lakin sən müştəridən pul alıb itdən əl çəkə bilərsən. Öz növbəsində də o, itə sahib çıxaraq onu götürsün.

Sual: Qərb ölkələrində it alış-verişi  bazarları var. Əyləncə məqsədi ilə it alıb satmaq icazəlidirmi?

Cavab: İcazəli deyil. Lakin it alıbsa, onu satmaq istəsə, müəyyən məbləğ müqabilində onu tərk edə bilər.

Sual: Fəqihlərin fətvalarında ov itindən başqa itlərin alış-verişinin haram olması qeyd olunub. Qorunmaq məqsədi ilə, yəni ev və həyəti qoruması üçün it alış-verişi etməyin hökmü barədə Sizin rəyiniz nədir?

Cavab: (İt alış-verişi) icazəli deyil. Lakin itin sahibiniə itdən əl çəksməsi (tərk etməsi) üçün müəyyən miqdarda mal verə bilər. Sonra da mal verən şəxs onu özü üçün götürə bilər.

Bismillahir-rəhmanir-rəhim

Ali-məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Sistani cənabları

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

Allah əcr-savabınızı daha artıq etsin!

Biz, şəhidlər sərvəri İmam Hüseyn (ə)-ın “Ərbəin” günü münasibətilə müqəddəs Kərbəla şəhərinə gedirik. Bizim bu əzəmətli gündə fayda və mükafatımızın daha çox olması, xəbərsiz olduğumuz, yaxud savabını bilmədiyimiz məsələləri bizə xatırlatmanız üçün Sizin bir ata kimi tövsiyələrinizə ehtiyacımız var. Ümidvarıq ki, bu tövsiyə cəmiyyətin bütün təbəqələrinə aid olacaqdır.

Allah-təala mübarək vücudunuzu davamlı etsin! Həqiqətən də, O, eşidən və (bəndələrinə) yaxındır. Sizdən dua etmənizi təvəqqe edirik.

Bir dəstə mömin.

Bismillahir-rəhmanir-rəhim

Həmd olsun aləmlərin Rəbbinə! Allahın salavat və salamı olsun həzrət Məhəmmədə və onun pak ailəsinə!

Allahın bu şərafətli ziyarəti nəsib etdiyi möminlər bilməlidirlər:

Allah-təala bəzi qullarını peyğəmbərlər və vəsilər olaraq qərar verib ki, insanlar üçün ülgü, nümunə və hüccət (dəlil, sübut) olsunlar. Həmçinin, insanlar onların təlimatları ilə doğru yola yönəlib, əməllərinə iqtida etsinlər. Allah bu nümunəvi şəxsiyyətlərin xatirələrini əbədiləşdirmək və məqamlarını ucaltmaq üçün insanları onların türbələrini ziyarət etməyə sövq edir. Bu əməl eyni zamanda  Allahı, Onun təlim və hökmlərini insanlara xatırladır. Çünki onlar, Allaha itaət etmək, Onun yolunda döyüşmək və dini üçün qurban verməkdə ən ideal nümunələrdir.

Biz əhli-beyt (ə)-dan olan imamların dövründə yaşayıb elmi onlardan əxz edə bilməsək də, Allah-təala onların təlim və mövqelərini bizim üçün qoruyub saxlamışdır. Onların bizim gözümüzün önündə ideallar olaraq qalmaları üçün, Allah bizi onların türbələrini ziyarət etməyə təşviq edir. Bununla Allah, onların dövründə yaşayanları sınağa çəkdiyi kimi, bizim də onların zamanında yaşamaq, təlim və öyüd-nəsihətlərini qəbul etmək barədə olan istəklərimizdə doğru olmağımızı sınağa çəkir. Elə isə biz də diqqətli olmalıyıq ki, istəyimiz yalançı arzulardan ibarət olmasın və bilməliyik ki, o həzrətlərin (ə) istədikləri kimi yaşadığımız təqdirdə, qiyamət günü məhşər ayağına onlarla birgə olmuş insanların sırasında gətirilə bilərik. Əmirəlmöminin (ə)-ın Cəməl döyüşündə belə buyurduğu nəql olunur: ”Hələ atalarının belindən və analarının bətnindən çıxmamış insanlar bizimlə (bu döyüşdə) iştirak etdilər”.

