admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Möhtərəm Seyid Sistaninin (kölgəsi əskik olmasın) Nəcəf şəhərindəki ofisi sabah çərşənbə axşamı rəbiəl-əvvəl ayının sonuncu günü olduğunu elan etmişdir. Çərşənbə günü (20.12.2018) hicri 1439-cu ilin rəbiəl-axir ayının birnci günüdür.

Kəniz hökmü

Sual:Kəniz nə deməkdir və bizim zamanımızda və ya vəziyyətimizdə kəniz etmək mümkündürmü?

Cavab: Bizim indiki zamanımızda insanı qul etmək mümkün deyildir. Çünki şərtlər mövcud deyil. 

Sual: Muğarəsə nə deməkdir?

Cavab: Muğarəsə aşkar dəlillərə əsasən icazəlidir. Muğarəsə ağac əkmək üçün torpaq ərazisini başqa birinə verməkdir. Bu şərtlə ki, məhsul hər ikisinə məxsus olsun. Burada istər torpaq ərazisinin bir  issəsinin işçiyə məxsus olması şərt olsun, istərsə də olmasın, istər əkiləcək ağaclar torpaq sahibinə məxsus olsun, istərsə də olmasın fərq yoxdur. Lakin müstəhəb ehtiyata əsasən bu cür müamilə tərk olunmalıdır. Lakin (düzgünlüyünə) heç bir şübhə olmayan başqa növ müamilə əqdi ilə bunu etmək olar. Məsələn, qeyd olunduğu kimi iki tərərf arasında sülh (razılaşma) etmək və ya ağacı birlikdə alaraq şərik oluduqdan sonra ağacları əkənə torpaq sahibinin payında olan ərazidə həmin ağacları əkmək icazəsi verilir. O da, müəyyən müddət ərzində onun yerinin mənfəətin yarısı və ya məhsulun yarısıs müqabilində ağacları suvarmaq, qulluq etmək kimi işləri yerinə yetirir. 

Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi?

Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur. 

Muzaribə

Sual: Muzaribədə işçi olan şəxs sərmayəyə özünün və ya başqasının malını qatması icazəlidirmi?

Cavab: Xeyir, icazəli deyil. Yalnız mal sahibinin xüsusi və ya ümumi icazəsi ilə belə etmək olar. Məsələn (mal sahibi) belə deyə: “Münasib bildiyin kimi bu malı işlət”. Belə olan halda münasib bilərsə (başqa mal) qatmaq icazəlidir. Əgər onun icazəsi olmadan sərmayəyə başqa mal qatarsa, onun əlində tələf olan mala zamindir. Lakin bu muzaribənin düzgünlüyünə xələl gətirməz. Muzaribə öz hökmündə qalır və gəlir onların arasında nisbətlə hesablanır.

Sual: İşçi muzaribə malı ilə başqa ölkəyə səfər edib mal verilən ölkədə deyil, orada ticarətlə məşğul ola bilərmi? 

Cavab: Xeyir. Yalnız mal sahibinin icazəsi ilə və ya belə etmək – həmin ölkəyə nisbətdə və yaxud muzaribə növü baxımından – qəbul edilmiş hesab olunarsa və muzaribə məfhumu ona şamil olarsa icazəlidir. Əgər (icazəsiz) səfər edərsə tələf və ziyana zamindir. Lakin qazanc əldə olunarsa, həmin qazanc onların arasında qeyd olunduğu kimi bölünməlidir. Həmçinin müəyyən ölkəyə səfər etməyi əmr etdiyi halda başqa ölkəyə səfər edərsə hökm belədr.

Sual: İcazəli muzaribə mal sahibi və ya işçinin hər hansı birinin vəfatı ilə batil olurmu?

Cavab: İcazəli muzaribə mal sahibi və ya işçinin vəfat etməsilə batil olur. Birinciyə gəlincə, çünki o vəfat etdikdən sonra mal varisinin mülkiyyətinə keçir. Malın işçinin istifadəsində qalması üçün yeni muzaribəyə ehtiyac duyulur. İkinciyə gəlincə, çünki (maldan istifadə) icazəsi ona məxsusdur.