Odur ki, bizlərdən hər kim sidq ürəkdən istəsə, onun üçün məsumların öyrətdiklərinə əməl etmək və onların yolu ilə getmək çətin olmaz və nəticədə o, onlar kimi (çirkinliklərdən, günahlardan) təmizlənmiş, onların əxlaqı ilə əxlaqlanmış olar.

Allah xətrinə namazı qoruyun! Hədisi-şərifdə (Peyğəmbər hədisində) buyurulduğu kimi, o, dinin sütunu və möminlərin meracıdır (ilahi dərgaha səyahətidir). (Qiyamət günü sorğu-sual zamanı) namaz qəbul olunduğu təqdirdə digər əməllər də qəbul olunar, rədd edildikdə isə o biriləri də rədd edilər. Onu müntəzəm olaraq əvvəl vaxtında qılmaq lazımdır. Allahın ən sevimli bəndələri Onun namaza çağırışına ən tez cavab verənlərdir. Mömin namazın əvvəl vaxtında başqa bir işlə məşğul olmamalıdır, çünki namaz əməllərin ən yaxşısıdır. Məsumların (İmam Cəfər Sadiq (ə)-ın) dilindən nəql olunmuşdur ki, bizim şəfaətimiz namazı yüngül sayana nəsib olmayacaqdır. Həmçinin, İmam Hüseyn (ə)-ın da Aşura günü namaza böyük önəm verdiyi qeyd olunur. Hətta İmam (ə) namazı əvvəl vaxtında ona xatırladan şəxsə (Həbib ibn Məzahirə) belə buyurmuşdu:”Namazı xatırlatdın, Allah səni (həqiqi) namaz qılanlardan, zikr edənlərdən qərar versin!”. Sonra isə o Həzrət, (düşmənin) aramsız ox atışlarına baxmayaraq, döyüş meydanında namaz qıldı.

Allah xətrinə ixlası (əməlləri xalis Allaha xatir niyyətlə yerinə yetirməyi) qoruyun! Həqiqətən, insanın əməllərinin dəyəri və bərəkəti onun Allaha ixlası qədər olur. Allah-təala yalnız, xalis Onun üçün edilən, qeyrilərinə xatir olmayan əməlləri qəbul edir. Peyğəmbər (s) müsəlmanların Mədinəyə hicrəti zamanı buyurmuşdur ki, kim Allaha və Onun Rəsuluna doğru hicrət edərsə, onun hicrəti Allahadır və kim əldə edəcəyi dünya malına doğru hicrət edərsə, onun da hicrəti dünyayadır. Allah-təala əməlin savabını, həmin əməldə olan ixlasın dərəcəsinə görə, 7 yüz qata çatanadək artırır, (Qurani-kərimdə buyurulduğu kimi) Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Buna görə də ziyarətçilər yol boyu Allahı çox zikr etməli və hər addımda, hər əməldə ixlasa diqqət yetirməlidirlər. Onlar bilməlidirlər ki, Allah-təala Öz bəndələrinə əqidədə, sözdə və əməldə Ona ixlaslı olmaq kimi ikinci bir dəyərli nemət bəxş etməmişdir. İxlassız əməl bu (dünyadakı) həyatın başa çatması ilə itib aradan gedər. Xalis Allaha xatir niyyətlə edilən əməl isə həm bu, həm də bundan sonrakı həyatda əbədi və müqəddəs olaraq qalar.

 Allah xətrinə örpəyi, hicabı qoruyun! Həqiqətən, hicab əhli-beytin (Allahın salamı olsun onlara), hətta Kərbəla hadisəsi günü ən ağır vəziyyətlərdə belə, diqqət yetirdikləri ən mühüm məsələlərdən idi. Onlar bu məsələdə ən yaxşı nümunə idilər. Bu pak insanlar düşmənlərinin onlara yönəlmiş çirkin hərəkətləri içərisində ən çox ehtiramlarının, abır-həyalarının camaat arasında aradan aparılmasından əziyyət çəkmişlər. Odur ki, ziyarətçilər, xüsusilə də, möminə xanımlar davranışlarında, geyimlərində və görkəmlərində iffət normalarına riayət etməli və buna xələl gətirən, dar geyimlər geymək, (naməhrəmlərlə) məzəmmət olunmuş şəkildə münasibət qurmaq və qadağan edilmiş tərzdə bəzənmək kimi işlərdən çəkinməlidirlər. Hətta bu müqəddəs mərasimi (ziyarəti) ona layiq olmayan ittihamlardan qorumaq üçün sözügedən məsələlərə mümkün olan ən yüksək səviyyədə riayət edilməlidir.