Sual: Baba və ya atanın azyaşlı övladının malı ilə muzaribə etməsi icazəlidirmi?

Cavab: Zay etməmək şərtilə olar. Həmçinin himayəçi və şəriət hakimi kimi şəri qəyyum da tələf etməyəcəklərinə əminlik olduqda, xeyir və mənfəət nəzərə alınması şərti ilə bu işi edə bilərlər.

Sual: Muzaribə batil olduqda işçi sərmayə ilə ticarət edərsə müamilə düzgündürmü?

Cavab: Əgər maldan istifadə etmək icazəsi muzaribənin düzgünlüyü üçün şərt olmasa müamilə düzgündür. Bu halda qazanc tamamilə mal sahibinə aiddir. Əgər maldan istifadə icazəsi muzarəbə müqaviləsinin düzgünlüyü üçün şərt olarsa müamilə fuzuli hesab olunur. Əgər mal sahibi razı olarsa müamilə düzgündür. Əks təqdirdə isə batildir. 

Sual: Oruc tutduqda dodaqları nəm etməyin hökmü nədir?

Cavab: Orucun düzgünlüyünə xələl gətirməz. Bəli, əgər rütubətin ağız boşluğuna və ağız suyuna qarışaraq aradan getməməsi və oradan da qarın boşluğuna keçməsi – hiss olunacaq dərəcədə – fərz olunarsa orucu pozar. 

Sual: Ramazan ayında oruclu halda iki dəfə onanizmlə məşğul olmuşam. Mənə orucun qəzası ilə yanaşı kəffarə də vacibdirmi? Çoxlu sədəqə vermək kəffarəni əvəz edirmi?

Cavab: Əgər ramazan ayı gündüz vaxtı  qəsdən istimna etməyin orucu pozduğunu bilirdinsə qəza ilə yanaşı kəffarə də vacibdir. Hətta üzürsüz cahil olub tərəddüd etmiş olsan da hökm belədir. Sədəqə kəffarəni əvəz etmir.

Sual: Mübarək ramazan ayının gündüz vaxtı istər sperma ifraz olunsun, istərsə də olunmasın, istimna etmək orucu pozurmu? Bu işi görənin öhdəsində olan kəffarə nədir? Mübarək ramazan ayında gündüz vaxtı istər maye ifraz olunsun, istərsə də olunmasın, istimna ilə məşğul olan qadının hökmü nədir?

Cavab: İstimna orucu pozan əməllərdəndir. Hətta hər hansı növ mazaxlaşma ilə məşğul ola, spermanın ifraz olunmayacağına əmin olmaya və təsadüfən sperma ifraz olunarsa, orucu batildir və qəzası vacibdir. Əgər bu işin orucu pozduğunu bilirdisə kəffarə də vacibdir. Kəffarə üçün altmış fəqirin hər birinə 750 qram buğda və ya çörək vermək kifayətdir. Üzürlü cahilə kəffarə vacib deyil. Həmçinin tərəddüd etməyən üzürsüz cahilə də kəffarə vacib deyil. Əks təqdirdə vacib ehtiyata əsasən ona kəffarə vacibdir. Əgər haram olduğunu bildiyi halda bilərəkdən istimna edərsə, lakin – hətta üzürsüz cahil olsa belə – buna görə orucun batil olmamasına əmin olarsa, ona kəffarə vacib deyil. Bu hökmdə kişi ilə qadın arasında heç bir fərq yoxdur. Əgər bir şəxs bilərəkdən istimna edə, lakin sperma ifraz olunmaya, həmin günü imsak etməli (orucu pozan işlərdən çəkinməli), sonra isə qəzasını yerinə yetirməlidir.

Spermanın ifraz olunmayacağına əmin olduğu halda təsadüfən qeyri-ixtiyari olaraq sperma ifraz olunarsa, oruc düzgündür.

Sual: Peyğəmbərin (s) məscidində ehtiyacımın həll olunması üçün oruc tutmağı niyyət etmək istəyirəm. Lakin öhdəmdə ramazan ayının qəza orucu var. Bu, icazəlidirmi?

Cavab: Bu orucun (düzgün olması) şübhəlidir.

14 -dən səhifə 93