Allah-təaladan diləyirik ki, peyğəmbərimiz həzrət Məhəmməd əl-Mustafanın (s) və onun pak əhli-beytinin (ə) ali məqamlarını, Onun yolunda fədakarlıq göstərdiklərinə və bəndələrini doğru yola yönəltmək uğrunda cihad etdiklərinə görə, həm dünya, həm də axirətdə daha da ucaltsın və onlardan əvvəlki seçilmişlərə, ələl-xüsus İbrahim və onun ailəsinə göndərdiyi kimi, onlara da salam-salavatını iki qat göndərsin! Həmçinin, Rəbbimizdən həzrət Hüseyn (ə)-ın zəvvarının bu ziyarətini onlar üçün mübarək etməsini və bu əməli, saleh bəndələrinin əməllərini qəbul etdiyi ən yaxşı şəkildə qəbul etməsini istəyirik, qoy onlar bu ziyarət səfərində və eləcə də ömürlərinin qalan hissəsində başqalarına nümunə olsunlar və Peyğəmbərlərinin əhli-beytini dost tutduqları, onların ardınca getdikləri və onların yolunu təbliğ etdikləri üçün Allah bu insanları ən yaxşı şəkildə mükafatlandırsın! Ümid olunur ki, qiyamət günü bütün insanların (Allahın hüzuruna) öz imamları ilə birgə çağırılacağı kimi, onlar da həmin gün o Həzrətlərlə (ə) birgə çağırılsınlar və onlardan bu yolda şəhid olanlar isə, canlarını əhli-beyt (ə)-ı dost tutmağa qurban verdilkləri, bu yolda zülm və təqiblərə dözdükləri üçün məhşərə İmam Hüseyn (ə) və onun səhabələri ilə birgə gətirilsinlər.

Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (duaları) müstəcab edəndir! 

Sual: Hər rükətdə (Fatihə surəsindən əvvəl) “istiazə”-ni demək müstəhəbdir, yoxsa yalnız birinci rükətdə?

Cavab: Yalnız birinci rükətdə.

Sual: Məsum imamlara (ə) “istiazə” etmək (sığınmaq) icazəlidirmi?

Cavab: İstiazə yalnız Allah-təalaya olmalıdır. Lakin Allahın izni ilə bəlaların dəf olunması üçün imamlara təvəssül etmək olar.

Sual: Namazın qiraətini başlamadan əvvəl istiazə etmək müstəhəbdirmi?

Cavab: Namazın birinci rükətinin qiraətinə başlamazdan əvvəl istiazə etmək (əuzu billahi minəş-şeytanir-rəcim) demək müstəhəbdir. Başqa hallarda isə tərk etmək daha münasibdir. Həmçinin “sədəqallahul-əliyyul-əzim” deməyin də hökmü eynidir.

Sual: Bir ölkənin İslam ölkəsi və ya qeyri İslam ölkəsi, həmçinin, restoranın, balıq şirkətinin və ya ət məhsulları şirkətinin İslami və ya qeyri İslami olmasının meyarı nədir? Burada meyar müdirin və ya şirkət sahibinin müsəlman olmasıdır, yoxsa həmin ölkədə yaşayanların çoxunun və ya şirkətin işçilərinin əksətiyyətinin müsəlman olmasıdır?

Cavab: İslam ölkəsi sakinlərinin əksəriyyəti müsəlman olan ölkədir. Burada meyar şəhər və ya kənd əhalisinin müsəlman olmasıdır, dövlətin yox. Restoran və ya şirkətə gəlincə; meyar, orada satıcı olan şəxsin müsəlman olmasıdır. Həmin şəxs müdir və satıcı da ola bilər.

Sual: Əgər bir şəxin hazırkı vəziyyətinə nisbətdə iqtisadi çəhətdən müəyyən çətinliklə yanaşı bir müsəlman ölkəsində yaşamaq imkanı olduğu halda yaşadığı qərb ölkəsini tərk edib həmin İslam ölkəsində yaşaması vacibdirmi?

Cavab: Vacib deyil. Amma mühacirətdə yaşadığına görə dini etiqad məsələlərində naqislik yaranarsa, vacib olar.

Sual: Qeyri İslami ölkələrdə mühacirət həyatı yaşayan müsəlman şəxs İslam ölkələrinə nə vaxt geri qayıtmalıdır?

Cavab: Qeyri İslami ölkələrində mühacirət həyatı yaşayan müsəlman şəxs həmin ölkələrdə qalmaqla özünün və ya azyaşlı uşaqlarının inancında naqisliyin yaranacağını bilərsə, geri qayıtması vacibdir. İnancda naqislik dedikdə, vacibləri tərk etmək və ya haram əməlləri etmək nəzərdə tutulur. Bir şərtlə ki, geri dönüş onun ölümünə, məşəqqətə düşməsinə və ya təklifi aradan aparacaq zərurətə – məsələn, ölməmək üçün ölü heyvan ətinin yeyilməsini halal edən zərurət kimi – səbəb olmamalıdır.

Sual: Müsəlman şəxsin qeyri İslam ölkəsinə səfər etməsi hansı hallarada icazəli, hansı hallarda haramdır?

Cavab: Müsəlman şəxsin İslam dinini və hökmlərini təbliğ etmək məqsədi ilə səfər etməsi əgər özünün və azyaşlı uşaqlarının inancında naqislik yaranmayacağından əmin olduğu halda bəyənilən əməldir. Həzrət Muhəmməd (s) peyğəmbər imam Əli (ə) - a belə buyurmuşdur: “Allah-təala sənin əlinlə qullarından birini hidayət edərsə bu, sənin üçün məşriqdən məğribə kimi günəşin üzərinə işıq saçdığı hər şeydən daha xeyirlidir”. Həmçinin həzrət Peyğəmbər (s) “Mənə nəsihət et deyən” şəxsə: “Sənə Allah-təalaya şərik qoşmamağı tövsiyə edirəm. İnsanları İslama dəvət et. Bil ki, sənin dəvətini qəbul edən hər kəs üçün Yəqubun (ə) övladları mislində qul azad etməyin savabı verilər”.

Müsəlman şəxs özünün və onun tabeçiliyində olan şəxslərin inancına mənfi təsir etməyəcəyinə əmin olarsa, onun qeyri müsəlman ölkələrinə səfər etməsi icazəlidir. Həmçinin müsəlman şəxs hal-hazırda və ya gələcəkdə özünün və ailəsinin şəri vəzifələrinə əməl etmələrinə maneə olmayacağına əmin olarsa, onun hər hansı qeyri İslam ölkəsində məskunlaşması icazəlidir. Əgər müsəlman şəxsin qərbdə və ya şərqdə olan hər hansı qeyri İslam ölkəsinə səyahət, ticarət, təhsil, müvəqqəti və ya daimi yaşayış məqsədi ilə olsa da, səfər etməsi onun inanc məsələlərində naqislik yaranmasına səbəb olarsa, ora səfər etməsi haramdır.

Sual: Müsəlman ölkəsindən qeyri İslam ölkəsinə səfər etmək məcburiyyətində qalan şəxsin hökmü nədir?

Cavab: Əgər müsəlman şəxs inancında naqislik yaranacağına əmin olduğu halda zərurət onun qeyri İslam ölkəsinə hicrət etməsinə hökm edərsə, məsələn, ölümdən canını qurtarmaq və ya bu kimi əhəmiyyətli məsələlər üçün səfər edərsə, zərurətin aradan gedəcəyi miqdarda səfər edərək mühacirətdə qalması, icazəlidir.

Suаl: İnsаnа hеyvаnın, о cümlədən dоnuz və itin bədən üzvünün implаntаsiyаsı (köçürmək) icazəlidirmi?

Cаvаb: İnsаnа hеyvаnın, о cümlədən dоnuz və itin bədən üzvünün implаntаsiyаsı icazəlidir. İnsаn bədəninə implantаsiyа еdilmiş hеyvаnın bədən üzvü, insаnın bədəninn hökmünü dаşıyır. İnsаnın bədən üzvündən sаyıldığı və həmin hissədə həyаt оlduğu üçün pаkdır və оnunlа nаmаz qılmаq icazəlidir.

Suаl: İnsаn оrqаnizminə dоnuz ciyərinin köçürülməsi icazəlidirmi?

Cаvаb: İnsаn bədəninə dоnuz ciyərinin köçürülməsi icazəlidir. Bilən Аllаhdır!

Sual: İqrarın mənası nədir?

Cavab: İqrar insanın öhdəsində olan haqqın sübutu vəya özünə aid bir haqqın inkarı barədə xəbər verməsidir. Həmin haqq  Allah-təalaya və ya insana da, aid ola bilər.

Sual: İqrar edərkən hər hansı xüsusi sözlərin deyilməsi lazımdırmı?

Cavab: İqrar edərkən hər hansı xüsusi söz demək əsas deyil. Ürfün nəzərində anlaşılan hər hansı bir sözlə ifadə olunarsa, yetərlidir. Hətta sözlə ifadə olunması əsas deyil, anlaşılan işarə ilə olsa da, kifayət edər.

Sual: İqrar edərkən əminlik şərtdirmi?

Cavab: İqrar edərkən əminlik şərtdir. Belə ki, onun dediyi söz şəkk və tərəddüd halında olmamalıdır. Əgər “belə güman edirəm ki, mən sənə filan miqdarda pul verməliyəm” deyərsə, iqrar hesab olunmaz.

Sual: İqrar edən şəxsin şərtləri hansılardır?

Cavab: İqrar edən şəxsdə həddi-buluğ, ağıl, məqsəd və ixtiyar şərtdir. Uşağın, dəlinin, sərxoşun, həmçinin zarafat edənin, qəflətdə olanın və məcbur edilənin iqrarı nəzərə alınmaz. Bəli, uşağın az dəyəri olan əşyaların alış-verişi kimi haqqı çatan məsələlərdə etdiyi iqrarın düzgün olması uzaq görüş deyil.

Sual:  Səfih ( şəriət baxımından israfa yol verdiyi və malını tələf etdiyi üçün öz mülkiyyətindən istifadə etməsinə qadağan qoyulmuş şəxs) insanın iqrarı nəzərə alınırmı?

Cavab: Öz öhdəsində və ya ixtiyarında hər hansı malın olmasını iqrar edərsə, qəbul olunmaz. Mal məsələlərindən başqa, talaq kimi məsələlərdə isə iqrarı qəbul olunur. Əgər oğurluq kimi mal ilə bağlı hər hansı bir məsələdə iqrar edərsə, onun iqrarı mala nisbətdə qəbul edilməz, lakin başqa məsələyə nisbətdə qəbul edilər.

Sual: Müflis şəxsin malına aid iqrarı nəzərə alınırmı?

Cavab: Mülkiyyət hüququndan istifadə etməsinə qadağa qoyulan müflis şəxsin malına aid iqrarı nəzərə alınmaz. Lakin evinə, evinin əşyalarına nisbətdə və bu kimi hallarda etdiyi iqrar qəbul edilər. Həmçinin əvvəlki və sonra olan borc barəsində etdiyi iqrar da qəbul olunur.

Sual: Bir şəxs hərbi-xidmətdə olarkən yeməkxana xidmətində olub və orada ona əsgər və zabitlərə yemək hazırlamaq üçün "kartof soymaq" işi tapşırılıb. Bir neçə nəfər kiloqramlarla kartof soyurmuşlar. Bu şəxs də kartoflar tez soyulsun deyə, onların qabıqlarını qalın soyarmış və həmçinin bəzən də bəzi kartofları soyulmuş kartofların içinə salarmış ki, kartoflar tez qurtarsın. Təqribən tələf olan kartofların ümumi miqdarı 10 kq olar. Qeyd edim ki, əsgər və zabitlərə də yemək çatmışdır. Bəlkə də, həmin kartoflar tələf olmasaydı onlara daha çox yemək verilərdi. Bu halda həmin miqdar, sahiblərinin adından dindar fəqirlərə sədəqə niyyətilə ödənməlidirmi?

Cavab: Bütün bu hallarda o, ümumi əmlaka borcludur. Tədrici şəkildə mömin və dindar fəqirlərə həmin miqdarda sədəqə verərsə, kifayətdir.

68 -dən səhifə 93